• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Fiziki zorakılığı sosial şəbəkə işgəncəsi ilə əvəzləyənlər

Gündəm / Sosial

14-01-2022, 17:30

Fiziki zorakılığı sosial şəbəkə işgəncəsi ilə əvəzləyənlər

Fiziki zorakılıq və şiddət yolverilməzdir. Ancaq zaman-zaman ölkədəki ümumtəhsil ocaqlarında, məktəbəqədər təhsil müəssisələrində şagird döyülməsi, uşaq zorakılığı və məktəb-cəmiyyət qarşıdurması yaşanıb. Hər dəfə də iki, üç gün müzakirə olunar, sosial şəbəkələrdə təhqir dolu nifrinlər yağdırılar, aidiyyəti qurumlar tərəfindən tədbir görülər - görülməz ara sakitləşər, mövzu unudular. Döyənlər söyənlərə, söyənlər döyənlərə qarışar. Kimlik və əməl yaddan çıxar.
Amma bu dəfə belə olmadı, bəlkə də belə olacaq. Ancaq müəllimə qarşı ciddi tədbir görüldü, yəni vəzifəsindən kobud, zorakı sui-istifadə halına görə Təhsil Nazirliyi tərəfindən kənarlaşdırıldı ən azı.
Söhbət dünəndən etibarən sosial şəbəkələrdə videosu aktiv yayılan Baxışova Zülfiyyə müəllimin videosundan gedir.
Əldə telefon yüksək səslə "dişlə saxla ağzında, apar ağzına. Dayan, saxla!saxla, deyirəm" deyib də həmin an şilləni ilişdirir körpənin başına ki, o anın təsviri ürəkdağlayıcıdır.
Aldığı zərbənin fiziki ağrısı bir yana, psixoloji gərginliyi uşağı məyus edib əlini üzünə dayayaraq məzlum baxışları ilə ürəklərə od salır. Travması hələ qabaqdadır.
Düzü, mənzərənin oxşarını 5 yaşımda kənd baxçasında olarkən mən də yaşamışam. Amma zərbələrimizin dəymə səbəbi fərqli olub. Uşaqlarla yatmayıb səs etdiyimizə görə şişman, kobud qadın müəllimi tərəfindən törədilən o zərbələri hələ də unutmuram. Necə? Səsimizə içəri daxil olub üstümüzə şıxıyarkən, tez yorğanı başımıza atdıq ki, görməsin, di gəl iş-işdən keçmiş və müəllim görmüşdü. O da iri, zərbli əllərini havada fırladaraq yumruqları ilə yorğan üstündə hara gəldi döşədi. O an hiss etdim böyük əlinin fiziki, mənəvi ağrılarını. Zərbələr ağır olduğu qədər həm də körpə ruhunu, uşaq dünyasını, psixologiyasını darmadağın edir. Mən hələ yorğan altında bunun fərqində idim. Xoşum gəlmirdi o müəllimdən, o hadisədən sonra heç görmək istəmirdim. Həmişə kin və qəzəb yağırdı simasından. Amma sakit olmağa məcbur idik. Axı bağçanın lap əvvəlindən öz qaydaları və öz özbaşınalıqları vardı. Mən istəmirəm, xoşlamıram söhbəti deyildir. Amma zaman o zaman deyil.
53 yaşlı Zülfiyyə müəllim deyəsən heç böyüyməyib. Nəinki böyümək, normal psixoloji cəhətdən yetişməyib ki, bilsin körpə uşağa elə rəftar yolverilməzdir. Özü də iki övlad anasıdır. Necə valideyn olub deyə bilmirəm, ana kimi normal yetişsəydi o rəftarı iki yaşlı körpə balaya sərgiləməzdi.
Maraqlıdır ki, həmin 1 saylı İsmayıllı uşaq bağçasının inistaqram saytına nəzər salanda məlum olur ki, bağçanın ona yaxın uşaqlarını eyni formada şəklini çəkib yerləşdirib "qəhrəman" müəllim. Guya uşaqları əllərində kökə, meyvə, çörək şirin-şirin yeyərkən təbii görüntüləmək istəyib. Amma şəkillərdən boylanan çəkingən, hürkmüş baxışlar və məcburi çörəyin ağıza aparılması faktı diqqətdən qaçmadığından şəkillərin təbiiliyi itir. Sən demə Zülfiyyə müəllim hər dəfə o uşaqları eyni metod və üsul ilə görüntüyə alırmış ki, görün necə gözəl bağçadır. Sonuncu dəfə özünü videoya almaqla bütün ölkəyə tanıtdılar özünü də, bağçanı da.
Bu gün də Təhsil Nazirliyi "Müəllimlərin etik davranış Qaydaları" nı pozduğuna və azyaşlı ilə kobud rəftar etdiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən müəllimin əmək müqaviləsinə xitam verdi.
İt də getdi, ip də.
Yəni ad da batdı, iş də əldən çıxdı.
Dünəndən etibarən minlərlə vətəndaş sosial şəbəkə üzərindən müəllimin kobud davranışına kin, nifrin dolu təhqirlər yağdırır və ona qarşı sərt cəza tədbirlərinin tətbiqini tələb edirlər. Düzü, davranışların aqressivliyi və ifadələrin təhqir dolu olması özlüyündə zorakılıqdır. Ancaq şərh yazanların çoxu ani qəzəbin davranışlarını sərgiləyirdi. Axtarsan məlum olar ki, çoxu Zülfiyyə müəllimin potensial protitipidirlər. Çox da, fərqlənməzlər.
Belə tip müəllimlərin sayı az deyil, nə qanırlar, nə də qandırırlar bu üzdən. Di gəl, kimlərinsə sayəsində iş başında, vəzifə icrasındadırlar. Baxça müəllimlərinin işə qəbulu hansı qaydadadır. Niyə psixoloji müayinələrdən və test üsullu imtahanlardan keçib işə düzəlmirlər məktəbəqədər müəssisə müəllimləri?
Suala "Ailə, Qadın və Uşaq Problemləri üzrə dövlət komitəsinin" hüquq təminat şöbəsinin müdüri Taliyə İbrahimova aydınlıq gətirib.
"Dünya praktikasında belədir ki, uşağa qarşı hər hansı bir zorakılıq baş verərsə bu zorakılığın məlumat bazası olur ki, gələcəkdə həmin zorakılığı etmiş müəllim o sahədə işləyə bilməsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində də belə bir məsuliyyət var. Komitə olaraq biz bunu yolverilməz hesab edirik. İlk növbədə müəllimlərin mənəvi-psixoloji vəziyyəti bilinməlidir. Məktəbəqədər təhsil müəssisələrində müəllimlər bir ildən bir tibbi psixoloji müayinədən keçir və qiymətləndirilir. Bu ildən etibarən bağçalar Təhsil Nazirliyin balansına keçdiyindən test üsulu ilə işə qəbul qaydası tətbiq ediləcək. Hər bir uşağın sağlam psixoloji mühütdə təhsil almaq hüququ var. Təhsil verənin də ən böyük borcu odur ki, uşağın şəxsiyyətini alçaltmasın. Lakin ümumtəhsil haqqında qanuna əsasən təəssüflər olsun ki, təhsil verənin işə qəbulla bağlı hər hansı pir proseduru yoxdur. Hazırda əsas boşluq budur"
Bəli, bu boşluq görünür, hələ çox zorakılıq faktına səbəb olacaq, çox çatışmazlıqlara işıq salacaq. Məktəbdəki, bağçalardakı psixoloq ştatları da formal xarakter daşıyır. Bəzən psixoloqun özünə psixoloq tələb olunan məmləkətdə zorakı faktlara tez-tez rast gəlməyə təəccüblənməməliyik.
O vaxt təəcccüblənərik ki, təhsil və hüquq sistemimizdəki bütün boşluqlar öz müsbət həllini tapar və ölkədə insan hüquqları əsas meyar olar..
Daha haqsızlığa haqsızlıqlarla trollamaqla yox.
Bu məqamda keçək yalnışın media tərəfindən edilən tərəfinə. Belə ki, uşağın valideyn mövqeyi öyrənilərkən atası bildirib ki, müəllim yaxın qohumdur və uşaq normaldır. Belə bir hal onları üzsə də ancaq müəllimdən şikayətçi deyillər. Mövqeyi verərkən bəzi saytlar götürüb atanın şəkli əvəzinə müavin kimi çalışdığı İsmayıllı peşə məktəbinin direktorunun şəklini veriblər. Bəs, bu özlüyündə hüquq pozuntusu, zorakılığı deyil? Vəzifədən sui istifadə halı və qeyri peşəkarlıq faktı olaraq ciddi səhv etməkdir.
Qaş düzəldərkən vurub gözü çıxarmaq misalı tək.
Reytinq dalınca qaçarkən peşə prinsiplərini də unutmamalı jurnalistlər.
Əks halda onlardan da haqlı şikayət edə bilər zərərçəkənlər.

Günel İsayeva
Fiziki zorakılığı sosial şəbəkə işgəncəsi ilə əvəzləyənlər

Oxunub: 0
Paylaş:
Digər xəbərlər

Gündəm / Sosial

29-04-2026, 10:29

Məktəblərdə uşaq zorakılığı: səbəblər, nəticələr və çıxış yolları - ARAŞDIRMA

Gündəm / Siyasət

24-12-2022, 18:29

İlham Əliyev Qərbi Azərbaycan İcmasının binasında - FOTOLAR (YENİLƏNİB)

Gündəm / Siyasət

17-06-2025, 15:20

İsrail-İran qarşıdurması – yeni dialoq üçün savaş - ŞƏRH

Sosial

14-06-2025, 11:51

MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları

Gündəm / Sosial

21-01-2023, 23:45

Şagirdlərə nəzarəti itirərək rəzil duruma düşən müəllimin çalışdığı məktəb məlum oldu

Şou Biznes
Xalq artisti Zaur Rzayev xəstəxanadan evə buraxılıb
Kənan Doğulu, Beren Saat və daha 20 nəfər narkotikə görə saxlanılıb
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
"Energetika Memarlığı" filmi təqdim olunub
"Sevgililərinə ev alırlar, amma sənətkarlara biganə qalırlar" - Xalq artisti
"Oskar" mükafatının qaliblərinin adları açıqlanıb
Araşdırma
12-03-2026, 12:12
İsrail Səhiyyə Nazirliyi İranın hücumlarından zərərçəkənlərin sayını açıqlayıb
2-03-2026, 16:57
Zelenski tərəfdaşların İran dronlarını vurmaq üçün Ukraynadan kömək istəmədiyini bildirib
21-06-2025, 14:23
Almaniya XİN İrandakı səfirliyini qonşu ölkəyə köçürüb
12-05-2025, 12:12
Baş prokuror Nizami rayonunda vətəndaşları qəbul edəcək
21-02-2024, 23:20
Aybəniz Haşımovanın qardaşı həbs edildi
10-01-2024, 14:27
Azərbaycanda iş adamı qəzada öldü
Hadisə
12-09-2026, 09:35
Bakıda avtomobil qadını vuraraq öldürüb
10-09-2026, 16:35
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
9-09-2026, 09:28
Zərdabda baş verən qəzada ölənlərin adları məlum olub - YENİLƏNİB
Son xəbərlər
  • Dün, 16:45
    Gürcüstan Prezidenti Azərbaycana yeni təyin olunmuş səfirlə görüşüb
  • Dün, 16:13
    Təhsil dövrü 5 il olan hərbçilər üçün "leytenant" rütbəsinin müddəti azaldılır
  • Dün, 15:33
    Bakıda keçirilən beynəlxalq audit konfransının iştirakçıları Prezidentə müraciət ediblər
  • Dün, 14:37
    Haaqa məhkəməsində Kosovo Azadlıq Ordusunun rəhbərlərinə hökm oxunub
  • Dün, 14:04
    Ermənistan Konstitusiya Məhkəməsi TRIPP layihəsi üzrə sazişi təsdiqləyib
  • Dün, 12:59
    Bakıda 32, rayonlarda 35 dərəcə isti olacaq
  • Dün, 12:42
    Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib
  • Dün, 12:22
    İlham Əliyev Auditorlar Palatasının üzvlərini və əməkdaşlarını təltif edib
  • Dün, 11:44
    İlham Əliyev Auditin inkişaf mərhələlərinə həsr edilən beynəlxalq konfransın iştirakçılarına müraciət göndərib
  • Dün, 10:57
    Zakir Həsənov 13-cü Pekin Syanşan Forumunda iştirak edib
  • Dün, 10:21
    Abbas Əraqçi və Van İ Pekində danışıqlar aparıblar
  • Dün, 09:25
    Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak edib
  • Dün, 08:58
    Nümayəndələr Palatası Trampdan İrana qarşı hərbi əməliyyatları dayandırmağı tələb edib
  • 15-09-2026, 12:19
    TBMM sədri Bakının işğaldan qurtuluşunun 108-ci ildönümü münasibətilə Azərbaycanı təbrik edib
  • 15-09-2026, 11:57
    İqtisadiyyat nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib
  • 15-09-2026, 10:52
    Birol Akgün Şəhidlər xiyabanı və Türk şəhidliyini ziyarət edib
  • 15-09-2026, 10:15
    XİN Bakının işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib
  • 15-09-2026, 09:52
    Azərbaycan neftinin qiyməti 127 dolları ötüb
  • 15-09-2026, 09:09
    Bakının erməni-bolşevik işğalından azad olunmasından 108 il ötür
  • 15-09-2026, 08:51
    Azərbaycanda Bilik Günüdür
  • 14-09-2026, 14:50
    KİV: Rusiyanın 51-ci ordusunun komandanı Sergey Milçakov öldürülüb
  • 14-09-2026, 13:46
    Azərbaycanın AİB ilə əməkdaşlığı üzrə 5,6 mlrd. dollarlıq maliyyələşmə həyata keçirilib
  • 14-09-2026, 12:58
    İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın sertifikatı təqdim olunub
  • 14-09-2026, 12:33
    "Bilik günü" Azərbaycanda 34 dərəcə isti olacaq
  • 14-09-2026, 11:48
    MM cinayət işlərində hüquqi yardıma dair Avropa Konvensiyasına Əlavə Protokolu təsdiqləyəcək
  • 14-09-2026, 11:19
    İlham Əliyev "SABAH.city" innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib
  • 14-09-2026, 10:40
    Xalq artisti Zaur Rzayev xəstəxanadan evə buraxılıb
  • 14-09-2026, 09:51
    Allahşükür Paşazadə: Qarabağda bərpa-quruculuq işlərində TDT-yə üzv dövlətlər dəstəklərini əsirgəməyiblər
  • 14-09-2026, 09:22
    Premyer Liqa: V tura "Şəfa" - "Sabah" oyunu ilə yekun vurulur
  • 12-09-2026, 15:44
    İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb
  • 12-09-2026, 15:10
    Birinci sinfə elektron qəbul yenidən aktivləşir
  • 12-09-2026, 12:21
    Kim qızıl alır, kim satır? - SİYAHI
  • 12-09-2026, 11:38
    Erməni deputat: Rusiya qazın qiymətini artırarsa, Ermənistan hərbi bazanın icarə haqqını artıra bilər
  • 12-09-2026, 11:01
    Şəkidəki “Zipline” faciəsi ilə bağlı gözdən qaçan detal
  • 12-09-2026, 09:35
    Bakıda avtomobil qadını vuraraq öldürüb
Daha çox
12-09-2026, 11:01
Şəkidəki “Zipline” faciəsi ilə bağlı gözdən qaçan detal
10-09-2026, 09:14
Tramp nüvə obyektindəki fəallığa görə İranı zərbə endirməklə hədələyib
12-09-2026, 15:44
İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb
10-09-2026, 12:19
İlham Əliyev Qaradağda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib
11-09-2026, 14:57
Aİ Ukrayna üçün HHM, dron və raketlərin alınmasına 6,1 milyard avronun ayrılmasını təsdiqləyib
11-09-2026, 18:07
Azərbaycanda regionlarında rəqabətin inkişaf səviyyəsi qiymətləndiriləcək
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Müsahibə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
  • Təsisçi: Kənan Adıgözəlov
Müəllif hüquqları qorunur. TAQ.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2022 TAQ.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə