• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Avropa postsovet ölkələrindən olan miqrantlarla mübarizə aparır - TƏHLİL

Dünya

11-12-2021, 19:17

Avropa postsovet ölkələrindən olan miqrantlarla mübarizə aparır - TƏHLİL

Miqrasiya min illərdir ki, bəşəriyyətin üzləşdiyi ən ciddi problemlərdən biri kimi bu gün də aktuallığını qoruyub saxlayır. Lakin etiraf edək ki, indiki kimi böyük təzadlı vəziyyət yaranmayıb. Qərb dövlətlərinin heç ağlına da gəlməzdi ki, dağıdıb yerlə-yeksan etdikləri ölkələrin vətəndaşları onların qapısının ağzını kəsdirəcək. Polşa-Belarus sərhədində yaşanan mühacir gərginliyi Avropa ölkələrində növbəti həyəcan yaradıb. Bu, koronavirusdan sonra ən prioritet məsələ kimi gündəmi zəbt edib. Lakin Qərb ölkələri çıxış yolunu axının qarşısını almaqda yox, həm də, artıq məskunlaşan insanların deportasiyasında görür.

Mövzuyla bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik.

Avropanın hədəfində Yaxın Şərq və Şimali Afrikadan olan miqrantlarla yanaşı, postsovet məkanından gələnlər də var. Qərb, eləcə də, postsovet məkanından olan ölkələrin mediasında rast gəlinən məlumatlar şok doğurur. Avropa ölkələrinin miqrasiya xidmətləri siyasi sığınacaq və qaçqın statusunun verilməsi ilə bağlı qaydaları da sərtləşdirməkdə davam edir. Müşahidəçilər Avropanın düşdüyü miqrasiya böhranından sonra bu ölkələrdə sığınacaq almağın elə də asan olmadığını xüsusi vurğulayırlar. Konkret olaraq, Almaniya miqrasiya siyasətini yenidən nəzərdən keçirib və artıq qaçqınları deyil, əmək miqrantlarını qəbul edəcək ölkəyə çevrilib. Federal hakimiyyət də qaçqın statusunun verilməsi şərtlərini sərtləşdirib. Artıq postsovet ölkələrindən olan insanların vətənlərinə qaytarılması planlaşdırılır. Beləliklə, Avropa vəziyyətdən çıxış yolunu daxili sərhədlərini bağlamaqda görür. Bu isə ümumavropa ailəsi anlayışının sonu ola bilər.

Daha çox da Gürcüstan vətəndaşları ilə bağlı problem ortaya çıxıb. Gürcü mediasında yer alan xəbərlərə görə, 60-a yaxın Gürcüstan vətəndaşı İsveç və Almaniyadan vətənlərinə deportasiya edilib. Qeyd olunur ki, Gürcüstan vətəndaşları bu ölkələrdə qeyri-qanuni yaşayıb. “Formula” telekanalı Avropa İttifaqının Xarici Sərhədlərin Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir ki, 60-a yaxın Gürcüstan vətəndaşı Almaniya və İsveçdən xüsusi reyslə vətənlərinə deportasiya edilib. "Frontex”in nümayəndəsi İrma Tsiramuanın sözlərinə görə, 2021-ci ildə 1500 nəfər zorla Gürcüstana qaytarılıb. Bundan əvvəl isə Avropanın “EUobserver” nəşri Qərbi Balkan dövlətləri, həmçinin Moldova, Gürcüstan və Ukrayna vətəndaşları üçün vizasız rejimin dayandırılmasının mümkünlüyü ilə bağlı məqalə dərc edib. Qəzetin yazdığı kimi, məsələ bu ölkələrin vətəndaşları tərəfindən miqrasiya qanunvericiliyinin və sığınacaq tələblərinin pozulması hallarının artması ilə əlaqədar aktuallaşıb. Gürcüstan vətəndaşlarının turizm, işgüzar və qonaq səfərləri üçün Şengen ölkələrinə qısamüddətli vizasız (180 gün ərzində 90 gün) səfər etmək hüququ var. Hökumət rəsmilərinin məlumatına görə, 2021-ci il ərzində 2 minə yaxın Gürcüstan vətəndaşı Avropa İttifaqı ölkələrini tərk etmək məcburiyyətində qalıb, onların əksəriyyəti Fransa və Almaniyadan deportasiya edilib. Hər ay Avropadan Tbilisiyə deportasiya edilənlərlə bağlı iki-üç xüsusi reys göndərilir. Koronavirus pandemiyası zamanı bu axın Aİ-yə giriş qaydalarının sərtləşdirilməsi səbəbindən azalıb. Ekspertlər qeyd edirlər ki, deportasiya yolu ilə vətənə qaytarılan Gürcüstan vətəndaşlarının axını, əsasən, 2016-cı ildən sonra xeyli artıb. Bu, Avropa İttifaqının Gürcüstanı hökumətin sosial müdafiəsi olmayanlara iqtisadi və tibbi yardım göstərdiyi “təhlükəsiz ölkələr” siyahısına daxil etməsi ilə bağlıdır.

Gürcülərlə yanaşı, Avropa İttifaqından üzvlük barədə təminat alan moldovanlar da eyni taleyi yaşayır. Avropa ölkələrindən deportasiya olunanlar sırasında moldovanların da sayı artıb. Son statistik rəqəmlərə görə, Avropa ölkələri moldovanlar arasında cinayətlərin sayının artdığını əsas gətirir. Bir faktı qeyd edək ki, Moldova bir neçə il vətəndaşları Avropadan sığınacaq alan ölkələr sırasında lider idi. On minlərlə moldovalı Avropadan sığınacaq almaq üçün müraciət edib. Onların bir çoxu ailələri ilə birlikdə Avropaya gəlirlər. İnsanlar yoxsulluqdan, işsizlikdən və qeyri-sabitlikdən uzaqlaşır, lakin Avropa rəsmiləri haqlı olaraq bunun qaçqın statusu almaq üçün kifayət etmədiyi qənaətindədirlər. Qərb hüquq-mühafizə orqanlarını narahat edən isə moldovanlar arasında beynəlxalq cinayət sxeminə daxil olan şəxslərin olmasıdır. Konkret olaraq Hollandiya polisi qanunsuz miqrasiya və insan alverini təşkil etməkdə şübhəli bilinən bir neçə Moldova vətəndaşını saxlayıb. İstintaq davam edir, moldovalıları Hollandiyaya gətirən iki avtobus sürücüsü həbsdədir. Hollandiya tərəfindən rədd edilənlərin çoxu şanslarını digər Aİ ölkələrində sınamaq qərarına gəlir. Moldovanın Hollandiyadakı səfiri Tatyana Parvunun dediyinə görə, hollandiyalı “refusenik”lərin 70 faizə qədəri Fransa və ya Almaniyaya müraciət edir. Bunun da mənası yoxdur, çünki bütün imtinalar Aİ ölkələri üçün ümumi bazada qeyd olunur.

Bir neçə il ərzində Avropa İttifaqının müxtəlif ölkələrindən 120 qeyri-qanuni mühacir ailəsi Ermənistana deportasiya edilib. Deportasiya Lixtenşteyn hökumətinin maliyyə dəstəyi ilə katolik “Caritas” xeyriyyə təşkilatının Avstriya ofisinin xüsusi proqramı çərçivəsində həyata keçirilib. Onların, daha çox sənədsiz getdikləri, fırıldaqla orada qalmağa çalışdıqları, amma sonda qovulduqları bildirilir. Bu ailələrə qeyri-qanuni yaşadıqları ölkəni tərk etmək üçün vaxt verilib. Onlardan bəziləri bu tələbi könüllü yerinə yetiriblər, bəziləri isə məcburi şəkildə göndərilib.

Oxunub: 181
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

10-12-2021, 20:28

Sahibə Qafarova İƏT Pİ-nin Konfransında çıxış edib

Gündəm / Dünya

13-11-2021, 17:06

Zəngəzur dəhlizi Avropaya nə verəcək? - İNCƏLƏMƏ...

Gündəm / Dünya

12-11-2021, 08:41

Lukaşenko Putindən patrul xidməti köməyi istəyib

Siyasət

4-11-2021, 11:08

"Azad olunmuş ərazilər yerlə-yeksan edilib" - İlham Əliyev

Gündəm / Siyasət

19-10-2021, 12:25

Prezident Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul etdi

Şou Biznes
Kənan Doğulu, Beren Saat və daha 20 nəfər narkotikə görə saxlanılıb
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
"Energetika Memarlığı" filmi təqdim olunub
"Sevgililərinə ev alırlar, amma sənətkarlara biganə qalırlar" - Xalq artisti
"Oskar" mükafatının qaliblərinin adları açıqlanıb
Ötən il 900 əsər və ifa qeydiyyatdan keçirilib
Araşdırma
12-03-2026, 12:12
İsrail Səhiyyə Nazirliyi İranın hücumlarından zərərçəkənlərin sayını açıqlayıb
2-03-2026, 16:57
Zelenski tərəfdaşların İran dronlarını vurmaq üçün Ukraynadan kömək istəmədiyini bildirib
21-06-2025, 14:23
Almaniya XİN İrandakı səfirliyini qonşu ölkəyə köçürüb
12-05-2025, 12:12
Baş prokuror Nizami rayonunda vətəndaşları qəbul edəcək
21-02-2024, 23:20
Aybəniz Haşımovanın qardaşı həbs edildi
10-01-2024, 14:27
Azərbaycanda iş adamı qəzada öldü
Hadisə
Dün, 11:38
Türkiyədə sərnişin avtobusu avtomobillə toqquşub, 30 nəfər xəsarət alıb
16-07-2026, 15:16
Şabranda 53 yaşlı kişini cərəyan vuraraq öldürüb
16-07-2026, 10:09
Şəmkirdə 11 nəfər salatdan zəhərləndi
Son xəbərlər
  • Dün, 16:26
    Sabah çimərliklərdə suyun temperaturu 30 dərəcə olacaq
  • Dün, 15:35
    Məsud Pezeşkianın çıxışını kəsdiyi üçün İran Radio və Televiziya Şirkətinə xəbərdarlıq edilib
  • Dün, 15:07
    Prezident Milix Yevdayevi təltif etdi
  • Dün, 11:38
    Türkiyədə sərnişin avtobusu avtomobillə toqquşub, 30 nəfər xəsarət alıb
  • Dün, 11:14
    Bakıda iki küçənin təmirinə 23 milyon manata yaxın pul ayırılacaq
  • Dün, 10:20
    Azərbaycan neftinin qiyməti 103 dollardan aşağı düşüb
  • Dün, 09:45
    Cəbrayılın 4-cü kəndi tikilir - İlin sonunadək köç olacaq
  • Dün, 09:21
    Qədim şəhərlər niyə yerin altında tikilib - Maraqlı SƏBƏB
  • Dün, 09:05
    FHN həftəsonu su hövzələrinə üz tutacaq vətəndaşlara müraciət edib
  • 24-07-2026, 18:04
    "Dawn": Pakistanda terror aktı nəticəsində 15 nəfər həlak olub
  • 24-07-2026, 17:40
    MM: ABŞ Konqresi komitəsinin qanun layihəsi erməni lobbisinin maraqlarına xidmət edir
  • 24-07-2026, 17:06
    Milli Məclisin deputatı İranda səfərdədir
  • 24-07-2026, 16:48
    Fransada miqrantlara qarşı ayrı-seçkilik – Yeliseyin davam edən irqçiliyi - ŞƏRH
  • 24-07-2026, 15:47
    İyul ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
  • 24-07-2026, 15:17
    Rusiya Ukraynada silah sərgisinin keçirildiyi poliqona zərbə endirib, ölənlər var
  • 24-07-2026, 14:57
    Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ
  • 24-07-2026, 14:34
    Azərbaycanın Türkiyəyə yeni səfiri təyin olundu - FOTO
  • 24-07-2026, 13:11
    Ukrayna ordusu Rusiyanın hərbi zavodunu və neft obyektini vurub
  • 24-07-2026, 12:43
    Sabah Bakıda 38, rayonlarda 39 dərəcə isti olacaq
  • 24-07-2026, 12:20
    Azərbaycanda "Enerji menecment sisteminə dair Tələblər" dəyişib
  • 24-07-2026, 11:58
    İlham Əliyev Şavkat Mirziyoyevi doğum günü münasibətilə təbrik edib
  • 24-07-2026, 11:09
    FHN həftəsonu isti hava şəraiti ilə bağlı əhaliyə müraciət edib
  • 24-07-2026, 10:31
    Azərbaycan UEFA reytinqində 26-cı pillədə qərarlaşıb
  • 24-07-2026, 10:00
    SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib
  • 24-07-2026, 09:40
    Azərbaycan neftinin qiyməti 109 dolları keçib
  • 24-07-2026, 09:21
    Şamaxı rayonunda zəlzələ olub
  • 23-07-2026, 16:23
    ANCA, lobbi və "dostları" Ermənistana qarşı - sülhsevər olmayan konqresmenlər - ŞƏRH
  • 23-07-2026, 16:00
    Kobaxidze: Gürcüstan Azərbaycanla münasibətləri daha da dərinləşdirmək istəyir
  • 23-07-2026, 15:18
    AQP: Tikinti bazarı "mülayim artım və sabitlik" mərhələsindədir
  • 23-07-2026, 14:59
    Sabah Biləsuvarın 7 kəndində qaz olmayacaq
  • 23-07-2026, 13:05
    Sabah Bakıda 38, rayonlarda 39 dərəcə isti olacaq
  • 23-07-2026, 11:57
    Azərbaycanda iyulun pensiya ödənişi yekunlaşıb
  • 23-07-2026, 11:05
    Tailandda silahlı hücum nəticəsində təhlükəsizlik qüvvələrinin 5 əməkdaşı həlak olub
  • 23-07-2026, 10:20
    UEFA Konfrans Liqası: "Zirə" Estoniyada "Payde" ilə üz-üzə gələcək
  • 23-07-2026, 09:54
    Azərbaycan neftinin qiyməti 100 dolları keçib
Daha çox
20-07-2026, 11:13
Özbəkistanın Baş prokuroru Azərbaycanda səfərdədir
20-07-2026, 12:53
Sabah 39 dərəcə isti olacaq
21-07-2026, 17:28
Azərbaycan və Almaniya minatəmizləmə sahəsində əməkdaşlığın davam etdirilməsini razılaşdırıblar
21-07-2026, 10:27
İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət veririk
20-07-2026, 09:43
Kənd Təsərrüfatı Nazirliyi fermerlərə müraciət edib
21-07-2026, 12:55
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Müsahibə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
  • Təsisçi: Kənan Adıgözəlov
Müəllif hüquqları qorunur. TAQ.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2022 TAQ.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə