• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Söyüdlüdə Nazirlər Kabinetinin dilə gətirmədiyi ciddi qanun pozuntuları...

Gündəm / Siyasət

25-07-2023, 16:48

Söyüdlüdə Nazirlər Kabinetinin dilə gətirmədiyi ciddi qanun pozuntuları...

Ölkəmizdə “Azərbaycan İnternational Mayning Kompani Limited” şirkəti tərəfindən mədən-filiz əməliyyatlarının aparılmasında yol verilmiş qanun pozuntularına dair çox danışılsa da, cəmiyyətimizin bu pozuntuların nədən ibarət olduğuna dair məlumatlılıq səviyyəsi yetərincə deyil. Bəli, deyilir ki, ekoloji normalar pozulub, qadağan edilmiş kimyəvi vasitələrdən istifadə edilib, insanların həyatına təhlükə yaradılıb və s. Amma konkret faktlar ortaya qoyulmayıb.

Prezident İlham Əliyev məsələni şəxsi nəzarətinə götürərək Nazirlər Kabinetinə komissiya yaradılması, məsələnin tam araşdırılması və nəticələri barədə məlumat verilməsini tapşırmışdı. İyulun 11-də bu ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə çıxışı zamanı dövlət başçısı xarici şirkət tərəfindən ekoloji problemlərin yaradılmasının, təbiətin məhv edilməsinin, insanların örüş, otlaq sahələrinin zəbt olunmasının, heç bir yerdən icazə almadan ikinci tullantı gölü yaratmasının yolverilməz olduğunu bildirmişdi və buna kimin icazə verdiyini sual etmişdi. Prezident demişdi ki, “görünür, ya Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə sövdələşiblər, ya da ki, onu özbaşına ediblər, ona görə ciddi araşdırılmalıdır”.
Söyüdlüdə Nazirlər Kabinetinin dilə gətirmədiyi ciddi qanun pozuntuları...

Məsələnin maraqlı tərəfi də odur ki, məhz Prezidentin tapşırığından sonra baş nazir komissiya yaradaraq ekologiya və təbii sərvətlər nazirini onun rəhbəri təyin etdi. Komissiya bir müddət araşdırma aparsa da, sonradan verilən açıqlamalar ictimaiyyətdə belə bir təəssürat yaratdı ki, orqanlar problemi ört-basdır etmək yolunu tutublar. İlham Əliyevin tam haqlı olaraq qeyd etdiyi kimi, Nazirlər Kabinetinin müşavirəsində verilən açıqlamalardan bir şey başa düşülmədiyi kimi, nazir Muxtar Babayevin brifinqindən də konkret qənaət hasil etmək mümkün olmadı.

Sual açıq qalır, Nazirlər Kabineti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi hara baxırdılar. Ən əsası, verilən tapşırıqlardan sonra nəyə görə ortaya anlaşılan bir nəticə çıxarılmadı? Yəqin ki, bu məsələlərə gec-tez aydınlıq gətiriləcək.

“Qafqazinfo”nun əldə etdiyi məlumatlarda isə, həm ayrı-ayrı dövlət orqanlarının, həm də “Azərbaycan İnternational Mayning Kompani Limited” şirkətinin fəaliyyətində ciddi qanun pozuntularının olduğu aydın görünür.

Hələ 1997-ci ildə “Azərqızıl Dövlət Şirkəti” ilə “Azərbaycan İnternational Mayning Kompani Limited” şirkəti arasında bağlanmış saziş əsasında sonuncuya Gədəbəy rayonu ərazisində mədən-filiz əməliyyatlarının aparılması üçün 300 hektar ərazi icarəyə verilib. 1998-ci ildə Azərbaycan Prezidentinin Fərmanı ilə həmin saziş qüvvəyə minib. Sazişə əsasən, həmin 300 hektarda şirkətə mədən-filiz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilsə də, yollar salmaq, binalar, qurğular tikmək və digər bu kimi fəaliyyətin Azərbaycan qanunlarına uyğun aparılması tələbi qoyulub.

2000-ci ildə “Azərqızıl” Dövlət Şirkəti ləğv edildikdən sonra onun tabeliyində olan müəssisələr Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyinə verilib. Bundan sonrakı dövrdə şirkət tərəfindən iş proqramı, büdcə sənədləri, hesabatlar və s. hazırda Muxtar Babayevin rəhbərlik etdiyi orqana təqdim olunub.

İndiki dövrə kimi “Azərbaycan İnternational Mayning Kompani Limited” şirkəti tərəfindən 4 zavod tikilib, 2009-cu ildən isə qızıl və misin emalı həyata keçirilir. İlkin mərhələdə tullantı sular bilavasitə emalın aparıldığı zavodda reallaşdırılsa da, 2012-ci ildə bu məqsədlə emal sahəsindən 6.8 km aralıda yerləşən Söyüdlü kəndinin yaxınlığında yeni su anbarı inşa olunub. Maraqlıdır ki, su anbarının inşası heç bir rəsmi orqanla razılaşdırılmayıb. Bundan başqa, 2021-ci ildə şirkət baş nazirə müraciət edərək ayrılmış ümumi torpaq sahəsinin 78 hektarının tullantıxana kimi istifadə edilməsinə razılıq verilməsini istəyib. Nazirlər Kabineti ayrı-ayrı dövlət qurumlarının rəylərini alaraq 2023-cü ilin mayında 49 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin təyinatını dəyişdirərək şirkətin istifadəsinə verib. Maraqlıdır ki, Söyüdlü bələdiyyəsi həmin torpağın təyinatının dəyişdirilməsi ilə bağlı məsələ qaldırmayıb, hətta buna etirazını da bildirib. Amma Nazirlər Kabineti səlahiyyəti olmadığı halda öz sərəncamı əsasında bələdiyyə torpağını şirkətin istifadəsinə verib.

Beləliklə, ölkə qanunvericiliyinə zidd şəkildə, Gədəbəy rayonunun ərazisində torpaq ayrılması ilə bağlı sənəd olmadan, aidiyyəti dövlət orqanında layihələr təsdiq edilmədən, tikintiyə rəsmi icazə verilmədiyi halda, yalnız Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi əsas götürülərək 4 zavod, süni sututar və zəhərli sianidin axıdılması üçün borular kənd təsərrüfatı təyinatlı Arıxdam və Söyüdlü kəndlərinin ərazisində, vətəndaşlara ayrılmış pay torpaqlarında qanunsuz tikilib. Halbuki, qaydalara əsasən Gədəbəy RİH aidiyyəti dövlət orqanları ilə razılaşdırılmış və tikintiyə icazə verilməsinə dair qəbul edilmiş inzibati aktı Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə göndərilməliydi və agentlik tərəfindən tikintiyə icazə verilməliydi. Əslində isə nə FHN qanunsuz tikintinin qarşısını alıb, nə Ekologiya və Təbii Sərvətlər Nazirliyi faydalı qazıntıların çıxarılması və digər təyinatlı qurğuların tikilməsi və istismarına nəzarət edib, nə torpaq sahələrinin qanunsuz tutulması və təyinatdan kənar istifadəsinə nəzarət edən qurum kimi o vaxtkı Əmlak Komitəsi bir iş görüb, nə də Gədəbəy RİH bu pozuntuların qarşısını alıb. Heç buna cəhd belə göstərməyib.
Söyüdlüdə Nazirlər Kabinetinin dilə gətirmədiyi ciddi qanun pozuntuları...

Məlumdur ki, “Azərbaycan İnternational Mayning Kompani Limited” şirkəti Gədəbəy rayonu ərazisində iki tullantıxana inşa edib, onlardan biri də Söyüdlü kəndi ərazisindədir. Hətta birinci tullantıxananın yerləşdiyi torpaq sahəsinə sənəd olmadığı halda, 2012-ci ilin mayında Gədəbəy rayon məhkəməsi şirkətin müraciəti əsasında Söyüdlü bələdiyyəsinin 70 hektar kənd təsərrüfatı təyinatlı örüş torpağının onun istifadəsinə verilməsi barədə qərar çıxarıb. Həmin saxta qərar heç dövlət orqanlarına belə göndərilməyib.

Məsələnin maraqlı tərəflərindən biri də zəhərli sianid turşusunun istifadəsi ilə bağlıdır. Qeyd edilməlidir ki, qanunvericiliyə əsasən, zəhərli maddə olduğundan onun istehsal prosesində istifadəsinə razılıq Səhiyyə Nazirliyinin rəyi alınmaqla Daxili İşlər Nazirliyi tərəfindən verilir. Amma DİN-dən belə bir razılıq alınmayıb. Onun ölkəyə gətirilməsi üçün Nazirlər Kabinetinin sərəncamı tələb olunsa da, belə bir sənəd olmayıb. FHN isə həmin təhlükəli yüklərin daşınmasına razılıq versə də, onun əldə olunmasına icazə tələb etməyib.

Aydın olur ki, bir müddət əvvəl Söyüdlü kəndində insidentin yaranmasının əsas günahkarları bir tərəfdən dövlət qurumları, digər tərəfdən də “Azərbaycan İnternational Mayning Kompani Limited” şirkətidir. Əgər Nazirlər Kabineti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Gədəbəy Rayon İcra Hakimiyyəti öz vəzifələrini yerinə yetirsəydilər, qanunsuz fəaliyyətə şərait yaratmasaydılar, Söyüdlü kəndinin sakinləri ayağa qalxmazdı, qarşıdurma yaranmazdı. Söz yox ki, kənd sakinlərinin davranışına, xüsusilə polisə qarşı göstərilən aqressiyaya heç vaxt bəraət qazandırmaq olmaz. Amma çarəsiz qalmış, örüş torpaqları zəbt olunan, mal-heyvan otara, əkin-biçinlə məşğul ola bilməyən, digər tərəfdən də sağlamlığına təhlükə yaranmış insanları da başa düşmək lazımdır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, “insanlar haqlı olaraq öz etiraz səsini ucaldıblar, amma onların səsinə baxan olub? Yox! Bir gün, iki gün, üç gün, beş gün, hara baxırdı Ekologiya və Təbii Sərvətlər Nazirliyi? Bilmirdimi ki, belə problem var? Ya bilirdi gözünü yumurdu, ya da bilmirdi. Hər ikisi qəbul edilən deyil. Düzdür, vətəndaşların bir hissəsi təxribatçıların fitnəsinə uyaraq ədəbsiz hərəkətlər ediblər, qanunsuz hərəkətlər ediblər və bu da dözülməzdir, qəbuledilməzdir”.

Bəli, bir məsuliyyətsizlik digər məsuliyyətsizliyə, bir qanun pozuntusu digər qanun pozuntusuna, bir cinayət digər cinayətə yol açır. Hamı öz işini məsuliyyətlə görməlidir ki, Söyüdlü insidenti bir daha təkrarlanmasın.

Oxunub: 0
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

18-03-2023, 21:56

“Borcumuz idi bu torpaqları geri götürmək” - İlham Əliyevin sakinlərlə səmimi söhbəti

Gündəm / Siyasət

30-04-2025, 17:24

“Amnesty International” və avrodeputatların separatçı sevgisi - ŞƏRH

Gündəm / Siyasət

25-07-2022, 16:28

Prezident bu gün təyin olunan yeni icra başçılarını qəbul edib

Gündəm / İqtisadiyyat

18-01-2023, 20:44

Prezident İlham Əliyev Davosda Çinin CGTN televiziya kanalına müsahibə verib

Gündəm / Siyasət

18-12-2021, 16:51

Əliyev İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibə verdi

Şou Biznes
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
"Energetika Memarlığı" filmi təqdim olunub
"Sevgililərinə ev alırlar, amma sənətkarlara biganə qalırlar" - Xalq artisti
"Oskar" mükafatının qaliblərinin adları açıqlanıb
Ötən il 900 əsər və ifa qeydiyyatdan keçirilib
Bazarda işləyənlərlə bağlı qalmaqalı sözlərinə aydınlıq gətirdi
Araşdırma
12-03-2026, 12:12
İsrail Səhiyyə Nazirliyi İranın hücumlarından zərərçəkənlərin sayını açıqlayıb
2-03-2026, 16:57
Zelenski tərəfdaşların İran dronlarını vurmaq üçün Ukraynadan kömək istəmədiyini bildirib
21-06-2025, 14:23
Almaniya XİN İrandakı səfirliyini qonşu ölkəyə köçürüb
12-05-2025, 12:12
Baş prokuror Nizami rayonunda vətəndaşları qəbul edəcək
21-02-2024, 23:20
Aybəniz Haşımovanın qardaşı həbs edildi
10-01-2024, 14:27
Azərbaycanda iş adamı qəzada öldü
Hadisə
Bugün, 09:10
Xəzər dənizində zəlzələ olub
23-05-2026, 11:44
Ukraynanın Novorossiyskə dron hücumundan sonra neft terminalı yanıb, yaralılar var
22-05-2026, 09:51
Vəzifəli şəxs vəfat etdi - Foto
Son xəbərlər
  • Bugün, 16:59
    İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
  • Bugün, 16:14
    Metronun hərəkət qrafiki dəyişdirilir
  • Bugün, 15:23
    Şuşanın Böyük Qaladərəsi kəndinə ilk köç olub
  • Bugün, 13:09
    Ərdoğan: Azərbaycanla bütün sahələrdə özünəməxsus sıx əməkdaşlığımızın inkişafına davam edəcəyik
  • Bugün, 12:33
    Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
  • Bugün, 11:28
    Sərdar Berdiməhəmmədov: Azərbaycanla əməkdaşlığı davam etdirməyə hazırıq
  • Bugün, 10:55
    Bakıda 3 nəfərin ölümü, 25 nəfərin xəsarət alması ilə nəticələnən yanğınla bağlı istintaq tamamlanıb
  • Bugün, 10:00
    QMİ Qurban bayramı ilə bağlı fətva verib
  • Bugün, 09:10
    Xəzər dənizində zəlzələ olub
  • 23-05-2026, 17:01
    Qalibaf: Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq
  • 23-05-2026, 16:19
    Asim Munir Tehranda Pezeşkianla görüşdü
  • 23-05-2026, 15:03
    Emin Əmrullayev Britaniyanın Vorvik Universitetində olub
  • 23-05-2026, 13:55
    Bazar günü 28 dərəcə isti olacaq
  • 23-05-2026, 11:44
    Ukraynanın Novorossiyskə dron hücumundan sonra neft terminalı yanıb, yaralılar var
  • 23-05-2026, 10:39
    May ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
  • 23-05-2026, 09:49
    Dünya mediası WUF13-ün dünya şəhərsalma siyasətinə töhfəsindən yazıb
  • 22-05-2026, 18:43
    Mehdiabada qazın verilməsi DAYANDIRILACAQ
  • 22-05-2026, 18:17
    Qurban bayramı ilə bağlı hazırlıq işləri yekunlaşıb
  • 22-05-2026, 17:36
    Azərbaycanda ilk dəfə çimərlik voleybolu üzrə "Meydançanın kralı və kraliçası" turniri keçiriləcək
  • 22-05-2026, 16:58
    “Bakı Fəaliyyətə Çağırışı”nın əsas prinsipləri elan olundu
  • 22-05-2026, 16:24
    TDT Baş katibi: Azərbaycanın sədrliyi dövründə təşkilatımızın nüfuzu qlobal miqyasda daha da artlb
  • 22-05-2026, 15:42
    Baş nazir: Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi istiqamətində irimiqyaslı təşəbbüslər həyata keçirir
  • 22-05-2026, 14:54
    Qurban kəsimi rəsmən qadağan edildi - Bu ölkədə
  • 22-05-2026, 14:10
    18 kəndə qazın verilişi DAYANDIRILACAQ
  • 22-05-2026, 13:10
    Sürücülərə XƏBƏRDARLIQ: Bəzi zolaqlar artıq qüvvədən düşür
  • 22-05-2026, 12:07
    "Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
  • 22-05-2026, 11:45
    Bu gün WUF13-ün bağlanış mərasimi keçiriləcək
  • 22-05-2026, 11:18
    İslam Rzayev haqda - Yeni qərar
  • 22-05-2026, 10:37
    Naxçıvana uçuşlar bərpa edildi
  • 22-05-2026, 09:51
    Vəzifəli şəxs vəfat etdi - Foto
  • 22-05-2026, 09:16
    Hondurasda iki silahlı hücum nəticəsində 20-dən çox insan həlak olub
  • 21-05-2026, 18:47
    Böyük Britaniya Kralı Prezident İlham Əliyevə təbrik ünvanlayıb
  • 21-05-2026, 18:17
    Suriya G7 sammitinə dəvət olundu: "Böyük Yeddilik" tarixində bir ilk
  • 21-05-2026, 18:02
    Qurban bayramı ilə bağlı təhlükəsiz heyvan kəsimi və satışına nəzarət gücləndirilib
  • 21-05-2026, 17:32
    Ceyhun Bayramov BMqT baş direktorunun müavini ilə görüşdü
Daha çox
19-05-2026, 14:26
Sahibə Qafarova: Azərbaycan-Belarus münasibətləri bütün istiqamətlər üzrə sürətlə inkişaf edir
20-05-2026, 10:37
"Energetika Memarlığı" filmi təqdim olunub
19-05-2026, 17:52
102 min uşağın 1-ci sinfə qəbulu tamamlanıb
19-05-2026, 09:34
Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib
19-05-2026, 12:36
WUF13-də "Təhlükəsiz qayıdış üçün ağıllı, dayanıqlı yaşayış məskənləri" təşəbbüsü təqdim olunub
19-05-2026, 13:36
UN-Habitat: Milli mənzil siyasətlərinə yerləşmə amili zəif inteqrasiya olunub
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Müsahibə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
  • Təsisçi: Kənan Adıgözəlov
Müəllif hüquqları qorunur. TAQ.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2022 TAQ.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə