• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Davam edəcək Vaşinqton-Tehran danışıqları: milyardlar hesabına yaranan etimad - ŞƏRH

Gündəm / Sosial

Bugün, 15:51

Davam edəcək Vaşinqton-Tehran danışıqları: milyardlar hesabına yaranan etimad - ŞƏRH


ABŞ-İran münasibətləri, aparılan danışıqlar dünyanın diqqət mərkəzindədir. İyunun 28-29-da tərəflər qarşılıqlı olaraq bir-birinin maraqların zidd hərbi əməliyyatlar keçirdi. Bunun ardınca Vaşinqton və Tehran atəşkəslə bağlı razılaşdılar. Bu hadisədən sonra müharibənin bitdiyinə dair açıqlamalar da verilir.

İyunun 30-da Qətərdə ABŞ və İranın yüksəksəviyyəli nümayəndələri arasında görüşün keçiriləcəyi barədə xəbərlər yayıldı. Hətta ABŞ Prezidenti Donald Tramp belə sosial şəbəkədəki hesabında məsələnin anonsunu vermişdi. Daha sonra Ştatların nümayəndə heyətinə başçılıq edən ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff, Donald Trampın kürəkəni, müşaviri Cared Kuşner Qətərə səfər etdilər. Onların iranlı həmkarları ilə görüşəcəkləri ehtimal olunurdu. Ancaq bu baş tutmadı.

Görüşdən öncə Qətərin Xarici İşlər Nazirliyi belə bir tədbirin keçirilmədiyinə dair açıqlama yaydı. Qurum rəsmisinin sözlərinə görə, Donald Trampın nümayəndələri vasitəçilərlə görüşəcək, danışıqların gedişatını qiymətləndirəcəklər.

Odur ki, ABŞ nümayəndə heyəti Dohada regional liderlərlə danışıqlar aparıblar.

Stiv Uitaker isə bildirib ki, İran tərəfi ilə texniki danışıqlar hələ də davam edir və gedişat qənaətbəxşdir. Onun sözlərinə görə, gəmilərin Hörmüz boğazından tranziti sürətlə bərpa edilir.

Bununla yanaşı, Dohadakı görüşlər, Ştatlarla İslam Respublikası arasında birbaşa yüksəksəviyyəli danışıqların mümkünlüyü barədə əlavə təfərrüatlar hələ təqdim edilməyib.


İran XİN də nümayəndə heyətinin Qətərə səfərini təsdiqləyib, ancaq onların ABŞ-dən olan həmkarları ilə görüşünün planlaşdırılmadığını bildirib.

Tərəflər danışıqlara nikbin yanaşmağa cəhd göstərsələr də, ayrılıqda üstün mövqedə olduqlarını da gizlətmirlər.

ABŞ-nin vitse-prezidenti Cey Di Vens İslam Respublikasının danışıqlar aparma tərzinin tənqidindən sonra deyib ki, Vaşinqton Tehranla danışıqlarda bütün kozırları əlində saxlayır: "Stimulların və təzyiqin eyni vaxtda istifadəsi prosesi vaxt tələb edir".

O vurğulayıb ki, danışıqlar uğurlu keçsə, dəyişən, terrorizmi və regional qeyri-sabitliyi daha maliyyələşdirməyən, nüvə silahına dair bütün ambisiyalardan həmişəlik imtina edən, nəticə olaraq dünya iqtisadiyyatına qayıdan bir İran əldə ediləcək: "Bu isə Amerika xalqı və bütün region üçün əla nəticə olar".

Cey Di Vens digər tərəfdən qeyd edib ki, iranlılar lazımi qaydada davranmasalar, onlar danışıqlarda lazım olan güzəştlərə getməsələr, Tehranın nüvə proqramını, adi hərbi imkanlarını da məhv edəcəklər.

O, ötən gün İslam Respublikası rəsmilərinin danışıqlarını, bəyanatlarını və hərəkətlərini tənqid edərək bildirib: "Məni həm təəccübləndirir, həm də narahat edir. İranlılar deyir: "Xeyr, sülh danışıqları yoxdur". Ancaq eyni zamanda Vaşinqtonla sülh razılaşması barədə texniki danışıqlar aparırlar. Bu, mənim başa düşmədiyim İran danışıq taktikası və ya hiyləsidir".

Vitse-prezident İran hakimiyyəti daxilində fikir ayrılıqları mövzusuna toxunaraq deyib ki, hazırda İslam Respublikası strukturu daxilində əsl mübarizə gedir: "Bu strukturun daxilində son 37 il ərzində iş üsullarının yanlış olduğu qənaətinə gələn insanlar var və onlar yeni bir səhifə açmaq istəyirlər. Eyni zamanda, müqavimət də mövcuddur; bəzi köhnə sərt xətt tərəfdarları və bəzi köhnə radikal ünsürlər davranışlarını dəyişmək istəmirlər".

Əslində, bu məsələ çoxdan vurğulanır - İran hakimiyyəti daxilində ziddiyyətlər danışıqların uğurla davam etməsinə, yekunlaşmasına mane olur. Tehranın müzakirələr zamanı hədəf və niyyəti aydın görünmür. Sanki elə təsəvvür yaranır ki, Tehran bir mərkəzdən idarə olunmur. Bu bünövrəsi hələ 46 il öncə qoyulmuş siyasi qüvvələrarası ziddiyyətin davamıdır. Elə bu kimi səbəblərdən İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf və xarici işlər naziri Abbas Əraqçinin başçılıq etdiyi nümayəndə heyəti ilə ABŞ təmsilçiləri arasında iyunun 30-da planlaşdırılan görüş baş tutmur.

Məlum memorandumda, yəni tərəflər arasında ilkin çərçivə sənədində Hörmüz boğazından gəmilərin sərbəst hərəkəti, İranın nüvə texnologiyasına məhdudiyyətlərin tətbiqi, İslam Respublikasının xarici ölkə banklarındakı sanksiya altında olan dondurulmuş aktivlərinin azad edilməsi məsələləri razılaşdırılıb.


Bu kimi başlıca məsələlər ətrafında tərəflər arasında texniki danışıqlar aparılır.

Son günlər İranın ali rəhbəri Müctəba Xamenei adından yayılan açıqlama və Prezident Məsud Pezeşkianın açıqlaması hakimiyyətin birliyini nümayiş etdirməyə səylərdəndir.

Xameneinin adından yayılan paylaşımda bildirilib ki, İran ABŞ qarşısında irəli sürdüyü şərtlərə əməl edilməsini gözləyir. Həmin paylaşımda memorandum çərçivəsində yeddi əsas gözlənti sadalanıb; memorandumun 1,2,3, 9 və 14-cü bəndlərinə uyğun olaraq hərbi əməliyyatların dayandırlması (bura ABŞ-nin İran ərazilərində, İsrailin Livanda "Hizbullah"a qaşı əməliyyatların dayandırlması daxildir), İranın dəniz limanlarından blokadanın götürlüməsi, Hörmz boğazında İranın suverenliyinin güclənməsi, İrana kompensasiyanın verilməsi (söhbət 300 milyard dollarlıq bərpadan gedir), İrana tətbiq edilmiş bütün sanksiyaların hərtərəfli şəkildə ləğv edilməsi, İslam Respublikasının nüvə dosyesinin bağlanması, dondurulmuş aktivlərə çıxış əldə edilməsi.

Bu şərtlərdə yeni mövzu yoxdur. Məsələlər qarşılıqlı anlaşma memorandumunda təsbit olunub.

Məsud Pezeşkian isə bildirib ki, Tehran və Doha İranın Qətərdə yerləşən 12 milyard dollarlıq dondurulmuş aktivlərindən 6 milyard dollarının qaytarılması barədə razılığa gəliblər. Onun sözlərinə görə, qalan vəsaitlərin qaytarılması istiqamətində danışıqlar davam edir.


Pezeşkian ötən gün bildirib ki, ABŞ ilə mümkün razılaşmalar hər iki tərəfin öhdəliklərinə əməl etməsindən asılıdır. Prezidentin sözlərinə görə, ABŞ ilə əldə olunan razılaşma İslam Respublikasının ali rəhbəri Müctəba Xamenei ilə tam koordinasiya şəraitində hazırlanıb. O əlavə edib ki, razılaşmanın yekun mətni ekspertiza və təhlükəsizlik yoxlamalarından keçdikdən sonra səlahiyyətli qurumlar tərəfindən təsdiqlənib, Ali Milli Təhlükəsizlik Şurasının dəstəyini alıb.

İran parlamentinin keçmiş sədri, Fars Dili və Ədəbiyyat akademiyasının başçısı, paniranizmin müasir ideoloqu, Müctəba Xamenein qayınatası Qulaməli Haddad Adel fevralın 28-dən sonra ali rəhbərlə heç bir əlaqəsi olmadığını bildirib. Müctəba Xameneinin həyat yoldaşı Zəhra Haddad Adel məlum hücum nəticəsində ölənlərin arasında olub.

O hesab edir ki, ABŞ ilə razılaşma yanlış şərh edilib. Qulaməli Haddad Adel məsələ ilə bağlı fərqli düşündüyünü bildirib. O, Ali Milli Təhlükəsizlik Şurasında razılaşmanın əleyhinə səs vermiş yeganə üzvdür. Q.H.Adel İran TV-yə müsahibəsində dediklərinin ali rəhbərlə əlaqəsi, Müctəba Xameneinin nümayəndəsi olmadığını da vurğulayıb.

Onun "Prinsipial olaraq fərqli fikrim var idi" açıqlaması hökumətin müxtəlif qollarında ciddi siyasi fikir ayrılıqlarına səbəb olub.

Q.H.Adel onu da qeyd edib ki, İslam Respublikasının lideri danışıqlar, o cümlədən üz-üzə danışıqlar da aparmır. Onun sözlərinə görə, razılaşma ilə bağlı verdiyi bəyanat hərtərəfli oxunub, şərh edilməlidir: "Biz yalnız mənim fərqli fikrim olan bu bir sətri götürüb, bu bəyanatdakı başqa ifadələri oxumadan qiymətləndirməsək, belə şərh yanlış olacaq".

Danışıqlar və memorandumla bağlı hakimiyyətdaxili ziddiyyətlərin olduğu ehtimalını artıran başqa bir məlumatdan bəhs edək. İran parlamentinin sədri, ABŞ ilə danışıq aparan nümayəndə heyətinin başçısı, İran hakimiyyətinin idarə olunmasında aparıcı söz sahiblərindən biri Məhəmməd Baqir Qalibaf televiziyada müsahibə verərkən yayım gözlənilmədən dayandırılıb .


Məsələ ilə bağlı parlamentin Media Mərkəzi açıqlama yayıb. Bildirilib ki, İran Radio və Televiziya Verilişləri şirkətinin əməkdaşları müəyyən edilmiş prosedurlara zidd olaraq müsahibənin bir hissəsini yayımlanmaması barədə qərar versə idi, bu, Mərkəzlə əlaqələndirilməli idi. Media Mərkəzinin bəyanatında efirə getməyən mövzular qeyd edilib: "Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin İranın nüvə obyektlərini yoxlaması barədə yalan iddialara cavab, dondurulmuş aktivlərin blokdan çıxarılmasından sonrakı növbəti addımların təfərrüatları, razılaşma mətnində göstərilən 300 milyard dollarlıq bərpa krediti, Trampın yalanlarının izahı və İnqilab Rəhbərinin iyunun 18-i tarixli strateji mesajının açıqlanması yer alıb".

Onda belə qənaətə gəlmək olar ki, İran hakimiyyəti daxilində danışıqların davam etməsinə, onun uğurla nəticələnməsinə mane olan əllər var. Elə ona görə də iyunun 30-da keçirilən görüşün İran tərəfindən pozulduğunu ehtimal etmək olar...

Danışıqların gedişatına maneələrin müvəqqəti hal olduğu istisna edilmir. Onu da zənn etmək olar ki, bəhs etdiyimiz əngəllər danışıqlar prosesinə təzyiqdir.

Çünki İranın xarici işlər naziri Abbas Əraqçi açıqlamasında dialoqdan məmnun görünür. O qeyd edib ki, Tehran neft ixracı və İranın aktivlərinin dondurulmasının aradan qaldırılması da daxil olmaqla bir sıra məsələlərin həllini razılaşdırıb. Onun sözlərinə görə, Livanda "Hizbullah"la bağlı məsələnin birgə həllində razılıq əldə olunub. Abbas Əraqçi sosial şəbəkədəki səhifəsində Livanda hərbi əməliyyatların dayandırılması yolunda əldə edilən razılaşmanı "böyük uğur" adlandırıb.

Nazirin nikbin ovqatla paylaşımı da təsadüfi deyil. Razılaşmanın artıq real nəticəsi var. ABŞ tətbiq etdiyi blokadanı götürdükdən sonra İslam Respublikası son iki həftədə 50 milyon barel neft ixrac edib. Ondan gələn gəlir təxminən 3,5 milyard dollar olub. Başqa sözlə, İran xam neftin satışından gündə orta hesabla 233 milyon dollardan çox qazanıb.

Bu, tərəflərin bir-birinə etibarının artmasına, etimad mühitinin yaranmasına töhfədir. Hesab etmək olar ki, yuxarıda qeyd etdiyimiz bir sıra neqativ hallar İranın gələcəyində özünü görə bilməyən qüvvələrin fəaliyyətidir. Odur ki, çoxsaylı maneələr olsa da, danışıqların davam edəcəyi ehtimalı daha çoxdur. Əksi isə İran iqtisadiyyatının yarım ayda azından 3,5 milyard dollardan məhrum edilməsi deməkdir.(Report)

Oxunub: 2
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

11-09-2025, 16:25

11 sentyabr terroru ərəfəsində ABŞ-də qətl – bu dəfə Venesuela hədəf ola bilər - ŞƏRH

Gündəm / Siyasət

17-06-2025, 15:20

İsrail-İran qarşıdurması – yeni dialoq üçün savaş - ŞƏRH

Gündəm / Siyasət

11-06-2025, 17:43

Vaşinqton-Moskva dialoqunun perspektivi - Rusiyanı gözləyən aqibət - ŞƏRH

Gündəm / Siyasət

13-05-2025, 14:37

Rusiya-Ukrayna danışıqlarında Türkiyə faktoru – özünə yer tapa bilməyən Avroparlament - ŞƏRH

Gündəm / Siyasət

31-07-2024, 15:43

Davam edən İran-İsrail müharibəsi – maraqların qurbanı İsmayıl Haniyə - ŞƏRH

Şou Biznes
Kənan Doğulu, Beren Saat və daha 20 nəfər narkotikə görə saxlanılıb
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
"Energetika Memarlığı" filmi təqdim olunub
"Sevgililərinə ev alırlar, amma sənətkarlara biganə qalırlar" - Xalq artisti
"Oskar" mükafatının qaliblərinin adları açıqlanıb
Ötən il 900 əsər və ifa qeydiyyatdan keçirilib
Araşdırma
12-03-2026, 12:12
İsrail Səhiyyə Nazirliyi İranın hücumlarından zərərçəkənlərin sayını açıqlayıb
2-03-2026, 16:57
Zelenski tərəfdaşların İran dronlarını vurmaq üçün Ukraynadan kömək istəmədiyini bildirib
21-06-2025, 14:23
Almaniya XİN İrandakı səfirliyini qonşu ölkəyə köçürüb
12-05-2025, 12:12
Baş prokuror Nizami rayonunda vətəndaşları qəbul edəcək
21-02-2024, 23:20
Aybəniz Haşımovanın qardaşı həbs edildi
10-01-2024, 14:27
Azərbaycanda iş adamı qəzada öldü
Hadisə
25-06-2026, 09:52
Mərdəkanda dənizdə batanlardan sonuncusunun meyiti tapılıb
24-06-2026, 17:18
Azərbaycan Qırğızıstanın beynəlxalq axtarışa verdiyi şəxsi təhvil verib
23-06-2026, 09:35
Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var
Son xəbərlər
  • Bugün, 17:05
    Ursula fon der Lyayen: Aİ Azərbaycanla tərəfdaşlığı dərinləşdirmək niyyətindədir
  • Bugün, 16:35
    AMB Özbəkistanda maliyyə sektorunun rəqəmsal transformasiyasını müzakirə edib
  • Bugün, 15:51
    Davam edəcək Vaşinqton-Tehran danışıqları: milyardlar hesabına yaranan etimad - ŞƏRH
  • Bugün, 15:19
    Azər Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək
  • Bugün, 14:49
    "Global Media Group"un altı əməkdaşı MEDİA-nın müsabiqəsində qalib gəlib
  • Bugün, 14:25
    AZAL Brüsselə birbaşa uçuşlara başlayır - YENİLƏNİB
  • Bugün, 12:21
    Azərbaycanın Türkiyədəki səfirliyinə yeni təhsil müşaviri təyin olunub
  • Bugün, 11:56
    Ukrayna qüvvələri Donetsk və Mariupol arasındakı strateji körpünü sıradan çıxarıb
  • Bugün, 11:18
    Nazir: "Azərbaycan Avropa ilə Asiyanı birləşdirən strateji körpü rolunu gücləndirib"
  • Bugün, 10:47
    Bakıda boks üzrə İBA Çempionlar Gecəsi keçiriləcək
  • Bugün, 10:03
    Leyla Əliyeva Şəkidə Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri ilə görüşüb
  • Bugün, 09:42
    Azərbaycan neftinin qiyməti 76 dollardan aşağı düşüb
  • Bugün, 09:14
    BİZİM TƏQVİM: 1 iyul tarixində baş vermiş tarixi hadisələr
  • Dün, 16:21
    Bakıda 7 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
  • Dün, 14:42
    Ukrayna dronların alınması üçün Avropa İttifaqından 3,9 milyard avro məbləğində ilk tranşı alıb
  • Dün, 13:09
    Səbinə Əliyeva: Ukraynaya itkin düşən şəxslərlə bağlı dəstək Azərbaycanın humanitar həmrəyliyə əsaslanan siyasətinin təzahürüdür
  • Dün, 12:45
    MM Hesablama Palatasına yeni səlahiyyətlər verilməsini I oxunuşda təsdiqləyib
  • Dün, 12:07
    Sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunmasına dair cərimələr son oxunuşda qəbul edilib
  • Dün, 11:11
    Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb, 14 məsələ müzakirə olunacaq
  • Dün, 10:29
    İyulun 13-dən tələbələrin yerdəyişməsi üzrə sənəd qəbuluna başlanılır
  • Dün, 09:44
    Kobaxidze və Bektenov ticari-iqtisadi əməkdaşlığın inkişafını müzakirə ediblər
  • Dün, 09:07
    Kirmanşahda atışma baş verib, iki SEPAH hərbçisi öldürülüb
  • 29-06-2026, 18:47
    Ukrayna ordusu üç körpünü, sursat anbarını və idarəetmə məntəqələrini vurub
  • 29-06-2026, 18:07
    KİV: İsrail və Livan arasında sülh danışıqlarının yeni raundu sabah keçiriləcək
  • 29-06-2026, 17:35
    Sabahdan bəzi rayonlarda yağış yağacaq, külək güclənəcək - XƏBƏRDARLIQ - YENİLƏNİB
  • 29-06-2026, 17:04
    Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil
  • 29-06-2026, 15:27
    Sepah zəifləyərsə, İran güclənər - ABŞ-İslam Respublikası savaşı bitər - ŞƏRH
  • 29-06-2026, 14:46
    Kamran Əliyev İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru ilə görüşüb
  • 29-06-2026, 13:34
    Rusiyanın Dneprə raket hücumu nəticəsində 4 nəfər ölüb
  • 29-06-2026, 12:56
    Autizmli uşaqlar Azərbaycan millisinin təlim-məşq düşərgəsini ziyarət ediblər
  • 29-06-2026, 12:07
    Azərbaycanda ərzaqlıq buğdanın dövlət tədarük qiyməti müəyyən edilib
  • 29-06-2026, 11:37
    Ərdoğan: I Türkoloji Qurultayın 100 illik yubileyinin Bakıda qeyd olunması təsadüfi deyil
  • 29-06-2026, 10:43
    Rəsmi Bakıdan İsrailə çağırış - “Bu qərar ciddi narahatlıq doğurur”
  • 29-06-2026, 10:06
    Süleyman Rüstəmin yeganə övladı vəfat etdi
  • 29-06-2026, 09:25
    Binəqədi rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq
Daha çox
25-06-2026, 12:32
Su polisi Hövsanda əməliyyat keçirib, külli miqdarda narkotik aşkarlanıb
25-06-2026, 16:25
“İntellektual gömrük” informasiya sistemi yaradılıb
25-06-2026, 17:15
Lukaşenko bu yaxınlarda Zelenskinin nümayəndələri ilə görüşdüyünü bildirib
25-06-2026, 17:45
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək
26-06-2026, 11:24
Venesuela Səhiyyə Nazirliyi: Zəlzələlər nəticəsində 235 nəfər ölüb, 4,3 min nəfər xəsarət alıb
25-06-2026, 10:34
600 bal toplayanların ən çoxu I qrupdadır
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Müsahibə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
  • Təsisçi: Kənan Adıgözəlov
Müəllif hüquqları qorunur. TAQ.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2022 TAQ.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə