• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Günün qoroskopu: nə istədiyinizi dəqiqləşdirməyə, məqsəd və hədəfləri konkretləşdirməyə çalışın

Gündəm / Sosial

25-01-2024, 08:40

Günün qoroskopu: nə istədiyinizi dəqiqləşdirməyə, məqsəd və hədəfləri konkretləşdirməyə çalışın

Qoç - çətin problemləri həll etmək üçün qeyri-formal şəraitdə danışıqlar aparmaq olar. Əməkdaşlığın yeni yolları, biznesin genişləndirilməsi və ya yeni müştərilərin axtarılması üçün təhlillərə zərurət duyulur. Tərəfdaş, şərik sizi dinləməyə hazırdır.

Günün ikinci yarısında mövqeyinizi açıqlamaqdan çəkinməyin. Qısamüddətli səyahət pis alınmayacaq. Yaxınlarınızın qeydinə qalın.

Sevdiyiniz insanla münasibətləri yaxşılaşdırın. Ailə üzvləri ilə qarşılıqlı anlaşmaya nail olun. Axşam saatlarında dostlarla görüş istisna deyil.

Buğa - günün ilk yarısında işlərə başlamaq asan olmasa da, panikaya düşməyin. Sizi prosesdən yayındıra biləcək amillərin təsirlərini azaltmağa yönəlmiş addımlar atın. Saatlar keçdikcə əhvalınız yaxşılaşacaq. Apatiya, ətaləti qət edin. Mənfi şərtlərə rəğmən irəliləməyə can atın.

Günün ikinci yarısı alış-veriş üçün münasibdir. Çox pul xərcləməyin.

Yaxınlarınızla münasibətlərin sərinləşməsinə əsla imkan verməyin. Onların işlərinin gedişatı ilə maraqlanın. Axşam saatlarında sevdiyiniz işlərlə məşğul olun. Subaysınızsa, tale üzünüzə güləcək.

Əkizlər - cari işləri yarımçıq qoymayın. Fikriniz dağınıq olarsa, problemlər sürətlə artacaq. Təmkinli olun, səbrli davranın. Nikbin, enerjili olun.

Rutin məsələlərin həllini ertələməyin.

Günün ikinci yarısında evdən çox uzaqda olmayın. Dostlar və yaxınlarınızın təkliflərini nəzərə alın. Sevdiyiniz insanla axşam saatlarında romantik anlar ruhunuzu dirçəldəcək. Pəhrizə, zərərli vərdişlərlə mübarizəyə başlamaq olar.

Xərçəng - rutin, gündəlik qayğılarla həmişəki işlər sizə bezdirici və cansıxıcı təsir bağışlaya bilər. Amma problemləri aradan qaldıranda təxəyyülü işə salsanız, ciddi irəliləyişlərə nail ola bilərsiniz. Bütün işlərə eyni vaxtda başlamayın.

Günün ikinci yarısında fəaliyyət sahəsində irəliləyiş şansları artacaq. İmkanların sayı az deyil. Buna rəğmən ən mühüm saydığınız istiqaməti seçin və bu sahədə çalışın.

Mövqeyinizi var qüvvənizlə müdafiə etməyə can atmayın. Ən yaxın insanlarınızda belə, sizdən fərqli mövqelər var. Gərəksiz mübahisələrə, fikir ayrılıqlarına ehtiyac yoxdur.
 

Şir - bundan sonra nə edəcəyinizi düşünün. Fəaliyyətinizdə kənar amillərin təsiri nəticəsində ləngimələr və gecikmələr ola bilər. Yeni məlumatın alınmasında çətinliklər yaranacaq. Hansısa layihəyə başlamazdan əvvəl təfərrüatları, detalları nəzərdən keçirin.

Günün ikinci yarısı işgüzar əlaqələrin genişləndirilməsi, tərəfdaş və şəriklərlə danışıqlar, kommersiya layihəsinin həyata keçirilməsi istiqamətində konkret addımlar atmaq üçün münasib zamandır.

Nikbin əhvalınız işlərinizlə yanaşı, şəxsi münasibətlərinizə də təsir edəcək. Özəl həyatınızın bəzi gizlinlərini hətta ən yaxın dostlarınızla belə, bölüşməyin.

Axşam saatlarında normal istirahət etməyə çalışın.
 

Qız - başlayacağınız işə hazırlıq səviyyəsi uğurunuzu müəyyənləşdirəcək. Yalnız səbatlı qərarlar verin. Fikirləriniz illüziyalarla əvəzlənməsin. İşlərin qaydasında olmasını istəyirsinizsə, emosional addımlar atmayın. Qüvvənizə və imkanlarınıza güvənin.

Günün ikinci yarısında yaxınlarınızla dostlarınız barədə şayiələrə inanmayın. Sözləriniz haqqında danışılan insana çata bilər. Naqolay duruma düşərək müdafiə olunmağa çalışmayın.

Tərəzi - səhər saatları təhlil və analiz üçün pis deyil. Mühüm işi ertələməyin. Yaxın perspektivdə görüləcək işlərin siyahısını hazırlayın. Ağır, habelə maliyyə vəsaiti tələb edən işlərdən bəzilərini heç bir problem olmadan ertələmək olar.

Günün ikinci yarısında diqqətli olun.

Yaxınlarınızla məsləhətləşin, birgə fəaliyyəti planlaşdırın. Axşam saatları istirahət və əyləncə üçün münasibdir.

Sevdiyiniz insana xoş anlar bəxş etməyə çalışın.

Əqrəb - səbrli, təmkinli olun. Yetərincə mürəkkəb situasiyadan çıxış yolunu asanlıqla tapa bilərsiniz. Yaxın ətrafınızdakı insanlardan birinin barənizdə mənfi düşündüyünü dərd etməyin. Kimsəyə fikir vermədən yolunuzla irəliləyin.

Günün ikinci yarısında mənfi anlar pozitiv situasiyaya çevrilə bilər.

Dostlarınız və ya yaxınlarınızdan biri ilə bağlı mənfi fikirlər sizi təbdən çıxara bilər. Sevdiyiniz insanın soyuq münasibətindən inciməyin. Diqqət istəmək üçün diqqətli olmaq gərəkdir.

Axşam saatlarını əyləncəyə həsr edin.

Oxatan - özünüzə və qüvvələrinizə həddən artıq güvənməyin. Təşəxxüslü davranış uğursuzluqlara səbəb ola bilər. İnadkarlıq etsəniz, başqalarının mövqelərini nəzərə almasanız, münaqişəyə səbəb olacaqsınız.

Günün ikinci yarısı ən müxtəlif işlərin həyata keçirilməsi istiqamətində yaxşı potensial vəd edir.

Sevdiyiniz insanla alicənab, qayğıkeş olun. Münasibətləri araşdırmayın, ötənlərdə yaşanmış olayları çözələyərək ortamı gərginləşdirməyin.

Axşam saatlarına yaxın yeni layihəni reallaşdırmağa başlaya bilərsiniz.

Oğlaq - ailə qayğıları və məişət problemlərini günün ilk yarısında çözün ki, sonradan vaxt çatışmazlığı ilə qarşılaşmayasınız. Diqqətli olun. İşlərdə uğur qazanmaq üçün tapşırıq və ya sifarişin detallarına tam bələd olmalısınız. Yüksək səviyyəli peşəkar olduğunuzu göstərin.

Günün ikinci yarısında situasiya adi günlərdən ağır, qarışıq təsir bağışlaya bilər. Əməkdaşlıq etdiyiniz insanla danışın, suallarınıza cavab almağa çalışın. Etibar, etimad önəmli məqamlardır.

Axşam saatlarını sakit məşğuliyyətə, istirahətə həsr edin.

Dolça - nə istədiyinizi dəqiqləşdirməyə, məqsəd və hədəfləri konkretləşdirməyə çalışın. Problemlərin həllinə rasional yanaşma, konkret və praktik addımlar gərəkdir. Spontan yaranan problemlər əhvalınızı korlamamalıdır. Əsəblərinizi tarıma çəkəcək insandan uzaq olun.

Günün ikinci yarısında sözlərinizə fikir verin. Ehtiyatsızlıq, kobudluq və ya qabalıq yaxınlarınızı incidə bilər. Onlar bu olayı unutmayacaqlar və bir müddət sonra sizə xatırladacaqlar.

Balıqlar - günün ilk yarısında ən sadə, primitiv məsələlər sizi yora bilər. İşi düşünün, fikrinizi mənasız və aktual olmayan məsələlərə yönəltməyin. Yaxın ətrafınızdakı insanlarla ünsiyyətdə hiyləgərliyə meylli olmayın. İntriqaların ömrü çox qısa olacaq.

Günün ikinci yarısı daha uğurludur. Adi ev işlərini yaxınlarınızla birlikdə yerinə yetirin. Verilən məsləhətlərdən faydalanın. Aşkar məqamları görün, situasiyadakı dəyişiklikləri sezin. Başqasının sözlərinə qulaq asmaqda, fərqli mövqelərdən hali olmaqda xeyir var.

Oxunub: 0
Paylaş:
Digər xəbərlər

Gündəm / Sosial

26-07-2023, 08:23

Günün qoroskopu: Səhhətinizin qeydinə qalın

Gündəm / Sosial

9-09-2023, 11:30

Günün qoroskopu: Yaxınlarınızı anlamağa çalışın

Gündəm / Sosial

30-08-2023, 08:26

Planlaşdırılmamış xərclərə yol verməyin - BÜRCLƏR

Gündəm / Sosial

8-08-2023, 09:00

Günün qoroskopu: Yeni maraqlar formalaşacaq

Sosial

9-10-2023, 08:16

Günün qoroskopu: Çətin məsələlərin çözümünü tapa bilərsiniz

Şou Biznes
Naxçıvan mədəniyyət nazirinə müavin təyin edilib
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
Xalq artisti Zaur Rzayev xəstəxanadan evə buraxılıb
Kənan Doğulu, Beren Saat və daha 20 nəfər narkotikə görə saxlanılıb
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
"Energetika Memarlığı" filmi təqdim olunub
Araşdırma
12-03-2026, 12:12
İsrail Səhiyyə Nazirliyi İranın hücumlarından zərərçəkənlərin sayını açıqlayıb
2-03-2026, 16:57
Zelenski tərəfdaşların İran dronlarını vurmaq üçün Ukraynadan kömək istəmədiyini bildirib
21-06-2025, 14:23
Almaniya XİN İrandakı səfirliyini qonşu ölkəyə köçürüb
12-05-2025, 12:12
Baş prokuror Nizami rayonunda vətəndaşları qəbul edəcək
21-02-2024, 23:20
Aybəniz Haşımovanın qardaşı həbs edildi
10-01-2024, 14:27
Azərbaycanda iş adamı qəzada öldü
Hadisə
Dün, 12:09
Lənkəran sakini arvadını bıçaqlayıb, 3 yaşlı oğlu da xəsarət alıb - YENİLƏNİB
8-10-2026, 16:56
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
7-10-2026, 15:39
Qubada iki avtomobil toqquşub, ölən var
Son xəbərlər
  • Dün, 17:20
    Professor Tərlan Quliyev vəfat edib
  • Dün, 16:21
    FİFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasına təyinat alıb
  • Dün, 15:59
    XİN rəhbəri: Almaniya Ermənistan-Azərbaycan sülh prosesində irəliləyişi dəstəkləyir
  • Dün, 15:18
    Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO - YENİLƏNİB
  • Dün, 14:43
    Azərbaycan və Laos arasında xidməti pasport sahibləri üçün viza rejimi ləğv edilir
  • Dün, 13:03
    Bakıda 26, rayonlarda 29 dərəcə isti olacaq
  • Dün, 12:46
    Təyyarələrdə heyətin iş və istirahət vaxtının tənzimlənməsi proseduru müəyyənləşir
  • Dün, 12:09
    Lənkəran sakini arvadını bıçaqlayıb, 3 yaşlı oğlu da xəsarət alıb - YENİLƏNİB
  • Dün, 11:38
    İran məhsullarının dünya bazarında mövqeyi gücləndirilməlidir - Pezeşkian
  • Dün, 10:59
    Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub
  • Dün, 10:18
    NATO təliminin iştirakçıları Zəfər Muzeyində olub
  • Dün, 10:08
    Qara dənizdə iki gəmiyə dron hücumu olub, heyətdə 8 Azərbaycan vətəndaşı var
  • Dün, 09:41
    Azərbaycan neftinin qiyməti 131 dolları keçib
  • Dün, 09:07
    Arzu Əliyeva və Alyona Əliyeva "44" bədii filminin premyerasında iştirak ediblər
  • 12-10-2026, 18:40
    Kəmaləddin Heydərov İranın daxili işlər naziri İsgəndər Momeni ilə görüşüb
  • 12-10-2026, 18:07
    Sabah Azərbaycanda güclü külək əsəcək - XƏBƏRDARLIQ
  • 12-10-2026, 17:40
    Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib
  • 12-10-2026, 17:03
    Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər
  • 12-10-2026, 15:49
    Prezident Quba-Xəzəryanı regionu üzrə kəşfiyyat, işlənmə və hasilat sazişini təsdiq edib
  • 12-10-2026, 15:27
    Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
  • 12-10-2026, 14:55
    Sabah 27 dərəcə isti olacaq, bəzi yerlərdə yağış yağacaq
  • 12-10-2026, 14:29
    İlham Əliyevin adından Kamboca Baş nazirinin şərəfinə rəsmi nahar verilib
  • 12-10-2026, 11:41
    Azərbaycan Prezidenti: Süni intellekt əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir
  • 12-10-2026, 11:26
    İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub
  • 12-10-2026, 11:04
    Türkiyədə traktorun qoşqusu aşıb, 11 nəfər yaralanıb
  • 12-10-2026, 10:21
    Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub
  • 12-10-2026, 09:17
    Dağ velosipedi üzrə Azərbaycan Kubokunun 3-cü mərhələsinə yekun vurulub
  • 12-10-2026, 08:49
    Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq
  • 10-10-2026, 14:29
    Şahbaz Şərif İlham Əliyevə zəng edib
  • 10-10-2026, 13:20
    Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
  • 10-10-2026, 12:44
    Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb
  • 10-10-2026, 12:10
    ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb
  • 10-10-2026, 11:18
    Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
  • 10-10-2026, 10:42
    Bu gündən Azərbaycanda ov mövsümü açılıb
  • 10-10-2026, 09:57
    Masazırda 4 avtomobil yanıb
Daha çox
8-10-2026, 12:42
Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər
7-10-2026, 12:30
Fransa polisinə yuxarı sinif şagirdlərinə qarşı işıq-səs qumbaraları tətbiq etmək qadağan edilib
7-10-2026, 15:47
Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib
7-10-2026, 10:04
Bakıda maşın ağaca çırpılıb, sürücü xəsarət alıb - VİDEO
7-10-2026, 16:33
İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib
8-10-2026, 11:23
Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Müsahibə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
  • Təsisçi: Kənan Adıgözəlov
Müəllif hüquqları qorunur. TAQ.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2022 TAQ.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə