• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Bugün onların da ad günüdür...

Gündəm / Sosial

24-12-2021, 20:30

Bugün onların da ad günüdür...

24 dekabr həm də onların ad günüdür. Gəncdirlər, amma qısa ömrə böyük tarixi sığdıra biliblər. 44 günlük tarixi qələbə onların sayəsində, onların igidliyi və qəhrəmanlığı hesabına əldə olundu.

Onları tanımaq və tanıtmaq bizim borcumuzdur.

Bugün Vətən Savaşının şəhid qəhrəmanlarından doqquzunun doğum günüdür. Onları TAQ.az saytı vasitəsilə oxuculara tanıdaq.

Naxçıvan Xüsusi Təyinatlı Qüvvələrinin Leytenantı Feyzullayev Zahir Eyvaz oğlu 1994-cü ilin bu günü Oğuz rayonun Muxas kəndində anadan olub. 2011-2012-ci illərdə hərbi xidmətini başa vurduqdan sonra 2013-cü ildə gizirlik kursunu bitirib. Azərbaycanda və Türkiyədə keçdiyi bütün kurslarda yüksək nəticə əldə etdiyi üçün XTQ-yə hərbi qulluqçu kimi qəbul edilib. Zahir feyzullayev İkinci Qarabağ müharibəsi vaxtı Füzuli, Zəngilan və Xocavənd istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Son döyüşü Xocavənd rayonunun Tuğ kəndi uğrunda olub və 19 oktyabrda orada şəhid olub. O, şəhid olan hər döyüş yoldaşının dəfn olunduğu gün ailəsinə zəng edərək onun qisasını onlarla ermənini məhv etməklə aldığını bildirib. Zahir Feyzullayev Xidməti boyunca "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı, "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif olunub. Şəhid olandan sonra isə "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Hərbi xidmətlərə görə" medalları ilə təltif olunub.
Əsgər Abbasov Zülfüqar Bayram oğlu 1995-ci ilin bu günündə Gədəbəy rayonunda anadan olub. Savaş başlanan zaman döyüşə atılan Zülfüqar Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Zülfüqar Abbasov noyabrın 10-da Xocavənd döyüşləri zamanı şəhid olub. Tovuz rayonunda dəfn olunub. Ölümündən sonra “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, eləcə də Füzulinin və Xocavəndin “işğaldan azad olunmasına görə” medallarına görə təltif edilib.
Əsgər Allahverdiyev Sakit Şahin oğlu 2001-ci ilin bu günü Ağstafa rayonun Tatlı kəndində dünyaya göz açıb. Vətən müharibəsinə ilk gündən qatılan qəhrəman Sakit Murovdağın, Füzulinin, Cəbrayılın, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. 9 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. 13 noyabr 2020-ci ildə Çaylı kəndinin qəbiristanlığında dəfn edilib. Ölümündən sonra “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, eləcə də Xocavəndin, Şuşanın və Kəlbəcərin işğaldan azad olunmasına görə medalları ilə təltif edilib.
Əsgər Atakişiyev Rüstəm Zahid oğlu 2000-ci ilin bu günü Qəbələnin Tüntül kəndində anadan olub. Kasıb ailənin zəhmətkeş övladı olan Rüstəm bala az yaşına çox əziyyətlər sığdırıb. Xüsusi Təyinatlı Qüvvələrdə baş snayperçi kimi yetişib. Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Füzuli döyüşləri zamanı yaralansa da, savaşmağa davam edib. Döyüşlər zamanı Ermənistan Ordusunun 10-dan çox hərbçisini məhv edib. Rüstəm Atakişiyev oktyabrın 21-də Şuşa rayonu istiqamətində şəhid olub. Qəbələ rayonunda dəfn olunub. Ölümündən sonra qəhrəman vətən oğlu “Cəsur döyüşçü”, “Vətən uğrunda” və Füzuli rayonun işğaldan azad olunmasına görə medalları ilə təltif edilib.
Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu, Babayev Orxan Sədail oğlu 1994 –cü ilin bu günündə Astara rayonunda anadan olub. Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşan Orxan Babayev noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub. Ölümündən sonra “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Növbəti şəhidimiz Hacıyev Toğrul Rüfət oğlu 1996-cı ilin bu günü dünyaya göz açıb. Ali təhsillidir. Milli Konservatoriyanın bakalavr və magistr pilləsini oxuyub. Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Toğrul Hacıyev oktyabrın 10-da Füzuli döyüşləri zamanı şəhid olub. Binəqədi rayonunda dəfn olunub. Ölümündən sonra “Vətən uğrunda” və Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Yazımızın bir igid qəhrəmanı da İsmayılov İntiqam İlyas oğlu da 1996-cı ilin bu günündə Yevlax rayonun Xanabad kəndində doğulub. Boksçu olub qəhrəmanımız və bir sıra uğurları da olub onun. Murovdağın, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub İntiqam. 9 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Doğulduğu Yevlax rayonunun Xanabad kəndində dəfn olub. Ölümündən sonra Kəlbəcərin, Şuşanın, Xocavəndin işğaldan azad olunmasına görə medalları ilə təltif olunub.
Qulamlı Afiq Fərhad oğlu da bu gün doğum günü olan qəhrəmanlarımızdandır. 1996-cı ildə Füzuli rayonun Gecəgözlü kəndində doğulub. 2016-cı ilin aprel döyüşlərində iştirak edib. 44 günlük savaşda isə Füzulinin, Cəbrayılın, Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. 19 oktyabr 2020-ci ildə Füzuli rayonunun Gecəgözlü kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. İgidliyi ilə həmişə seçilməyi bacarıb. “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Bugün doğum günü olan son şəhid qəhrəmanımız Sadıqov Vüsal İsmayıl oğludur. O, 1990-cı ilin bu günü Füzulinin Əhmədbəyli kəndində zəhmətkeş bir ailədə anadan olub.

Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və sentyabrın 28-də Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin işğaldan azad olunmasına görə” medalları ilə təltif olunub.

Doğum gününüz mübarək, ŞƏHİDLƏR!
Ruhunuz şad olsun!

Bugün onların da ad günüdür...
Bugün onların da ad günüdür...
Bugün onların da ad günüdür...
Bugün onların da ad günüdür...
Bugün onların da ad günüdür...
Bugün onların da ad günüdür...
Bugün onların da ad günüdür...
Bugün onların da ad günüdür...
Bugün onların da ad günüdür...
Bugün onların da ad günüdür...
Bugün onların da ad günüdür...

Oxunub: 263
Paylaş:
Digər xəbərlər

Gündəm / Sosial

11-12-2021, 15:00

Binəqədidə gənc şəhidin anım günü keçirilib.

Gündəm / Sosial

9-12-2021, 16:40

Şabran rayonunda şəhid adına bulaq kompleksi tikilir.

Gündəm / Dünya

10-11-2021, 11:12

Mustafa Kamal Atatürkün anım günüdür

Gündəm / Siyasət

8-11-2021, 00:38

Azərbaycanda Zəfər Günüdür

Sosial

18-10-2021, 08:26

Bu gün Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Şou Biznes
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
Xalq artisti Zaur Rzayev xəstəxanadan evə buraxılıb
Kənan Doğulu, Beren Saat və daha 20 nəfər narkotikə görə saxlanılıb
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
"Energetika Memarlığı" filmi təqdim olunub
"Sevgililərinə ev alırlar, amma sənətkarlara biganə qalırlar" - Xalq artisti
Araşdırma
12-03-2026, 12:12
İsrail Səhiyyə Nazirliyi İranın hücumlarından zərərçəkənlərin sayını açıqlayıb
2-03-2026, 16:57
Zelenski tərəfdaşların İran dronlarını vurmaq üçün Ukraynadan kömək istəmədiyini bildirib
21-06-2025, 14:23
Almaniya XİN İrandakı səfirliyini qonşu ölkəyə köçürüb
12-05-2025, 12:12
Baş prokuror Nizami rayonunda vətəndaşları qəbul edəcək
21-02-2024, 23:20
Aybəniz Haşımovanın qardaşı həbs edildi
10-01-2024, 14:27
Azərbaycanda iş adamı qəzada öldü
Hadisə
Bugün, 09:00
Sabirabadda yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb
18-09-2026, 16:05
Cəlilabadda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb
12-09-2026, 09:35
Bakıda avtomobil qadını vuraraq öldürüb
Son xəbərlər
  • Bugün, 13:45
    İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolunun tikintisi üzrə razılaşmanı təsdiqləyəcək
  • Bugün, 12:35
    Zakir Həsənov Pakistana başsağlığı verib
  • Bugün, 12:16
    Si Cinpin sentyabrın 23-25-də ABŞ-a səfər edəcək
  • Bugün, 11:29
    Rusiyanın Ukraynaya hücumlarında 1 nəfər ölüb, 9 nəfər xəsarət alıb
  • Bugün, 10:42
    Mərkəzi Bank bu həftə növbəti dəfə uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq
  • Bugün, 10:14
    Türkiyədə 5 maqnitudalı zəlzələ olub
  • Bugün, 09:00
    Sabirabadda yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb
  • 18-09-2026, 17:38
    Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH
  • 18-09-2026, 16:42
    Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində - Foto
  • 18-09-2026, 16:05
    Cəlilabadda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb
  • 18-09-2026, 14:41
    Azərbaycan Alban-Udi xristian dini icması Ermənistanda revanşist əhval-ruhiyyəli münasibəti qınayıb
  • 18-09-2026, 13:27
    Sabah rayonlarda arabir yağış yağacaq
  • 18-09-2026, 12:54
    Bu ilin 8 ayında pensiyalara 5 milyard 222 milyon manat vəsait yönəldilib
  • 18-09-2026, 11:59
    Milli Məclisdə qida təhlükəsizliyi ilə bağlı ictimai dinləmələr keçiriləcək
  • 18-09-2026, 11:20
    "Formula 1" yarışı zamanı Bakıda məhdudiyyət qoyulacaq və hərəkətə icazə veriləcək yolların siyahısı açıqlanıb
  • 18-09-2026, 10:09
    Azərbaycan XİN Çilini Müstəqillik Günü münasibətilə təbrik edib
  • 18-09-2026, 09:36
    Premyer Liqa: "Neftçi" və "Qarabağ" bu gün növbəti oyunlarını keçirəcəklər
  • 18-09-2026, 09:30
    Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
  • 17-09-2026, 18:26
    Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir
  • 17-09-2026, 13:52
    İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib
  • 17-09-2026, 13:10
    İlham Əliyev və Mehriban Əliyeva Şamaxıya səfər ediblər
  • 17-09-2026, 12:55
    Dövlət Agentliyinin əməkdaşlarının tibbi təminatı Daxili İşlər Nazirliyinə həvalə olunub
  • 17-09-2026, 12:26
    Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
  • 17-09-2026, 12:09
    Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib
  • 17-09-2026, 11:25
    İlham Əliyev TDT Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb
  • 17-09-2026, 10:05
    Azərbaycan ilə Malayziyanın turizm əlaqələri müzakirə olunub
  • 17-09-2026, 09:31
    Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri Filippin və Danimarka ilə qarşılaşacaqlar
  • 16-09-2026, 16:45
    Gürcüstan Prezidenti Azərbaycana yeni təyin olunmuş səfirlə görüşüb
  • 16-09-2026, 16:13
    Təhsil dövrü 5 il olan hərbçilər üçün "leytenant" rütbəsinin müddəti azaldılır
  • 16-09-2026, 15:33
    Bakıda keçirilən beynəlxalq audit konfransının iştirakçıları Prezidentə müraciət ediblər
  • 16-09-2026, 14:37
    Haaqa məhkəməsində Kosovo Azadlıq Ordusunun rəhbərlərinə hökm oxunub
  • 16-09-2026, 14:04
    Ermənistan Konstitusiya Məhkəməsi TRIPP layihəsi üzrə sazişi təsdiqləyib
  • 16-09-2026, 12:59
    Bakıda 32, rayonlarda 35 dərəcə isti olacaq
  • 16-09-2026, 12:42
    Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib
  • 16-09-2026, 12:22
    İlham Əliyev Auditorlar Palatasının üzvlərini və əməkdaşlarını təltif edib
Daha çox
15-09-2026, 08:51
Azərbaycanda Bilik Günüdür
15-09-2026, 11:57
İqtisadiyyat nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib
15-09-2026, 10:15
XİN Bakının işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib
16-09-2026, 11:44
İlham Əliyev Auditin inkişaf mərhələlərinə həsr edilən beynəlxalq konfransın iştirakçılarına müraciət göndərib
15-09-2026, 10:52
Birol Akgün Şəhidlər xiyabanı və Türk şəhidliyini ziyarət edib
15-09-2026, 12:19
TBMM sədri Bakının işğaldan qurtuluşunun 108-ci ildönümü münasibətilə Azərbaycanı təbrik edib
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Müsahibə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
  • Təsisçi: Kənan Adıgözəlov
Müəllif hüquqları qorunur. TAQ.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2022 TAQ.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə