TAQ. az saytı xəbər verir ki, bayram gününü Türkiyə Azərbaycan Qardaşlıq İctimai Birliyinin sədri, əməkdaşları, eləcə də Azərbaycan Dövlət Pedaqoji kollecinin müəllim və tələbə heyyəti Bakıda yerləşən "Nur"uşaq evində keçirib. Sığınacağı ziyarət edən birlik əməkdaşları və kollec heyyəti öncə uşaqlarla görüşüb, onların bayramını təbrik edib. Yeni il yolkası ətrafında şaxta baba və uşaqlarla birgə əylənən qonaqlar onlarla xatirə şəkli çəkdirib birgə xoş anlar yaşayıblar. Uşaqlar müxtəlif şeirlər səsləndirib, rəqs ediblər. Sonda TAQ İB - nin Bakı şəhəri üzrə sədri, pedaqoq Günəş Quliyeva yeni il təbriki səsləndirib və uşaqlara gətirilən hədiyyələri onlara təqdim edib.
Qeyd edək ki, "Nur" uşaq evi 2018-ci ildən fəaliyyətdədir. Hazırda sığınacaqda 3-15 yaş arası 22 uşaq qalır.
Günel İsayeva (müxbir)
Fotolar Abil İslamındır.