• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

“Neftçi” yox desəydi... - Qurban Qurbanov

Gündəm / İdman

23-02-2026, 15:54

“Neftçi” yox desəydi... - Qurban Qurbanov

“Qarabağ” UEFA Çempionlar Liqası pley-off mərhələsinin cavab oyunu çərçivəsində İngiltərədə “Nyukasl”ın qonağı olacaq.

Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan öncə keçirilən mətbuat konfransında fikirlərini bildirib.

“Cavab oyununa gedirik. Əlbəttə ki, qarşılaşma haqda danışmaq asan deyil. İlk matçdakı nəticəyə görə belədir. Hər halda, üzərimizə düşən vəzifədir, oyun haqda fikirlərimizi bölüşməliyik. Bir neçə gün vaxtımız oldu ki, oyunu təhlil edək. Deyiləcək çox fikir yoxdur. Bəli, rəqib bizi üstələdi. Cavab oyununda daha diqqətli, daha mübariz, daha məsuliyyətli olmalıyıq. Çünki gedəcəyimiz yol uzundur, rəqib doğma meydanda oynayır. Ümumən pis hazırlaşmadıq. Psixoloji zərbə alsaq da, ümumi hazırlığımız pis deyil. Çalışacağıq ki, cavab oyununda özümüzü yaxşı tərəfdən göstərək”, - Q.Qurbanov qeyd edib.

Çalışdırıcı daha sonra jurnalistlərin suallarını cavablandırıb:

- İlk matçın ikinci hissəsində daha yaxşı oynadınız. Beşli müdafiəyə keçdikdən sonra belə oldu. Bu sistemi “Nyukas”la səfər matçında və ya qarşıdakı matçlarda yenə də görə bilərik?

- Gələcəkdə bu sistemlə oynamaqla bağlı fikrim yoxdur. Etdiyimizi daha da yaxşılaşdırmaq istəyirik. Sadəcə bu matçda rəqib çox hazırlıqlı idi, bəlkə də ən hazırlıqlı oyunlarından biri idi. Bir neçə tur əvvəl düşünə bilərdik ki, idman performansında geriləmə var, amma onlar çox yaxşı forma yığmışdılar. Düşündükləri hər şey alındı. Biz isə ilk dəqiqələrdə qollar buraxdıq, komanda nokauta düşdü, birinci hissədə özümüzə gələ bilmədik. Fasilədə paltardəyişmə otağında danışdıq, bəlkə daha sərbəst və daha diqqətli oldular. Belə sistemə nadir hallarda əl atmışam. Hansısa oyunlarda bu mümkündür. Biz bir addım irəli getdikcə, rəqiblərin ciddiliyi, səviyyəsi daha da böyüyür. Hansısa oyunlarda ola bilər, amma gələcəkdə belə sistemdə oynayacağıq deyə, fikrim yoxdur. Ümumən 5-4-1 sistemi məni cəlb edən sistemlərdən biridir.

- Açıq məşq və mətbuat konfransı Bakıda oldu. Hazırlıq planının bu cür olması nə ilə bağlıdır?

- Bizdə belə hallar olub. Bərpa üçün daha çox vaxt lazım idi, buradakı hazırlıq mənim üçün daha önəmli idi. İki gün əvvəl getsəydik, məşq planımız daha çox pozulurdu. 7 saat havada olacaqdıq, 11-12 saat yolda keçirəcəkdik, əlavə yüklənmə olardı. Düşündük ki, ən azından hazırlığımız normal olsun. Ona görə belə proqram tutduq. Sabah səhər Nyukaslda məşqimiz olacaq. Oyunda daha aktiv olmaq üçün bu addımı atdıq.

- Bəhlul Mustafazadə zədəlidir, Sami Mmae oynamayacaq. İndiki məqamda Sami niyə ümidləri doğrultmadı? Qarşıdakı üç ayda mərkəz müdafiəsi məsələsi sizi nə dərəcədə qayğılandırır?

- Ola bilər ki, Sami Mmaedən düşündüyümüzü ala bilmədik. Amma hər bir halda, başqa variantlar axtarmışıq, onlar üzərində dayanacağıq. Hazır olanları meydanda görə biləcəyik.

- Sami Mmaenin əvəzedici heyətə göndərilməsinin səbəbi nədir?

- İdman və intizam qaydalarını pozmuşdu, ona görə əvəzedici heyətə göndərdik. Bəzi detalları açıqlamağa ehtiyac yoxdur. Futbol karyeramızda, təcrübəmizdə belə olub.

- Toral Bayramovun “Nyukasl”la Bakıdakı matçda gülməsi çox müzakirə edildi. Onunla bağlı tədbir görüldü?

- Ola bilər ki, o epizoda kimi hansısa söhbət aparırdılar, gülməli vəziyyət yaranmışdı. Bəli, fikirlərimi bildirdim. Hansısa xırdalıqlara getməyə ehtiyac yoxdur. Kimə hansı qaydada iradlarımızı bildirmək lazımdırsa, yaxşı səviyyədə bildirilib.

- “Neftçi” ilə matç “Nyukasl”la oyunun fonunda yenidən gündəmə gəlib...

- İndi müzakirə olunası məsələ deyil. Bizim rəhbərlik adından “Neftçi”yə təşəkkür edildi. İkinci xahişimizdən sonra qərar verildi. “Neftçi”yə bir daha təşəkkür edirəm. Bizim qrafikimiz çox sıx idi. İstəyirdik ki, “Nyukasl”la oyuna yaxşı hazırlaşaq. Əsasən də, iki oyun arasında cəmi 2 gün vaxtımız var. Səfərdəki görüşü, yolu düşünərək bu addımı atdıq ki, futbolçular hamısı hazır olsunlar. Bizi başa düşmək lazımdır. Tək “Qarabağ” yox, başqası olsun, illərcə baş verib. Bu gün də bunun tərəfdarıyıq. Bizim hazırkı hazırlığımız onlarla yan-yana qoyulası deyil. “Nyukasl” illərdir bu rejimdə oynayır, uyğunlaşıb. Çox xırdalığa getsək, çox danışmaq olar. Müqayisəolunmazdır. İlin əvvəlindən deyirlər ki, pley-off matçlarında qarşı tərəf razı olarsa, oyun təxirə salınacaq.

“Neftçi” yox desəydi, yenə işimizi görəcəkdik, “sağ ol” deyəcəkdik. O qədər problemlərimiz var ki, bu, müzakirə olunası problem deyil. Biz bir-birimizə meydanda rəqibik. Amma “Neftçi” rəhbərliyi və ya digərləri ilə münasibət yaxşıdır, bir-birimizi daha tez və yaxşı anlamışıq. Çox da müzakirə olunası mövzu deyil. Təşəkkür edirəm ki, “Neftçi” buna razılıq verdi.

- Ayxan Abbasov mətbuat konfransında bildirdi ki, Qubadakı qapıların birinin ölçüsü digərindən 11 sm yüksəkdir. Bu haqda nə deyəcəksiniz?

– Ayxan maraqlı açıqlama verib. Mən meydançanı demişdim, Ayxan qapıları deyib (gülür). “No comment”, fikir bildirməyəcəm.

- Zədədən sonra Bəhlulun psixoloji durumu necədir?

- Yaxşı deyil, çox üzgündür. Tək Bəhlul yox, hamımız üzgünük. Amma zədə qaçılmazdır. O, yaxşı mövsüm keçirib, gözlənilən idi ki, hansısa məqamda futbolçu yorulur. Belə hallar olur.

- Növbəti mövsüm bu uğuru təkrarlamaq üçün hansı mövqelərə transferlər lazımdır? Çatışmazlıqlar hansı mövqelərdir?
- Hər mövqeyə baxış keçiririk. Transfer etmək istəyirik. Həm komandada oyunçunu sayını artırmaq, həm də keyfiyyəti yaxşılaşdırmaq istəyirik. Ən azından əldə etdiyimizi saxlamaq istəyiriksə, Premyer Liqada liderlər sırasında olmalıyıq.

- Düşünmək olar ki, “Nyukasl”ı keçmək real görünmədiyi üçün dərinlikdə daha çox “Sabah”la oyunu düşünürsüz?

- İnanın ki, fikrimdə “Nyukasl”la görüşdür. “Sabah”la oyun barədə düşünmürük. Böyük turnirdir. Reallığa baxsaq, oradakı matçda yaxşı nəticə əldə etməyimiz real görünmür. Amma biz bu turnirdən həzz almalıyıq, futbolçular bu turnirdə böyüyürlər, böyük məğlubiyyətlər həmişə idmançını möhkəm edir. Bu cür böyük komandalara qarşı belə tribunlarda oynamaq özü ayrıca məsuliyyətdir. Bu gün var İgitlərə Premyer Liqası və Avropa futbolu. Bu liqa digələrindən fərqlənir. İngiltərə klubları digərlərindən bir baş yuxarıdır. Onların hazırda futbola yönəldiyi məbləğlər, infrasturktur digərlərini üstələyir. Buna görə hara getdiyimizi bilirik. Burada uduzsaq da, futbolçularımdan cəsarət istəmişəm.

Biz mütləq cəsarətli olmalıyıq. Bugünkü uğura məğlub ola-ola, yıxıla-yıxıla gəlmişik, çəkinməmişik, qorxmamışıq. Bu da bəzən uğurlar əldə etməyə şərait yaradır. İndi fikrimiz “Nyukasl”la səfər görüşündədir. Oyunun gedişatına görə addımlar atacağıq. Bakıya döndükdən sonra çempionatı düşünmək üçün vaxtımız olacaq.

- “Qarabağ” bu mövsüm çox uğurlu çıxış etdi və tələblər artacaq. Bu haqda fikriniz necədir?

- Tamamilə doğrudur. Əgər bir insan, kollektiv müəyyən səviyyəyə qalxıbsa, ən asanıdır. Orada qalmaq çətindir. Bu oyunlarda hiss edirik ki, məsuliyyətimiz, tələblərimiz artır, gözləntilər çoxalır. Yaxşı qələbələrimiz oldu. Nəticələrə baxsaq, 10 xal əldə etdik. ÇL kimi böyük turnirdə 10 xal əldə etmək, böyük uğurdur. Hansısa oyunda uduzurduq, həmən neqativ fikirlər dolaşırdı. Biz gözləntiləri hiss edirdik. Qaçılmazdır. Buna görə futbol çox sevilir, dünyada yəqin ki, 1 nömrəli müzakirə mövzusu futboldur. Dayanamaq olmaz. Həmişə önə pozitiv baxmalıyıq ki, minimum əldə etdiyimizi qoruyub-saxlayaq.

Oxunub: 18
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

28-10-2025, 15:18

Prezident İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib

Gündəm / İdman

23-02-2024, 08:55

“Yarımfinal olsa mən sizi təbrik edəcəm”

Gündəm / İdman

1-12-2023, 07:19

“Çox uğurlu nəticə oldu” - Qurbanov

Gündəm / Siyasət

24-12-2022, 18:29

İlham Əliyev Qərbi Azərbaycan İcmasının binasında - FOTOLAR (YENİLƏNİB)

Gündəm / Siyasət

18-12-2021, 16:51

Əliyev İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibə verdi

Şou Biznes
"Sevgililərinə ev alırlar, amma sənətkarlara biganə qalırlar" - Xalq artisti
"Oskar" mükafatının qaliblərinin adları açıqlanıb
Ötən il 900 əsər və ifa qeydiyyatdan keçirilib
Bazarda işləyənlərlə bağlı qalmaqalı sözlərinə aydınlıq gətirdi
Mədəniyyət sahəsində layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilmə qaydası müəyyənləşir
Səidə narkotik iddialarına belə CAVAB VERDİ
Araşdırma
12-03-2026, 12:12
İsrail Səhiyyə Nazirliyi İranın hücumlarından zərərçəkənlərin sayını açıqlayıb
2-03-2026, 16:57
Zelenski tərəfdaşların İran dronlarını vurmaq üçün Ukraynadan kömək istəmədiyini bildirib
21-06-2025, 14:23
Almaniya XİN İrandakı səfirliyini qonşu ölkəyə köçürüb
12-05-2025, 12:12
Baş prokuror Nizami rayonunda vətəndaşları qəbul edəcək
21-02-2024, 23:20
Aybəniz Haşımovanın qardaşı həbs edildi
10-01-2024, 14:27
Azərbaycanda iş adamı qəzada öldü
Hadisə
2-05-2026, 15:54
Zaqatalada canavar 47 yaşlı kişiyə hücum edib
2-05-2026, 12:05
Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb
30-04-2026, 15:57
Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı
Son xəbərlər
  • Bugün, 15:55
    Azərbaycanda bir sıra elektron reyestrlə bağlı informasiya sisteminin əsasnaməsi təsdiqlənib
  • Bugün, 15:23
    AMB ölkədə kredit kartlarının sayının azalmasını şərh edib
  • Bugün, 14:53
    Ziyabəddin Hüseynov Elektronlaşdırma və Nəzarət Mərkəzinə direktor təyin olundu
  • Bugün, 14:24
    Taleh Kazımov: "Bankların xidmət tariflərinə müdaxilə etmirik"
  • Bugün, 13:13
    Cevdet Yılmaz: Ermənistanda Türkiyə bayrağının yandırılması narahatlıq doğurur
  • Bugün, 12:40
    Sabah 23 dərəcə isti gözlənilir
  • Bugün, 11:55
    Məcnun Məmmədov: "Azərbaycanda müasir suvarma sistemlərinin əhatə dairəsi 300 min hektara çatdırılacaq"
  • Bugün, 11:30
    İslam İnkişaf Bankı Qrupunun sədri Qarabağa səfər edəcək
  • Bugün, 10:52
    WUF13-ün proqramı açıqlanıb
  • Bugün, 10:27
    Baş Prokurorluqdan Onkologiya Mərkəzindəki hadisə ilə bağlı - Müraciət
  • Bugün, 09:39
    Bu günün valyuta məzənnələri
  • Bugün, 09:07
    Krıma PUA hücumu zamanı beş nəfər ölüb
  • Dün, 18:52
    Azərbaycan və Türkiyə hərbçiləri kütləvi qırğın silahlarından mühafizə üzrə görüş keçiriblər
  • Dün, 18:22
    Ukraynanın Tuapsedəki obyektlərə zərbələri nəticəsində dəyən zərərin məbləği açıqlanıb
  • Dün, 17:50
    Sumqayıt Dövlət Universitetinə rektor təyin olundu
  • Dün, 17:17
    Sumqayıtda avtomobil yolu çöküb
  • Dün, 16:27
    Bahar Muradova Xızıda vətəndaş qəbulu keçirəcək
  • Dün, 15:53
    Sumqayıtda evdə yanğın olub, ana və qızı tüstüdən zəhərlənib
  • Dün, 15:23
    Ermənistan Fransa ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb
  • Dün, 14:36
    MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib
  • Dün, 11:31
    Bakı metrosundan apreldə 20 milyondan çox sərnişin istifadə edib
  • Dün, 10:51
    Qazaxıstanda zavodda partlayış nəticəsində iki nəfər ölüb
  • Dün, 10:21
    Bakı, Sumqayıt və Abşeronda pensiyaların ayın 14-də ödənilməsi nəzərdə tutulur
  • Dün, 09:51
    Azərbaycanda ən populyar mobil cihazlar - SİYAHI
  • Dün, 09:24
    Prezidentin sosial şəbəkə hesablarında Ciorcia Meloninin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb
  • Dün, 08:56
    BİZİM TƏQVİM:Mayın 5-də baş vermiş tarixi hadisələr
  • 4-05-2026, 19:14
    İlham Əliyevin Ciorcia Meloni ilə təkbətək görüşü keçirilib
  • 4-05-2026, 19:01
    Prezidentin sosial şəbəkə hesablarında "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında çıxışına aid videoçarx paylaşılıb
  • 4-05-2026, 18:40
    Dövlət Komitəsində kollegiya iclası keçirilib, tapşırıqlar verilib
  • 4-05-2026, 16:42
    Bir qrup xalçaçı "Tərəqqi" medalı ilə təltif edilib - SƏRƏNCAM
  • 4-05-2026, 16:21
    İntensiv yağış yağacaq, çaylardan daşqın və sel keçəcək - XƏBƏRDARLIQ
  • 4-05-2026, 15:10
    Naxçıvanda “Zəngəzur yolu: tarixin izi ilə” mövzusunda konfrans keçirilib
  • 4-05-2026, 14:13
    İran ordusu: ABŞ hərbi gəmilərinin Hörmüz boğazına daxil olmasının qarşısı alınıb
  • 4-05-2026, 13:24
    Sabah yağış yağacaq - PROQNOZ
  • 4-05-2026, 11:23
    Subbakalavrların ali təhsil müəssisələrinə qeydiyyatı başlayıb
Daha çox
30-04-2026, 19:26
"Şəxsi və ailə məlumatlarımı əldə edən media resursları məni şantaj edir" - Gülbadə Abdullayevanın RƏSMİ AÇIQLAMA
30-04-2026, 09:42
Premyer Liqa: Təxirə salınmış "Neftçi" - "Qarabağ" oyunu bu gün keçiriləcək
30-04-2026, 17:56
Lətif Kərimovun 120 illiyi qeyd ediləcək - SƏRƏNCAM
2-05-2026, 14:25
Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb
29-04-2026, 18:19
Artıq metro və avtobuslarda xarici bank kartları ilə ödəniş mümkündür
1-05-2026, 18:45
Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında - Fotolar
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Müsahibə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
  • Təsisçi: Kənan Adıgözəlov
Müəllif hüquqları qorunur. TAQ.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2022 TAQ.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə