• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

NƏ BAŞ VERİR: Brüsseldən əvvəl Moskva görüşü... - İNCƏLƏMƏ...

Siyasət

24-11-2021, 09:00

NƏ BAŞ VERİR: Brüsseldən əvvəl Moskva görüşü... - İNCƏLƏMƏ...

Avropa İttifaqı Şurasının sədri Şarl Mişel Ermənistan və Azərbaycan liderləri ilə regionda yaranmış vəziyyətə dair telefonla danışıqlar apardıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan dekabrın 15-də Brüsseldə Aİ-nin “Şərq Tərəfdaşlığı” sammitində görüşməyə razılaşıblar.

Rusiya sərhədlərin müəyyənləşməsi ilə bağlı hər iki tərəfi güzəştlərə çağıraraq, vasitəçilik missiyasını yenə də təkbaşına üzərinə götürdükdən-Prezident Vladimir Putinin “Valday” klubundakı çıxışında sərhədlə bağlı xəritənin Rusiya Baş Qərargahında olduğunu bəyan etməsindən sonra proses sanki qəfil tormozlandı. Moskvada üçtərəfli görüşlə bağlı noyabrın ilk ongünlüyündə gözlənilən görüş heç bir tutarlı səbəb göstərilmədən ertələndi. “Soros uşaqları”ndan olan yeni müdafiə nazirinin təyinatı ilə sərhəddə gərginlik qarşıdurma səviyyəsini aşdı, ağır silahlar işə düşdü. Bundan sonra isə Aİ-nin vasitəçiliyi ilə görüş razılaşdırıldı. Müşahidələrə görə, Paşinyan danışıqlar prosesinin Rusiyanın inhisarından çıxmasında maraqlıdır. O, danışıqları Rusiya formatından çıxarmağa və ATƏT Minsk Qrupuna daşımağa, Rusiya və Türkiyənin rolunu azaltmağa və vaxt qazanmağa çalışır.

Ermənistan mediası Putin-Əliyev-Paşinyan görüşünün noyabrın 26-da Soçidə keçiriləcəyini iddia edirdi ki, noyabrın 23-də bu xəbər rəsmən təsdiqləndi.

Politoloq Yeganə Hacıyeva “Yeni Müsavat”a bildirdi ki, 44 günlük Vətən müharibəsindən sonra proseslərə təsir edən tək işlək format üçtərəfli razılaşmadır. Rusiya da bu üçtərəfli razılaşmada de-yure tək, de-fakto isə iki qarant ölkədən biridir. Proseslər Azərbaycan-Türkiyə, Rusiya- Ermənistan mövqelərinin ətrafında müzakirə olunur, həlli yolları tapılmağa cəhd edilir: “Yəni nəzəri olaraq hətta fikirləşsək ki, ATƏT-in Minsk Qrupu bir formada sərhəd və delimitasiya-demarkasiya məsələlərinə cəlb olunur, bu format yararsız, işlək olmayan bir format olacaq. Necə ki, 30 il ərzində nizamlanma missiyası heç nəyə yaramadı, eləcə də bu format da heç nəyə yaramayacaq. Bu, Ermənistana və şəxsən baş nazir Nikol Paşınyana zaman qazandıracaq. Digər tərəfdən, sərhəddə gərginlik həm də Azərbaycan tərəfinin rəsmi təbliğatının sındırılmasına hesablanıb. Çünki 44 günlük Vətən müharibəsindən sonra regionda maraqlı dairələr bölgədə dəyişikliklər, yeniliklər, ümumiyyətlə, bölgənin gələcəyi ilə bağlı ancaq və ancaq Azərbaycan Prezidentinin nitqindən səslənən mesajlara inanır və etibar edirlər. Bu, Ermənistanın özündə də belədir, cəmiyyət baş verənlərlə bağlı Azərbaycan Prezidentinin səsləndirdiyi fikirlərə inanır, bu fikirləri arqument olaraq hökumət qarşısında səsləndirir və s. Bir sözlə, Cənubi Qafqazla bağlı fikir formalaşdırılmasında əsas sima Azərbaycan Prezidentidir”.

Ekspertin fikrincə, Brüsseldə Prezident Əliyev və Paşinyanın görüşündən böyük nəticə gözləməyə dəyməz: “Bu görüşü, sadəcə, Avropa İttifaqı ”Şərq Tərəfdaşlığı" sammiti çərçivəsində bu proqramın iki üzv dövlət rəhbərlərinin görüşü kimi qəbul etməliyik. Amma bu görüş Azərbaycan və Ermənistandan çox Avropa İttifaqına görüntü üçün vacibdir. Aİ növbəti dəfə bir qlobal oyunçu statusunu təsdiqləməyə, Cənubi Qafqazdakı proseslərə təsir imkanlarını tam itirmədiyini, bu imkanların hələ də mövcud olması görüntüsünü verməyə çalışır. “Rusiya Avropa İttifaqını qabaqlayaraq tərəflər arasında konstruktiv sənəd imzalanmasına nail ola bilərmi” sualına gəlsək, onu qeyd edim ki, belə bir sənədi ancaq və ancaq Rusiyanın nüfuz və təsiri ilə imzalamaq mümkün olacaq.

Aİ-nin lider ölkələrinin, ümumiyyətlə, Aİ-nin bir siyasi təsisat olaraq Cənubi Qafqazdakı proseslərə ciddi təsir mexanizmi mövcud deyil. Proseslərə təsir mexanizmi mövcud olmayan Aİ Azərbaycan və Ermənistan arasında konstruktiv sənədin imzalanmasına necə nail ola bilər? Hansı şərtlərlə, hansı alətlərlə? Müsbət cavab vermək mümkün deyil.

Əgər Aİ Ermənistana kredit-qrant formasında hədiyyə etdiyi 2,6 milyard, Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində 1,6 milyard maliyyə ayırmaqla təsir rıçaqlarını formalaşdırdığını düşünürsə, çox yanılır, çünki bu belə deyil.

Azərbaycana gəlsək, 44 günlük Vətən müharibəsində davranışlarına görə Aİ ilə Azərbaycan arasında dəyişən məqamlar var və Aİ Ermənistanın könlünü almağa çalışdığı kimi eyni yanaşmanı Azərbaycana da sərgiləməli və Azərbaycanla münasibətlərdə 44 günlük Vətən müharibəsi zamanı ədalətsiz mövqeyini kompensasiya etməlidir".

Təxribatlar ehtimalına gəlincə, Y.Hacıyeva hesab edir ki, delimitasiya və demarkasiya prosesləri bitməyənə qədər bu prosesin əhatə etdiyi sərhədin müxtəlif yerlərində təxribatlar olacaq.
“Yeni Müsavat”

Oxunub: 218
Paylaş:
Digər xəbərlər

Dünya

24-11-2021, 22:03

Putin Şarl Mişellə Qarabağı müzakirə edib

Gündəm / Siyasət

20-11-2021, 14:42

İlham Əliyevlə Paşinyanın görüşü ilə bağlı RƏSMİ AÇIQLAMA

Gündəm / Hadisə

18-11-2021, 10:40

Üçtərəfli görüşə mane olmaq CƏHDLƏRİ - Ermənistan masaya oturdulur

Gündəm / Siyasət

16-11-2021, 19:46

"Bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür" - Prezident

Gündəm / Siyasət

16-11-2021, 19:43

Azərbaycan Prezidenti Şarl Mişellə sərhəddəki vəziyyəti müzakirə edib

Şou Biznes
Kənan Doğulu, Beren Saat və daha 20 nəfər narkotikə görə saxlanılıb
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
"Energetika Memarlığı" filmi təqdim olunub
"Sevgililərinə ev alırlar, amma sənətkarlara biganə qalırlar" - Xalq artisti
"Oskar" mükafatının qaliblərinin adları açıqlanıb
Ötən il 900 əsər və ifa qeydiyyatdan keçirilib
Araşdırma
12-03-2026, 12:12
İsrail Səhiyyə Nazirliyi İranın hücumlarından zərərçəkənlərin sayını açıqlayıb
2-03-2026, 16:57
Zelenski tərəfdaşların İran dronlarını vurmaq üçün Ukraynadan kömək istəmədiyini bildirib
21-06-2025, 14:23
Almaniya XİN İrandakı səfirliyini qonşu ölkəyə köçürüb
12-05-2025, 12:12
Baş prokuror Nizami rayonunda vətəndaşları qəbul edəcək
21-02-2024, 23:20
Aybəniz Haşımovanın qardaşı həbs edildi
10-01-2024, 14:27
Azərbaycanda iş adamı qəzada öldü
Hadisə
Bugün, 09:28
Zərdabda baş verən qəzada ölənlərin adları məlum olub - YENİLƏNİB
4-09-2026, 14:45
Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi
4-09-2026, 12:28
Azərbaycandan qaçan vəzifəli şəxs tutuldu - Ölkəyə gətiriləcək
Son xəbərlər
  • Bugün, 12:02
    Bakı Limanı: İlin sonunadək Xəzərdə dəniz dibinin dərinləşdirilməsi istiqamətində işlərə başlanılacaq
  • Bugün, 11:26
    Bağçaya növbəyə yazılma prosesinə başlanılır
  • Bugün, 11:01
    Rusiya və Ukrayna arasında qarşılıqlı hücumlarda tələfat barədə məlumat açıqlanıb
  • Bugün, 10:32
    Mehriban Əliyeva Xalq artisti Aleksandr Şarovskinin vəfatı ilə bağlı paylaşım edib
  • Bugün, 10:07
    UEFA Çempionlar Liqası: "Qalatasaray" bu gün "Sportinq"lə qarşılaşacaq
  • Bugün, 09:28
    Zərdabda baş verən qəzada ölənlərin adları məlum olub - YENİLƏNİB
  • 7-09-2026, 17:40
    Qobustanda daha bir körpü cəmi 38 günə inşa edilib
  • 7-09-2026, 16:51
    Kanaldan meyit tapıldı
  • 7-09-2026, 16:15
    “44” bədii filminin premyerasının keçiriləcəyi tarix məlum olub
  • 7-09-2026, 15:37
    Bolqarıstan MN-in nümayəndə heyəti Azərbaycanda səfərdə olub
  • 7-09-2026, 15:09
    Qiymətləndiricilər Palatasında məhkəmə ekspertizası üzrə təlim keçirilib
  • 7-09-2026, 14:48
    Əziz Səncər "Şöhrət" ordeni ilə təltif edilib
  • 7-09-2026, 14:23
    İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edildi
  • 7-09-2026, 13:56
    Vladimir Putin Azərbaycan Prezidentinə zəng edib
  • 7-09-2026, 13:30
    Sabah Bakıda və rayonlarda yağış yağacaq - PROQNOZ
  • 7-09-2026, 12:55
    Bakıda kamandan oxatma üzrə şəhər çempionatı keçiriləcək
  • 7-09-2026, 11:57
    Saymon Stil: İqlim maliyyələşdirməsi planları konkret layihələrə çevirir
  • 7-09-2026, 11:53
    Tarixi uğurdan gələcəyə - "Sabah"ın 10 milyon manatlıq inkişaf proqramı - ŞƏRH
  • 7-09-2026, 10:30
    Mürsəl İbrahimov Naxçıvanda vətəndaşları qəbul edəcək
  • 7-09-2026, 09:54
    Nizami rayonunun bəzi ərazillərinin qaz təchizatında fasilə yaranacaq
  • 7-09-2026, 09:30
    Tayvan silah istehsalını artırmaq üçün 450 milyon dollar ayıracaq
  • 5-09-2026, 16:27
    Azərbaycan Türkiyədən elektrik məhsullarının idxalına çəkilən xərcləri açıqlayıb
  • 5-09-2026, 15:46
    Fransanın Ermənistandakı səfiri dəyişib
  • 5-09-2026, 14:55
    Rusiya Donetskdə bir kəndi ələ keçirib
  • 5-09-2026, 13:56
    "Sabah" uşaq futbolunun inkişafına dəstək məqsədilə 10 milyon manatlıq maliyyə proqramı yaradacaq
  • 5-09-2026, 13:12
    İstanbulda oteldə yanğın: 10-dan çox yaralı var
  • 5-09-2026, 12:10
    Media: İranın Xark adasında partlayış olub
  • 5-09-2026, 09:26
    Çempionlar Liqası: "Sabah" rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək
  • 4-09-2026, 18:37
    Azərbaycan-Ermənistan normallaşma prosesi: İrəvanın sözü ilə üst-üstə düşməyən əməli - ŞƏRH
  • 4-09-2026, 18:18
    Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq
  • 4-09-2026, 17:53
    Qaqik Tsarukyanın həbs müddəti 2 ay uzadılıb
  • 4-09-2026, 17:07
    M7 ekspres marşrutu açılır - “20 Yanvar”dan “Həzi Aslanov”a qədər gedəcək
  • 4-09-2026, 16:33
    Sabah bəzi rayonlarda leysan olacaq - XƏBƏRDARLIQ
  • 4-09-2026, 16:05
    Sabah Sabunçuda iki yolda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq
  • 4-09-2026, 15:48
    İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
Daha çox
3-09-2026, 12:34
Əhməd Davudoğlu barəsində prezidenti təhqir ittihamı ilə istintaq başladılıb
4-09-2026, 16:05
Sabah Sabunçuda iki yolda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq
4-09-2026, 17:53
Qaqik Tsarukyanın həbs müddəti 2 ay uzadılıb
2-09-2026, 17:37
“Nizami” metrostansiyası qarşısında avtobus dayanacağı ərazisi uzadılıb
3-09-2026, 16:03
LMAC rəsmisi: Livanın cənubundakı münaqişə minatəmizləmə əməliyyatlarına da təsir göstərib
4-09-2026, 11:43
WSJ: Ukrayna Rusiya hava limanlarını sistematik olaraq dronlarla bağlamağı planlaşdırır
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Müsahibə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
  • Təsisçi: Kənan Adıgözəlov
Müəllif hüquqları qorunur. TAQ.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2022 TAQ.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə