“Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təsdiqedici sənədinə əsasən, elektrik mühərrikli avtomobillər üçün elektrik enerji doldurucularının istehsalı məqsədilə idxal olunan hissə və ləvazimatların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə siyahısı” təsdiq edilib.
Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir və 2027-ci il 1 yanvar tarixinədək qüvvədədir.