Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Xankəndi şəhərində vətəndaşları qəbul edəcək.
Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bildirilib ki, qəbul iyunun 8-də saat 10:00-da "Xankəndi" Biznes Mərkəzində (ünvan: Xankəndi şəhəri, 28 May küçəsi) baş tutacaq.
Qəbul zamanı Xankəndi şəhəri, Şuşa, Xocalı, Ağdərə, Xocavənd və Laçın rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar bu link vasitəsilə (https://c2b.customs.gov.az/vsq_muraciet.aspx) qeydiyyatdan keçə bilərlər.
Əlavə məlumat almaq üçün "195" Çağrı Mərkəzi ilə əlaqə saxlamaq tövsiyə olunur.