• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Qərbin İrəvanda yaratdığı xoş illüziyalar təhlükəli reallıqla sona çatacaq - ŞƏRH

Gündəm / Siyasət

5-04-2024, 09:48

Qərbin İrəvanda yaratdığı xoş illüziyalar təhlükəli reallıqla sona çatacaq - ŞƏRH


ABŞ-nin ardınca Avropa Komissiyası da arzuolunmaz Brüssel görüşü ilə bağlı Azərbaycanı özlərinə məxsus şəkildə arxayın etmək üçün hərəkətə keçib. Blinkenin ardnca, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək ABŞ-Aİ-Ermənistan üçtərəfli görüşün təfərrüatlarını müzakirə edib.

Öz mövqelərini izah etməyə çalışan Fon der Lyayenin Bakı ilə məsləhətləşmələr aparması Azərbaycanın və Prezident İlham Əliyevin qlobal müstəvidə nüfuzunun və çəkisinin göstəricisidir.

Qərbin İrəvanda yaratdığı xoş illüziyalar təhlükəli reallıqla sona çatacaq - ŞƏRH


Azərbaycanın 5 aprel görüşü ilə bağlı mövqeyi isə birmənalıdır. Martın 27-də Azərbaycanın Xarici İşlər Nazirliyi görüşlə bağlı bəyanat yayaraq bildirib ki, Avropa İttifaqı və ABŞ tərəfindən bu kimi fəaliyyətlər açıq şəkildə birtərəfli və qərəzli xarakter daşıyır və ikili standart yanaşmasına əsaslanır. Həmçinin, qeyd olunub ki, sözügedən konfrans tam şəffaf şəkildə keçirilmir, regional inklüzivlikdən məhrumdur və regionda təşviq edilən və çox ehtiyac duyulan etimad quruculuğuna və inteqrasiyaya ziddir. Bu konfrans erməni tərəfini xoş niyyətlə danışıqlara sövq etmək əvəzinə, regionda yeni bölücü xətlər və dırnaqarası təsir dairələri yaradır.

Prezident İlham Əliyev həm ABŞ Dövlət katibi, həm də Avropa Komissiyasının rəhbəri ilə apardığı danışıqlar zamanı öz mövqeyini qəti şəkildə bəyan edib və regional inklüzivliyin vacibliyini vurğulayıb. Dövlət başçısının qənaətinə görə, aprelin 5-də keçirilməsi planlaşdırılan ABŞ, Avropa İttifaqı və Ermənistan üçtərəfli görüşünün qeyri-şəffaf hazırlanması, qeyri-inklüziv xarakter daşıması və Azərbaycanın haqlı iradlarına baxmayaraq təxirə salınmaması Cənubi Qafqazda sülhə, əməkdaşlığa deyil, ayırıcı xətlərin və nəticə etibarilə gərginliyin yaranmasına gətirib çıxaracaq.

Qərbin İrəvanda yaratdığı xoş illüziyalar təhlükəli reallıqla sona çatacaq - ŞƏRH


Üçtərəfli görüşlə bağlı Rusiya və Türkiyə rəsmiləri də narahatlıqlarını ifadə ediblər. Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova ilk dəfə İrəvanı açıq şəkildə milli maraqları satmaqda ittiham edib. "Ermənistan hökuməti Rusiya və digər yaxın müttəfiqləri ilə münasibətlərini Avropa İttifaqı və ABŞ-nin müvəqqəti bonusları naminə qurban verir. Ermənistanın Qərb ölkələri ilə əlaqələri erməni xalqının maraqlarına xələl gətirir. Söhbət ondan gedir ki, onlar bizə, tərəfdaşlarına və müttəfiqlərinə deyil, öz xalqlarına xəyanət edirlər. Problem də məhz bundadır”, - o qeyd edib. Zaxarova, həmçinin vurğulayıb ki, rəsmi İrəvan beynəlxalq aktorlarla müxtəlif formatlarda görüşlər təşkil edərkən Vaşinqtonun ən yaxın müttəfiqlərini hara aparıb çıxardığını yaddan çıxarmamalıdır.

Qərbin İrəvanda yaratdığı xoş illüziyalar təhlükəli reallıqla sona çatacaq - ŞƏRH


Türkiyə Xarici İşlər Nazirliyinin bu gün yaydığı bəyanatda isə deyilir ki, Ermənistan-Aİ-ABŞ üçtərəfli görüşü regiondakı mürəkkəb problemlərin həlli üçün əsas götürülməli olan neytrallıq yanaşmasına zərbə vuracaq. "Azərbaycanın iştirakını nəzərdə tutumayan bu təşəbbüs Cənubi Qafqazda sülhə xidmət etməkdənsə, regionun geosiyasi qarşıdurma məkanına çevrilməsinə yol açacaq", - Türkiyə XİN qeyd edib. Rəsmi Ankara üçüncü ölkələri regionun parametrlərini nəzərə almağa və münaqişə tərəflərinə bərabər məsafədən yanaşmağa çağırıb: "Biz qəti şəkildə inanırıq ki, Cənubi Qafqaz davamlı sülh və sabitlik əsasında çiçəklənəcək və regional rifaha nail olacaq. Həmişə olduğu kimi, Türkiyə bu məsələdə öz üzərinə düşəni etməyə və Azərbaycanla Ermənistan arasında davamlı sülhün təşviqinə davam edəcək".

Görünən odur ki, bu görüşün regionda sülh və sabitlik üçün təhlükə olduğunu yalnız Azərbaycan deyil, region ölkələri də qəbul edir. Region ölkələr arasındahələlik susan yeganə ölkə İrandır. Halbuki indiyədək regiona kənar qüvvələrin gətirilməsi məsələsində ən çox "qırmızı xəttdən" danışan məhz İran idi.

Qərbin İrəvanda yaratdığı xoş illüziyalar təhlükəli reallıqla sona çatacaq - ŞƏRH


Qərbin, xüsusilə Fransanın Cənubi Qafqaza dair tutduğu birtərəfli mövqe Avropanın özündə də tənqid edilir. İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin yaydığı açıqlamada bildirilib ki, Azərbaycanla Ermənistan arasında sülh prosesinə üçüncü tərəflərin müdaxiləsi əlavə gərginlik yarada bilər. Açıqlamada Fransa tərəfinə sülh səylərinə maneə törədən addımlardan çəkinməyə çağırış edilib. İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli fransalı həmkarı Stefan Sejurnenin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı bəyanatlarını tənqid edərək vurğulayıb ki, Azərbaycan-Ermənistan sülh prosesində iştirak edən qurumlardan başqa qurumların nümayəndələrinin hər hansı uzaqgörən bəyanatı gərginliyi daha da artıra bilər.

Bir sözlə, Aİ-Ermənistan-ABŞ müştərək konfransının birtərəfli və qərəzli xarakter daşıdığı göz qabağındadır. Qərbin ikili standartları isə dünyanın hələ heç bir ölkəsinə sülh və firavanlıq gətirməyib. Regionu risk altında qoymağa çalışan bəzi dövlətlərin İrəvanda yaratdığı xoş illüziyalar təhlükəli reallıqla sona çatacaq. İtirən isə yalnız Ermənistan olacaq. Davamlı sülh, kommunikasiyaların açılması, iqtisadi əlaqələrin bərpası əvəzinə Qərbin oyununa getmək ölkəni yerlə-yeksan edəcək.(Report)

Oxunub: 0
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

13-03-2025, 18:26

Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib - YENİLƏNİB

Gündəm / Dünya

21-07-2022, 08:46

Avropa həftəsi: Qərb bizdən nə istəyir, nə verəcək - Əsas məsələ kimin kimə və hansı məsələdə güzəşt edəcəyindədir

Gündəm / Siyasət

4-12-2025, 16:09

Ermənistanda dəyişməyən rejim – Qərbin görməzlikdən gəlmə taktikası - ŞƏRH

Gündəm / Siyasət

18-12-2025, 16:39

Rusiyanın dondurulmuş aktivləri – Avropa İttifaqı və Ukraynanın gələcəyi - ŞƏRH

Gündəm / Siyasət

17-04-2024, 18:43

Brüssel görüşünün təfərrüatları - Ermənistanla bağlı təhlükəli plan - ŞƏRH

Şou Biznes
Naxçıvan mədəniyyət nazirinə müavin təyin edilib
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
Xalq artisti Zaur Rzayev xəstəxanadan evə buraxılıb
Kənan Doğulu, Beren Saat və daha 20 nəfər narkotikə görə saxlanılıb
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
"Energetika Memarlığı" filmi təqdim olunub
Araşdırma
12-03-2026, 12:12
İsrail Səhiyyə Nazirliyi İranın hücumlarından zərərçəkənlərin sayını açıqlayıb
2-03-2026, 16:57
Zelenski tərəfdaşların İran dronlarını vurmaq üçün Ukraynadan kömək istəmədiyini bildirib
21-06-2025, 14:23
Almaniya XİN İrandakı səfirliyini qonşu ölkəyə köçürüb
12-05-2025, 12:12
Baş prokuror Nizami rayonunda vətəndaşları qəbul edəcək
21-02-2024, 23:20
Aybəniz Haşımovanın qardaşı həbs edildi
10-01-2024, 14:27
Azərbaycanda iş adamı qəzada öldü
Hadisə
Dün, 15:39
Qubada iki avtomobil toqquşub, ölən var
Dün, 10:04
Bakıda maşın ağaca çırpılıb, sürücü xəsarət alıb - VİDEO
6-10-2026, 18:08
Polşada vağzalı və məktəbi partlatmaqla hədələyən gənc saxlanılıb
Son xəbərlər
  • Dün, 18:22
    Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib
  • Dün, 17:40
    Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib
  • Dün, 17:03
    Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib
  • Dün, 16:33
    İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib
  • Dün, 15:47
    Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib
  • Dün, 15:39
    Qubada iki avtomobil toqquşub, ölən var
  • Dün, 15:12
    Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb
  • Dün, 12:55
    Astanada Dünya və Ənənəvi Din Liderləri Qurultayında üç beynəlxalq sənəd qəbul edilib
  • Dün, 12:30
    Fransa polisinə yuxarı sinif şagirdlərinə qarşı işıq-səs qumbaraları tətbiq etmək qadağan edilib
  • Dün, 11:59
    Mürsəl İbrahimov Şuşada vətəndaş qəbulu keçirəcək
  • Dün, 11:12
    Ceyhun Bayramov MDB XİN Şurasının iclasında iştirak üçün Türkmənistana yola düşüb
  • Dün, 10:31
    Əli Nağıyev: Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir
  • Dün, 10:04
    Bakıda maşın ağaca çırpılıb, sürücü xəsarət alıb - VİDEO
  • Dün, 09:09
    Ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə dərman vasitələrinin gətirilməsinin qarşısı alınıb
  • 6-10-2026, 18:08
    Polşada vağzalı və məktəbi partlatmaqla hədələyən gənc saxlanılıb
  • 6-10-2026, 17:15
    Naxçıvan mədəniyyət nazirinə müavin təyin edilib
  • 6-10-2026, 16:48
    Azərbaycanın çoxvektorlu diplomatiyası - İlham Əliyevin yeni mesajları - ŞƏRH
  • 6-10-2026, 16:29
    Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb
  • 6-10-2026, 16:05
    Hörmüz boğazında gəmiyə zərbə endirilib, 11 hindistanlı yaralanıb
  • 6-10-2026, 15:07
    Korrupsiya barədə məlumat verənlərin həvəsləndirilməsinə dair qanun layihəsi hazırlanıb
  • 6-10-2026, 14:39
    TBMM-in sədr müavini Bekir Bozdağ istefa verib
  • 6-10-2026, 13:05
    Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib
  • 6-10-2026, 11:57
    Bolqarıstanın Qara dənizdəki iqtisadi zonasında ticarət gəmiləri dronla vurulub
  • 6-10-2026, 11:10
    Türkiyə Ukraynaya “Korkut” zenit kompleksləri verib
  • 6-10-2026, 10:23
    Qara dənizdə vurulan gəmidə bir azərbaycanlı həlak olub, biri itkin düşüb - XİN
  • 6-10-2026, 09:52
    DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət edib
  • 6-10-2026, 09:11
    Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb, altı nəfər yaralanıb
  • 5-10-2026, 18:41
    İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - YENİLƏNİB
  • 5-10-2026, 18:08
    Rubio ABŞ-ın Kiyevdəki səfirliyinin fəaliyyətinin dayandırılmasını istisna etməyib
  • 5-10-2026, 17:24
    Sabah bəzi yerlərdə leysan olacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
  • 5-10-2026, 17:04
    Azərbaycanın Zəfəri – aparıcı güclərin sınan müqaviməti - ŞƏRH
  • 5-10-2026, 16:06
    Toyda kütləvi dava düşdü: Bir nəfər ölüm ayağındadır
  • 5-10-2026, 15:31
    Ədliyyə Akademiyasında vəkilliyə namizədlərin icbari təlimi başlayıb
  • 5-10-2026, 14:53
    Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 21-ə yüksəlib
  • 5-10-2026, 13:16
    Sabah Bakıya və rayonlara yağış yağacaq
Daha çox
1-10-2026, 17:36
TÜRKPA Baş katibi Qazaxıstan Qurultayının sədri ilə görüşüb
1-10-2026, 12:21
Ağstafada müəllimlər dərs üstündə dalaşdı - Polis araşdırır
1-10-2026, 09:38
Rusiyanın Kyiv və Odesaya hava hücumları nəticəsində iki nəfər yaralanıb
1-10-2026, 18:09
ABŞ və koalisiya qüvvələri İraqı tərk edir: uğurlar və hədəflər - ŞƏRH
2-10-2026, 16:48
Moldova Azərbaycan şirkətlərinin Aİ bazarına çıxışına dəstək verə bilər
2-10-2026, 09:56
YAP-ın VIII Qurultayı keçirilir, İlham Əliyev çıxış edir
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Müsahibə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
  • Təsisçi: Kənan Adıgözəlov
Müəllif hüquqları qorunur. TAQ.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2022 TAQ.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə