TAQ. az dünən ölkədə baş vermiş helikopter qəzası ilə əlaqədar başsağlığı mətnini rəsmi saytında yerləşdirib.
Mətndə deyilir:" Vətən səmasında təlim keçərkən qəzaya uğramış helikopterdə olan hərbçilərimizin faciəvi şəkildə həlak olmaları ilə əlaqədar TAQ.az saytı kollektivi adından hərbçilərimizin ailə üzvlərinə, yaxınlarına dərin hüznlə baş sağlığı verir və yaralılara Allahdan şəfa diləyirik.
Ümid edirik ki, aidiyyəti qurumlar tərəfindən qəza obyektiv şəkildə araşdırılıb baş vermə səbəbi müəyyənləşər, cəmiyyətdə yaranan narahatdoğurucu məqamlara aydınlıq gətirilər"
Qeyd edək ki, dünən saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb.
Qəza nəticəsində 14 hərbçi həlak olub, iki yaralı var.