Rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak üçün qeydiyyat başladı
Sosial
Oxunub: 4
4 Ağu 2022 | 21:52
Rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak üçün qeydiyyat başladı


Rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak etmək üçün qeydiyyat başlanıb.

Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

İmtahanda iştirak etmək üçün qeydiyyat avqustun 11-dək davam edəcək.

Rezidenturaya qəbul olmaq üçün baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (I mərhələ) “məqbul” almış (40 və daha çox bal toplamış) və rezidenturaya qəbul olmaq hüququ olan namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (II mərhələ) iştirak etmək üçün 11 avqust saat 23:59-dək tələb olunan məbləği “Şəxsi kabinet”lərinin hesabına əlavə edib qeydiyyatdan keçməlidirlər.

Qeydiyyatdan keçməyən namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılmayacaqlar.

Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan (40 və daha çox bal toplayan) tələbələr ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olunmaq hüququ əldə etdikdən, yəni əsas (baza ali) tibb təhsilini tam bitirdikdən sonra buraxılacaqlar.

İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının avqustun 21-də Bakı və Naxçıvan şəhərlərində keçirilməsi nəzərdə tutulur.
Dün, 19:06
Erməni generalın sanatoriyasında KÜTLƏVİ DAVA
Dün, 18:44
Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı
Dün, 18:27
Laçına, Zabuxa, Susa qayıdışın təşkili üçün tədbirlər müəyyən edildi
Dün, 17:50
Şuşada ermənilərə məxsus kvadrakopter endirildi
Dün, 17:35
Sevdiyi qadının keçmiş ərini döyə-döyə öldürdü - Bakıdakı qətlin təfərrüatı
Dün, 15:43
Ermənilər Kəlbəcər, Gədəbəy, Tovuz və Laçını ATƏŞƏ TUTDU
Dün, 12:56
Sabah temperatur 41 dərəcəyədək yüksələcək
Dün, 11:53
Zakir Həsənov generalları topladı - Laçın dəhlizi ilə bağlı tapşırıqlar verdi
Dün, 11:27
Türkiyədə güclü zəlzələ oldu
Dün, 11:15
Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi başlayır
Dün, 11:00
Bəzi xarici jurnalistlərin akkreditasiyasından imtina olunacaq - SİYAHI
12-08-2022, 22:30
"Yaxın həftələrdə Ermənistandan Zəngəzur dəhlizinin marşrutunu gözləyirik" - Dövlət başçısı
12-08-2022, 17:15
“Azərbaycanda taxılla təminat sahəsində heç bir problem yoxdur”
12-08-2022, 16:58
Prokurorluq xəstəxanadakı əməliyyatla bağlı məlumat yaydı
12-08-2022, 16:44
Aslan Şahgəldiyev PFL-in vitse-prezidenti təyin olundu
12-08-2022, 16:36
Prezidentdən 3,2 milyon manatlıq SƏRƏNCAM
12-08-2022, 16:21
İlham Əliyev AzTV-yə müsahibə verdi
12-08-2022, 16:13
Prezident “Ağsu Aqropark”ın fəaliyyəti ilə tanış oldu
12-08-2022, 16:04
İlham Əliyev sərəncam imzaladı
12-08-2022, 15:47
Satıcı qızın əri aptek müdirini bıçaqlayıb - Bakıda ƏDV fırıldağı
12-08-2022, 15:23
Bu qurumlarda çalışanlar avtobusda ödənişdən boyun qaçırır
12-08-2022, 15:13
İlham Əliyev Ağsuda ulu öndərin abidəsini ziyarət etdi
12-08-2022, 14:46
Sülhməramlı Xankəndi-Xocalı yolunda qəza törətdi - 4 nəfər öldü
12-08-2022, 14:20
Mehriban Əliyeva Basqaldan səmimi fotolar paylaşdı
12-08-2022, 13:59
Azərbaycanda abortların sayı rekord həddə çatdı: Siyahıda məktəbyaşlı qızlar da var
12-08-2022, 13:45
Rəşad Tağıyevin icra başçısı olduğu rayonda ƏMƏLİYYAT: Saxlanılan var (FOTO)
12-08-2022, 13:27
Prezident və xanımı "Basqal Resort & Spa" otelinin açılışında