• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Çin də İrandan üz döndərir – TƏHLİL

Gündəm / Dünya

24-12-2022, 22:06

Çin də İrandan üz döndərir – TƏHLİL


Çin Xalq Respublikasının lideri Si Cinpinin Səudiyyə Ərəbistanına səfəri cənub qonşumuzun ciddi narazılığına səbəb olub. Çin liderinin Səudiyyə Ərəbistanına 4 mlrd. dollarlıq müdafiə məhsullarını satmaq təklifi Tehranda İrana zərbə kimi qəbul edilib. Apardığı uğursuz xarici siyasət ən yaxın dostlarını da molla rejimindən üz döndərməyə məcbur edir.

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib:

Son 20 ildə nəhəng iqtisadi sıçrayış edərək ABŞ-dan sonra dünyanın ən böyük ikinci iqtisadiyyatına malik ölkəsinə çevrilən Çinin yaxın 10 il ərzində ümumi daxili məhsul istehsalına görə ABŞ-ı da geridə qoyacağı proqnoz edilir. Dörd ildir başlayan və bu günə qədər gah azalan, gah yüksələn xətlə inkişaf edən Çin-ABŞ “ticarət müharibəsi” də bu kontekstdə pik həddə çatıb. Çinlə ABŞ arasında iqtisadi və siyasi hegemonluq mübarizəsi artıq dünyanın əksər bölgələrini əhatə etməkdədir. İş o yerə çatıb ki, Çin getdikcə Yaxın Şərqdə də möhkəmlənməyə, Birləşmiş Ştatları oradan sıxışdırıb çıxarmağa başlayıb. Keçən həftə Səudiyyə Ərəbistanına səfər edən Çin Xalq Respublikasının lideri Si Cinpin ABŞ-ın bölgədə ən yaxın müttəfiqi hesab edilən bu ölkə ilə yaxınlaşma xətti götürdüyünü bəyan edib. Burada birdən-birə üç - Səudiyyə-Çin, Çin-Körfəz Əməkdaşlıq Şurası və Çin-Ərəb sammitləri keçirilib.

Təbii ki, Çinin Fars körfəzindəki tərəfdaşı olan İran üçün bu yaxınlaşma sərfəli deyil. Bu səbəbdən də İran Pekindən incik düşüb. Tehran regionda əzəli rəqibi kimi gördüyü Səudiyyə ilə Pekinin yaxınlaşmasını özü üçün təhlükə kimi nəzərdən keçirir.
Çin də İrandan üz döndərir – TƏHLİL

Səudiyyə-İran qarşıdurması nədən qaynaqlanır?

Məlumat üçün bildirək ki, iki qonşu dövlət - Səudiyyə Ərəbistanı və İran arasında regional liderlik uğrunda uzun illərdir şiddətli mübarizə gedir. 2011-ci ildə ərəb dünyasını bürümüş üsyanlar regionda siyasi qeyri-sabitliyin yaranmasına səbəb oldu. İran və Səudiyyə Ərəbistanı həmin hadisələrdən təsir dairələrini genişləndirmək üçün istifadə etdilər, xüsusilə, Suriya, Bəhreyn və Yəməndə. Tehranın məqsədi Aralıq dənizindən İranadək uzanan ərazini nəzarəti altında saxlamaqdır. Səudiyyə isə buna qarşıdır. İki ölkə arasında məzhəb qarşıdurması da güclüdür. Səudiyyə Ərəbistanını əsas sünni oyunçular olan Körfəz dövlətləri - BƏƏ, Küveyt və Bəhreyn, eyni zamanda Misir və İordaniya dəstəkləyir. İranın tərəfində isə Livan və Suriya durur. Çoxları bu iki ölkə arasındakı münasibətləri “soyuq müharibə” dövründəki ABŞ-SSRİ qarşıdurmasına bənzədir. Düzdür, İran və Səudiyyə Ərəbistanı arasında birbaşa hərbi toqquşmalar baş vermir. Lakin bütün region boyu baş verən hərbi qarşıdurmalarda tərəflər özlərinə yaxın bildikləri tərəflərə dəstək verirlər. Bunun əyani təsdiqini Suriyada və Yəməndə görmək mümkündür.

Çin illər uzunu hər iki ölkə ilə balanslı münasibətlər qurub. Lakin belə görünür indi İrandan kənar gəzməyə çalışır.
Çin də İrandan üz döndərir – TƏHLİL

Pekin Tehranı kənara atır

Həqiqətən də, reallıq budur ki, fars molla rejimi dünyada ən mənfi imicə malik ölkələrdən birinə çevrilir. Ölkədəki etirazlara sərt reaksiyası, Rusiya-Ukrayna müharibəsində işğalçı Rusiyanı silah-sursat, hərbi texnika ilə təchiz etməsi İrana qarşı mənfi münasibəti daha da gücləndirib. Qonşuları ilə gərginliyi də bura daxil etsək, o zaman İranın bu siyasətinin onu məhvə apardığını proqnoz etmək elə də çətin görünmür. Ən əsası, uzun illərdir yaxın münasibətlərdə olduğu ölkələr - Rusiya və Çin də İranla münasibətlərə yenidən baxır. Rusiya rəsmi Tehranın Zəngəzur dəhlizi ilə bağlı tutduğu mövqeyi bəyənmir. Çin də daha praqmatik ölkə olan Səudiyyə ilə münasibətləri gücləndirməyə start verib. Son illər Səudiyyə Ərəbistanı Pekinin regionda əsas strateji tərəfdaşlarından birinə çevrilib. Çin liderinin Səudiyyə Ərəbistanına 4 mlrd. dollarlıq müdafiə məhsullarını satmaq təklifi İrana zərbə kimi qəbul edilib. Çin diplomatik təmaslarda və hərbi əməkdaşlıqda bərabərlik siyasəti yürütdüyünü bəyan etsə də, bu cavab İranı sakitləşdirməyib. Məlumat üçün bildirək ki, 2016-cı ildə Çin həm Səudiyyə Ərəbistanı, həm də İranla hərtərəfli strateji tərəfdaşlıq sazişləri imzalayıb. 2017 və 2019-cu illərdə hər iki ölkə ilə ayrı-ayrılıqda hərbi təlimlər keçirib.

Ötən həftə Səudiyyə Ərəbistanına səfərini başa vuraraq Pekinə dönən Çin liderinin yaxınlarda İrana gedəcəyi bildirilsə də, bu, Tehranı sakitləşdirməyib. Artıq İranın xarici işlər nazirinin Asiya-Sakit okean regionu üzrə müavini etiraz əlaməti olaraq Çinin İrandakı səfirini nazirliyə söhbətə çağırıb. Tehran Hörmüz boğazındakı mübahisəli adalara Çinin dəstəyini ifadə edən Körfəz Əməkdaşlıq Təşkilatının birgə bəyanatından da narazı qalıb. Birgə bəyanatda həmçinin İranın nüvə probleminin həllinin vacibliyi, eləcə də molla rejiminin “regionda sabitliyi pozan praktikalar”, “terror təşkilatlarına dəstək” və “PUA texnologiyasının təşviqi”ndə iştirakı vurğulanır.
Çin də İrandan üz döndərir – TƏHLİL
Tehranı sakitləşdirməyə çalışan Pekin Si Cinpinin səfərindən dörd gün sonra baş nazirin müavini Hu Çunxuanı İrana göndərib. O da Tehranda ev sahibini əmin edib ki, Çin hakimiyyəti xarici ölkələrin İranın daxili işlərinə müdaxiləsinə qarşıdır və İslam Respublikasının milli xüsusiyyətlərinə hörmət edərək onun suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir.

Çin ərəb dünyasında ABŞ-a alternativ ola biləcəkmi?

Yeri gəlmişkən, Qərb mediası yazır ki, Çin və ərəb dünyası arasında müttəfiqlik Amerikanın öz xarici siyasətinə yenidən baxması zərurətindən xəbər verən “sarı vərəqə”yə çevrilib. Hələlik ölkələr yalnız ticarət sazişləri bağlayıb, lakin Pekin bu əməkdaşlıqda siyasi aspektlərdən uzaqlaşa bilməyəcək. Vaşinqtonun qorxmalı olduğu da budur. “Çin lideri müxtəlif sahələri əhatə edən 29,3 milyard dollarlıq 35-dən çox əməkdaşlıq müqaviləsi imzaladığı üç günlük turunu başa vurduqdan sonra Ər-Riyadı tərk edib” deyə qərb mediası yazır. Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman isə səfəri “Çin ilə münasibətlərdə yeni tarixi mərhələ” adlandırıb.

Oxunub: 0
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

26-05-2025, 10:34

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Gündəm / Siyasət

25-07-2024, 17:02

​​​​​​​Bakı-Pekin iqtisadi tərəfdaşlığı - liderlərin şəxsi münasibətləri əlaqələri pik həddə yüksəldib - ŞƏRH

Gündəm / İqtisadiyyat

18-01-2023, 20:44

Prezident İlham Əliyev Davosda Çinin CGTN televiziya kanalına müsahibə verib

Gündəm / Siyasət

25-05-2024, 19:07

Prezident əfv sərəncamı imzaladı - SİYAHI

Gündəm / Siyasət

8-05-2024, 20:24

Fransanın anti-Azərbaycan təşəbbüsləri - Yelisey sarayının uğursuzluqlar seriyası - TƏHLİL

Şou Biznes
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
Xalq artisti Zaur Rzayev xəstəxanadan evə buraxılıb
Kənan Doğulu, Beren Saat və daha 20 nəfər narkotikə görə saxlanılıb
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
"Energetika Memarlığı" filmi təqdim olunub
"Sevgililərinə ev alırlar, amma sənətkarlara biganə qalırlar" - Xalq artisti
Araşdırma
12-03-2026, 12:12
İsrail Səhiyyə Nazirliyi İranın hücumlarından zərərçəkənlərin sayını açıqlayıb
2-03-2026, 16:57
Zelenski tərəfdaşların İran dronlarını vurmaq üçün Ukraynadan kömək istəmədiyini bildirib
21-06-2025, 14:23
Almaniya XİN İrandakı səfirliyini qonşu ölkəyə köçürüb
12-05-2025, 12:12
Baş prokuror Nizami rayonunda vətəndaşları qəbul edəcək
21-02-2024, 23:20
Aybəniz Haşımovanın qardaşı həbs edildi
10-01-2024, 14:27
Azərbaycanda iş adamı qəzada öldü
Hadisə
Bugün, 09:00
Sabirabadda yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb
18-09-2026, 16:05
Cəlilabadda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb
12-09-2026, 09:35
Bakıda avtomobil qadını vuraraq öldürüb
Son xəbərlər
  • Bugün, 13:45
    İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolunun tikintisi üzrə razılaşmanı təsdiqləyəcək
  • Bugün, 12:35
    Zakir Həsənov Pakistana başsağlığı verib
  • Bugün, 12:16
    Si Cinpin sentyabrın 23-25-də ABŞ-a səfər edəcək
  • Bugün, 11:29
    Rusiyanın Ukraynaya hücumlarında 1 nəfər ölüb, 9 nəfər xəsarət alıb
  • Bugün, 10:42
    Mərkəzi Bank bu həftə növbəti dəfə uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq
  • Bugün, 10:14
    Türkiyədə 5 maqnitudalı zəlzələ olub
  • Bugün, 09:00
    Sabirabadda yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb
  • 18-09-2026, 17:38
    Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH
  • 18-09-2026, 16:42
    Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində - Foto
  • 18-09-2026, 16:05
    Cəlilabadda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb
  • 18-09-2026, 14:41
    Azərbaycan Alban-Udi xristian dini icması Ermənistanda revanşist əhval-ruhiyyəli münasibəti qınayıb
  • 18-09-2026, 13:27
    Sabah rayonlarda arabir yağış yağacaq
  • 18-09-2026, 12:54
    Bu ilin 8 ayında pensiyalara 5 milyard 222 milyon manat vəsait yönəldilib
  • 18-09-2026, 11:59
    Milli Məclisdə qida təhlükəsizliyi ilə bağlı ictimai dinləmələr keçiriləcək
  • 18-09-2026, 11:20
    "Formula 1" yarışı zamanı Bakıda məhdudiyyət qoyulacaq və hərəkətə icazə veriləcək yolların siyahısı açıqlanıb
  • 18-09-2026, 10:09
    Azərbaycan XİN Çilini Müstəqillik Günü münasibətilə təbrik edib
  • 18-09-2026, 09:36
    Premyer Liqa: "Neftçi" və "Qarabağ" bu gün növbəti oyunlarını keçirəcəklər
  • 18-09-2026, 09:30
    Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
  • 17-09-2026, 18:26
    Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir
  • 17-09-2026, 13:52
    İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib
  • 17-09-2026, 13:10
    İlham Əliyev və Mehriban Əliyeva Şamaxıya səfər ediblər
  • 17-09-2026, 12:55
    Dövlət Agentliyinin əməkdaşlarının tibbi təminatı Daxili İşlər Nazirliyinə həvalə olunub
  • 17-09-2026, 12:26
    Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
  • 17-09-2026, 12:09
    Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib
  • 17-09-2026, 11:25
    İlham Əliyev TDT Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb
  • 17-09-2026, 10:05
    Azərbaycan ilə Malayziyanın turizm əlaqələri müzakirə olunub
  • 17-09-2026, 09:31
    Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri Filippin və Danimarka ilə qarşılaşacaqlar
  • 16-09-2026, 16:45
    Gürcüstan Prezidenti Azərbaycana yeni təyin olunmuş səfirlə görüşüb
  • 16-09-2026, 16:13
    Təhsil dövrü 5 il olan hərbçilər üçün "leytenant" rütbəsinin müddəti azaldılır
  • 16-09-2026, 15:33
    Bakıda keçirilən beynəlxalq audit konfransının iştirakçıları Prezidentə müraciət ediblər
  • 16-09-2026, 14:37
    Haaqa məhkəməsində Kosovo Azadlıq Ordusunun rəhbərlərinə hökm oxunub
  • 16-09-2026, 14:04
    Ermənistan Konstitusiya Məhkəməsi TRIPP layihəsi üzrə sazişi təsdiqləyib
  • 16-09-2026, 12:59
    Bakıda 32, rayonlarda 35 dərəcə isti olacaq
  • 16-09-2026, 12:42
    Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib
  • 16-09-2026, 12:22
    İlham Əliyev Auditorlar Palatasının üzvlərini və əməkdaşlarını təltif edib
Daha çox
15-09-2026, 08:51
Azərbaycanda Bilik Günüdür
15-09-2026, 11:57
İqtisadiyyat nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib
15-09-2026, 10:15
XİN Bakının işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib
16-09-2026, 11:44
İlham Əliyev Auditin inkişaf mərhələlərinə həsr edilən beynəlxalq konfransın iştirakçılarına müraciət göndərib
15-09-2026, 10:52
Birol Akgün Şəhidlər xiyabanı və Türk şəhidliyini ziyarət edib
15-09-2026, 12:19
TBMM sədri Bakının işğaldan qurtuluşunun 108-ci ildönümü münasibətilə Azərbaycanı təbrik edib
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Müsahibə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
  • Təsisçi: Kənan Adıgözəlov
Müəllif hüquqları qorunur. TAQ.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2022 TAQ.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə