Xəzər dənizində 3,8 maqnitudalı zəlzələ olub.
Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla aprelin 14-ü saat 10:00-da qeydə alınıb.
Zəlzələ ocağının dərinliyi 5 kilometrdir.