• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Əliyev niyə Praqada yox, Astanada darmadağın etdi? - İNCƏLƏMƏ...

Gündəm / Sosial

19-10-2022, 10:14

Əliyev niyə Praqada yox, Astanada darmadağın etdi? - İNCƏLƏMƏ...


Prezident İlham Əliyevin Astanadakı məşhur çıxışı və Fransa lideri Makronun ünvanına səsləndirdiyi sərt ifadələr bəzi azərbaycanlıları çox “narahat” edib: onlar artıq günlərdir cidd-cəhdlə Makronun müdafiəsinə girişiblər.

Arqumentləri də budur: Bu, uzaqbaşı Makronun bir müsahibəsidir, o da düzgün tərcümə edilməyib; Makron Azərbaycandan daha çox, Rusiyanı ittiham edib – “Azərbaycanın Ermənistanla sərhəddə aqressiyasının səbəbi Rusiyadır” deməklə, Makron əslində “bizim dediklərimizi” deyirmiş, Rusiyanı günahkar çıxarırmış; Azərbaycan Prezidenti Praqada fərqli müsahibə verib, Astanada isə heç bir lüzum olmadan, sərt çıxış edib; bu, Azərbaycan ictimaiyyətini Qərbdən uzaqlaşdırmaq yoludur, Putinin siyasətini dəstəkləməkdir və s.

Təxminən əks-arqumentləri əhatə etdik və təəssüf ki, bu “arqumentlər” tərəfdar da toplayır.

Ancaq məsələ o qədər mürəkkəb, İlham Əliyevin addımları isə o qədər mükəmməldir ki, əks-təbliğatı aparanlar bu mürəkkəbliyi görməzdən gəlməyə çalışır, onları dinləyənləri aldatmağa nail olurlar.

Praqa görüşünə Fransa Prezidentinin niyə qatılması və Azərbaycanın buna niyə razı olması ciddi məsələdir: Makronun Cənubi Qafqaza nə aidiyyəti var?

Heç bir aidiyyəti yoxdur – yalnız regional maraqdan başqa: həm də Makron və Fransa üçün Cənubi Qafqaz regionu yalnız Rusiya ilə “horizontal” üzləşməkdən qorxan şəxsin Kremlə “vertikal” kəllə atmaq cəhdidir.

AB-nin siyasi rəhbəri statusuna iddialı Fransa Makronun timsalında Avropanın siyasi maraqlarını kimsədən qoruya bilməyən cəsarətsiz bir ölkə halına gəlib. Uduzduğu mövqeləri Cənubi Qafqazda Ermənistanın simasında bərpa etməyə aludə olan Fransa bu istəklə danışıqlara qoşulmaqda israr edirdi.

Azərbaycanın isə öz maraqları vardı: Fransa ciddi şəkildə 12-14 sentyabr toqquşmasından sui-istifadə edir, sanksiyalar məsələsini Senatda gündəmə gətirib və Azərbaycana təzyiq etməyə çalışır. Prezident İlham Əliyev də AB-nin siyasi gücü sayılan (“Avropa Siyasi Birliyi” adlı qurumun təşəbbüskarı da Fransadır) Fransanın danışıqlarda iştirakına mane olmamaqla AB ilə münasibətlərdə hər hansı problem yaratmamaq, eyni zamanda Fransa Senatının müzakirəsinə mümkün pozitiv təsir üçün Azərbaycan-Fransa əlaqələrinin ən azı diplomatik nəzakət etiketləri üzərində qalmasına son dəfə cəhd etdi.

Artıq türkiyəli politoloqlar bu barədə açıq danışırlar: Praqada Azərbaycan Prezidenti “iki Paşinyanla” təkbaşına müzakirə aparıb və əlbəttə ki, Makron bundan razı qala bilməzdi. Böyük dövlətin balaca prezidenti danışıqlarda Azərbaycan Prezidentinin milli maraqları sona qədər qoruyacağını, yəqin, təxmin etməyib – axı özü Rusiya lideri ilə görüşlərdə bunu bacarmadığını dəfələrlə nümayiş etdirib.

Praqada dördtərəfli görüşün heç də hamar getmədiyi dərhal aydın olmuşdu: dördlük ikinci dəfə, gecə görüşməyə qərar vermişdilər.

İndisə cavab verək: Əliyev Azərbaycan kanallarına müsahibə verəndə müzakirənin birinci hissəsi bitmişdi, ikincinin axşam saatlarında olması razılaşdırılmışdı. İlham Əliyev nəticəsi bəlli olmayan görüşlə bağlı hansı sərt ifadələr səsləndirməliydi?

Digər tərəfdən, İlham Əliyev özünə əmin şəkildə milli maraqları qorumaqda və konfedensial söhbətin gərginliyini ictimaiyyətə açıqlamamaqda lider keyfiyyətini nümayiş etdirirdi. Niyə zəiflik göstərməli, “məni sıxışdırırlar” misalı bir bəyanatla ikinci görüşdən əvvəl çıxış etməli idi?

Bu sualların cavabını Makronun azərbaycanlı vəkilləri vermək istəməzlər.

Fransa hər zaman antiazərbaycan və antitürk mövqeyi ilə seçilib və fərqlənib: yalançı “erməni soyqırımı” iddialarının genişlənməsində bu ölkənin müstəsna rolu var; Minsk Qrupunun həmsədri olarkən də Fransa daim Ermənistanın maraqlarını qoruyub və burda birbaşa diaspor təsirini axtarmağa da gərək yoxdur. Bu, “tarixi” ənənədir: Azərbaycan türk dövlətidir və Türkiyə ilə hər zaman ortaq mövqedən çıxış edəcəyi birmənalıdır – necə ki, Xalq Cümhuriyyəti zamanında olmuşdu. Fransanın regional marağı Türkiyə ilə toqquşduğu üçün Paris Ermənistanı “himayə” edib – hətta SSRİ zamanında da.

Buna baxmayaraq, bütün “kələ-kötürlərlə” bərabər, Azərbaycan Fransa ilə əlaqələr qurmaqda və burda lobbi fəaliyyəti ilə məşğul olmaqda idi – son proseslərə - 2020-ci ildən sonra Fransa artıq mövqelərinin tamamilə sarsıldığını görüb, bütün çılpaqlığı ilə açıq antiazərbaycan siyasətinə keçənə qədər.

“Niyə İlham Əliyev Praqadakı ikinci görüşdən dərhal sonra Makrona qarşı çıxış etmədi” sualını da yalnız diletant və beynəlxalq siyasəti və ümumiyyətlə, İlham Əliyevin gedişlərini anlamayan kəs verə bilər.

Əvvəla, İlham Əliyev Praqadan sonra Astana sammitində Paşinyanla eyni masa ətrafında, ancaq tamamilə fərqli auditoriyada görüşəcəyini bilirdi. Harda, nə vaxt, hansı sözü demək lazım olduğunu ustacasına müəyyən edə bilən İlham Əliyev artıq çoxdan bu görüşə hazırlaşmışdı.

İkincisi, bəzi azərbaycanlıların sevimli Makronu özü Astanada İlham Əliyevə müstəsna bir fürsət verdi. Guya biz bilmirik o müsahibədə Makronun əsas hədəfi Putin idi? Ancaq Makron naşıcasına aləmi bir-birinə qatmış və Azərbaycanı da vurmuşdu.

Azərbaycan isə bundan məharətlə istifadə etdi.

İlham Əliyev niyə də Astanada o cür danışmamalı idi?

1. Azərbaycana sülhməramlı qismində Rusiya ordusu yerləşib, Fransa deyil!

2. Ermənistanda Rusiyanın ən müasir silahlara malik 102-ci bazası və onun törəmələri var;

3. Ermənistanın sərhədlərini belə Putinin sərhədçiləri qoruyur;

4. Ermənistanın bütün iqtisadiyyatı Rusiyanın təsir dairəsindədir və s.

Avropa və Fransanın Ermənistan-Azərbaycan məsələsində təsir imkanları ilə Rusiyanın təsir imkanları eynidirmi? Və sizlər doğrudanmı elə hesab edirsiniz ki, Ukraynanın gözündən kənara getməsinə dözməyən Rusiya bu qədər qüvvəsinin və pulunun olduğu Ermənistanı Fransaya verəcək və Cənubi Qafqazdan çəkiləcək?

Və ən vacibi: 10 noyabr bəyanatının zəmanətçisi – daha dəqiq desək, Ermənistanın kapitulyasiya aktındakı öhdəliklərinin icrasına məsul olan Rusiyadan, birbaşa Putindir, Vladimir Vladimiroviç şəxsən özüdür!

Paşinyan neynir? Məhz kapitulyasiya aktından yayınmaq, qüvvələrini Azərbaycan ərazisində saxlamaq, Zəngəzurdan Azərbaycana yol (dəhliz, koridor – nə deyirsinizsə, fərqi yoxdur) verməmək üçün hər şeyə əl atır. Bu məqamda bəyanatın altında imzası olan Rusiya Ermənistanın “maraqlarına” cavab vermir; Ermənistan məhz ona görə regiona başqa qüvvələr cəlb edir ki, öhdəliyini poza bilsin!

Bu məqamda Azərbaycan üçün ən münasib danışıqlar masası Rusiyadır - ən azı, 10 noyabr bəyanatının müddəaları icra edilənə qədər. Digər masalarda da heç bir problem yoxdur, əlbəttə, amma hər şeydən əvvəl 10 noyabr bəyanatı icra olunmalıdır.

Və beləliklə, İlham Əliyev Astana sammitində Makron və Paşinyanı top kimi vurub, Putinin ayaqları altına atdı:

1. Makron haqda dedi: “Böyük ölkənin Prezidentinə (Putin nəzərdə tutulur – red.) küçə leksikonundan istifadə etməyin nə dərəcədə siyasi nəzakətə uyğun olmasını, qoy, Fransa ictimaiyyəti müəyyən etsin”.

Gerisini artıq Putin Makronla həll edər.

Yeri gəlmişkən, Putin makronla telefon danışığını da təxirə saldı.

2. İlham Əliyev dedi: “Biz isə öz tərəfimizdən belə bəyanatları qəti surətdə pisləyirik, rədd edirik və bundan sonra Fransa hökumətinin belə münasibəti çərçivəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması işində Fransanın hər hansı rol oynamasının heç bir mümkünlüyünü görmürük”.

Azərbaycan iki ildir Minsk Qrupuna heç bir ehtiyac olmadığını bildirir, Minsk Qrupunun arxivə gömüldüyünü deyir. Bu məsələdə Rusiya da eyni fikirdədir.

Ancaq Fransa əl çəkmir, zorla “Minsk Qrupu həmsədri” təyin edir, vasitəçilikdən danışır, “MQ həmsədrini” regiona göndərir, həmsədr ölkə kimi Azərbaycan və Ermənistana zəng edir.

Bitdi – İlham Əliyev fürsətdən məharətlə istifadə edərək, Fransanın “MQ cəhdlərinin” üstündən yekə bir xətt çəkdi, “MQ-nı” Makronun reanimasiyasından ayırıb, morqa göndərdi.

Putinə də xəbərdarlıq etdi: AB müşahidəçilərini Azərbaycan öz ərazisinə buraxmaqdan qəti şəkildə imtina edib, onları buraxan KTMT və Aİİ üzvü Ermənistandır. Azərbaycan əlbəttə, hansı əsasla başqa dövlətin ərazisinə gəlmək istəyən missiyaya etiraz edə bilərdi ki - əgər “alan və verən” razıdırsa.

Əlavə də etdi: 40 nəfər “mülki” missiya olmalıydı, ancaq öyrəndik ki, 50 nəfərdir. Hətta “texniki” heyətlər də üstünə gəlib və 400 nəfər olacağı ehtimal edilir.

Gerisini artıq Putin Paşinyanla həll edər.

İndi Paşinyan ərazisində ordusu, hava qüvvələri, sərhədçiləri olan Putinə cavab verməlidir görək, “mülki” adı ilə AB-ni Cənubi Qafqaza soxmaqda İrəvanın məqsədi nədir və hansı oyunu oynayır?

Bəli, İlham Əliyev məhz Astanada, məhz Putinin iştirak etdiyi toplantıda bunları Paşinyanın üzünə vurmalı, 10 noyabr bəyanatında imzası olan Putindən dolayısı bir izahat istəməliydi.

Paşinyan 10 noyabr bəyanatında yazılmayan hansı vədləri verib? Bunun da cavabdehi Putindir – necə ki, 2016-cı ildə Sərkisyan bu şifahi vədi vermişdi və arxasından qaçmağa başlayanda Putinin sərt təpkisi ilə qarşılaşmışdı.

Paşinyan “bəyanatda Zəngəzur dəhlizi sözü yoxdur” sözünü Tvitterdə yaza bilər; bunu Makron və yaxud Mişelin yanında da deyə bilər – ancaq Putinin önündə cəsarəti çatmaz.

Paşinyan delimitasiyanı Avropa masasına dartmaqla 10 noyabr bəyanatının məsuliyyətindən qaçmağa çalışır; Makronun azərbaycanlı vəkilləri də bunu çox gözəl bilir – ancaq guya Azərbaycanın AB-dən uzaqlaşmaq üçün oyun qurduğunu utanmadan iddia edirlər.

Azərbaycan AB ilə çox ciddi iqtisadi və siyasi əlaqələr qurub və inkişaf etdirir; Azərbaycan AB-nin enerji təhlükəsizliyində mühüm rol oynayır; Prezident İlham Əliyevin AB-də necə arzulanan olduğunu Aleksandr Vuçiçin çıxışı bir daha təsdiqlədi. Azərbaycan niyə AB-dən uzaqlaşsın ki? Bu iddianı necə səsləndirmək olar?

O ayrı məsələ ki, Azərbaycan öz milli maraqlarını təmin etmək üçün bütün fürsətlərdən yararlanır.

Anar Niftəliyev //axar.az//

Oxunub: 0
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

13-03-2025, 18:26

Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib - YENİLƏNİB

Gündəm / Siyasət

24-12-2022, 18:29

İlham Əliyev Qərbi Azərbaycan İcmasının binasında - FOTOLAR (YENİLƏNİB)

Gündəm / İqtisadiyyat

18-01-2023, 20:44

Prezident İlham Əliyev Davosda Çinin CGTN televiziya kanalına müsahibə verib

Gündəm / Siyasət

8-11-2022, 18:28

İlham Əliyev xanımı və oğlu ilə birlikdə Şuşada - FOTOLAR (YENİLƏNİB)

Gündəm / Siyasət

18-12-2021, 16:51

Əliyev İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibə verdi

Şou Biznes
Kənan Doğulu, Beren Saat və daha 20 nəfər narkotikə görə saxlanılıb
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
"Energetika Memarlığı" filmi təqdim olunub
"Sevgililərinə ev alırlar, amma sənətkarlara biganə qalırlar" - Xalq artisti
"Oskar" mükafatının qaliblərinin adları açıqlanıb
Ötən il 900 əsər və ifa qeydiyyatdan keçirilib
Araşdırma
12-03-2026, 12:12
İsrail Səhiyyə Nazirliyi İranın hücumlarından zərərçəkənlərin sayını açıqlayıb
2-03-2026, 16:57
Zelenski tərəfdaşların İran dronlarını vurmaq üçün Ukraynadan kömək istəmədiyini bildirib
21-06-2025, 14:23
Almaniya XİN İrandakı səfirliyini qonşu ölkəyə köçürüb
12-05-2025, 12:12
Baş prokuror Nizami rayonunda vətəndaşları qəbul edəcək
21-02-2024, 23:20
Aybəniz Haşımovanın qardaşı həbs edildi
10-01-2024, 14:27
Azərbaycanda iş adamı qəzada öldü
Hadisə
25-07-2026, 11:38
Türkiyədə sərnişin avtobusu avtomobillə toqquşub, 30 nəfər xəsarət alıb
16-07-2026, 15:16
Şabranda 53 yaşlı kişini cərəyan vuraraq öldürüb
16-07-2026, 10:09
Şəmkirdə 11 nəfər salatdan zəhərləndi
Son xəbərlər
  • 25-07-2026, 16:26
    Sabah çimərliklərdə suyun temperaturu 30 dərəcə olacaq
  • 25-07-2026, 15:35
    Məsud Pezeşkianın çıxışını kəsdiyi üçün İran Radio və Televiziya Şirkətinə xəbərdarlıq edilib
  • 25-07-2026, 15:07
    Prezident Milix Yevdayevi təltif etdi
  • 25-07-2026, 11:38
    Türkiyədə sərnişin avtobusu avtomobillə toqquşub, 30 nəfər xəsarət alıb
  • 25-07-2026, 11:14
    Bakıda iki küçənin təmirinə 23 milyon manata yaxın pul ayırılacaq
  • 25-07-2026, 10:20
    Azərbaycan neftinin qiyməti 103 dollardan aşağı düşüb
  • 25-07-2026, 09:45
    Cəbrayılın 4-cü kəndi tikilir - İlin sonunadək köç olacaq
  • 25-07-2026, 09:21
    Qədim şəhərlər niyə yerin altında tikilib - Maraqlı SƏBƏB
  • 25-07-2026, 09:05
    FHN həftəsonu su hövzələrinə üz tutacaq vətəndaşlara müraciət edib
  • 24-07-2026, 18:04
    "Dawn": Pakistanda terror aktı nəticəsində 15 nəfər həlak olub
  • 24-07-2026, 17:40
    MM: ABŞ Konqresi komitəsinin qanun layihəsi erməni lobbisinin maraqlarına xidmət edir
  • 24-07-2026, 17:06
    Milli Məclisin deputatı İranda səfərdədir
  • 24-07-2026, 16:48
    Fransada miqrantlara qarşı ayrı-seçkilik – Yeliseyin davam edən irqçiliyi - ŞƏRH
  • 24-07-2026, 15:47
    İyul ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
  • 24-07-2026, 15:17
    Rusiya Ukraynada silah sərgisinin keçirildiyi poliqona zərbə endirib, ölənlər var
  • 24-07-2026, 14:57
    Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ
  • 24-07-2026, 14:34
    Azərbaycanın Türkiyəyə yeni səfiri təyin olundu - FOTO
  • 24-07-2026, 13:11
    Ukrayna ordusu Rusiyanın hərbi zavodunu və neft obyektini vurub
  • 24-07-2026, 12:43
    Sabah Bakıda 38, rayonlarda 39 dərəcə isti olacaq
  • 24-07-2026, 12:20
    Azərbaycanda "Enerji menecment sisteminə dair Tələblər" dəyişib
  • 24-07-2026, 11:58
    İlham Əliyev Şavkat Mirziyoyevi doğum günü münasibətilə təbrik edib
  • 24-07-2026, 11:09
    FHN həftəsonu isti hava şəraiti ilə bağlı əhaliyə müraciət edib
  • 24-07-2026, 10:31
    Azərbaycan UEFA reytinqində 26-cı pillədə qərarlaşıb
  • 24-07-2026, 10:00
    SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib
  • 24-07-2026, 09:40
    Azərbaycan neftinin qiyməti 109 dolları keçib
  • 24-07-2026, 09:21
    Şamaxı rayonunda zəlzələ olub
  • 23-07-2026, 16:23
    ANCA, lobbi və "dostları" Ermənistana qarşı - sülhsevər olmayan konqresmenlər - ŞƏRH
  • 23-07-2026, 16:00
    Kobaxidze: Gürcüstan Azərbaycanla münasibətləri daha da dərinləşdirmək istəyir
  • 23-07-2026, 15:18
    AQP: Tikinti bazarı "mülayim artım və sabitlik" mərhələsindədir
  • 23-07-2026, 14:59
    Sabah Biləsuvarın 7 kəndində qaz olmayacaq
  • 23-07-2026, 13:05
    Sabah Bakıda 38, rayonlarda 39 dərəcə isti olacaq
  • 23-07-2026, 11:57
    Azərbaycanda iyulun pensiya ödənişi yekunlaşıb
  • 23-07-2026, 11:05
    Tailandda silahlı hücum nəticəsində təhlükəsizlik qüvvələrinin 5 əməkdaşı həlak olub
  • 23-07-2026, 10:20
    UEFA Konfrans Liqası: "Zirə" Estoniyada "Payde" ilə üz-üzə gələcək
  • 23-07-2026, 09:54
    Azərbaycan neftinin qiyməti 100 dolları keçib
Daha çox
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Müsahibə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
  • Təsisçi: Kənan Adıgözəlov
Müəllif hüquqları qorunur. TAQ.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2022 TAQ.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə