• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Zəfər paradından öncə və sonra

Gündəm / Sosial

10-12-2022, 10:58

Zəfər paradından öncə və sonra


2 il bundan öncə Azərbaycanın çağdaş tarixində möhtəşəm hadisə baş verdi. – Söhbət 44 günlük müharibədə Azərbaycanın tarixi Zəfərinin şərəfinə Bakının Azadlıq Meydanında 10 dekabr 2020-ci ildə keçirilən Zəfər paradından gedir. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sözləri ilə desək, “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır”!

Bəli, bu bir başqa paraddı; bəli, biz qalib xalqın haqlı qürurunu, şanlı zəfərimizi dünyaya nümayiş etdirirdik, əvəzsiz qardaşımız Türkiyə ilə birgə təntənəli hərbi vətənpərvərlik bayramı keçirirdik. – O gün Azərbaycanın üç min hərbçisi ilə birgə qardaş ölkənin hərbçiləri də izdihamlı hərbi keçiddə ştirak edirdi. Zəfər paradında qazilərimiz, şəhid ailələri üzvləri, elm-təhsil, mədəniyyət-incəsənət xadimləri, yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusun nümayəndələri və b. iştirak edirdi. Orada biləvasitə iştirak edə bilməyənlərsə, ekranlar önündəydi, əslində, bütün Dünya Azərbaycanlılarının, Azərbaycanın vəfalı qardaşlarının, sadiq dostlarımızın nəbzi Azadlıq Meydanında vururdu deyə bilərik. Biz bu günü çox gözləmişdik; biz bu günə inanmışdıq; məhz o inam bizi bütün ağrı-acılardan, təhdidlərdən və daha nələrdən-nələrdən keçirdi, müstəcəb oldu. İnamımız nəyə əsaslanırdı? – İlk növbədə, bizim işimizin haqq işi olduğunu bilirdik. Bilirdik ki, İlham Əliyevin prezidentliyinin ilk günündən üstünlük verdiyi ən əsas məsələ məhz torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpasıdır. Bizə dövlət-xalq birliyimiz, vətənpərvər gənc nəsillərimiz, günü-gündən güclənən Silahlı Qüvvələrimiz güc verirdi, inam bəxş edirdi. Bu inam, dünya erməniliyinin uzun illər beynəlxalq səviyyədə apardığı anti-Azərbaycan siyasətini dəf edəcəyimizə, Ermənistanın çox güclü himayədarlarının olmasına baxmayaraq haqqımız olanı alacağımıza bəslənən inamın özüydü. Bu sözləri indi yazmaq asandır, ancaq etiraf edək, işğal illərində inamda sabit olmaq, “inşallah gələn bayramlarımızı Şuşada keçirək!” diləkləri ilə gur səslə çıxış etmək heç də asan deyildi. – Düşmən hər keçən gün daha da azğınlaşır, yeni vandallıq aktları törədir, “yeni müharibə - yeni ərazilər” deyə öz hərbi-siyasi kurslarını təlqin edirdi. Amma asanlığından-çətinliyindən asılı olmayaraq, məhz sarsılmaz inam bizi haqqımız olan Zəfəri qazanacağımız ali məqama götürdü. O ali məqamı, o günü bizim inamımız, haqq işimiz, dövlətin xalqına, xalqın dövlətinə dərin bağlılığı, gənclərimizin vətəncanlılığı və kainatın ruhu təcalla etdirdi. Dövlət başçımız İlham Əliyev uzaqgörənliklə, zərgər dəqiqliyi ilə, necə deyərlər, yüz ölçüb, bir biçərək ən uyğun gün və saatda əks-hücum əmri verdi! Əlbəttə, bundan öncə, Tovuz Döyüşləri olmuşdu, ondan öncələr – 2016-cı ildə Aprel Döyüşləri olmuşdu ancaq işğalçı ağıllanmamışdı. 2020-ci il 27 sentybarda işğalçı qoşunlar “bardağı daşıran son damla”dan da çəkinməyincə, müharibə başlandı.

Biz öz ərazilərimizdə öz gücümüzə arxalanaraq savaşarkən Ermənistanın arxasında ənənəvi müttəfiqləri və dünya erməniliyi vardı. Üstəlik, işğalçılar üç onillik boyu elə möhkəmlənmiş, elə mövqelərdə müdafiə olunmaq imkanları əldə etmişdilər, bizim qələbəmiz düşmən üçün real görünmürdü və mümkün irəliləyişlər də çox uzun müddət və çoxsaylı itkilərlə başa gələ bilərdi. Ancaq Azərbaycanın şanlı Silahlı Qüvvələri öz Ali Baş Komandanının, xalqımızın etimadını doğruldaraq mümkün olmayanı mümkün etdi, keçilməz sədləri keçdi, işğalçıları yurdumuzdan iti qovan kimi qovdu! İndi Hərbi Qənimətlər Parkında canlandırılan (nümayiş olunan) “Ohonyan xətti”ni yarıb keçmək özü hər hansı bir ordu üçün qüdrətin ifadəsi sayılardısa, Azərbaycan ordusu o bədnam xətti ildırımsürəti ilə yarıb keçdi və işğalçılardan fərqli olaraq bir gün belə geri çəkilmədən, bir əsgəri belə fərarilik etmədən, mülki şəxslərə və obyeklərə atəş açmadan – döyüş meydanında ləyaqət göstərərək hər gün irəlilədi! Murovdağ yüksəklikləri, Talış, Suqovuşan, Cəbrayıl, Ağoğlan (Hadrut), Füzuli, Zəngilan, Qubadlı, Laçının kəndləri, Şuşa və daha neçə-neçə yaşayış məntəqəsi cəmi 44 gün içində azad olundu! Şuşa Zəfərindən sonra Ermənistanın öz üzərinə götürməyə məcbur qaldığı öhdəliyə uyğun olaraq Ağdam, Kəlbəcər, Laçın da 20 noyabr, 25 noyabr və 1 dekabrda bayrağımızın işığına qərq oldu, ordumuzun addımları ilə dincəldi.

Bax, Zəfər paradı bütün bu vurğulananlar da daxil olmaqla, müharibədə qızıl ləyaqət göstərmiş ordunun Ləyaqət paradıydı. Hər ordu müharibədə qızıl ləyaqət göstərmir, əksinə müharibə cinayətləri törədən ordular var. – Biz məhz saysız-hesabsız müharibə cinayətləri törətmiş dövlətə, vandalizmi dövlət siyasətinə çevirmiş ölkəyə qalib gəlmişik! Bizə Zəfər paradı çox yaraşırdı və Müzəffər Ali Baş Komandanımız qardaş ölkənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanla birgə bu paradın raportunu qəbul etdi, qalib ordunun, qardaş ordu mənsublarının nizamlı keçidini, hərbi qüdrət nümayişini izlədi.

O tarixi anlara şahidlik etmək bizim nəslin bəxtiyarlığıdır! Biz xoşbəxt insanlarıq ki, haqqın nazilsə də, üzülmədiyinə şahid olduq! Şahid olduq ki, Zəfərin rəmzi əziz Şuşa şəhəri azad edildikdən sonra, Azərbaycan hərbçiləri tərəfindən dağlar incisi üzərində qaldırılan Zəfər bayrağı parada gətirilib!

Parad əlbəttə, hərbi gücün nümayişidir. Zəfər paradında 150-dək hərbi texnika, o cümlədən Ordumuzun silahlanmasına yeni qəbul edilmiş çağdaş hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirildi. Özəlliklə, döyüşlərdə hərbi qənimət kimi ələ keçirilmiş Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın bir qismi də Zəfər paradında nümayiş olundu. Ermənistan hərbi-siyasi rəhbərliyinə daxil olan yüksək çinli şəxslər məsuliyyətsiz bəyanatlar verirdi ki, yeni müharibə başlasa, tanklarımız Bakıyadək gedəcək – dedikləri kimi də oldu, ancaq bir vacib fərqlə: o tanklar və digər hərbi texnika məhz hərbi qənimət olaraq Bakıya daxil oldu və bir qismi Xətai rayonu, 8 noyabr prospektindəki unikal Hərbi Qənimətlər Parkında sərgilənməkdədir...

Zəfər paradından iştirak edən hərbçilərimizin bir çoxu o parada yeni status və təltiflərlə gəlmişdi: Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandanın paraddan öncə verdiyi Sərəncamla Vətən Müharibəsi Qəhrəmanı yüksək adı ilə, general rütbəsi ilə, “Zəfər”, “Qarabağ” ordenləri ilə təltif olunmuş hərbçilərimizin bir hissəsi paradda iştirak edirdi. Qürur üstə qürur, fərəh üstə fərəh gəlmişdi, Azərbaycan bayram edirdi. Bu bayram yalnız Azərbaycanın deyil, haqqın nahaq üzərində qələbəsinə sevinən hər kəsin bayramıydı. Əslində, keçmiş zamanda danışmaq, yazmaq istəməzdim – çünki Zəfər paradı iki il öncə keçirilsə də, iki il öncədə qalmayıb; o günün mənəvi enerjisi bu gün də bizi sarır, o gündən aldığımız ilham gözümüzə işıq, qəlbimizə fərəh, böyük gələcəyimizə böyük inam verməkdədir.

Biz ləyaqətlə savaşmağı, layiqli Zəfər çalmağı, əsalətli bayram keçirməyi də bacarırıq, sülh üçün, birgə yaşayış üçün, mehriban qonşuluq üçün də dəyanət göstərə bilirik.

Biz gələcəyə baxmağa, Qafqazda əmin-amanlıq üçün çalışmağa hazırıq, bölgəmizdə, Avrasiyada, dünyada əməkdaşlıq ruhu ilə fəaliyyət göstəməyə qadirik; ancaq balaca və məğlub Ermənistan, dalan Ermənistan revanşizmdən qəti şəkildə əl çəkməlidir, terroru, vandalizmi, separatizmi dövlət siyasəti olmaqdan çıxarmalı və birmənalı rədd etməlidir. Yoxsa... yoxsa nə olacağını postmüharibə dövründəki sərhəd toqquşmalarında aldıqları qüvvətli dərslə gördülər hər halda. Unutmasınlar,
DƏMİR YUMRUQ YERİNDƏDİR!
DÖVLƏTİMİZ VAR OLSUN!

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva

Oxunub: 0
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

26-05-2025, 10:34

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Gündəm / Siyasət

25-05-2024, 19:07

Prezident əfv sərəncamı imzaladı - SİYAHI

Gündəm / Sosial

8-11-2025, 13:13

Prezident və Mehriban Əliyeva Zəfər muzeyinin açılışında - FOTOLAR

Gündəm / Siyasət

24-12-2022, 18:29

İlham Əliyev Qərbi Azərbaycan İcmasının binasında - FOTOLAR (YENİLƏNİB)

Gündəm / Siyasət

27-06-2022, 11:21

İlham Əliyev Kəlbəcər və Laçında...

Şou Biznes
Kənan Doğulu, Beren Saat və daha 20 nəfər narkotikə görə saxlanılıb
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
"Energetika Memarlığı" filmi təqdim olunub
"Sevgililərinə ev alırlar, amma sənətkarlara biganə qalırlar" - Xalq artisti
"Oskar" mükafatının qaliblərinin adları açıqlanıb
Ötən il 900 əsər və ifa qeydiyyatdan keçirilib
Araşdırma
12-03-2026, 12:12
İsrail Səhiyyə Nazirliyi İranın hücumlarından zərərçəkənlərin sayını açıqlayıb
2-03-2026, 16:57
Zelenski tərəfdaşların İran dronlarını vurmaq üçün Ukraynadan kömək istəmədiyini bildirib
21-06-2025, 14:23
Almaniya XİN İrandakı səfirliyini qonşu ölkəyə köçürüb
12-05-2025, 12:12
Baş prokuror Nizami rayonunda vətəndaşları qəbul edəcək
21-02-2024, 23:20
Aybəniz Haşımovanın qardaşı həbs edildi
10-01-2024, 14:27
Azərbaycanda iş adamı qəzada öldü
Hadisə
25-06-2026, 09:52
Mərdəkanda dənizdə batanlardan sonuncusunun meyiti tapılıb
24-06-2026, 17:18
Azərbaycan Qırğızıstanın beynəlxalq axtarışa verdiyi şəxsi təhvil verib
23-06-2026, 09:35
Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var
Son xəbərlər
  • Bugün, 15:27
    Sepah zəifləyərsə, İran güclənər - ABŞ-İslam Respublikası savaşı bitər - ŞƏRH
  • Bugün, 14:46
    Kamran Əliyev İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru ilə görüşüb
  • Bugün, 13:34
    Rusiyanın Dneprə raket hücumu nəticəsində 4 nəfər ölüb
  • Bugün, 12:56
    Autizmli uşaqlar Azərbaycan millisinin təlim-məşq düşərgəsini ziyarət ediblər
  • Bugün, 12:07
    Azərbaycanda ərzaqlıq buğdanın dövlət tədarük qiyməti müəyyən edilib
  • Bugün, 11:37
    Ərdoğan: I Türkoloji Qurultayın 100 illik yubileyinin Bakıda qeyd olunması təsadüfi deyil
  • Bugün, 10:43
    Rəsmi Bakıdan İsrailə çağırış - “Bu qərar ciddi narahatlıq doğurur”
  • Bugün, 10:06
    Süleyman Rüstəmin yeganə övladı vəfat etdi
  • Bugün, 09:25
    Binəqədi rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq
  • Bugün, 08:53
    Günün qoroskopu: İnsanlar sizin enerjinizdən təsirlənəcək
  • 27-06-2026, 16:20
    London və Tehran razılığa gəldi
  • 27-06-2026, 15:40
    İsrail Livanla razılaşmadan bir gün sonra ölkənin cənubuna hücum edib
  • 27-06-2026, 15:05
    Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb
  • 27-06-2026, 14:41
    Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib
  • 27-06-2026, 12:00
    İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib
  • 27-06-2026, 11:30
    Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər
  • 27-06-2026, 11:00
    Azərbaycan neftinin qiyməti 74 dollara düşüb
  • 27-06-2026, 10:02
    Ukrayna Volqoqradda "Titan-Barrikadı" zavoduna zərbə endirib
  • 26-06-2026, 12:36
    Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfər edəcək
  • 26-06-2026, 11:24
    Venesuela Səhiyyə Nazirliyi: Zəlzələlər nəticəsində 235 nəfər ölüb, 4,3 min nəfər xəsarət alıb
  • 26-06-2026, 10:51
    ABŞ yığması DÇ-2026-da tarixi qol rekordunu yeniləyib
  • 26-06-2026, 09:42
    Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
  • 26-06-2026, 09:18
    Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
  • 26-06-2026, 08:58
    Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür
  • 25-06-2026, 17:45
    Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək
  • 25-06-2026, 17:15
    Lukaşenko bu yaxınlarda Zelenskinin nümayəndələri ilə görüşdüyünü bildirib
  • 25-06-2026, 16:46
    İlham Əliyev Müdafiə Nazirliyinin hərbçilərini təltif edib
  • 25-06-2026, 16:25
    “İntellektual gömrük” informasiya sistemi yaradılıb
  • 25-06-2026, 12:53
    TƏBİB regionlarda həkim çatışmazlığının həlli üçün təhlillərə başlayıb
  • 25-06-2026, 12:32
    Su polisi Hövsanda əməliyyat keçirib, külli miqdarda narkotik aşkarlanıb
  • 25-06-2026, 11:48
    İƏT Parlament İttifaqı Konfransının 20-ci sessiyası başa çatıb - YENİLƏNİB
  • 25-06-2026, 11:10
    Azərbaycan Mozambiki Müstəqillik Günü münasibətilə təbrik edib
  • 25-06-2026, 10:34
    600 bal toplayanların ən çoxu I qrupdadır
  • 25-06-2026, 09:52
    Mərdəkanda dənizdə batanlardan sonuncusunun meyiti tapılıb
  • 25-06-2026, 09:08
    Dünya bazarlarında "WTI" neftinin qiyməti 70 dollardan aşağı enib
Daha çox
22-06-2026, 17:13
Dövlət başçısı: Azərbaycan-Türkmənistan münasibətləri möhkəm təməl üzərində qurulub
23-06-2026, 09:35
Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var
23-06-2026, 17:23
İrəvanda Ağsaqqallar Şurasının iclası zamanı kütləvi dava baş verib
24-06-2026, 13:08
Sabah Bakıda və rayonlarda yağış yağacaq
24-06-2026, 16:17
İran XİN: AEBA müfəttişlərinin nüvə obyektlərinə girişi yalnız yekun razılaşma çərçivəsində müzakirə olunacaq
23-06-2026, 17:40
İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Müsahibə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
  • Təsisçi: Kənan Adıgözəlov
Müəllif hüquqları qorunur. TAQ.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2022 TAQ.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə