• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Parlamentdə Hərbi Prokurorluğun LƏĞVİ TƏLƏB OLUNDU

Gündəm / Sosial

16-12-2022, 14:05

Parlamentdə Hərbi Prokurorluğun LƏĞVİ TƏLƏB OLUNDU


"Respublika Baş prokurorluğunun qərarı ilə Ermənistana casusluq adı ilə məhkum edilən 19 şəxsə bəraət verilməsi, nəhayət, ədalətin qələbəsidir. Yalnız Prezidentin məsələyə müdaxiləsi və yeni İstintaq Komissiyası yaratmasından sonra 2 ay ərzində ləyaqətli müstəntiqlər yüzlərlə şəxsi dindirərək, kənar təzyiqlərə və təxribatlara baxmayaraq, 288 zərəçəkən şəxsin işini yenidən icraata qəbul edərək, ümumilikdə 405 nəfərin hüquqlarını təmin edirlər".

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Zahid Oruc deyib. O bildirib ki, Gəncədə bir həftə əvvəl həbsdən təmiz adını qaytararaq çıxan, işgəncə altında verdiyi etirafların, saxta hökmlərin ləğvini bayram edənləri emosiyasız izləmək mümkün deyildi:

"Hər birinə qanunsuz olaraq 20 il həbs cəzası verilən, lakin haqsızlığa uğrasa da dövlətə inamını itirməyən o ailələlərin Prezidentə dualarını görəndə insanların nə qədər dəyanətli, mürvətli və səbrli olduqlarını görürsən. Məhkumların hüquqlarını qorumaq üçün aparılan ictimai kampaniyaya rəğmən vətəndaş, ədaləti Prezident İlham Əliyevdən gözləyir. Hərbi prokuror 5 il idi ki, işgəncə qurbanlarının üsyanını “nağıl” adlandırırdı, sonda bəlli oldu ki, dövlətə və xalqa yalanı kim danışır. Keçmiş Baş prokuror Zakir Qaralov bir dəfə də olsun o analarla görüşmədi və saxta ittihamnamələri araşdırmadı. İndi hər ikisi Ali Baş Komandandan, xalqdan, ordumuzdan və qurbanlardan üzr istəməlidilər. 5 ildən sonra alnıaçıq, lakin bədənləri zorakılıq izləri, qəlbləri incidilmiş adamları dövlət və cəmiyyət bağrına basmalıdır ki, haqlarını qaytara bilsin. Tərtər kimi qəhrəman şəhərin adını ləkələmək istəyən, vətəndaşların hüquq sisteminə etibarını zədələyən adamlar sonda ifşa olundular. Saxta xəyanət hökmlərinin sifarişçiləri, təşkliatçıları, müdafiəçiləri, hərbi hissələrdə samosud təşkil edənlər, qurbanları qospitallarda cəza palatalarına bağlayanlar, Hərbi Prokurorluğun kölə müstəntiqləri və andsız hərbi hakimlər 5 il dövlət əleyhinə təbliğata bais olduqlarına görə məsuliyyət daşıyırlar. O casusluq işində imtiyaz və rütbə qazananlar da kənarda qalmamalıdır. Torpaqları düşmən əlində olan bir xalqın 405 nəfərini satqınlıqda günahlandırmaq özü böyük xəyanətdir. Saya diqqət yetirin, samosudçular və hərbi prokurorluq bir taboru-xüsusi vurğulayarıq ki, bir taboru ermənilərin şantajına boyun əkməkdə ittiham edib. Belə adamlar nədən gedib Ermənistanda müstəntiqlik etmirlər? Hərbçilərə işgəncə verəndə düşmən sevinirmiş ki, onların gücü çatmadığı işi bunlar görür. Lakin Baş prokurorluq sübut etdi ki, xəyanət dosyesi saxtadır. Bax, Vətən müharibəsində qələbəmizin sirri bundadır. 2016-cı ilin Aprel döyüşlərində qəhrəmanlıq göstərənləri cəzalandıranlar, döyüş ruhuna zərbə vuranlar işğalçılarla, 2020-ci ildə dövlətimizi müharibədən çəkindirmək istəyənlərlə eyni cərgərdədilər. Zəfərimizdə müstəsna rolu olan 4 günlük müharibəyə qarşı təxribatın tələsinə düşənlər ordunu düşmənlə sövdələşməkdə suçlamaqla işğala dəstək veriblər. İndi görün, kimdir satqın?

İrəvanda ölkəmizlə məxfi işbirliyi adı ilə məhkəmə qurulub, bizdə isə 11 nəfər həyatını itirsə də əksəriyyəti əzablara dözərək o adı üzərlərinə götürməyiblər. 44 gündə qalib gələn də elə həmin iradə və ruh idi. Haqsız həbsə atılanlar torpaqlarımızı azad edənlərlə bir səngərdədilər. Heç şübhə yoxdur ki, işgəncə ilə öldürülənlər, azadlıqdan məhrum edilənlər 2020-ci ilin Vətən müharibəsinə qatılsaydılar, yüzlərlə düşməni məhv edərdilər. Görün, indi kimdir xəyənatkar? Bizim ordu qalib ordudur, sizsə mütəşəkkil qanunsuz dəstə...".

Deputat qeyd edib ki, Türkiyədə Ergenekon və Balyoz əməliyyatları ilə şifrələri dəyişib 588 şəxsi həbs edən, dostu düşmən, xaini sadiq göstərən, dövləti daxildən sarsıtmağa və ordu ilə rəhbər arasında nifaq salmağa çalışanlar eyni əməli 2017-ci ildə ölkəmizdə təkrarladılar:

"Dəyişdirilmiş parollara görə tələyə düşənlər savadsız və maymaq komandirlər, müstəntiqlər və hərbi prokurorluq idi. Casusluq dosyesindənsə, ən çox ziyan çəkən dövlətdir. Lakin İlham Əliyev düşmənlərin planlarına qalib gəldi. İstintaqın əlinin çatmadığı 100-minlərlə döyüşçü ilə yanaşı, azadlıqda olan zərərçəkən şəxslər də ermənilərlə igidliklə vuruşaraq, düşmənə əsir düşmədilər. İstintaqsa onlardan satqın düzəltmək istəyirdi. Prezidentin tapşırığı ilə Baş prokurorluq elə bir qərar qəbul etdi ki, bir daha hüquq tariximizdə belə ləkəli hadisə təkrarlanmasın. Aprel döyüşlərindən sonra 405 adamı linç etdirən düşmən qələbəmizdən sonra görün, hansı təxribatları hazırlayır. O müstəntiqlərin son 5 ildəki digər işlərdə ədalətli olduğuna kim inanar. Onlar xalqın etibarını itiriblər. Azad torpaqlara elələri ilə getmək mümkün deyil. Ona görə də Hərbi prokurorluğu ləğv edib, Tərtər işini ədalətlə sona çatdıran müstəntiqləri ora cəlb etmək MTN-dən sonra Dövlət Təhlükəsizliyi Xidməti kimi uğurlu nümunə yaradan ölkə rəhbərinin qərarını xatırlmatqda fayda var. Zərərçəkənlərə təzminatı dövlət deyil, saxta işi tərtib edən şəbəkə üzvləri ödəməlidir. Daha 12 nəfərlə bağlı da obyektiv qərar çıxarılacağına inanırıq. Nə qədər ki, cinayətkarlar azadlıqdadır, onların növbəti saxta casusluq və xəynatə ssenarasi ilə orduya və dövlətə qarşı qəsdlər davam edəcək. Dövlətin gücü Ulu öndərin “qoy ədalət Zəfər çalsın” ideologiyasını əbədi və dönməz etməsidir".

Oxunub: 0
Paylaş:
Digər xəbərlər

Gündəm / Sosial

4-04-2023, 17:05

Türkiyənin ilk yerli elektromobili Prezidentə təqdim olundu - FOTOLAR

Gündəm / Siyasət

24-12-2022, 18:29

İlham Əliyev Qərbi Azərbaycan İcmasının binasında - FOTOLAR (YENİLƏNİB)

Gündəm / Siyasət

9-12-2022, 14:37

Kəmaləddin Heydərov Prezidentə raport verdi - YENİLƏNİB (FOTOLAR)

Gündəm / Siyasət

27-06-2022, 10:42

İlham Əliyev Kəlbəcərdə hərbi hissənin açılışında - Fotolar

Gündəm / Siyasət

27-06-2022, 11:21

İlham Əliyev Kəlbəcər və Laçında...

Şou Biznes
Kənan Doğulu, Beren Saat və daha 20 nəfər narkotikə görə saxlanılıb
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
"Energetika Memarlığı" filmi təqdim olunub
"Sevgililərinə ev alırlar, amma sənətkarlara biganə qalırlar" - Xalq artisti
"Oskar" mükafatının qaliblərinin adları açıqlanıb
Ötən il 900 əsər və ifa qeydiyyatdan keçirilib
Araşdırma
12-03-2026, 12:12
İsrail Səhiyyə Nazirliyi İranın hücumlarından zərərçəkənlərin sayını açıqlayıb
2-03-2026, 16:57
Zelenski tərəfdaşların İran dronlarını vurmaq üçün Ukraynadan kömək istəmədiyini bildirib
21-06-2025, 14:23
Almaniya XİN İrandakı səfirliyini qonşu ölkəyə köçürüb
12-05-2025, 12:12
Baş prokuror Nizami rayonunda vətəndaşları qəbul edəcək
21-02-2024, 23:20
Aybəniz Haşımovanın qardaşı həbs edildi
10-01-2024, 14:27
Azərbaycanda iş adamı qəzada öldü
Hadisə
Dün, 11:38
Türkiyədə sərnişin avtobusu avtomobillə toqquşub, 30 nəfər xəsarət alıb
16-07-2026, 15:16
Şabranda 53 yaşlı kişini cərəyan vuraraq öldürüb
16-07-2026, 10:09
Şəmkirdə 11 nəfər salatdan zəhərləndi
Son xəbərlər
  • Dün, 16:26
    Sabah çimərliklərdə suyun temperaturu 30 dərəcə olacaq
  • Dün, 15:35
    Məsud Pezeşkianın çıxışını kəsdiyi üçün İran Radio və Televiziya Şirkətinə xəbərdarlıq edilib
  • Dün, 15:07
    Prezident Milix Yevdayevi təltif etdi
  • Dün, 11:38
    Türkiyədə sərnişin avtobusu avtomobillə toqquşub, 30 nəfər xəsarət alıb
  • Dün, 11:14
    Bakıda iki küçənin təmirinə 23 milyon manata yaxın pul ayırılacaq
  • Dün, 10:20
    Azərbaycan neftinin qiyməti 103 dollardan aşağı düşüb
  • Dün, 09:45
    Cəbrayılın 4-cü kəndi tikilir - İlin sonunadək köç olacaq
  • Dün, 09:21
    Qədim şəhərlər niyə yerin altında tikilib - Maraqlı SƏBƏB
  • Dün, 09:05
    FHN həftəsonu su hövzələrinə üz tutacaq vətəndaşlara müraciət edib
  • 24-07-2026, 18:04
    "Dawn": Pakistanda terror aktı nəticəsində 15 nəfər həlak olub
  • 24-07-2026, 17:40
    MM: ABŞ Konqresi komitəsinin qanun layihəsi erməni lobbisinin maraqlarına xidmət edir
  • 24-07-2026, 17:06
    Milli Məclisin deputatı İranda səfərdədir
  • 24-07-2026, 16:48
    Fransada miqrantlara qarşı ayrı-seçkilik – Yeliseyin davam edən irqçiliyi - ŞƏRH
  • 24-07-2026, 15:47
    İyul ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
  • 24-07-2026, 15:17
    Rusiya Ukraynada silah sərgisinin keçirildiyi poliqona zərbə endirib, ölənlər var
  • 24-07-2026, 14:57
    Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ
  • 24-07-2026, 14:34
    Azərbaycanın Türkiyəyə yeni səfiri təyin olundu - FOTO
  • 24-07-2026, 13:11
    Ukrayna ordusu Rusiyanın hərbi zavodunu və neft obyektini vurub
  • 24-07-2026, 12:43
    Sabah Bakıda 38, rayonlarda 39 dərəcə isti olacaq
  • 24-07-2026, 12:20
    Azərbaycanda "Enerji menecment sisteminə dair Tələblər" dəyişib
  • 24-07-2026, 11:58
    İlham Əliyev Şavkat Mirziyoyevi doğum günü münasibətilə təbrik edib
  • 24-07-2026, 11:09
    FHN həftəsonu isti hava şəraiti ilə bağlı əhaliyə müraciət edib
  • 24-07-2026, 10:31
    Azərbaycan UEFA reytinqində 26-cı pillədə qərarlaşıb
  • 24-07-2026, 10:00
    SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib
  • 24-07-2026, 09:40
    Azərbaycan neftinin qiyməti 109 dolları keçib
  • 24-07-2026, 09:21
    Şamaxı rayonunda zəlzələ olub
  • 23-07-2026, 16:23
    ANCA, lobbi və "dostları" Ermənistana qarşı - sülhsevər olmayan konqresmenlər - ŞƏRH
  • 23-07-2026, 16:00
    Kobaxidze: Gürcüstan Azərbaycanla münasibətləri daha da dərinləşdirmək istəyir
  • 23-07-2026, 15:18
    AQP: Tikinti bazarı "mülayim artım və sabitlik" mərhələsindədir
  • 23-07-2026, 14:59
    Sabah Biləsuvarın 7 kəndində qaz olmayacaq
  • 23-07-2026, 13:05
    Sabah Bakıda 38, rayonlarda 39 dərəcə isti olacaq
  • 23-07-2026, 11:57
    Azərbaycanda iyulun pensiya ödənişi yekunlaşıb
  • 23-07-2026, 11:05
    Tailandda silahlı hücum nəticəsində təhlükəsizlik qüvvələrinin 5 əməkdaşı həlak olub
  • 23-07-2026, 10:20
    UEFA Konfrans Liqası: "Zirə" Estoniyada "Payde" ilə üz-üzə gələcək
  • 23-07-2026, 09:54
    Azərbaycan neftinin qiyməti 100 dolları keçib
Daha çox
20-07-2026, 11:13
Özbəkistanın Baş prokuroru Azərbaycanda səfərdədir
20-07-2026, 12:53
Sabah 39 dərəcə isti olacaq
21-07-2026, 17:28
Azərbaycan və Almaniya minatəmizləmə sahəsində əməkdaşlığın davam etdirilməsini razılaşdırıblar
20-07-2026, 09:43
Kənd Təsərrüfatı Nazirliyi fermerlərə müraciət edib
21-07-2026, 17:49
Azərbaycan və Almaniya minatəmizləmə sahəsində əməkdaşlığın davam etdirilməsini razılaşdırıblar
21-07-2026, 10:27
İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət veririk
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Müsahibə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
  • Təsisçi: Kənan Adıgözəlov
Müəllif hüquqları qorunur. TAQ.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2022 TAQ.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə