• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

The Times: Yeni Kaledoniyadakı iğtişaşların kökü Fransanın qəddar müstəmləkəçilik tarixinə çıxır

Gündəm / Siyasət

27-05-2024, 08:55

The Times: Yeni Kaledoniyadakı iğtişaşların kökü Fransanın qəddar müstəmləkəçilik tarixinə çıxır

Böyük Britaniyanın “The Sunday Times” qəzeti Fransanın amansız müstəmləkəçilik tarixinin ölkənin Yeni Kaledoniya siyasətinə təsirinə diqqət çəkərək bunun dövlət başçısı Emmanuel Makronun prezidentliyi dövründə ən ciddi böhrana çevrildiyindən bildirib.

Bu barədə müəllif Metyu Kempbellin “Yeni Kaledoniya iğtişaşlarının arxasındakı qəddar Fransız müstəmləkə tarixi” başlıqlı məqaləsində işıqlandırılıb.

Məqalə futbol üzrə Fransa milli komandasının müdafiəçisi Kristian Karambönün hekayəti ilə başlayır. Oyunöncəsi “Marselyeza”nı oxumaqdan imtina edilməsi ilə tanınan idmançı bunu Fransanın vətəni Yeni Kaledoniyada “müstəmləkəçi sui-istifadəsi” ilə əlaqələndirib.

“1931-ci ildə Fransa öz imperiyasının müxtəlif guşələrini nümayiş etdirmək üçün bir sərgi təşkil edib. Orada Sakit okeandakı Yeni Kaledoniyadan olan 100 kanak sərgilənib. Onların paltarını çıxarıblar və Parisdə Bulon meşəsindəki zooparkda təhlükəli adamyeyənlər kimi nümayiş etdiriliblər, orada onlar çiy ət yeməyə və “vəhşisayaq” rəqslər etməyə məcbur ediliblər. Onlardan biri futbolçunun ulu babası Villi Karambö olub”, – yazıda qeyd olunub.
The Times: Yeni Kaledoniyadakı iğtişaşların kökü Fransanın qəddar müstəmləkəçilik tarixinə çıxır

Kempbellin fikrincə, “Fransanın qəddar müstəmləkəçilik tarixi onun bugünkü siyasətinə güclü təsir göstərir”. Onun sözlərinə görə, yeddi nəfərin ölümünə səbəb olan Yeni Kaledoniyadakı iğtişaşlar “Makronun prezidentliyinin ən pis böhranlarından birinə çevrilib”.

Məqalə müəllifi Parisin günahı başqalarında axtardığına da işarə edib.

“Fransa yadları 140 adalıq ərazidə yerləşən 270 000 nəfəri qızışdırmaq üçün köhnə müstəmləkə küskünlüyü kartları ilə oynamaqda ittiham edib: sosial şəbəkədə “EndFrenchColonialism” həştəqi ilə yazılan postlar Fransanın Ermənistana dəstəyindən narazı olan Rusiyanın müttəfiqi Azərbaycana aid edilib”, – o vurğulayıb.
The Times: Yeni Kaledoniyadakı iğtişaşların kökü Fransanın qəddar müstəmləkəçilik tarixinə çıxır

Yazıda Makronun adaya əziyyətli səfərindən də söz açılıb:

“Makron Fransadan 11 000 mil məsafədə yerləşən Cənubi Sakit okean arxipelaqına 24 saatlıq uçuş edib və beləliklə, Fransadan mümkün ola biləcək ən uzaq məsafəyə getmiş olub. O, barrikadalardan yayınmaq üçün hava limanından birbaşa Numeadakı polis qərargahına helikopterlə uçmalı olub”.

Kempbell fransalı diplomatik mənbəyə istinad edərək sözügedən dənizaşırı ərazinin Paris üçün xüsusi önəm daşıdığına diqqət çəkib:

“O qeyd edib ki, Yeni Kaledoniyada hibrid avtomobillərdə akkumulyatorların, həmçinin sikkələrin, zirehlərin və turbin qanadlarının hazırlanmasında istifadə olunan nikelin dünya ehtiyatlarının dörddə biri var”.

Bildirilib ki, Fransa lideri məmləkətinə qayıtmazdan öncə Parisə loyal və müstəqil tərəfdarları ilə görüşdə sonradan adaya gələn fransalılara səsvermə hüququ qazandıran islahatın ertələnməsinə razılaşıb. Qeyd olunub ki, məhz bu dəyişikliyin gündəmə gəlməsi Yeni Kaledoniyada çaxnaşmaya yol açmışdı.
The Times: Yeni Kaledoniyadakı iğtişaşların kökü Fransanın qəddar müstəmləkəçilik tarixinə çıxır

“Əhalinin 40 faizini təşkil edən və Fransa, habelə Avropa seçkilərində səsvermə hüququna malik olan yerli kanaklar gəlmələrə səsvermə hüququnun verilməsinin ərazinin ilkin sakinlərinin seçki səlahiyyətlərini azaldacağından və onların müstəqillik əldə etmək səylərinin çətinləşdirəcəyindən çəkinirdilər”, – qəzetin köşə yazarı yazıb.

Münaqişəyə tarixi aspektdən yanaşan Kempbell qarşıdurmanın köklərinin tarixin dərinliklərinə gedib çıxdığını vurğulayıb. Onun sözlərinə görə, 19-cu əsrin əvvəllərində bu ərazi ancaq balinaçı və quldarları cəlb edib, yerli kanaklar isə qaçırılır və ya əsir götürülürdü: “1849-cu ildə Amerika gəmisi səhvən Yeni Kaledoniya adasına lövbər saldıqda onlarla insandan ibarət ekipaj öldürülüb və yeyilib”.

“Fransalılar adaya 1853-cü ildə, III Napoleon ərazini imperiyanın bir hissəsi elan etdikdən sonra yiyələniblər, daha sonra onu cəzaçəkmə koloniyasına çeviriblər. On minlərlə məhbus nikel mədənlərində və plantasiyalarında işləməyə məcbur edilib. Kanakalar isə rezervasiyalara köçürülüb. Ardınca bir sıra üsyanlar baş qaldırıb. Onlardan birinin rəhbəri, böyük sərkərdə Atainin başı 1878-ci ildə kəsilir və başı müxtəlif muzeylərdə nümayiş etdirilmək üçün “qənimət” kimi Fransaya aparılır”, – məqalə müəllifi nəql edib. O, kəllənin ancaq 2014-cü ildə Numeaya qaytarılaraq dəfn edildiyini bildirib.

“1984-cü ildə “Sakit okeanın Çe Gevarası” Eloy Maçoro polis snayperi tərəfindən güllələnərək öldürülüb. “İnqilabçını öldürə bilərsiniz, amma onun ideyalarını öldürə bilməzsiniz” – bu sözlər insanların hər il onu yad etmək üçün toplaşdığı başdaşının üzərinə həkk olunub. Dörd il sonra kanak yaraqlıları mərcan mağarasında dörd jandarmanı öldürüb və 27 nəfəri girov saxlayıb. Fransa ordusu xilasetmə cəhdi zamanı 19 nəfəri öldürüb”, – köşə yazarı qeyd edib.

Bildirilib ki, Parislə Numea arasındakı qarşıdurmaya son qoyan razılaşma 1998-ci ildə əldə olunub. Razılaşmada 20 illik planda ictimai müzakirə əsasında adanın taleyi həll olunmalı olsa da, 2018-ci ildə seçicilərin 56 faizi “yox” səsi verərək müstəqilliyi rədd ediblər. İki il sonra nəticə daha kiçik fərqlə olub. 2021-ci ildə üçüncü referendum müstəqillik tərəfdarları tərəfindən pandemiyadan ölümlərinə yas tutduqları səbəbi ilə boykot edilsə də, səsvermə baş tutub və Fransa tərəfdarlarının 97 faizlik qələbəsi ilə yekunlaşıb.
The Times: Yeni Kaledoniyadakı iğtişaşların kökü Fransanın qəddar müstəmləkəçilik tarixinə çıxır

“Bu gün ərazi Fransadan ayrılmaq ümidi ilə təkrar səsvermə tələb edən kanaklarla Fransanın tərkibində qalmaq istəyən ağ köçkünlər, kaldoşlar (fransızdilli avropaəsilli əhali) arasında həmişəkindən daha dərindən bölünüb”, – Kempbell yazıb.

Yazar məqalənin əvvəlində bəhs olunan futbolçunun əcdadının aqibətinə də toxunub: “O, zooparkın digər “eksponatları” ilə birlikdə timsah kolleksiyası müqabilində 1931-ci ildə zooloji bağda oxşar sərgi üçün Almaniyaya göndərilib. Sonda kanakalara vətənlərinə qayıtmasına icazə verilib. Lifu adasında anadan olan Karambö “Real Madrid” və “Midlsbro”da çıxış etdiyi Avropada şöhrət qazanmadan əvvəl küçələrdə ayaqyalın futbol oynayaraq böyüyüb”.

Məqaləyə futbolçunun sitatı ilə yekun vurulub: “Mənim ailəm də bir çox kanak ailələri kimi dəhşətli hadisələr yaşayıb. Mən Fransanın dövlət himnini oxuya bilmirəm, çünki xalqımın tarixini bilirəm”.(“Report” )

Oxunub: 0
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

12-06-2024, 18:18

Fransanın daha bir uğursuzluğu: Makron Yeni Kaledoniyadan geri çəkilir - ŞƏRH

Gündəm / Siyasət

26-05-2025, 10:34

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Gündəm / Siyasət

13-03-2025, 16:48

Makronun Fransa üçün ən böyük “nailiyyəti” – Paris autsayder vəziyyətinə salınıb - ŞƏRH

Gündəm / Siyasət

1-02-2024, 15:55

Fransa neokolonializminin qəddarlığı - Yeni Kaledoniyanın müstəqillik hərəkatı boğulur - ŞƏRH

Gündəm / Siyasət

8-05-2024, 20:24

Fransanın anti-Azərbaycan təşəbbüsləri - Yelisey sarayının uğursuzluqlar seriyası - TƏHLİL

Şou Biznes
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Naxçıvan mədəniyyət nazirinə müavin təyin edilib
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
Xalq artisti Zaur Rzayev xəstəxanadan evə buraxılıb
Kənan Doğulu, Beren Saat və daha 20 nəfər narkotikə görə saxlanılıb
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
Araşdırma
20-10-2026, 15:16
Azərbaycanda nəqliyyat sahəsinə aid yeni dövlət standartları qəbul edilib
12-03-2026, 12:12
İsrail Səhiyyə Nazirliyi İranın hücumlarından zərərçəkənlərin sayını açıqlayıb
2-03-2026, 16:57
Zelenski tərəfdaşların İran dronlarını vurmaq üçün Ukraynadan kömək istəmədiyini bildirib
21-06-2025, 14:23
Almaniya XİN İrandakı səfirliyini qonşu ölkəyə köçürüb
12-05-2025, 12:12
Baş prokuror Nizami rayonunda vətəndaşları qəbul edəcək
21-02-2024, 23:20
Aybəniz Haşımovanın qardaşı həbs edildi
Hadisə
Dün, 15:58
Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb
6-11-2026, 09:55
Fatmayıda fərdi yaşayış evində partlayış olub, 2 nəfər xəsarət alıb
4-11-2026, 11:08
Qazaxda 33 yaşlı kişi bıçaqlanıb
Son xəbərlər
  • Dün, 17:54
    Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb
  • Dün, 17:00
    Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb
  • Dün, 15:58
    Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb
  • Dün, 15:05
    Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
  • Dün, 12:53
    Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb
  • Dün, 12:21
    Sabah Bakıda hava yağmursuz olacaq
  • Dün, 11:51
    İlham Əliyev Kamboca Kralını təbrik edib
  • Dün, 10:51
    Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq
  • Dün, 10:16
    Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım
  • Dün, 09:42
    Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb
  • Dün, 09:22
    Azərbaycanda Dövlət Bayrağı Günüdür
  • 8-11-2026, 12:31
    Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edib
  • 8-11-2026, 10:58
    Mehriban Əliyeva: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün
  • 8-11-2026, 00:41
    Bu gün Azərbaycanda Zəfər Günüdür
  • 8-11-2026, 00:10
    Şuşanın azad olunmasından 6 il ötür
  • 7-11-2026, 16:08
    Almaniya Ukraynaya “Patriot” sistemləri tədarük edə bilməyəcək
  • 7-11-2026, 15:25
    Simonyan: Ermənistan 70 il Türkiyə ilə bağlı yanılıb
  • 7-11-2026, 14:47
    Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
  • 7-11-2026, 14:31
    Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib
  • 7-11-2026, 12:14
    İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib
  • 7-11-2026, 11:46
    Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub
  • 7-11-2026, 10:59
    İsraildə hökuməti kim formalaşdıracaq? - Sabah bəlli olacaq
  • 7-11-2026, 10:05
    İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib
  • 7-11-2026, 09:47
    Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşır
  • 7-11-2026, 09:03
    Paraqvayın yeni prezidenti and içərək vəzifəsinin icrasına başlayıb
  • 6-11-2026, 18:00
    Prezident İlham Əliyev: Bu Zəfər bizim qəlbimizdə əbədi yaşayacaq, gələcək nəsillər daim fəxr edəcəklər
  • 6-11-2026, 17:37
    Milli Kibertəhlükəsizlik Agentliyi fərdi məlumatların mühafizəsi tədbirlərinin gücləndirilməsinə çağırır
  • 6-11-2026, 17:00
    Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
  • 6-11-2026, 16:29
    Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub - YENİLƏNİB
  • 6-11-2026, 15:56
    Fransa üzərindən uçan 4 təyyarədə bomba xəbərdarlığı qeydə alınıb
  • 6-11-2026, 15:17
    İlham Əliyev və Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
  • 6-11-2026, 14:48
    Polşada təyyarələrdə bomba təhlükəsi ilə bağlı 20-dən çox yalan məlumat qeydə alınıb
  • 6-11-2026, 14:29
    İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər
  • 6-11-2026, 13:03
    Sabah yağış yağacaq, şimşək çaxacaq
  • 6-11-2026, 12:51
    İlham Əliyev və Mehriban Əliyeva Cəbrayıl rayonunda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər
Daha çox
3-11-2026, 16:41
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib
4-11-2026, 11:42
Rəqəmsal ordu və gələcəyin döyüş məkanı müzakirə olunub
4-11-2026, 13:00
İlham Əliyev və Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar
4-11-2026, 17:50
Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
3-11-2026, 11:45
İlham Əliyev Keniyanın Azərbaycandakı yeni səfirini qəbul edib
3-11-2026, 13:05
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Müsahibə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
  • Təsisçi: Kənan Adıgözəlov
Müəllif hüquqları qorunur. TAQ.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2022 TAQ.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə