Fransanın daxili işlər naziri Loran Nunes ölkənin hüquq-mühafizə orqanlarından yuxarı sinif şagirdlərinin etiraz aksiyası iştirakçılarına qarşı işıq-səs qumbaralarından istifadəni dayandırmağı xahiş edib.
Bu barədə Fransa mediası məlumat yayıb.
"Polisin hərəkətləri - Lansda baş verənlər Daxili İşlər Nazirliyində suallar doğurur", - o, etirazlar zamanı qolu qopan 15 yaşlı yeniyetməni nəzərdə tutaraq bildirib.
O, həmçinin qeyd edib ki, etirazlar başlayandan bəri müxtəlif xəsarətlərin alınması ilə əlaqədar başlanmış araşdırmaların sayı 18-ə çatıb.
Medianın məlumatına görə, ötən həftə Sen-Uan-L'omonda qumbaraatandan açılan atəş nəticəsində 14 yaşlı məktəbli qızın ağır yaralanmasına görə polis əməkdaşı məsuliyyətə cəlb edilib.
Qeyd edək ki, Fransada etirazlar davam edir və ölkənin Təhsil Nazirliyinin məlumatına görə, artıq 500-dən çox orta məktəbin fəaliyyəti qismən və ya tamamilə dayandırılıb.