Ötən sutka Hörmüz boğazından keçən 3 tanker minaya düşüb.
Bu barədə SEPAH-ın Hərbi Dəniz Qüvvələri məlumat yayıb.
Bildirilib ki, gəmilər Hörmüz boğazının cənub hissəsindən keçərkən minaya düşüblər.
Tankerlərin bütün radar və naviqasiya sistemlərini söndürərək, SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin xəbərdarlıqlarına məhəl qoymadığı qeyd olunub.
SEPAH-ın məlumatında Hörmüz boğazından keçməyə çalışan gəmilərə ABŞ Mərkəzi Komandanlığına inanmalarına dair çağırış olunub, eyni zamanda, su yolunun cənub hissəsinin minalarla dolu olduğu ilə bağlı xəbərdarlıq edilib.