• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Sahibə Qafarova İƏT Pİ-nin Konfransında çıxış edib

Gündəm / Siyasət

10-12-2021, 20:28

Sahibə Qafarova İƏT Pİ-nin Konfransında çıxış edib

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqının 16-cı konfransında iştirak etmək üçün İstanbulda səfərdədir.

Dekabrın 10-da konfransın açılış mərasimi olub. Tədbirdə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, konfransda çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova tədbir iştirakçılarını Azərbaycan Milli Məclisi adından salamlayaraq Türkiyənin sədrliyinin İƏT Pİ-nin güclənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Spiker diqqətə çatdırıb ki, Azərbaycan İslam dövlətləri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığa önəm verir. O qeyd edib ki, biz iki gün əvvəl Azərbaycanın İƏT-ə üzvlüyünün 30-cu ildönümünü qeyd etdik. Beynəlxalq təşkilatlar çərçivəsində müsəlman ölkələrinə ardıcıl dəstəklə yanaşı, Azərbaycanda keçirilən çoxsaylı tədbirlərlə də İslam həmrəyliyinin gücləndirilməsinə öz töhfəmizi veririk. Hesab edirəm ki, parlament ölçüsü getdikcə daha böyük əhəmiyyət kəsb etməyə başlayır və bu, ölkələrimiz arasında münasibətləri daha da dərinləşdirəcək.

İslamofobiyanın bu gün dünyada ən ciddi təhlükələrdən biri olduğunu diqqətə çatdıran Milli Məclisin sədri bildirib ki, Azərbaycan bu tendensiyanı qəti şəkildə pisləyir və ona qarşı mübarizə aparmağa çağırır. Bu baxımdan, İslam Əməkdaşlığı Təşkilatının qardaş Pakistanın təşəbbüsü ilə 15 mart tarixinin Beynəlxalq İslamofobiya ilə Mübarizə Günü kimi qeyd edilməsi qərarı çox müsbət qarşılanır. Hesab edirəm ki, İslam dünyasının qarşısında dayanan problemlərin öhdəsindən gəlmək üçün daha güclü həmrəyliyə, dialoqa və əməkdaşlığa ehtiyac var.

Sahibə Qafarova bu sessiyanın mövzusuna uyğun olaraq, Fələstin, Əfqanıstan və miqrasiya məsələlərinə toxunaraq, bildirib ki, Azərbaycan ardıcıl olaraq Fələstin-İsrail münaqişəsinin Şərqi Qüds Fələstin dövlətinin paytaxtı olmaqla iki dövlət prinsipi əsasında sülh yolu ilə həllini dəstəkləyir. Bu mövqe beynəlxalq təşkilatlar çərçivəsində də birmənalı şəkildə ifadə olunub.

Milli Məclisin sədri Əfqanıstanda sülh və sabitlik mövzusunun daha geniş region üçün potensial təsirləri olduğunu qeyd edərək, Əfqanıstandakı vəziyyətin humanitar nəticələrinin aradan qaldırılmasının son dərəcə vacib olduğunu diqqətə çatdırıb.

Spiker bildirib ki, beynəlxalq ictimaiyyət miqrasiya məsələsini daha geniş perspektivdən nəzərdən keçirməli və problemin kökündə dayanan səbəbləri aradan qaldırmalıdır.

O, miqrasiya barədə danışarkən, təxminən on ildir 5 milyona yaxın qaçqına ev sahibliyi edən Türkiyənin səylərini yada salmamağın mümkün olmadığını deyib.

"Təəssüf ki, bu səylər layiq olduğu yüksək qiyməti və dəstəyi almayıb”.

Sahibə Qafarova qeyd edib ki, Azərbaycan özü də məcburi köçkün problemi ilə üzləşib.

"Bildiyiniz kimi, Ermənistan 30 ilə yaxın Azərbaycan ərazisinin 20 faizə yaxınını işğal altında saxlayıb. Ermənistanın bu torpaqlarda etnik təmizləmə aparması nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. İşğal zamanı Ermənistan qəsdən bütün şəhər və kəndlərimizi yer üzündən silib, Azərbaycanın bütün tarixi, mədəni və dini abidələrini vandalizmə məruz qoyub. Ermənistan bütün müsəlmanlara qarşı tam hörmətsizlik və nifrət zəminində məscidlərimizi dağıdıb, təhqir edib və onlardan donuz və inək saxlanılan tövlə kimi istifadə edib. Bu ərazilərdəki 67 məsciddən 65-i dağıdılıb, qalan 2 məscidə isə ciddi ziyan vurulub. Hətta bu ərazilərdəki qəbiristanlıqlarımız da vandalizmə məruz qalıb. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 4 qətnamə, Qoşulmama Hərəkatının, İslam Əməkdaşlığı Təşkilatının, ATƏT-in və digər müvafiq beynəlxalq təşkilatların qətnamə və qərarları Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb ediblər. Lakin təəssüf ki, Ermənistan onların heç birinə məhəl qoymayıb. Ermənistanın hərbi təxribatları nəticəsində başlayan 44 günlük müharibə Azərbaycanın tam qələbəsi və 2020-ci il noyabrın 10-da Ermənistanın kapitulyasiya aktını imzalaması ilə nəticələndi. Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının qətnamələrini, beynəlxalq hüququn norma və prinsiplərini həyata keçirərək, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edib”.

Milli Məclisin sədri müharibənin ilk günlərindən Azərbaycana siyasi dəstəyini ifadə edən qardaş Türkiyə və Pakistana minnətdarlığını bildirib, həmçinin, İƏT Parlament İttifaqına və Baş katib Muhammed Xurayçi Niyassa Azərbaycanın haqq işini dəstəklədiklərinə görə təşəkkür edib.

Sahibə Qafarova çıxışının sonunda diqqətə çatdırıb ki, Azərbaycan artıq işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa proqramlarına başlayıb ki, bu da 1 milyondan çox vətəndaşımızın öz evlərinə qayıtmasına imkan verəcək.

"Ermənistanla Azərbaycan arasında suverenliyin və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında sülh sazişinin imzalanması, həmçinin sərhədlərin delimitasiyası və demarkasiyası regionda münasibətlərin normallaşmasına və kommunikasiyaların bərpasına gətirib çıxaracaq. Lakin Ermənistan öz öhdəliklərini pozmaqdan əl çəkməli, vəziyyəti gərginləşdirən, regionda sülh və sabitlik perspektivlərinə ziyan vuran hərəkətlərə yol verməməlidir”, -deyə spiker vurğulayıb.

Sonra konfransda müzakirələr davam etdirilib.

Oxunub: 202
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

7-12-2021, 15:02

Sahibə Qafarova Türkiyəyə gedir

Gündəm / Siyasət

23-11-2021, 10:40

Sahibə Qafarovanın səfər proqramı AÇIQLANDI

Gündəm / Siyasət

4-11-2021, 20:40

"Azərbaycan regionda yeni reallıqlar yaradıb"- Bozkır

Gündəm / Siyasət

29-10-2021, 09:49

Sahibə Qafarova Türkiyəni təbrik etdi

Gündəm / Siyasət

25-10-2021, 17:40

Sahibə Qafarova: "Ermənistan bu gün də təxribatçı əməllərindən əl çəkmir"

Şou Biznes
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Naxçıvan mədəniyyət nazirinə müavin təyin edilib
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
Xalq artisti Zaur Rzayev xəstəxanadan evə buraxılıb
Kənan Doğulu, Beren Saat və daha 20 nəfər narkotikə görə saxlanılıb
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
Araşdırma
20-10-2026, 15:16
Azərbaycanda nəqliyyat sahəsinə aid yeni dövlət standartları qəbul edilib
12-03-2026, 12:12
İsrail Səhiyyə Nazirliyi İranın hücumlarından zərərçəkənlərin sayını açıqlayıb
2-03-2026, 16:57
Zelenski tərəfdaşların İran dronlarını vurmaq üçün Ukraynadan kömək istəmədiyini bildirib
21-06-2025, 14:23
Almaniya XİN İrandakı səfirliyini qonşu ölkəyə köçürüb
12-05-2025, 12:12
Baş prokuror Nizami rayonunda vətəndaşları qəbul edəcək
21-02-2024, 23:20
Aybəniz Haşımovanın qardaşı həbs edildi
Hadisə
Dün, 10:01
Qanunsuz saxlanılan silahlar aşkarlanıb
28-10-2026, 16:36
Bakıda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlandı
28-10-2026, 14:58
Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb
Son xəbərlər
  • Dün, 16:24
    Suriya Məkkə müdafiə alyansına qoşula bilər
  • Dün, 15:56
    Göygöldə maşın dərəyə aşıb, xəsarət alan var
  • Dün, 15:09
    Moskva ilə Bakı arasında kruiz gəmisinin istifadəyə verilməsi planlaşdırılır
  • Dün, 14:13
    Parisdə etiraz aksiyaları ilə əlaqədar 40-dan çox metro stansiyası bağlanacaq
  • Dün, 13:52
    Sabahdan Bakı-Tbilisi-Bakı qatarında əlavə reyslərdə biletlərin qiyməti 36 AZN-dən başlayacaq
  • Dün, 12:48
    Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
  • Dün, 11:47
    Mürsəl İbrahimov Qəbələdə vətəndaş qəbulu keçirəcək
  • Dün, 11:10
    Rusiya Xarkova PUA-larla hücum edib, 5 nəfər yaralanıb
  • Dün, 10:01
    Qanunsuz saxlanılan silahlar aşkarlanıb
  • Dün, 09:07
    Azərbaycan neftinin qiyməti 126 dolları ötüb
  • 30-10-2026, 16:31
    İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - Siyahı
  • 30-10-2026, 16:15
    Maliyyə Nazirliyi oktyabrda 5 depozit hərracı keçirib
  • 30-10-2026, 15:32
    Sülhün olması üçün Ermənistan zəruri addımlar atmalıdır
  • 30-10-2026, 14:53
    Bakıda 54 min manatdan çox dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb
  • 30-10-2026, 14:22
    Milli Məclis Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişiklikləri birinci oxunuşda qəbul edib
  • 30-10-2026, 12:46
    Oktyabrın son günü Azərbaycanda yağış yağacaq
  • 30-10-2026, 12:10
    Türk Dövlətləri Təşkilatının yeni Baş katibi məlum olub
  • 30-10-2026, 11:38
    Milli Məclis özəl məhkəmə ekspertinin gəlirlərinin vergiyə cəlb edilməsini ilk oxunuşda qəbul edib
  • 30-10-2026, 11:06
    Əli Əsədov: Gürcüstanda yayda enerji sistemində ciddi qəzadan sonra Azərbaycan operativ dəstək göstərib
  • 30-10-2026, 10:26
    "20 Yanvar"-"Şamaxinka" aralığındakı dayanacaqdan daha 4 marşrut çıxarılır
  • 30-10-2026, 09:52
    Azərbaycan neftinin qiyməti 122 dollara düşüb
  • 30-10-2026, 09:18
    Çin gələn il təkrar istifadə edilə bilən kosmik aparatı sınaqdan keçirəcək
  • 29-10-2026, 18:06
    Kapadokiyada qaya uçub, 2 nəfər ölüb, 1 nəfər yaralanıb
  • 29-10-2026, 17:35
    Türkiyədə bələdiyyə sədri rüşvət almaq ittihamı ilə ev dustağı edilib
  • 29-10-2026, 17:01
    Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq
  • 29-10-2026, 16:42
    Bakı və Abşeronda təkdırnaqlı heyvanlar arasında epizootoloji monitorinq keçiriləcək
  • 29-10-2026, 16:11
    Əli Əsədov Gürcüstanda işgüzar səfərdədir
  • 29-10-2026, 15:23
    Portuqaliya Azərbaycandan neft alışını 45 %-ə yaxın azaldıb
  • 29-10-2026, 14:50
    Paşinyan Ermənistanın Müstəqillik Bəyannaməsini dövlətçiliyin əleyhinə hesab edir
  • 29-10-2026, 13:23
    Sabah Bakıda hava yağmursuz olacaq
  • 29-10-2026, 12:59
    SEPAH: Ötən sutka üç tanker Hörmüz boğazında minaya düşüb
  • 29-10-2026, 12:27
    Ceyhun Bayramov Ankarada TDT XİN Şurasının iclasında iştirak edib
  • 29-10-2026, 11:46
    Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik ünvanlayıb
  • 29-10-2026, 10:49
    Ötən gecə Rusiya regionları üzərində 1214 Ukrayna pilotsuz uçuş aparatı vurulub
  • 29-10-2026, 10:15
    "Gəncə" FIBA Avropa Kubokunda üçüncü oyununa çıxacaq
Daha çox
26-10-2026, 08:57
Türkiyə kəşfiyyatının rəhbəri İrana səfər edəcək
26-10-2026, 13:13
Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardıma dair Avropa Konvensiyasına 2-ci Əlavə Protokol təsdiqlənib
26-10-2026, 16:25
Bakıda 5 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib
26-10-2026, 09:48
İnfantino: "Sabah" və "Qarabağ" Azərbaycan futbolunun nə qədər möhtəşəm olduğunu nümayiş etdirdilər"
26-10-2026, 12:29
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib
26-10-2026, 14:40
Barselonada etirazlar zamanı 128 nəfər saxlanılıb, şəhərə 36 min avro dəyərində ziyan vurulub
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Müsahibə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
  • Təsisçi: Kənan Adıgözəlov
Müəllif hüquqları qorunur. TAQ.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2022 TAQ.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə