• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Azərbaycan-Türkiyə 1-ci Enerji Forumu keçirilib

Gündəm / Sosial

22-12-2021, 17:45

Azərbaycan-Türkiyə 1-ci Enerji Forumu keçirilib

Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməzin həmsədrliyi ilə Azərbaycan-Türkiyə 1-ci Enerji Forumu keçirilib.
Forumdan öncə həmsədrlər arasında ikitərəfli görüş keçirilib. Görüşdə iki ölkə arasında möhkəmlənən sıx münasibətlərdən danışılıb, energetika sahəsində əməkdaşlığın inkişafı perspektivlərindən bəhs edilib.
Forumda açılış nitqi ilə çıxış edən energetika naziri Pərviz Şahbazov Azərbaycan-Türkiyə 1-ci Enerji Forumunu zirvədə olan Azərbaycan-Türkiyə münasibətlərinin enerji sahəsində də müttəfiqlik səviyyəsinə yüksəlməsini dəstəkləyən platforma kimi qiymətləndirib. Təhlükəsizliyi, inkişafı və tərəqqini təmin edən Azərbaycan-Türkiyə birliyinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə regionda yeni geosiyasi reallıqların və inkişaf proseslərinin aparıcı faktoru olduğu bildirilib.
İki ölkə arasında enerji əməkdaşlığına diqqət çəkən nazir “Qardaş Türkiyəyə 2018-ci ilin iyul ayından bu ilin dekabr ayınadək TANAP-la 13,6 milyard kubmetr təbii qaz nəql olunub. Bu ilin 11 ayı ərzində Türkiyəyə nəql olunmuş 7,7 milyard kubmetr təbii qazın 5,1 milyard kubmetri TANAP-ın payına düşüb. Ümumiyyətlə, Türkiyənin qaz bazarına 2007-ci ildən indiyə kimi “Şahdəniz” yatağından 85 milyard kubmetrdən çox təbii qaz ötürülüb” fikrini ifadə edib. Çıxış zamanı “STAR” Neft Emalı Zavodu, Petkim kimi layihələrin timsalında ölkəmizin Türkiyədəki investisiya fəaliyyəti də vurğulanıb: “Azərbaycanın Türkiyədəki sərmayəsi 19 milyard dollardan çoxdur. Prezident cənab İlham Əliyevin ifadə etdiyi kimi ancaq qardaş ölkəyə bu qədər vəsait, bu qədər yatırım qoyula bilər”.
Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz öz çıxış nitqində xalqlarımızın eyni soykökünə və qarşılıqlı bağlara malik olmasından qaynaqlanan Azərbaycan-Türkiyə əbədi qardaşlıq münasibətlərinin daha da inkişaf etdiyini bildirib. Ölkəmizin Vətən müharibəsindəki qələbəsinə diqqət çəkən nazir deyib: "İşğaldan azad edilmiş ərazilərdə tətbiq edilməsi planlaşdırılan “Yaşıl enerji konsepsiyası” çərçivəsində bundan sonra da həm dövlət, həm də özəl sektorumuzla Azərbaycanın yanında olacağıq. Bu yolla həm regionda davamlı sülhün bərqərar olması, həm də işğaldan azad edilmiş rayonların yenidən qurulması üçün Azərbaycanla koordinasiyalı fəaliyyət göstərməyə davam edəcəyik. İnanıram ki, karbohidrogen sənayesi sahəsində birgə həyata keçirdiyimiz çoxsaylı uğurlu əməkdaşlıq təcrübələrinin bərpa olunan enerji sahəsinə transferi əlaqələrimizə yeni təkan verəcək".
Forumda, həmçinin Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev, Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Təbriz Əmmayev, TPAO-nun baş direktoru Melih Han Bilgin, Türkiyə Elektrik Ötürmə Şirkəti-nin baş direktoru Orhan Kaldırım və Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) Enerji Şurası rəhbəri Haluk Kalyoncunun çıxışları dinlənilib. Müvafiq sahələr üzrə əməkdaşlığın inkişafı istiqamətində görülən işlər, nəzərdə tutulan tədbirlər barədə məlumat verilib və işçi qruplarının Forumdan əvvəl keçirilmiş ilk görüşlərinin nəticələri barədə müzakirələr aparılıb.
Tədbirin sonunda Azərbaycan və Türkiyə arasında 6 sənəd imzalanıb. “Azərbaycan-Türkiyə 1-ci Enerji Forumunun Protokolu”nu, həmçinin “Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi arasında təbii qazın tədarükünə dair Anlaşma Memorandumu”nu Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz imzalayıblar.
Bununla yanaşı, Forum çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında mədənçilik sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi və “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti ilə Türkiyə Respublikası Energetika və Təbii Sərvətlər Nazirliyinin Mədən Tədqiqi və Axtarış Baş İdarəsi və MTA Beynəlxalq Mədənçilik Şirkəti arasında əməkdaşlığın həyata keçirilməsi sahəsində Anlaşma Memorandumu”, “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidməti ilə Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyinin Mədən Tədqiqi və Axtarış Baş İdarəsi arasında yer elmləri sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”, həmçinin “Azerenerji” ASC və “Türkiye Elektrik İletim Anonim Şirketi” (TEİAŞ) arasında əməkdaşlıq Protokol”u imzalanıb.
İmzalanma mərasimindən sonra media nümayəndələri üçün brifinq keçirilib.
İki gün davam edən Forum Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya çərçivəsində, strateji enerji əməkdaşlığının daha da möhkəmləndirilməsi məqsədilə təşkil edilib.
Qeyd edək ki, 1-ci Enerji Forumu Azərbaycan və Türkiyə arasında mövcud enerji əməkdaşlığının genişləndirilməsini, yeni əməkdaşlıq imkanlarının dəyərləndirilərək onların konkret layihələr vasitəsilə reallaşdırılmasını hədəfləyir.

Günel İsayeva
Azərbaycan-Türkiyə 1-ci Enerji Forumu keçirilib
Azərbaycan-Türkiyə 1-ci Enerji Forumu keçirilib
Azərbaycan-Türkiyə 1-ci Enerji Forumu keçirilib

Oxunub: 208
Paylaş:
Digər xəbərlər

Siyasət

22-12-2021, 15:33

Əli Əsədov Türkiyənin energetika və təbii sərvətlər naziri ilə görüşdü

Gündəm / Siyasət

21-12-2021, 19:38

Prezident Fatih Dönməzi qəbul edib

Gündəm / Sosial

17-12-2021, 12:00

Enerji keçidində mütərəqqi texnologiyaların roluna həsr edilmiş onlayn seminar keçiriləcək

Gündəm / İqtisadiyyat

14-12-2021, 13:53

Azərbaycan, Gürcüstan və Türkiyə arasında 5 sənəd imzalandı

Siyasət

8-11-2021, 20:41

Ərdoğan İlham Əliyevə zəng ETDİ

Şou Biznes
Naxçıvan mədəniyyət nazirinə müavin təyin edilib
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
Xalq artisti Zaur Rzayev xəstəxanadan evə buraxılıb
Kənan Doğulu, Beren Saat və daha 20 nəfər narkotikə görə saxlanılıb
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
"Energetika Memarlığı" filmi təqdim olunub
Araşdırma
12-03-2026, 12:12
İsrail Səhiyyə Nazirliyi İranın hücumlarından zərərçəkənlərin sayını açıqlayıb
2-03-2026, 16:57
Zelenski tərəfdaşların İran dronlarını vurmaq üçün Ukraynadan kömək istəmədiyini bildirib
21-06-2025, 14:23
Almaniya XİN İrandakı səfirliyini qonşu ölkəyə köçürüb
12-05-2025, 12:12
Baş prokuror Nizami rayonunda vətəndaşları qəbul edəcək
21-02-2024, 23:20
Aybəniz Haşımovanın qardaşı həbs edildi
10-01-2024, 14:27
Azərbaycanda iş adamı qəzada öldü
Hadisə
Bugün, 16:56
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
Dün, 15:39
Qubada iki avtomobil toqquşub, ölən var
Dün, 10:04
Bakıda maşın ağaca çırpılıb, sürücü xəsarət alıb - VİDEO
Son xəbərlər
  • Bugün, 18:26
    Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ
  • Bugün, 17:56
    İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib
  • Bugün, 16:56
    Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
  • Bugün, 16:27
    Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib
  • Bugün, 16:07
    Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib
  • Bugün, 15:22
    C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır
  • Bugün, 14:47
    Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb
  • Bugün, 13:09
    Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək
  • Bugün, 12:42
    Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər
  • Bugün, 12:10
    Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb
  • Bugün, 11:45
    Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir
  • Bugün, 11:23
    Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir
  • Bugün, 10:49
    İlham Əliyev "Avaza" Kompleksinə gəlib
  • Bugün, 09:42
    İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib
  • Bugün, 09:22
    Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq
  • Dün, 18:22
    Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib
  • Dün, 17:40
    Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib
  • Dün, 17:03
    Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib
  • Dün, 16:33
    İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib
  • Dün, 15:47
    Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib
  • Dün, 15:39
    Qubada iki avtomobil toqquşub, ölən var
  • Dün, 15:12
    Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb
  • Dün, 12:55
    Astanada Dünya və Ənənəvi Din Liderləri Qurultayında üç beynəlxalq sənəd qəbul edilib
  • Dün, 12:30
    Fransa polisinə yuxarı sinif şagirdlərinə qarşı işıq-səs qumbaraları tətbiq etmək qadağan edilib
  • Dün, 11:59
    Mürsəl İbrahimov Şuşada vətəndaş qəbulu keçirəcək
  • Dün, 11:12
    Ceyhun Bayramov MDB XİN Şurasının iclasında iştirak üçün Türkmənistana yola düşüb
  • Dün, 10:31
    Əli Nağıyev: Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir
  • Dün, 10:04
    Bakıda maşın ağaca çırpılıb, sürücü xəsarət alıb - VİDEO
  • Dün, 09:09
    Ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə dərman vasitələrinin gətirilməsinin qarşısı alınıb
  • 6-10-2026, 18:08
    Polşada vağzalı və məktəbi partlatmaqla hədələyən gənc saxlanılıb
  • 6-10-2026, 17:15
    Naxçıvan mədəniyyət nazirinə müavin təyin edilib
  • 6-10-2026, 16:48
    Azərbaycanın çoxvektorlu diplomatiyası - İlham Əliyevin yeni mesajları - ŞƏRH
  • 6-10-2026, 16:29
    Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb
  • 6-10-2026, 16:05
    Hörmüz boğazında gəmiyə zərbə endirilib, 11 hindistanlı yaralanıb
  • 6-10-2026, 15:07
    Korrupsiya barədə məlumat verənlərin həvəsləndirilməsinə dair qanun layihəsi hazırlanıb
Daha çox
2-10-2026, 09:56
YAP-ın VIII Qurultayı keçirilir, İlham Əliyev çıxış edir
2-10-2026, 16:48
Moldova Azərbaycan şirkətlərinin Aİ bazarına çıxışına dəstək verə bilər
2-10-2026, 10:53
İlham Əliyev: Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi
2-10-2026, 14:14
Rusiya onları beynəlxalq axtarışa verdi
3-10-2026, 09:53
Azərbaycan nefti cüzi ucuzlaşıb
3-10-2026, 16:09
DİN narkotiklə bağlı əməliyyatlar keçirib, saxlanılanlar arasında İran vətəndaşı da var
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Müsahibə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
  • Təsisçi: Kənan Adıgözəlov
Müəllif hüquqları qorunur. TAQ.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2022 TAQ.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə