Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində “Mənzil Maliyyələşdirməsi üçün Yeni Bir Saziş” mövzusunda dialoq təşkil olunub.
Tədbirdə Azərbaycanın maliyyə nazirinin birinci müavini Anar Kərimov, UN-Habitat, Asiya İnkişaf Bankının (ADB) rəsmiləri, Hindistan, Misir, Səudiyyə Ərəbistanı və digər ölkələrin nümayəndələri iştirak edirlər.
Müzakirələrdə əlçatan mənzil maliyyəsi, ipoteka sistemləri, aşağı gəlirli ailələr üçün maliyyə imkanları və dayanıqlı şəhər inkişafı məsələləri ətrafında fikir mübadiləsi aparılır.