• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Qətərin davam edən vasitəçilik missiyası – Tehranın qəbul etmədiyi çıxış yolu

Gündəm / Siyasət

Bugün, 18:24

Qətərin davam edən vasitəçilik missiyası – Tehranın qəbul etmədiyi çıxış yolu

Qətər Yaxın Şərqdə ABŞ ilə İran arasında vasitəçilik missiyasını bərpa edib. Ötən gün Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman əl-Tani ABŞ dövlət katibi Marko Rubio ilə Vaşinqtonda görüşüb. Tərəflər Yaxın Şərqdə mövcud vəziyyəti, təhdidlərin qarşısının alınmasını, sabitliyin təmin olunmasını və Vaşinqton-Tehran danışıqlarının bərpası üzrə məsələni müzakirə ediblər.

Qətərin Xarici İşlər Nazirliyi regional gərginliyin azaldılması yolları ilə bağlı amerikalı rəsmi şəxslərlə birgə məsləhətləşmələrin keçirildiyini elan edib. Qurumun açıqlamasında bildirilib ki, əsasən Qəzza zolağı, Suriya, Livan, İran və Əfqanıstanda vəziyyət danışıqların əsas mövzularından olub. Görüşdə mübahisələrin dinc yolla həlli sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi və böhranların kəskinləşməsinin qarşısının alınması üçün diplomatik səylərin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Qətər hökuməti regionda hərtərəfli razılaşmaya və davamlı sülhün bərqərar olmasına yol açacaq siyasi həllin əldə edilməsinə dəstəyini bir daha qeyd edib.

Əmirlik Vaşinqton və Tehran arasında rəsmi diplomatik əlaqələrin olmadığı şəraitdə uzun müddətdir, əsas vasitəçilərdən biridir. Bu istiqamətdə ilk təşəbbüs 2022-ci ildə Dohada ABŞ və İran arasında nüvə proqramı üzrə dolayı məsləhətləşmələrə ev sahibliyi etməklə gerçəkləşib. Bir il sonra - sentyabrda Qətərin vasitəçiliyi ilə tərəflər arasında məhbus mübadiləsi həyata keçirilib. ABŞ-nin beş vətəndaşı azadlığa buraxılıb, eyni zamanda, Cənubi Koreyada dondurulmuş təxminən 6 milyard dollar məbləğində İran neft gəlirlərinin humanitar məqsədlər üçün Qətər banklarına köçürülməsi təmin olunub.

Bu ilin iyun-oktyabr aylarında rəsmi Dohanın tərəflər arasında sülh müqaviləsi layihəsi üzərində iş aparılıb. İyun ayının sonunda isə Dohada saxlanılan İran aktivlərinin bir hissəsinin sərbəstləşdirilməsi ilə bağlı razılaşmalar gündəmə gəlib. Oktyabrın sonunda Qətər nümayəndə heyəti danışıqları davam etdirmək üçün Tehrana səfər edib və tərəflərə sülh planı layihəsi təqdim olunub.


Yeri gəlmişkən, noyabrın əvvəlində Qətərin Əmiri Təmim bin Həməd Al Tani və ABŞ Prezidenti Donald Tramp regionda gərginliyin azaldılması üzrə diplomatik səyləri, strateji münasibətləri, Qətərin Vaşinqton – Tehran arasında əlaqələrdə vasitəçilik rolunu müzakirə ediblər.

Bu baxımdan, Əmirliyin hökumət başçısının Vaşinqton səfəri və vasitəçilik missiyasını davam etdirməsi həmin görüşün davamı da sayıla bilər.

Qətərin vasitəçiliyi təsadüfi seçilməyib. Bu, körfəzin aparıcı iqtisadiyyata malik zəngin ölkəsidir. Vaxtilə Vaşinqton və ərəb dövlətləri onu terrorçuluğu dəstəkləməkdə ittiham edirdilər. Ancaq sonradan Qətər bu məsələlərə aydınlıq gətirməklə ABŞ və regiondakı tərəfdaşları ilə münasibətləri normallaşdırıb.

Son illərdə iki ölkə arasındakı münasibətlər dəyişib, Əmirlik ABŞ-nin regiondakı əsas strateji müttəfiqlərindən biridir. O, ABŞ-nin Yaxın Şərqdəki ən böyük hərbi bazasına, Əl-Udeydə ev sahibliyi edir.

Bu kimi səbəblərdən ölkə ilə ABŞ münasibətlərini hazırkı şəraitdə yüksək saymaq olar.

Qətər İranla münasibəti normal olan bəlkə də yeganə körfəz ərəb dövlətidir. Ona görə də Qətər körfəz ərəb ölkələrinin etibarlı təmsilçisi sayıla bilər.

Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman əl-Tani bildirib ki, ABŞ ilə İran arasında yeni bir gərginliyə dözməyə Yaxın Şərqin gücü çatmaz.


Əmirlik region ölkələrinin təmsilçisi olaraq qəbul edilərsə, onda bölgə dövlətlərinin ABŞ-İran arasında yeni müharibəyə qarşı çıxdıqları qənaətinə gəlmək mümkündür.

Bəzi araşdırmalara əsasən, məlum hərbi əməliyyatlar Körfəz Ərəb Ölkələri İqtisadi Şurası üzvlərinə 200 milyard dollardan artıq zərər vurub. Bundan başqa, Hörmüz boğazı ətrafındakı mövcud gərginlik, blokada, enerji daşıyıcılarının nəqlində yaranmış problemlər region ölkələrinin iqtisadi inkişafına, təhlükəsizliyinə böyük maneə sayılır.

Son qiymətləndirməyə əsasən, bu vəziyyət Şuranın altı ölkəsinə 2026-cı ildən 2030-cu ilin dekabrınadək təxminən 790 mlrd. dollar iqtisadi itkilər yaşada bilər. Habelə, ABŞ-İran qarşıdurmasının indiki səviyyədə davam etməsi BƏƏ-də sahil sularının çirklənməsi, bir sıra şimal əmirliklərində çimərliklərin bağlanmasına səbəb olur. Bu isə həm də regionda turizm sektoruna ziyan vurur.

Onu da qeyd edək ki, bu il fevralın 28-dən körfəz ərəb dövlətlərinin ərazisinə 7 mindən artıq raket və pilotsuz uçuş aparatları ilə hücum olub. Bu hadisələr nəticəsində çoxlu sayda mülki obyektə ziyan dəyib, dinc sakinlər ölüb.

Son günlər İranın Bəhreynə hücumlarını da xüsusi qeyd etməyə ehtiyac var. Çünki ora hücum körfəz dövlətlərinə ümumi hücumların mənzərəsini təsvir etməyə imkan verir.

Odur ki, Qətər hökumət başçısının region ölkələrinin "davam gətirməyəcəklərinə" dair açıqlaması vəziyyətin daha da ağır olacağını ehtimal etməyə əsas verir.

Tehran və Vaşinqtonun etibar etdiyi tərəf olaraq Əmirliyin vasitəçiliyi, sülh və razılaşma istiqamətində görüşləri davam etdirməsi bölgənin müharibə istəmədiyi, onu dəstəkləmədiyini göstərir. Yaranmış vəziyyətə əsasən, demək olar ki, sosial, iqtisadi vəziyyət ağrılaşamağa doğru davam etdiyindən savaş İranın maraqlarına da uyğun görünmür. Düzdür, Sepah və ona bağlı bəzi siyasilər müharibə ilə əlaqədar açıqlamalar verirlər. Ancaq əməliyyatların bərpasının onlara da ciddi zərbə vuracağı sirr deyil.


Konqresə aralıq seçkilər göstərdi ki, İrana qarşı hərbi əməliyyatlar ABŞ-də siyasi proseslərə təsirsiz ötüşməyib. Bu baxımdan, 2028-ci ildə prezident seçkilərinin keçiriləcəyini nəzərə alsaq, Tehran hakimiyyətinə qarşı mümkün hərbi əməliyyatları Ağ Ev üçün də uğurlu saymaq olmaz.

ABŞ Dohanın Yaxın Şərqdə təhdidlərin qarşısının alınması üzrə vasitəçilik səylərini yüksək qiymətləndirir. Tehran da onun bu missiyasına qarşı deyil. Deməli, bütün tərəflər arasında üç istiqamət üzrə razılıq var: Qətərin vasitəçiliyi, hərbi əməliyyatların dayandırılması, danışıqların davam etdirilməsi.

Üçüncü istiqamətin reallaşması, daha doğrusu, bu yöndə nəticə əldə edilməsi üçün Tehran hakimiyyətinə təzyiqlərin artırılması, onun iqtisadi, ticarət əlaqələrinin qarşısının alınması üçün ABŞ məhdudlaşdırıcı tədbirlər gerçəkləşdirir.

Ötən gün ABŞ Maliyyə Nazirliyi İranla əlaqəli onlarla şəxs və təşkilata sanksiya tətbiq edib. Bildirilib ki, İslam Respublikasının başqa ölkələrdə yerləşən "kölgə" bank şəbəkələrini sarsıtmaq üçün məhdudiyyətlər Türkiyə, BƏƏ və Honkonqda yerləşən şirkətlərə də tətbiq olunub. "İqtisadi təcrid" adlanan əməliyyat çərçivəsində Tehranın "kölgə" bank şəbəkəsi ilə əlaqəli İranın 8 vətəndaşına, 22 şirkət və təşkilata qarşı sanksiyalar qoyulub. O da qeyd edilib ki, bu şəbəkə ilə əlaqəli təxminən 14,7 milyard dollar məbləğində maliyyə əməliyyatları aparılıb.

ABŞ maliyyə naziri Skott Bezant bildirib ki, İranın iqtisadiyyatı çökür: "İranın kölgə bank sistemi müflis olur. Bu, rejimin son maliyyə xilasetmə halqasıdır".


Noyabrın 23-də tətbiq edilən bu sanksiya ABŞ-nin İrana qarşı növbəti maliyyə, iqtisadi hücumudur. ABŞ bu mədudlaşdırıcı tədbirlə Tehranın nüvə proqramından əl çəkməsini, regionda pozuculuq fəaliyyətini dayandırmasını və s. tələbləri qəbul etdirməyi hədəfləyir.

Tehran isə 7 maddəlik təklifi Qətər vasitəsilə Vaşinqtona təqdim edib. Həmin təkliflərə Hörmüz boğazı, ABŞ-nin regionda hərbi fəaliyyətini dayandırması və başqa məsələlər aiddir.

Qətərin tərəflər arasında vasitəçiliyinin bərpası, region ölkələrinin hərbi əməliyyatlardan yayınmaq istəyi, ABŞ-nin yeni maliyyə-iqtisadi təzyiqi, İranın 7 təklifli çıxışı Vaşinqton-Tehran arasında yeni sürpriz hadisələrin baş verəcəyini ehtimal etməyə əsas verir.

Tehran hakimiyyətinin ölkədə yanacaq, o cümlədən elektrik enerjisi qıtlığının qarşısını almaq cəhdləri, gündəlik tələbat mallarının, ərzağın, o cümlədən çörəyin İran-İraq müharibəsi dövründəki kimi talonla verilməsi tədbirləri, səhiyyə sahəsində çətinliklər, mövcud şəraitdə təqaüdçülərin müavinətlərinin gecikdirilməsi problemlərinin həlli və sadalamadığımız başqa sosial problemlərdən xilas mümkün olmazsa, hadisələr İranda yeni böhranlara yol açar.

Qətər hökumət başçısının "yeni bir gərginliyə Yaxın Şərqin gücü çatmaz" ifadəsini vəziyyətə uyğun olaraq Tehrana da şamil etmək mümkündür. Çünki yeni gərginliyə onun da dözməsi çətin olacaq. ABŞ-nin hərbi əməliyyatlarına cavab hazırlıqları isə çıxış yolu sayılmır...(Report)

Oxunub: 0
Paylaş:
Digər xəbərlər

Gündəm / Dünya

8-08-2024, 18:33

Pezeşkianın iddia olunan təklifi - Qərblə danışıqların genişlənməsi üçün fürsət - TƏHLİL

Gündəm / Siyasət

21-01-2026, 15:50

Suriyada son hadisələr: dördgünlük atəşkəs, 14 maddəlik saziş - TƏHLİL

Dünya

18-11-2026, 14:56

Şençjen sammiti: Çin, ABŞ və Rusiya liderlərinin görüşü beynəlxalq münasibətlərdə dönüş yarada biləcəkmi? – TƏHLİL

Gündəm / Siyasət

11-06-2025, 17:43

Vaşinqton-Moskva dialoqunun perspektivi - Rusiyanı gözləyən aqibət - ŞƏRH

Gündəm / Siyasət

31-07-2024, 15:43

Davam edən İran-İsrail müharibəsi – maraqların qurbanı İsmayıl Haniyə - ŞƏRH

Şou Biznes
“Röya telefonu üzümə bağladı”
Xalq artisti Fərhad Bədəlbəyli balet artistlərinin pensiya yaşı ilə bağlı narazılığını bildirib
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Naxçıvan mədəniyyət nazirinə müavin təyin edilib
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
Xalq artisti Zaur Rzayev xəstəxanadan evə buraxılıb
Araşdırma
20-10-2026, 15:16
Azərbaycanda nəqliyyat sahəsinə aid yeni dövlət standartları qəbul edilib
12-03-2026, 12:12
İsrail Səhiyyə Nazirliyi İranın hücumlarından zərərçəkənlərin sayını açıqlayıb
2-03-2026, 16:57
Zelenski tərəfdaşların İran dronlarını vurmaq üçün Ukraynadan kömək istəmədiyini bildirib
21-06-2025, 14:23
Almaniya XİN İrandakı səfirliyini qonşu ölkəyə köçürüb
12-05-2025, 12:12
Baş prokuror Nizami rayonunda vətəndaşları qəbul edəcək
21-02-2024, 23:20
Aybəniz Haşımovanın qardaşı həbs edildi
Hadisə
Dün, 10:09
Sumqayıtda 24 yaşlı qız dəm qazından boğularaq ölüb
21-11-2026, 10:08
Sumqayıtda yol çöküb
19-11-2026, 12:31
Nərman Qocatürkün meyiti tapıldı
Son xəbərlər
  • Bugün, 18:24
    Qətərin davam edən vasitəçilik missiyası – Tehranın qəbul etmədiyi çıxış yolu
  • Bugün, 17:50
    Ceyhun Bayramovla Maka Boçorişvili arasında təkbətək görüş başlayıb
  • Bugün, 17:25
    İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib
  • Bugün, 16:57
    Sabahdan havanın temperaturu 5 dərəcə enəcək - Xəbərdarlıq
  • Bugün, 16:37
    Şura: Media subyektləri və jurnalistlər informasiya yayarkən şəxsi həyatın toxunulmazlığına həssaslıqla yanaşmalıdırlar
  • Bugün, 15:45
    2027-ci il üzrə əmək miqrasiyası kvotasına dair təkliflər hazırlanıb
  • Bugün, 15:19
    Bakıda Azərbaycan və Monteneqro Baş nazirlərinin görüşü olub
  • Bugün, 14:35
    Sabah Bakı metrosunun Qırmızı xəttində iş saatı uzadılacaq
  • Bugün, 12:45
    Yağış yağacaq, külək əsəcək - SABAHIN HAVASI
  • Bugün, 12:19
    Azərbaycan mülki işlər üzrə xaricdə sübutların toplanması haqqında Konvensiyaya qoşulacaq
  • Bugün, 11:34
    Azərbaycan və Gürcüstanın polis akademiyaları arasında memorandum imzalanıb
  • Bugün, 11:09
    Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb, 10 məsələ müzakirə ediləcək
  • Bugün, 09:31
    Goranboyda torpaq sürüşməsi magistral su xəttinə ziyan vurub
  • Bugün, 09:12
    Rusiyanın Altay diyarında baş verən partlayışda 14 nəfər xəsarət alıb
  • Dün, 17:47
    Bakıda və rayonlarda sabah külək güclənəcək
  • Dün, 17:19
    Prezident İlham Əliyev Trampa təşəkkür edib
  • Dün, 16:41
    İstanbulda tramvayla avtobus toqquşub
  • Dün, 16:09
    Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
  • Dün, 15:45
    Malayziyalı nazir hava limanında yıxılaraq başından xəsarət alıb
  • Dün, 12:53
    Sabah Azərbaycanda 20 dərəcə isti olacaq
  • Dün, 12:40
    İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul edib
  • Dün, 12:17
    Nazir: Azərbaycan İtaliyada uzunmüddətli investor kimi mövqeyini möhkəmləndirib
  • Dün, 11:33
    İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumu keçiriləcək
  • Dün, 11:11
    Azərbaycanın iki boksçusu U-23 Avropa çempionatında finala vəsiqə qazanıb
  • Dün, 10:35
    Asif Əsgərov “Şöhrət” ordeni ilə təltif edilib
  • Dün, 10:09
    Sumqayıtda 24 yaşlı qız dəm qazından boğularaq ölüb
  • Dün, 09:39
    Ukrayna PUA-larla Tatarıstanda neft anbarlarına hücum edib
  • Dün, 09:05
    Ümumtəhsil müəssisələrində payız tətili başa çatıb
  • 21-11-2026, 16:15
    Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək
  • 21-11-2026, 15:23
    İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq
  • 21-11-2026, 14:46
    Bazar günü hava 18 dərəcə isti olacaq
  • 21-11-2026, 13:03
    İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var
  • 21-11-2026, 12:29
    İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib
  • 21-11-2026, 11:09
    Seul yaxınlığında yük qatarı relsdən çıxıb
  • 21-11-2026, 10:08
    Sumqayıtda yol çöküb
Daha çox
19-11-2026, 11:53
Sabah respublika üzrə pensiyalar tam ödəniləcək
20-11-2026, 09:38
Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət edib
20-11-2026, 12:37
Vyetnamın Azərbaycanda səfirliyi açılacaq
19-11-2026, 14:51
Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib
19-11-2026, 14:32
Tbilisidə yaşayış binasında partlayış, 7 nəfər itkin düşdü
19-11-2026, 17:46
Fərid Qayıbov: "Xankəndidəki stadionda UEFA turnirlərinin oyunları da keçirilə bilər"
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Müsahibə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
  • Təsisçi: Kənan Adıgözəlov
Müəllif hüquqları qorunur. TAQ.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2022 TAQ.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə