• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Aİİ hesabatı: Ermənistanın geosiyasi seçimi, daralan imkanları

Gündəm / Sosial

Bugün, 13:36

Aİİ hesabatı: Ermənistanın geosiyasi seçimi, daralan imkanları

Ermənistanın xarici siyasət kursunda son dövrlər baş verən hadisələr ölkənin artıq geosiyasi seçim qarşısında olduğunu göstərir. Çünki Avropa İttifaqına yaxınlaşmaq Avrasiya İqtisadi İttifaqı və Rusiya ilə iqtisadi əlaqələr, enerji təhlükəsizliyi kimi vacib məsələ və Kreml ilə dialoq münasibətlərini gündəmə gətirir. Rəsmi Moskva da tez-tez Qərbə yaxınlaşma kursunu tənqid edərək, İrəvanı qaz qiyməti, ticarət, əmək miqrasiyası və Aİİ-də üzvlüyünün ləğvi və ya dondurulması kimi alətlərlə açıq şəkildə təhdid edir.

Aİİ-nin 20 oktyabr tarixində yayımlanan yeni məruzəsi qarşıdurmanın yeni mərhələyə qədəm qoyduğunu göstərir. Çünki Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan Ermənistanın ittifaqda iştirakının dayandırılmasının (hələlik müvəqqəti) mümkün nəticələrini hesablayıblar. Sənəddə Ermənistanın Aİ-yə inteqrasiya addımlarının Aİİ maraqlarına təhdid yaratdığı və üzvlüyün dayandırılacağı təqdirdə İrəvanı ciddi iqtisadi zərbələrin gözlədiyi bildirilir. Məsələ dekabr ayında keçiriləcək iclasda gündəmə salına bilər. Bu, əslində Kremlin İrəvana birbaşa mesajı və açıq-aşkar seçim qarşısında qoymaq məsələsidir. Nikol Paşinyan da Rusiyadan asılılığı azaldaraq, iqtisadi asılılığı aradan qaldırmaq, siyasi manevr imkanlarını artırmaq istəyir. Amma bu, uzunmüddətli prosesdir və kifayət qədər maliyyə, yeni bazarlar, alternativ təchizat yolları kimi vacib faktorlar tələb edir. İrəvan manevr sahəsi axtarsa da, Rusiya mövcud iqtisadi əlaqələrin dəyişməsinin Ermənistan üçün nə qədər baha başa gələ biləcəyini açıq şəkildə göstərir.

Kremlin Ermənistan üzərində çox ciddi sahələr üzrə təzyiq aləti var ki, bunların başında enerji məsələsi gəlir. Ermənistan qazı əsasən Rusiyadan alır. Ölkənin qazpaylayıcı şirkəti də Rusiyanın "Qazprom" şirkətinin nəzarəti altındadır. May ayında Moskva açıq şəkildə bəyan etdi ki, Ermənistanın Aİ kursu ucuz Rusiya qazının alışı məsələsini riskə ata bilər. Təhdid bununla da bitmədi, Rusiya XİN-in nümayəndəsi də bəyan etdi ki, Aİ-yə yaxınlaşma kursu neft məhsulları və qazın alışı, almazın tədarükü ilə bağlı razılaşmaları sual altında qoya bilər. Yəni, Kreml üçün enerji əməkdaşlığı kommersiya yox, siyasi məsələdir. Kreml bilir ki, Ermənistanın Rusiya qazına alternativ təchizat mənbələri yaratması vaxt və maliyyə sərfiyyatı deməkdir. Dövlət borcu hər gün artan İrəvan üçün isə bu, arzuolunmaz ssenaridir. Qazın bahalaşması isə sənayedən tutmuş, gündəlik istehlaka kimi bütün sahələrə mənfi təsir göstərəcək.

Buna görə də, Aİİ-nin hesabatında Ermənistanın qurumda iştirakının dayandırılacağı təqdirdə hazırda min kubmetri üçün ödənilən 177.5 dolların 300 dolara qədər, yəni, 69 faizə qədər artması nəzərdə tutulur. Yəni, Moskva açıq-aşkar Avropa kursunun Ermənistana iqtisadi qiymətini rəqəmlərlə göstərir. Ermənistan üçün isə bu, enerji xərclərinin artması, sənayenin rəqabət qabiliyyətinin azalması və istehlalçıların narazılığı deməkdir.

Rusiyanın digər vacib təzyiq aləti də ticarətlə bağlıdır. Bir müddətdir Ermənistan mənşəli malların Rusiyaya ixracında ciddi problemlər yaranıb. Moskva müəyyən bəhanələrlə gül, balıq, konyak, ərik və digər kənd təsərrüfatı mallarının ixracına qadağa qoyub. İş o həddə çatıb ki, Baş nazir Nikol Paşinyan cari ilin iyul ayında Putinlə görüşündə məhdudiyyətlərin aradan qaldırılmasına kömək etməsini istəyib. Erməni hökuməti hər nə qədər də Avropa və digər alternativ bazarlar barədə danışsa da, ortadakı rəqəmlər hər şeyi deyir. Təkcə 2025-ci ildə Ermənistan Aİİ ölkələrinə 3, Rusiyaya isə 2.96 milyard dollarlıq mal ixrac edib. Avropa İttifaqına isə ümumi ixrac cəmi 600 milyon dollar təşkil edib. Əgər Kreml təzyiq rıçaqını daha sərt şəkildə işə salsa, bu, Ermənistan üçün çox ciddi problemlə çevrilə bilər. Deməli, Rusiya və Aİİ bazarına çıxışı itirmək Ermənistan üçün milyardları itirmək deməkdir. Ticarəti normallaşdırmaq üçün isə İrəvan Moskva ilə münasibətləri yumşaltmalıdır. Əks halda, alternativ bazarlara çıxış axtarmaq lazımdır. Bu da öz növbəsində uzunmüddətli və xərc aparan prosesdir.

Bu səbəbdən də Aİİ hesabatında göstərilir ki, Ermənistanın qurumda iştirakının dayandırılacağı təqdirdə ölkənin ümumi daxili məhsulunun 15,6 faiz azalacağı, inflyasiyanın 14,9 faiz bəndi yüksələcəyi və istehlakın 14,6 faiz azalacağı proqnozlaşdırılır. Bu proqnozların reallaşması isə təkcə ticarət dövriyyəsinin azalması demək deyil. Eyni zamanda Ermənistanda iqtisadi fəallıq azalacaq, istehlak minimuma enəcək və inflyasiya ciddi şəkildə artacaq. Belə vəziyyət isə onsuz da çətin vəziyyətdə olan Paşinyan hökumətinin üzərinə əlavə sosial-iqtisadi yük qoyacaq.

Aİİ-nin hesabatında yer alan və Ermənistan üçün vacib məsələ əmək miqrasiyası və pul köçürmələri ilə bağlıdır. Rusiyada yaşayan və çalışan Ermənistan vətəndaşlarının vətənə göndərdikləri pul ailələrinin dolanışığına və ölkəyə valyuta axınına təsir edir. Əgər Aİİ çərçivəsində əmək bazarına çıxışın şərtləri dəyişsə, əmək miqrasiyası və pul köçürmələri də zərbə altına düşə bilər.

Rəqəmlərə müraciət edək: Ermənistan Mərkəzi Bankının məlumatlarına görə, təkcə 2025-ci ildə Rusiyadan bank sistemi vasitəsilə fiziki şəxslərin hesabına köçürülən pulun məbləği 3.878 milyard dollardır. Aİİ hesabatına görə, bu məbləğ ilkin mərhələdə 1.8 milyard dollara qədər azala bilər. Bundan əlavə, əgər Rusiya əmək bazarına çıxış qaydalarını sərtləşdirsə, ermənilərin iş tapması, gəlir əldə etməsi və vətənə pul göndərməsi də xeyli çətinləşə bilər. Bu da avtomatik Ermənistanda yaşayan ailələrin gəlirlərinin azalması deməkdir. Eyni zamanda ölkəyə valyuta axınına da mənfi təsir edəcək. Ermənistan üçün isə bu asılılığı azaltmaq, alternativ əmək bazarları və gəlir mənbələri yaratmaq mümkünsüz görünür.

Aİİ hesabatı göstərir ki, Ermənistanın Avropa İttifaqına inteqrasiya kursu İrəvan geosiyasi seçim qarşısında çıxılmaz vəziyyətdə qalıb. Aİ seçimi ciddi iqtisadi itkilərlə müşayiət olunur ki, Ermənistan buna hazır deyil. Dekabr ayında Aİİ-də müzakirə ediləcək məsələ İrəvan üçün çox əhəmiyyətlidir. Qısacası, Aİİ hesabatı İrəvana bir mesajdır ki, Aİ-yə yaxınlaşmaq siyasi seçim yox, ciddi iqtisadi problemləri arxasınca gətirən bir prosesdir...(Report)

Oxunub: 0
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

28-04-2026, 15:42

"Yaşıl enerji"nin Azərbaycan modeli: istehsal və idarəetmədə liderlik – TƏHLİL

Gündəm / Siyasət

18-12-2021, 16:51

Əliyev İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibə verdi

Gündəm / Siyasət

5-06-2024, 10:11

Prezidentin Bakı Enerji Həftəsindəki çıxışı xarici mediada

Gündəm / Dünya

21-07-2022, 08:46

Avropa həftəsi: Qərb bizdən nə istəyir, nə verəcək - Əsas məsələ kimin kimə və hansı məsələdə güzəşt edəcəyindədir

Gündəm / Siyasət

8-10-2026, 15:22

C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır

Şou Biznes
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Naxçıvan mədəniyyət nazirinə müavin təyin edilib
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
Xalq artisti Zaur Rzayev xəstəxanadan evə buraxılıb
Kənan Doğulu, Beren Saat və daha 20 nəfər narkotikə görə saxlanılıb
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
Araşdırma
Dün, 15:16
Azərbaycanda nəqliyyat sahəsinə aid yeni dövlət standartları qəbul edilib
12-03-2026, 12:12
İsrail Səhiyyə Nazirliyi İranın hücumlarından zərərçəkənlərin sayını açıqlayıb
2-03-2026, 16:57
Zelenski tərəfdaşların İran dronlarını vurmaq üçün Ukraynadan kömək istəmədiyini bildirib
21-06-2025, 14:23
Almaniya XİN İrandakı səfirliyini qonşu ölkəyə köçürüb
12-05-2025, 12:12
Baş prokuror Nizami rayonunda vətəndaşları qəbul edəcək
21-02-2024, 23:20
Aybəniz Haşımovanın qardaşı həbs edildi
Hadisə
Dün, 11:44
Ərinin qətlini sifariş edən qadınla bağlı qərar verildi
17-10-2026, 11:04
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
14-10-2026, 11:32
Elnur Əliyev: "18 yerli müəssisəyə transformasiya yol xəritəsi hazırlanıb"
Son xəbərlər
  • Bugün, 13:36
    Aİİ hesabatı: Ermənistanın geosiyasi seçimi, daralan imkanları
  • Bugün, 12:41
    Sabah rayonlarda yağış yağacaq
  • Bugün, 12:13
    Bir kəndin taleyi, bir xalqın yaddaşı: Qərbi Azərbaycanın Almalıq kəndi
  • Bugün, 11:32
    Yəməndə husilərin hücumları zamanı 8 nəfər ölüb
  • Bugün, 10:13
    Sabah İmişli, Saatlı, Sabirabad və Şirvanın bəzi ərazilərində qaz kəsiləcək
  • Bugün, 09:20
    Paytaxtın bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq
  • Dün, 17:00
    Azad edilmiş ərazilərdə Qarabağ Milli Parkı yaradılır - Sərəncam
  • Dün, 16:30
    "Şahinlərin Görüşü-2026" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib
  • Dün, 16:00
    Ermənistanın Aİİ-dən çıxması Rusiyadan pul köçürmələrini yarıdan çox azalda bilər
  • Dün, 15:16
    Azərbaycanda nəqliyyat sahəsinə aid yeni dövlət standartları qəbul edilib
  • Dün, 14:31
    Kiyevə dron hücumları zamanı daha bir Azərbaycan vətəndaşı yaralanıb
  • Dün, 13:10
    Sabah rayonlara yağış yağacaq
  • Dün, 12:45
    Zabit, gizir, miçman və MAXE-nin məsuliyyəti artırılır
  • Dün, 11:44
    Ərinin qətlini sifariş edən qadınla bağlı qərar verildi
  • Dün, 10:56
    Azərbaycan neftinin qiyməti 2 %-ə yaxın artıb
  • Dün, 10:25
    Azərbaycanda "Uşaq Hüquqları Aylığı" elan edilib
  • Dün, 09:36
    Zəngilanın azad edilməsindən 6 il ötür
  • Dün, 09:11
    UEFA Çempionlar Liqası: "Sabah" bu gün Dortmund "Borussiya"sı ilə üz-üzə gələcək
  • 19-10-2026, 18:16
    Leyla Əliyeva Türkmənistanda səfərdədir
  • 19-10-2026, 17:58
    NK özünün və Prezidentin İşlər İdarəsinin nəqliyyat vasitələrinə dair qərar verib
  • 19-10-2026, 17:36
    Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana dair məlumatları etibarlı mənbələrdən yoxlamağa çağırıb
  • 19-10-2026, 17:15
    “Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb
  • 19-10-2026, 15:45
    Fransada iğtişaşlar fonunda bəzi şəhərlərdə komendant saatı tətbiq ediləcək
  • 19-10-2026, 15:12
    Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb - FOTO
  • 19-10-2026, 14:38
    Bir qrup energetik təltif edilib - Sərəncam
  • 19-10-2026, 13:15
    Sabah rayonlara yağış yağacaq
  • 19-10-2026, 12:35
    Bakının bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq
  • 19-10-2026, 12:08
    Anar Bayramov səhiyyə naziri təyin edilib
  • 19-10-2026, 11:42
    Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, baş nazirin müavini təyin olunub
  • 19-10-2026, 11:16
    Azərbaycan Premyer Liqasında mövsümün tamaşaçı rekordu qeydə alınıb
  • 19-10-2026, 10:20
    Bəhruz Əhmədov Laçında hərbçilərlə görüşüb
  • 19-10-2026, 09:25
    Azərbaycan Basketbol Liqası: III turun daha bir oyunu bu gün keçiriləcək
  • 19-10-2026, 09:02
    Bu gün Nizami rayonunun bəzi ərazilərində işıq olmayacaq
  • 17-10-2026, 14:22
    Bakıda İndoneziya mətbəxi və mədəniyyəti festivalı keçirilib
  • 17-10-2026, 13:11
    Bazar günü Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq
Daha çox
16-10-2026, 13:20
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
14-10-2026, 16:19
Laos AQEM-ə üzv qəbul edilib
15-10-2026, 10:33
Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşıb
16-10-2026, 17:11
Avtomobil TIR-la toqquşdu - Ölən və yaralananlar var
14-10-2026, 16:25
Rusiyadan gətirilmiş 10 min qutu bioloji aktiv qida məhsulu məhv edilib
16-10-2026, 16:28
Prezidentin AQEM Sammitində sülh, əməkdaşlıq, təhlükəsizlik çağırışları
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Müsahibə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
  • Təsisçi: Kənan Adıgözəlov
Müəllif hüquqları qorunur. TAQ.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2022 TAQ.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə