• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Rusiyanın dondurulmuş aktivləri – Avropa İttifaqı və Ukraynanın gələcəyi - ŞƏRH

Gündəm / Siyasət

18-12-2025, 16:39

Rusiyanın dondurulmuş aktivləri – Avropa İttifaqı və Ukraynanın gələcəyi - ŞƏRH


Ukrayna ilə bağlı daha bir müzakirə keçirilib. Avropa İttifaqına (Aİ) üzv ölkələr 2026-2027-ci illərdə onun maliyyələşməsinə yardım üçün yollar arayır.

Bu günlərdə Rusiyanın işğalına qarşı mübarizəni davam etdirmək üçün Ukraynaya yardım etməyə dair planın razılaşdırılması və açıqlanması gözlənilir.

Planın reallaşması üçün əsas variant Aİ ölkələri banklarında Rusiyanın dondurulmuş aktivlərindən istifadədir, yəni həmin maliyyə vəsaitinin Ukraynanın hesabına köçürülməsidir. Ancaq bu da Belçikanın qeyri-müəyyən rəyindən, onun təsdiqindən asılıdır. Dekabrın 19-da İttifaq liderlərinin qərar qəbul etməsi üçün vaxt daralır.

Rusiyanın Ukraynaya təcavüzünün dördüncü ilinə iki ay qalır. Avropa İttifaqı əsas müttəfiqi ABŞ ilə bu məsələni həll etmək istiqamətində hələ ortaq mövqe ortaya qoymaqda çətinlik çəkir. ABŞ Prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putinin mövqeyi bir-birinə daha yaxın görünür. Bu isə avropalıları qane etmir. Çünki siyasət və hərb meydanında Avropanın gələcəyi, Ukraynanın taleyi var. İttifaq Rusiyanın 210 milyard dollarlıq dondurulmuş ehtiyat fondunu Ukraynaya yardım etmək məqsədi ilə xərcləmək üçün qərar qəbul etməlidir. Müharibə nəticəsində Rusiyanın vurduğu ziyanın nəticələrini aradan qaldırmaq, humanitar və hərbi yardım məqsədi ilə ona onlarla milyard dollar lazımdır.

Odur ki, məsələnin həlli Aİ və Ukrayna üçün vacib sayılır.
Rusiyanın dondurulmuş aktivləri – Avropa İttifaqı və Ukraynanın gələcəyi - ŞƏRH

Belə mülahizə edirlər ki, Avropa İttifaqı Ukraynaya yardım məsələsini həll edə bilməzsə, yaxın gələcəkdə o, dağıla, yaxud yarasız bir quruma çevrilə bilər.

Münxen Təhlükəsizlik Konfransının keçmiş sədri Volfqanq İşinger "DW"yə müsahibəsində bildirib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsində ukraynalılar qətiyyət və cəsarət göstərirlər: "Onların bu müqaviməti davam edənədək Avropa təhlükəsizlikdədir. Çünki ukraynalılar artıq neçə ildir ki, güclü Rusiya ordusunu inanılmaz dərəcədə inadlı mübarizədə uğurla əngəlləyir, ölkələrini müdafiə edirlər. Bu müharibə bitdiyi anda, Donbasda və Ukraynanın digər bölgələrində silahlar susduğu zaman, Rusiya yenidən dünyanın bütün saat qurşaqlarını əldə edəcək. Hazırda Rusiya on - on bir saat qurşağına uzanan ölkədir".

Keçmiş sədr bu açıqlaması ilə Rusiyanın Avropanı ələ keçirə biləcəyinə dair həyəcan təbili çalır.

Ukrayna iflas olacağı təqdirdə təkcə müdafiəni deyil, ölkənin gündəlik həyatını maliyyələşdirməkdən məhrum olacaq. Belə zəif Ukrayna Donbasla Krımdan əl çəkməklə bağlı Ağ Ev və Kremlin kapitulyasiya şərtlərini qəbul edər.

Hazırda Ukrayna üçün ərazi bütövlüyü və təhlükəsizliyə təminat başlıca hədəfdir.
Rusiyanın dondurulmuş aktivləri – Avropa İttifaqı və Ukraynanın gələcəyi - ŞƏRH


Vaşinqton və Moskva isə ərazi itkisi, güzəşti nəticəsində təhlükəsizliyə təminat verə biləcəklərini vurğulayırlar.

Belə vəziyyət Avropa İttifaqını qane etmir. O, Vladimir Putinin başçılıq etdiyi işğalçı Rusiyaya və Aİ-yə sərt mövqe sərgiləyən Donald Trampın lideri olduğu ABŞ-nin yardımı, dəstəyi olmadan Ukraynada müqavimətə hazırlığını göstərməyə cəhd edir.

Almaniya kansleri Fridrix Merts bunu sonuncu şans sayır. Onun qənaətinə görə, Ukraynaya dair məlum layihə ilə bağlı qərar qəbul edilməzsə, İttifaqın fəaliyyət qabiliyyəti illərlə, bəlkə də, daha uzun müddətə ciddi şəkildə zəifləyəcək: "Bu müharibəni yalnız güc nümayişi ilə sona çatdırmaq olar".

Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Lyayen isə qeyd edib ki, nəzərdə tutulan maliyyə Ukraynanın müdafiəsinə və cari xərclərinə sərf ediləcək: "Müharibədən sonra Ukraynanın dirçəlməsinin xərclərini təcavüzkar ödəməlidir".

O, Ukraynanın gələcək maliyyələşməsi üçün İttifaqa üzv 27 ölkənin liderlərinə iki variant təklif edib: Rusiyanın dondurulmuş maliyyə vəsaitindən istifadə, o biri isə bu vəsaitdən istifadə etməmək.

Komissiya sədri ukraynalıların fədakarlıqları ilə müqayisə oluna bilmədiklərini vurğulayaraq deyib ki, Kreml yalnız gücə reaksiya verir: "Biz onlara müdafiə olunmaq və sülh danışıqlarında güclü mövqeyə sahib olmaq üçün vəsait təqdim etməliyik".
Rusiyanın dondurulmuş aktivləri – Avropa İttifaqı və Ukraynanın gələcəyi - ŞƏRH


Onun açıqlamasına əsasən, belə qənaətə gəlmək olar ki, Ursula fon der Lyayen bütün hallarda Ukraynaya yardım edilməsinin tərəfdarıdır.

Metslə Komissiya sədrinin açıqlamalarını biləşdirsək, belə qənaətə gələ bilərik: Rusiyanın təcavüzünə Ukrayna müqavimət, güc göstərməli, buna görə bütün hallarda maliyyə yardımı olmalıdır.

Beynəlxalq Valyuta Fondunun hesablamasına əsasən, 2025 və 2026-cı illər üçün 135 milyard avro lazımdır. Donald Tramp maliyyələşdirməni dayandırıb. Avropada isə bu məbləğ yoxdur. Ona görə gözlər Rusiyanın dondurulmuş 210 milyard dollarına dikilib.

Vəziyyətdən çıxmaq üçün Komissiya iki variant təklif edib. Birincisi, bu pulları kollektiv şəkildə borc götürüb Ukraynaya borc olaraq verməkdir. Bunun üçün üzv 27 ölkə yekdil qərar qəbul etməlidir. Ancaq əvvəldən bu məsələyə etiraz etdiyi üçün Macarıstanın razılıq verəcəyində çətinliklər var. Ondan başqa, İttifaqın şimalındakı üzvlərin də bu təklifə veto qoyacağı ehtimalı az deyil.

İkinci variant isə "təzminat krediti" adlanır. Aİ Rusiyanın dondurulmuş aktivlərini Avropa ölkələrindən birinin hesabına köçürülür. Sonra həmin vəsait sıfır faizlə Ukraynaya verilir. O da Rusiya Ukraynaya vurduğu ziyana görə təzminatı ödəyəndə qaytarılır.

Rusiyanın dondurulmuş aktivləri – Avropa İttifaqı və Ukraynanın gələcəyi - ŞƏRH

Bu təklifin təsdiq olunması üçün yekdillik tələb olunmur. İkinci variantın qəbul olunmasına sadə səs çoxluğu yetərli sayılır.

Dünya Bankının hesablamasına əsasən, hazırda Ukraynanın bərpasına 500 milyard dollar lazımdır. Bu isə dondurulmuş aktivlərdən çoxdur. Ona görə də Aİ üzvlərinin ikinci təklifə səs verəcəkləri mümkün sayılır.

Bu məsələnin həllində ABŞ-nin də mövqeyi əsas sayılır. Cozef Baydenin prezidentliyi dönəmində dodurulmuş məbləğdən 50 milyard dollar civarında kredit təşkil edilmişdi. Donald Tramp isə bu prosesi dayandırmaqla yanaşı, həmin addımın yanlış olduğunu da dəfələrlə açıqlayıb.

Mütəxəssislər bildiriblər ki, "Euroclear"də ən çox Rusiyanın pulu var, buna görə də son təklifləri də onlar dəyərləndirməli olacaq.

Yeri gəlmişkən, "Euroclear" Belçikada yerləşən, qiymətli kağızlar (səhmlər, istiqrazlar, fondlar) üzrə əməliyyatların həlli (settlement), saxlanılması (safekeeping) və xidmətini təmin edən qlobal maliyyə infrastruktur xidmətləri provayderidir. Əsas məqsədi maliyyə bazarlarında riskləri azaldaraq təhlükəsiz və səmərəli əməliyyatların aparılmasını təmin etməkdir.

Bu məsələnin həllində ABŞ-nin mövqeyi həlledici sayılır. Ukraynanın nümayəndə heyəti sülh planını müzakirə etmək üçün Ştatlara yola düşüb. Görüşdə avropalı tərəfdaşlar da iştirak edəcək. Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə məlumat verərkən deyib: "Donbasa dair məsələlərdə mövqeyimizlə bağlı bir neçə sual var. Bu barədə artıq dəfələrlə danışmışam. Biz Rusiyanın mövqeyini bilirik. Onlar Donbası bütövlükdə ələ keçirmək istəyirlər. İndi isə bizim Donbasdan çıxmağımızı istəyirlər. Bu onların mövqeyidir, açıqdır".

Rusiyanın dondurulmuş aktivləri – Avropa İttifaqı və Ukraynanın gələcəyi - ŞƏRH

ABŞ isə dondurulmuş maliyyə vəsaitinin Ukraynaya verilməsindən çəkinməyi təklif edib. "Times"ın məlumatına əsasən, Avropa liderlərinin görüşü ərəfəsində Donald Tramp administrasiyasının nümayəndələri avropalılara aktivlərin müsadirəsi planlarından imtina etmək üçün təzyiq göstərir.

ABŞ iddia edir ki, bu addım aktivləri dondurulmuş başqa ölkələr üçün də təhlükəli örnək ola bilər.

Avropa liderlərinin dekabrın 14-15-də məlum pullarla bağlı Berlində keçirdikləri görüş nəticəsiz başa çatıb. Bu, İttifaq ölkələri arasında parçalanmaya səbəb olub. Yaranmış qeyri-müəyyənlik Ukraynanın ərazi bütövlüyü və təhlükəsizliyini təhdid edir. Bir vaxtlar bu ölkədə keçirilən NATO və Avropa İttifaqını dəstəkləyən, anti-Rusiya aksiyalarını maliyyələşdirən qurumlar indi ona Rusiyaya qarşı müdafiə olunmaq üçün maliyyə qaynağı tapmaqda çətinlik çəkdiklərini nümayiş etdirirlər.

Belə qənaətə gəlmək olar ki, onların maliyyə vəsaiti çatmır, Ukrayna isə müharibəni davam etdirməlidir. Bu savaşın aqibəti və davamı Rusiyanın dondurulmuş aktivlərindən asılıdır. Aİ-nin "dişsiz", çox ehtiyatlı davranışından belə anlaşılır ki, onlar danışıqların sonunda rəsmi Kiyevə təxminən belə bir təklif verəcək: "Pulumuz yoxdur, torpağından keç, dövlətini qoru".

Onda belə qənaətə gəlmək olar ki, Avropa İttifaqı təhlükəsizliyini Ukrayna torpaqlarının işğalı və ilhaqı hesabına təmin etmək istəyir. Əks halda, məsələyə dair qərarın taleyini ilin son günlərinə saxlamağa nə ehtiyac var idi? Bu uzatmalar rəsmi Kiyevi seytnota sala bilər. Ukrayna məsələsinin həllinin nəticəsindən asılı olaraq Aİ-nin də gələcəyi müzakirə masasına çıxarıla bilər. Belə getsə, qurulmasına xeyir-dua verən, onun dağılmasına da fətva verəcək. Dondurulmuş maliyyə vəsaitinin aqibəti bu kimi məsələlərə də aydınlıq gətirəcək.(Report)

Oxunub: 74
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

11-06-2025, 17:43

Vaşinqton-Moskva dialoqunun perspektivi - Rusiyanı gözləyən aqibət - ŞƏRH

Gündəm / Siyasət

3-06-2025, 17:17

İstanbulda nəticəsiz daha bir görüş - Rusiyanın atəşi kəsməmək üçün memorandumu - ŞƏRH

Gündəm / Siyasət

13-05-2025, 14:37

Rusiya-Ukrayna danışıqlarında Türkiyə faktoru – özünə yer tapa bilməyən Avroparlament - ŞƏRH

Gündəm / Sosial

15-09-2023, 11:20

Baş nazirdən DTX ilə bağlı QƏRAR

Gündəm / Siyasət

18-12-2021, 16:51

Əliyev İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibə verdi

Şou Biznes
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Naxçıvan mədəniyyət nazirinə müavin təyin edilib
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
Xalq artisti Zaur Rzayev xəstəxanadan evə buraxılıb
Kənan Doğulu, Beren Saat və daha 20 nəfər narkotikə görə saxlanılıb
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
Araşdırma
20-10-2026, 15:16
Azərbaycanda nəqliyyat sahəsinə aid yeni dövlət standartları qəbul edilib
12-03-2026, 12:12
İsrail Səhiyyə Nazirliyi İranın hücumlarından zərərçəkənlərin sayını açıqlayıb
2-03-2026, 16:57
Zelenski tərəfdaşların İran dronlarını vurmaq üçün Ukraynadan kömək istəmədiyini bildirib
21-06-2025, 14:23
Almaniya XİN İrandakı səfirliyini qonşu ölkəyə köçürüb
12-05-2025, 12:12
Baş prokuror Nizami rayonunda vətəndaşları qəbul edəcək
21-02-2024, 23:20
Aybəniz Haşımovanın qardaşı həbs edildi
Hadisə
Dün, 09:55
Fatmayıda fərdi yaşayış evində partlayış olub, 2 nəfər xəsarət alıb
4-11-2026, 11:08
Qazaxda 33 yaşlı kişi bıçaqlanıb
2-11-2026, 15:17
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Son xəbərlər
  • Bugün, 16:08
    Almaniya Ukraynaya “Patriot” sistemləri tədarük edə bilməyəcək
  • Bugün, 15:25
    Simonyan: Ermənistan 70 il Türkiyə ilə bağlı yanılıb
  • Bugün, 14:47
    Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
  • Bugün, 14:31
    Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib
  • Bugün, 12:14
    İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib
  • Bugün, 11:46
    Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub
  • Bugün, 10:59
    İsraildə hökuməti kim formalaşdıracaq? - Sabah bəlli olacaq
  • Bugün, 10:05
    İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib
  • Bugün, 09:47
    Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşır
  • Bugün, 09:03
    Paraqvayın yeni prezidenti and içərək vəzifəsinin icrasına başlayıb
  • Dün, 18:00
    Prezident İlham Əliyev: Bu Zəfər bizim qəlbimizdə əbədi yaşayacaq, gələcək nəsillər daim fəxr edəcəklər
  • Dün, 17:37
    Milli Kibertəhlükəsizlik Agentliyi fərdi məlumatların mühafizəsi tədbirlərinin gücləndirilməsinə çağırır
  • Dün, 17:00
    Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
  • Dün, 16:29
    Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub - YENİLƏNİB
  • Dün, 15:56
    Fransa üzərindən uçan 4 təyyarədə bomba xəbərdarlığı qeydə alınıb
  • Dün, 15:17
    İlham Əliyev və Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
  • Dün, 14:48
    Polşada təyyarələrdə bomba təhlükəsi ilə bağlı 20-dən çox yalan məlumat qeydə alınıb
  • Dün, 14:29
    İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər
  • Dün, 13:03
    Sabah yağış yağacaq, şimşək çaxacaq
  • Dün, 12:51
    İlham Əliyev və Mehriban Əliyeva Cəbrayıl rayonunda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər
  • Dün, 12:25
    SEPAH: Hörmüz boğazından keçməyə cəhd göstərən iki tanker minaya düşüb
  • Dün, 11:54
    FHN bayramda gücləndirilmiş rejimdə çalışacaq
  • Dün, 11:13
    Azad edilmiş ərazilərdə 91 layihə maliyyə ekspertizasına cəlb olunub
  • Dün, 10:42
    Sosial şəbəkədə böhtan və təhqirlə bağlı məhkəməyə müraciət qaydası açıqlanıb
  • Dün, 09:55
    Fatmayıda fərdi yaşayış evində partlayış olub, 2 nəfər xəsarət alıb
  • Dün, 09:31
    Azərbaycan Premyer Liqasında XI tura start verilir
  • Dün, 09:05
    Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür
  • 5-11-2026, 18:00
    Fərid Qayıbov Aleksandr Çuprianla yanğın-xilasetmə idmanının inkişafına dair müzakirələr aparıb
  • 5-11-2026, 17:28
    Bakıda külək əsir, bəzi bölgələrdə yağış yağır - Faktiki hava
  • 5-11-2026, 17:06
    Fransa parlamenti büdcə layihəsini rədd edib, hökumət misli görünməmiş tədbirlərə əl ata bilər
  • 5-11-2026, 16:31
    İran Ermənistana xəbərdarlıq edib
  • 5-11-2026, 16:06
    Prezident bir qrup media nümayəndəsini təltif edib - Siyahı
  • 5-11-2026, 15:34
    Prezident "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"ni təsdiqləyib
  • 5-11-2026, 15:08
    İtaliya XİN rəhbəri Azərbaycana səfər edəcək - Eksklüziv
  • 5-11-2026, 14:30
    Ərdoğan Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırdığını bildirib - YENİLƏNİB
Daha çox
2-11-2026, 17:48
Sabah Hövsan–Türkan avtomobil yolunun bir hissəsi bağlanacaq
2-11-2026, 11:15
Vergi Xidmətinin sahibkarlardan rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslərinin məhkəməsi başlayır
2-11-2026, 12:13
Xəzərdəki faciə Qazaxıstan Müdafiə Nazirliyinin işində sistemli problemləri üzə çıxarıb
2-11-2026, 09:09
Yasamalın bəzi ərazilərində elektrik enerjisi olmayacaq
3-11-2026, 16:41
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib
3-11-2026, 13:05
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Müsahibə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
  • Təsisçi: Kənan Adıgözəlov
Müəllif hüquqları qorunur. TAQ.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2022 TAQ.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə