Ukraynanın PUA hücumu nəticəsində Rusiyanın Krasnodar diyarının Ust-Labinsk şəhərindəki neft anbarında güclü yanğın baş verib.
Bu barədə diyarın təcili yardım qərargahı məlumat yayıb.
Ust-Labinskdəki neft anbarına PUA hücumu nəticəsində baş verən yanğının söndürülməsi üçün Rusiya Fövqəladə Hallar Nazirliyinin qüvvələri, o cümlədən 54 texnika cəlb olunub.
Məlumata görə, neft anbarında yanğın təxminən 5000 kvadratmetr sahəni əhatə edir.
Hücum nəticəsində ölüm faktı qeydə alınmayıb.