• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

“Bakı-Tbilisi-Ceyhan kəmərini partlatmaq tapşırığı almışdıq” - Ermənistan vətəndaşı

Hadisə

10-01-2022, 18:21

“Bakı-Tbilisi-Ceyhan kəmərini partlatmaq tapşırığı almışdıq” - Ermənistan vətəndaşı

Terrorçuluqda təqsirləndirilən daha iki Ermənistan vətəndaşı Sarqsyan İşxan Aşotinin və Rafaelyan Vladimir Otarinin məhkəməsi davam edib.

Bu gün Sabunçu rayon Məhkəməsinin inzibati binasında Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib.

İttihama görə, Ermənistan Müdafiə Nazirliyinin xüsusi təyinatlı kəşfiyyat hərbi hissəsində qrup komandiri Sarqsyan İşxan Aşoti və mühəndis istehkamçı qismində hərbi xidmət keçən Rafaelyan Vladimir Otari 27 may 2021-ci il tarixdə saat 03 radələrində Azərbaycan Respublikasının dövlət sərhədini Kəlbəcər rayonu istiqamətində təkrarən qanunsuz olaraq keçib, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin həmin ərazidə dislokasiya olunmuş bölmələrinin və digər təyinatlı məntəqələrin Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi ərazisindən keçən təminat və digər keçid yollarında minalanma işlərini həyata keçirib.

Qeyd olunan şəxslərin həmin cinayət əməllərini törətmələri müəyyən edilərək cinayət başında yaxalanıb, Azərbaycan ərazisinə keçirdikləri “TM 62-M” və “E-00-M” tipli, ümumilikdə 23 ədəd mina aşkar edilərək götürülüb.
Hər iki şəxsə Cinayət Məcəlləsinin 214.2.3-cü (Terrorçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228-ci ( qanunsuz silah əldə etmə), 318-ci (qanunsuz ölkə sərhədini keçmə), 282-ci (təxribat törətmə) maddələri ilə ittiham elan edilib.

Hakim bildirib ki, ittiham məhkəmə istintaqında öz təsdiqini taparsa, təqsirləndirilən şəxslər maddələr üzrə 14 ildən 20 ilə qədər və yaxud ömürlük azadlıqdan məhrum edilə bilərlər.

Məhkəmədə şahid qismində Azərbaycan Ordusunun zabiti Nicat Abdulhüseynov ifadə verib. O bildirib ki, 27 may 2021-ci ildə Kəlbəcər rayonun Ayrım yaşayış yeri ərazisində döyüş mövqeyində xidmət apararkən gecə saatlarında düşmənin üzbəüz mövqeyində fəallıq aşkar olunduğu barədə məlumat alıblar: “Bütün mövqelərə gücləndirmə verdik. Xəbər verdilər ki, həmin döyüş mövqeyindən sol cinahından düşmənin 6-8 hərbi qulluqçusu bizim döyüş mövqeyimizə girir. Tam müşahidə götürdük və gecə görmə cihazları ilə onların hərəkətini izlədik. Səhər 3-5 radələrində düşmən təminat yollarımız tərəfə irəliləyirdi. Düşmən tank əleyhinə 4 mina, piyada əleyhinə 20 mina basdırmaq istəyirdi. Əməliyyat keçirdik və onları tərksilah etdik. Onların məqsədi bizim döyüş mövqeyimizi gedən təminat yollarımızı minalamaq idi".

Şahid qismində dindirilən digər zabit Hüseyn Həsənov bildirib ki, mayın 27-də döyüş mövqelərindən qərargaha məlumat daxil olub: "Dedilər ki, erməni diversiya qrupu Azərbaycan ərazisinə daxil olub. Müşahidə apardıq, onların içəriyə qədər irəliləməsinə imkan verdik. Dərhal taborun ehtiyat qüvvələrini əraziyə cəlb etdik. Düşmənin diversiya qüvvələri iş başında aşkar edildi və tərksilah olundu. Üzərilərində silahlar və minalar aşkar edildi. Əraziləri yoxladıq, məlum oldu 3 döyüş mövqeyimizə gedən təminat yollarına artıq mina düzüblər. Minalar zərərsizləşdirildi. Saxladığımız şəxsləri də aidiyyəti üzrə təhvil verdik. Bunlar dövlət sərhədindən 150-200 metr bizim ərazimizə daxil olaraq minalamağa cəhd göstəriblər".

Təqsirləndirilən İşxan Sarqsyan ifadəsində Ermənistanın xüsusi təyinatlı hərbi hissəsində xidmət etdiyini və mayın 24-ə komandanlıqdan əmr gəldiyini deyib: “Həmin gün Sisyan rayonuna göndərildim. Ayın 25-də Qaragöl ətrafında yerləşən qrupumuza qoşulduq. Sonra Basarkəçər ərazisinə göndərildim. Əmr gəldi ki, oranın kəşfiyyatını aparım, yolu minalamaq lazımdır. İşimizi görüb qurtaranda Azərbaycan əsgərləri gəldi. Bəziləri geri qayıda bildi, biz isə təslim olduq".

Təqsirləndirilən şəxs Bakı-Tbilisi-Ceyhan kəmərinin partladılması il bağlı döyüş tapşırığı aldıqlarını etiraf edib: "Tovuz döyüşləri zamanı bu cür döyüş tapşırığı olub. Mərkəzi qərargahdan əmr gəlmişdi ki, o ərazidə zəif müdafiə olunan yerləri kəşfiyyatını aparaq. Neft kəmərinin partladılması əmri ilə bağlı mən xəritədə Azərbaycan Ordusunun mövqelərini qeyd etmişdim və zəif müdafiə olunan əraziləri hesablamışdım. Mən Ermənistan tərəfində oranı müşahidə etmişəm. Xəritələrdə, sənədlərdə qeydlər aparıb, aidiyyəti üzrə təhvil vermişəm".

Digər təqsirləndirilən Vladimir Rafaelyan mayın 26-da komandirlərlə birlikdə Basarkeçə gəldiyini deyib: "Mən komandirin əmri ilə xüsusi təyinatlılara qoşuldum. Mənim rəhbərim İşxan təyin edildi. Əraziyə 3 tank minası və 20 piyada əleyhinə mina apardıq. İşxanın əmrinə tabe olmalıydım. Gecə Kəlbəcər rayonuna daxil olduq. İşxanın dalınca gedirdik. Minaları basdırmaq barədə İşxandan əmr aldıq. Minaları basdıranda Azərbaycan Ordusunun hərbi qulluqçuları bizə yaxınlaşdı. Tərksilah edildik və təslim olduq".

Məhkəmə prosesi yanvarın 24-də davam etdiriləcək.

Qeyd edək ki, hər iki Ermənistan vətəndaşı Cinayət Məcəlləsinin 214.2.3-cü (Terrorçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228-ci ( qanunsuz silah əldə etmə), 318-ci (qanunsuz ölkə sərhədini keçmə), 282-ci (təxribat törətmə) maddələri ilə ittiham edilir.

Oxunub: 0
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

26-05-2025, 10:34

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Gündəm / Siyasət

25-05-2024, 19:07

Prezident əfv sərəncamı imzaladı - SİYAHI

Gündəm / Siyasət

27-05-2022, 20:35

Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI

Gündəm / Siyasət

11-10-2023, 15:28

İlham Əliyev yeni məhkəmə hakimləri TƏYİN ETDİ

Gündəm / Siyasət

10-10-2026, 11:18

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM

Şou Biznes
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Naxçıvan mədəniyyət nazirinə müavin təyin edilib
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
Xalq artisti Zaur Rzayev xəstəxanadan evə buraxılıb
Kənan Doğulu, Beren Saat və daha 20 nəfər narkotikə görə saxlanılıb
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
Araşdırma
20-10-2026, 15:16
Azərbaycanda nəqliyyat sahəsinə aid yeni dövlət standartları qəbul edilib
12-03-2026, 12:12
İsrail Səhiyyə Nazirliyi İranın hücumlarından zərərçəkənlərin sayını açıqlayıb
2-03-2026, 16:57
Zelenski tərəfdaşların İran dronlarını vurmaq üçün Ukraynadan kömək istəmədiyini bildirib
21-06-2025, 14:23
Almaniya XİN İrandakı səfirliyini qonşu ölkəyə köçürüb
12-05-2025, 12:12
Baş prokuror Nizami rayonunda vətəndaşları qəbul edəcək
21-02-2024, 23:20
Aybəniz Haşımovanın qardaşı həbs edildi
Hadisə
24-10-2026, 14:47
Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB
23-10-2026, 16:14
Salyanda avtoqəza olub, ölən və yaralananlar var
22-10-2026, 16:41
Abşeronda anasını qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Son xəbərlər
  • Bugün, 14:40
    Barselonada etirazlar zamanı 128 nəfər saxlanılıb, şəhərə 36 min avro dəyərində ziyan vurulub
  • Bugün, 13:13
    Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardıma dair Avropa Konvensiyasına 2-ci Əlavə Protokol təsdiqlənib
  • Bugün, 12:54
    Mehriban Əliyeva Azərbaycan Rəssamlar İttifaqının sədrini təbrik edib
  • Bugün, 12:29
    Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib
  • Bugün, 12:01
    İlham Əliyev Avstriya Prezidentini təbrik edib
  • Bugün, 11:17
    Elm və Təhsil Nazirliyi: İranlı nazirin açıqlaması Azərbaycanın daxili işlərinə müdaxilə cəhdidir
  • Bugün, 09:48
    İnfantino: "Sabah" və "Qarabağ" Azərbaycan futbolunun nə qədər möhtəşəm olduğunu nümayiş etdirdilər"
  • Bugün, 08:57
    Türkiyə kəşfiyyatının rəhbəri İrana səfər edəcək
  • 24-10-2026, 16:06
    Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə
  • 24-10-2026, 15:11
    Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
  • 24-10-2026, 14:47
    Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB
  • 24-10-2026, 14:03
    Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib
  • 24-10-2026, 13:11
    Sabah Bakıda yağış yağacaq
  • 24-10-2026, 12:35
    Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib
  • 24-10-2026, 10:13
    Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb
  • 24-10-2026, 09:15
    Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir
  • 23-10-2026, 18:22
    Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb
  • 23-10-2026, 17:36
    Rusiya Azərbaycandan meyvəni yeni quru yolu ilə tədarük etmək istəyir
  • 23-10-2026, 16:50
    Rayonlardakı yağıntılı hava şəraiti növbəti 2 gün davam edəcək - Xəbərdarlıq
  • 23-10-2026, 16:14
    Salyanda avtoqəza olub, ölən və yaralananlar var
  • 23-10-2026, 15:29
    MSK nümayəndə heyəti Serbiyada parlament seçkilərini müşahidə edəcək
  • 23-10-2026, 14:23
    Sabah bəzi yerlərdə yağış yağacaq
  • 23-10-2026, 13:25
    Milli Məclisdə "Hərbi xidmət haqqında" yeni qanun layihəsinin hazırlanması təklif olunub
  • 23-10-2026, 12:54
    Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib
  • 23-10-2026, 11:55
    Milli Məclisin plenar iclası başlayıb, iki yeni qanun layihəsi müzakirə ediləcək
  • 23-10-2026, 11:24
    Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir
  • 23-10-2026, 09:42
    Azərbaycan Premyer Liqasında IX tura bu gün iki oyunla start veriləcək
  • 23-10-2026, 09:13
    "Brent" markalı neftin qiyməti may ayından bəri ilk dəfə 114 dolları ötüb
  • 22-10-2026, 17:57
    Etiraz aksiyalarını qadağan edəcəklər
  • 22-10-2026, 17:13
    Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub
  • 22-10-2026, 16:41
    Abşeronda anasını qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub
  • 22-10-2026, 15:41
    Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib
  • 22-10-2026, 15:09
    Hindistanın xarici işlər naziri sabah Azərbaycana səfər edəcək
  • 22-10-2026, 12:55
    Yardımlı Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilib
  • 22-10-2026, 12:29
    Prezidentin Xankəndi, Ağdərə və Xocalıda xüsusi nümayəndəsi vəzifəsindən azad edilib
Daha çox
20-10-2026, 09:36
Zəngilanın azad edilməsindən 6 il ötür
19-10-2026, 17:36
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana dair məlumatları etibarlı mənbələrdən yoxlamağa çağırıb
19-10-2026, 15:45
Fransada iğtişaşlar fonunda bəzi şəhərlərdə komendant saatı tətbiq ediləcək
19-10-2026, 17:15
“Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb
19-10-2026, 18:16
Leyla Əliyeva Türkmənistanda səfərdədir
20-10-2026, 16:30
"Şahinlərin Görüşü-2026" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Müsahibə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
  • Təsisçi: Kənan Adıgözəlov
Müəllif hüquqları qorunur. TAQ.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2022 TAQ.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə