İsrail ordusunun dünən axşam saatlarından etibarən Livana qarşı hücumlarında 303 nəfər ölüb.
Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin yazılı açıqlamasında dünənki hücumlarda 303 nəfərin öldüyü, 1150 nəfərin yaralandığı bildirilir.
Açıqlamada bu rəqəmlərin hələlik qəti olmadığı və dağıntılar altında qalanlara çatmaq üçün bir çox ərazidə xilasetmə işlərinin davam etdiyi qeyd edilib.
Qeyd edə ki, İsrail ordusu dünən günortadan sonra Beyruta və Livanın şərq və cənub hissələrinə əvvəlcədən xəbərdarlıq etmədən təxminən 100-ə yaxın hava hücumu həyata keçirib.
Bu hücumlar 2 martdan bəri İsrailin Livana qarşı ən intensiv hücumlarıdır.