• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Hey de "Yoxumdur" - çıxarıb canını allam!

Gündəm / Sosial

4-01-2022, 12:20

Hey de "Yoxumdur" - çıxarıb  canını allam!

Bu misra məşhur "Əkinçi" satirasındandır. Mirzə Ələkbər Sabir yaradıcılığının şah əsərlərindən biri, çoxumuzun dillər əzbəri, problemlərimizin əsas göstəricisi yəni. Cütcünün sahibkar tərəfindən alçaldılmalısının ən incə məqamlarına qədər dolğun əks etdirilən satira günümüzün əsl güzgüsüdür.
Di gəl, aradan ötüb keçən iki əsr dövr sadəcə zaman fərqi yaradıb. Problemlər və haqsızlıqlar eyni biçim, fərqli formada təzahür etməkdədir.
Boynumuzu kəc burmaqla, gah başımıza, gah döşümüzə vurmaqla, gah da birdəfəlik yox olmaqla düzələn deyil hacətimiz.
Meysiz, məzəsiz, bitməzdir haləti güzaranımız...
Keçək Sabir dəsti xətti ilə əsas mətləbə.
Un və çörəyin qiymətlərində ciddi artım var, ciddi. 50 kq-lıq un kisəsi 27-28 manatdan nə az, nə çox 40 manata qalxıb. Çörəyin qiymətində isə zavod və təndir növü olaraq 45-50 qəpikdən 70-80 qəpiyə qədər artım hamını təəccübləndirib. Ötən ilin əvvəlindən start götürən bahalanma bu ilin noyabrında pik nöqtəyə qalxıb, bizi yeni ildə finişə çatmış qalib halı ilə qarşıladı. Birdən-birə çörəklərdə 20-25 qəpik, un kisəsində 12-13 manat artım nəyin qidasıdır, nəyin qisasıdır?
Hey de "Yoxumdur" - çıxarıb  canını allam!

Digər ərzaqlardan yağlarda növ və istehsal ölkəsindən fərqli olaraq 2-3 manat artım müşahidə olunur.
Müşahidə olunur ona görə ki, əl atıb almağa taqət tapmırsan, cibin əlini yandırır, kəllə- çarxa qalxan qiymətlər də cibini.
Lal ol, a balam, başlama fəryadə, Günel deyirsən
Amma boş cib süni bahalaşmaya təzaddırsa danışıb başlamağım fəryadə labüddir.
Çünki insanlıq olub vəzi - mədarım.
Yazıb dilə gətirmək də peşə borcum.
Hey de "Yoxumdur" - çıxarıb  canını allam!

Ölkədə ildən-ilə iqtisadi və sosial rifah tənəzzüldə, işsizlik pik həddə, yaltaqlıq və mədhiyyə söyləmək ən öndə.
Tarif Şurası gecəli, gündüzlü sürpriz iş rejimində.
Sahibkarlar fürsətcil mövqedə, məmurlar da bir əli cibdə, bir əli rahat alış- verişdə.
Gül balaları da sosial şəbəkələrdə bloqerlik fəaliyyətində.
Onlara nə dəxli ki, millət necə tarac olur, olsun Düşmənlərə necə möhtac olur, olsun.

"Qoy mən tox olum, özgələr ilə nədi karim,

Dünyavü cahan ac olur olsun, nə işim var?!"
halında kef çəkənlərin ən işlək çıxış yolu.

Un niyə bahalanıb, çörək niyə əlçatmaz olub?
İqtisadçı ekspertlər deyir ki, on min ildir ki, buğda əkib becərən insan övladı una uyğun keyfiyyətli buğdanın yetişdirməkdə əziyyət çəkir. Yaxud ölkədə istehsal olunan 1 mln 850 ton buğdanın yalnız 25-30 faizi un istehsalına keyfiyyətlidir. Yerdə qalanı heyvana yem olur. Rusiyadan alınan buğda da bizi qiymətdən asılı vəziyyətə salır. Natiq Cəfərli demişkən bir ölkədə seleksiya yox, elm yox, su qıt, kübrə və toxumçuluq siyasəti bərbad, dotasiya mexanizmləri zaydırsa hansı keyfiyyətli buğda istehsalından danışmaq olar? İnvestorlar da süründürülür.
Kəndlilərin də əkdiyi biçdiyini görmür. Biçdiyi də özünü.
"Xoş keçmədi il çöllüyə, dehqanə, nə borcum?
Yağmadı yağış, bitmədi bir danə, nə borcum?
Əsdi qara yel çəltiyə, bostan, nə borcum?
Getdi mənə nə fəhləliyin badə, əkinçi!
Lağ-lağ danışıb başlama fəryadə, əkinçi!"

Hazırda rəhmətlik Sabirin eyni misralarını ən acı halı ilə yaşamaqdayıq.
Bu məqamda kəndlilərin vəziyyətinə nəzər salım.
Rayonlarda un kisəsini 37-38 manatdan alan sahibkarlar fürsətdən yararlanmaq üçün unları marketlərdə ehtiyyat üçün yığıb saxlayırlar ki, daha baha qiymətə satıb daha çox qazansınlar. Bakıda 1-2 manat ucuz almaq olur hardasa, çörəyi özü bişirən kəndlilər isə daha baha.
Amma atalarımız deyirdi ki, çörəyi ver çörəkçiyə, birini də üstəlik.
Məsələn əlaqə saxladığım onlarla kənd sakinləri rayonlarda və kəndlərdə unun ərşə çəkildiyini, tapdıqlarının da 40 manatdan aşağı olmadığını dilə gətirir.
İndi çox çalışıb, az yeyən kəndlinin canı bəcəhənnəm vəziyyətdə ölümə məhkumdursa hansı keyfiyyətli buğda istehsalından söz açmaq olar? Müftəxorların çoxu lap dirənib:
"Çəltik də gətir, arpa da, buğda da, Əkinçi!

Mən gözləmənəm, buğda çıxar, ver bəbəyindən!

Yoxsa soyaram lap dərini, adə, əkinçi!"

Üstəlik kənd camaatının nə becərdiyi satılır, nə də düz əməlli bazara çıxışı var. Əkdiyi, becərdiyi iki ildir ki, sahədə, özü isə borc-xərc içində batır...
Əhalinin hamısına da iş tapılmır ki, işləyib ehtiyyaclarını ödəsin, dolanışığına abır versin.
Minumum əməkhaqqından da aşağı əməkhaqqılara işləyən və heç onu tapmayan insanlar var gözəlim məmləkətdə.

Amma dövlət səviyyəsində nə əlac qılan var, nə də doğru yol göstərən.
İldən-ilə, gündən- günə bahalaşan həyat fonunda xalqın bozarması, qızarması və yox olması artıq təəccüblü deyil.

Təəccüblü olan hələ də qızara-qızara yaşamağımızdır...
Vaxtilə çörəyin çəkisini və paketini söz edərdik, indi isə onu ucuz qiymətə tapanda sevinirik....
Aclıq ilə toxluğun arası bir parça çörəkdir.
Onu da xalqa çox gördülər....

Günel Sabir qızı

Oxunub: 0
Paylaş:
Digər xəbərlər

Gündəm / Sosial

1-08-2022, 08:46

Dövlət niyə kasıbları deyil, varlı məmurları qoruyur? - HƏQİQƏTƏN DƏ...

Gündəm / Siyasət

24-12-2022, 18:29

İlham Əliyev Qərbi Azərbaycan İcmasının binasında - FOTOLAR (YENİLƏNİB)

Gündəm / Siyasət

18-12-2021, 16:51

Əliyev İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibə verdi

Gündəm / Sosial

28-10-2023, 15:29

Azərbaycanda çörək niyə ucuzlaşdı...

Gündəm / Hadisə

26-08-2022, 09:50

“Heç vaxt olmayıb ki, tərəvəz ucuzlaşın, amma yumurta bahalaşmasın” - NƏ ETMƏLİ?

Şou Biznes
Naxçıvan mədəniyyət nazirinə müavin təyin edilib
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
Xalq artisti Zaur Rzayev xəstəxanadan evə buraxılıb
Kənan Doğulu, Beren Saat və daha 20 nəfər narkotikə görə saxlanılıb
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
"Energetika Memarlığı" filmi təqdim olunub
Araşdırma
12-03-2026, 12:12
İsrail Səhiyyə Nazirliyi İranın hücumlarından zərərçəkənlərin sayını açıqlayıb
2-03-2026, 16:57
Zelenski tərəfdaşların İran dronlarını vurmaq üçün Ukraynadan kömək istəmədiyini bildirib
21-06-2025, 14:23
Almaniya XİN İrandakı səfirliyini qonşu ölkəyə köçürüb
12-05-2025, 12:12
Baş prokuror Nizami rayonunda vətəndaşları qəbul edəcək
21-02-2024, 23:20
Aybəniz Haşımovanın qardaşı həbs edildi
10-01-2024, 14:27
Azərbaycanda iş adamı qəzada öldü
Hadisə
8-10-2026, 16:56
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
7-10-2026, 15:39
Qubada iki avtomobil toqquşub, ölən var
7-10-2026, 10:04
Bakıda maşın ağaca çırpılıb, sürücü xəsarət alıb - VİDEO
Son xəbərlər
  • Dün, 17:41
    Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib
  • Dün, 17:18
    Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb
  • Dün, 16:45
    Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək
  • Dün, 15:35
    Sərdar Berdiməhəmmədov: Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması Türkmənistan üçün prioritetdir
  • Dün, 14:58
    Milli Məclisin növbəti plenar iclasında 13 məsələ müzakirə ediləcək
  • Dün, 13:04
    Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq
  • Dün, 12:45
    MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir
  • Dün, 11:54
    Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb
  • Dün, 11:02
    Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır
  • Dün, 10:23
    Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq
  • Dün, 09:48
    Azərbaycan neftinin qiyməti 133 dolları keçib
  • Dün, 09:03
    Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq
  • 8-10-2026, 18:26
    Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ
  • 8-10-2026, 17:56
    İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib
  • 8-10-2026, 16:56
    Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
  • 8-10-2026, 16:27
    Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib
  • 8-10-2026, 16:07
    Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib
  • 8-10-2026, 15:22
    C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır
  • 8-10-2026, 14:47
    Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb
  • 8-10-2026, 13:09
    Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək
  • 8-10-2026, 12:42
    Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər
  • 8-10-2026, 12:10
    Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb
  • 8-10-2026, 11:45
    Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir
  • 8-10-2026, 11:23
    Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir
  • 8-10-2026, 10:49
    İlham Əliyev "Avaza" Kompleksinə gəlib
  • 8-10-2026, 09:42
    İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib
  • 8-10-2026, 09:22
    Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq
  • 7-10-2026, 18:22
    Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib
  • 7-10-2026, 17:40
    Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib
  • 7-10-2026, 17:03
    Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib
  • 7-10-2026, 16:33
    İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib
  • 7-10-2026, 15:47
    Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib
  • 7-10-2026, 15:39
    Qubada iki avtomobil toqquşub, ölən var
  • 7-10-2026, 15:12
    Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb
  • 7-10-2026, 12:55
    Astanada Dünya və Ənənəvi Din Liderləri Qurultayında üç beynəlxalq sənəd qəbul edilib
Daha çox
3-10-2026, 11:30
Türkiyə XİN: Türk dövlətlərinin malik olduğu əməkdaşlıq və inteqrasiyasını daha da yüksəyə qaldırmağa qərarlıyıq
3-10-2026, 09:53
Azərbaycan nefti cüzi ucuzlaşıb
3-10-2026, 12:32
Qanunsuz saxlanılan silahlar aşkarlanıb
3-10-2026, 15:03
Keniyada kütləvi yol-nəqliyyat hadisəsində 17 nəfər ölüb
3-10-2026, 10:33
Rəsmi Bakı Almaniya, Koreya və İraqı Milli Gün münasibətilə təbrik edib
3-10-2026, 16:09
DİN narkotiklə bağlı əməliyyatlar keçirib, saxlanılanlar arasında İran vətəndaşı da var
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Müsahibə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
  • Təsisçi: Kənan Adıgözəlov
Müəllif hüquqları qorunur. TAQ.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2022 TAQ.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə