TAQ. az xəbər verir ki, 2021-ci ilin yanvar-dekabr aylarında isə respublikada ümumi elektrik enerjisinin istehsalı 2020-ci illə müqayisədə 2044,8 mln. kVt·st artaraq 27856,0 mln. kVt·st olub. Hesabat dövründə 2020-ci ilin 12 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 1840,5 mln. kVt·st , SES-lərdə 207,9 mln. kVt·st mln artıb, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 3,6 mln. kVt·st azalıb.
Həmçinin elektrik enerjisinin ixracı 1677,1 mln. kVt·st olmaqla, 2020-ci illə müqayisədə 526,4 mln. kVt·st, elektrik enerjisinin idxalı isə 151,5 mln. kVt·st olmaqla, 2020-ci ilə nisbətən 15,0 mln. kVt·st artıb.
Günel İsayeva