Bakıda "Oxford Kitab Evi" 50 faiz endirim kompaniyasına start verib. "Chirstmas sale" adlı endirim yarmarkası üçün xeyli sayda kitab nəzərdə tutulub. Endirimə çıxarılan kitablar arasında müasir gənc yazarlarımızla yanaşı, gürcü və dünya ədəbiyyatı müəlliflərinin də kitabları yer alıb. Ümumilikdə endirimdən 20 manatlıq kitab dəsti əldə edənlər üçün hədiyyəlik kitab da veriləcək. Həmçinin yarmarkada 1, 2 və 3 manata kitablar da satılır.
Qeyd edək ki, endirim yarmarkası yanvarın sonundək davam edəcək.
Günel İsayeva