• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Bayrağı tapdalamaq milli kimliyi tapdalamaqdır!

Gündəm / Sosial

31-01-2022, 09:30

Bayrağı tapdalamaq milli  kimliyi tapdalamaqdır!

Ötən gün sosial şəbəkələr üzərindən yayılan bayrağa dair video insanlarda qıcıq yaratdı. Çoxu bunu həqarət, az qismi isə adi hadisə hesab etdi. "Cinayət deyil ki, bayraqdır da" deyənlərə cinayət onların fikrində insan qətli, körpə qətli ilə assosiasiya olunur. Ancaq anlamırlar ki, bayrağa həqarət etmək o bayrağın kimlik daşıyıcılarına edilən həqarətdir. Həqarət elə cinayətdir, daha ağır, daha kəskin. Keçək videoya.

1985- ci il təvəllüdlü Fuad İsmayılov adlı şəxs yol keçərkən dirəkdə dalğalanan Türkiyə Respublikasının dövlət bayrağını hədəfə almaq məqsədi ilə dirəkdən onu kəsir və istədiyinə nail olur. Bayraq yerə düşür. "Qəhrəman" bunu görcək yoluna davam edir. Ardınca gələn digər vətəndaş bayrağı yerdən götürüb ağaca qoyur. İki fərqli vətəndaşda fərqli mədəniyyət özünü göstərir. Biri bayrağı ayaqlar altına atmağa tələ qurarkən, digəri onu tapdalamağı milli kimliyinə, şəxsiyyət yetkinliyinə sıxışdırmır.
Videodan da açıq-aşkar görünür ki, bu təsadüfi deyil, elə bilərəkdən edilən həqarətdir.
Azərbaycanda fərqli millətlər, fərqli etniklər yaşayır. Hamı milli kimlik baxımından türk deyil, amma vətəndaş baxımından Azərbaycan Respublikasının vətəndaşıdır. Hər kəs bu dövlətin qoyduğu qanunlara tabedir və qayda pozan hər kəs qanun qarşısında cavabdeh olmalıdır.
Türkiyə Azərbaycanın qan, can, dilbir qardaşıdır, böyük qardaşı.
Çünki oxşar dilin, oxşar dinin, oxşar mədəniyyətin və oxşar adət-ənənənin daşıyıcılarıdırlar. Kimisi özünə doğma, kimisi özünə yad bilər. Bu onların hüququdur. Türkiyəni, türki sevmək məcburi deyil, amma bir dövlətin bayrağını təhqir etmək yolverilməzdir. Fərq etməz, istənilən ölkənin bayrağına həqarət doğru deyil, ən yalnış hərəkətdir. Çünki milli rəmzlərdən hesan olunan bayraq bir xalqın, bir dövlətin əsrlərdir tarixini, mədəniyyətini, milli kimliyini, şərəfini, ləyaqətini özündə əks etdirir. O bayraqda Vətən, torpaq uğrunda can verən şəhidlərin, şəxsiyyətlərin, o dövləti quranların, qoruyanların şərəfi, şərafətli, ləyaqəti var. İndi onu ayaqlar altına atıb tapdalamaqla həmin şərəfi, ləyaqəti, milli kimliyi alçaltmaqmı olar!?
Xeyr, olmaz! Qətiyyən olmaz. Bayraq kin, nifrin vasitəsi deyil, bayraq qisas mənbəyi deyil, bayraq hədəf vasitəsi olmamalı. Hansı ölkənin və hansı xalqın bayrağı olmağından asılı olmayaraq. Bayraq fonunda edilən hər cür həqarət və qisas cılız davranışdır. Türk xalqına nifrət içimizdəki düşmənlərin işi ola bilər. Türk birliyini, türk comərdliyini və türk kimliyini istəməyənlər şəxsi qərəz və tayfa kinini bu və ya digər formada həyata keçirməklə özünü "qəhrəman" sana bilər. Bayraq parçadan hazırlanmış müəyyən ölçüdə kəsilmiş simvoldur, rəmzdir. Nə dili var, nə də özünü müdafiə qabiliyyəti. Ancaq ona edilən xoş və mənfi davranışlar təmsil etdiyi xalqa, dövlətə qarşı olan münasibəti əks etdirir.
Eləcə də bu gənc həmin davranışı sərgilədi, kinini və nifrətini bütövlükdə xalqa, dövlətə qarşı ortalığa qoydu. İndi keçək bayrağın tarixinə və ona qarşı edilən həqarətə, eləcə də Türkiyə dövlətinin verdiyi hüquqi qiymətə.

Qırmızı zəmin üzərində ağ aypara və ulduzdan ibarət Türkiyə bayrağı ilk dəfə Osmanlı İmperiyası tərəfindən 1844-cü ildə qəbul olunub. Bayraq 29 may 1936-cı ildə 2994 nömrəli Türkiyə Bayrağı Qanunu ilə rəsmiləşdirilmiş və Türkiyənin dövlət bayrağı olaraq qəbul edilib. 22 sentyabr 1983-cü ildə isə 2893 nömrəli Türkiyə Bayrağı Qanunu ilə bayrağın ölçüləri müəyyənləşdirilərək müasir halını alıb.
25 yanvar 1985-ci ildə Türkiyə bayrağı ilə əlaqəli bir neçə yeni maddələr əlavə olunub ki, bu maddələrə görə Türkiyə bayrağı cırılmış, yamaqlı, çirkli, deşilmiş, qırışmış və ya solğun ola bilməz. Mənəvi dəyərlərə xələl gətirdiyi üçün bu kimi vəziyyətlərdən ehtiyatla çəkinmək lazımdır. Bununla yanaşı, rəsmi mərasimlər istisna olmaqla, Türkiyə bayrağı minbər, masa kimi yerlərə örtük kimi qoyula bilməz. Bir paltar şəklində geyilə bilməz, çantalar, torba və digər əşyalar bayraqdan hazırlana bilməz. Türkiyə Bayrağı Qanununun 8-ci maddəsinə görə, sözügedən müddəaları pozan şəxslər qanuni olaraq cəzalandırılır. Türkiyə bayrağı şəhidlərin, prezidentlərin, qazilərin, hakimlərin, müavinlərin, yüksək məhkəmə orqanlarının, hesab məhkəmələrinin, dövlət sənətçilərinin və polis məmurlarının cənazələrinin üzərinə örtülə bilər ancaq.
Bayraq türkün inanc mənbəyi, ümid yeri, son sığınacağıdır. Hətta Türkiyə bayrağında istifadə olunan hilal formasındaki ay İslam dinini təmsil edir və bəzilərinin cənnətin, Allahına olan inancının köhnə Türk inancı olduğuna inanırlar. Rəvayətə görə bayraqdakı qırmızı qan rəngidir və şəhidlərin tökülmüş qanını təmsil edir. Gecə yarısı isə qan üzərində əks olunan ay və ulduzlar Türkiyə bayrağını əmələ gətirir.
Bəli, türkün adı qədər bayrağı da əzəmətlidir. Və bir dövlət bayrağına edilən bu yalnış davranış sadəcə həqarətdir, xalqa, dövlətə bəslənən nifrətin bariz təzahürüdür.
Artıq Daxili İşlər Nazirliyi məlumat yaydı ki, hadisəni törədən şəxs, Fuad İsmayılov polis tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək saxlanılıb. İlkin izahatında təqsirləndirilən şəxs əməlini etiraf edib.
Hazırda faktla bağlı hüquq - mühafizə orqanlarında araşdırma aparılır. Ümid edirik, qanuni çərçivədə hadisəyə obyektiv qiymət verilər.
Türkiyə Azərbaycan Qardaşlıq İctimai Birliyi tərəfindən də bu hadisə xoşagəlməz hal olaraq qiymətləndirildi və üzv olan hər bir əməkdaş bunu yolverilməz bir davranış, ciddi hüquq pozuntusu kimi qələmə verdi. İctimai Birlik iki qardaş ölkənin sıx münasibətlərinin möhkəmləndirildiyi və daha da şaxələndirildiyi bir dönəmdə bu cür davranışların peyda olmasını da təsadüfi hesab etmir. Hər iki ölkə daxilində türk birliyinə, türk qardaşlığına zidd gedənlər, onu istəməyənlər ancaq bu cür "qisasla" etiraz edə bilər. Türk dünyası isə bu cür "etirazlara" hər zaman hazır olmalı və aidiyyəti qurumlar, vətəndaş mövqeyi baxımından hər kəs fikrini, etirazını bildirməli və hüquqi aspektdən lazımı addımı atılmalıdır.
Türkiyə Azərbaycan Qardaşlıq İctimai Birliyi də rəhbərlik daxil bütün kollektivi türk birliyi və qardaşlığı naminə hər cür təxribatlara etiraz edərək, "Yaşasın Türkiyə Azərbaycan Qardaşlığı Birliyi" deyirik.

Son fikrimizi Bəxtiyar Vahabzadənin bayrağa dair yazdığı şeirindən seçilmiş təsirli misraları ilə tamamlayırıq.

Üçrəngli bayrağın kölgəsində mən
Qaraca torpağı vətən görmüşəm.
Zəfər güllərini dövri-qədimdən
Bayraq işığında bitən görmüşəm.

Bayraq mənliyimdir, bayraq kimliyim,
Bayraq-öz yurduma öz hakimliyim.

Günel İsayeva

Oxunub: 0
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

26-05-2025, 10:34

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Gündəm / Sosial

21-09-2022, 19:21

İlham Əliyev Laçın şəhərində Azərbaycan Bayrağını ucaldıb - FOTOLAR

Gündəm / Siyasət

25-05-2024, 19:07

Prezident əfv sərəncamı imzaladı - SİYAHI

Gündəm / Siyasət

27-05-2022, 20:35

Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI

Gündəm / Siyasət

24-12-2022, 18:29

İlham Əliyev Qərbi Azərbaycan İcmasının binasında - FOTOLAR (YENİLƏNİB)

Şou Biznes
Naxçıvan mədəniyyət nazirinə müavin təyin edilib
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
Xalq artisti Zaur Rzayev xəstəxanadan evə buraxılıb
Kənan Doğulu, Beren Saat və daha 20 nəfər narkotikə görə saxlanılıb
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
"Energetika Memarlığı" filmi təqdim olunub
Araşdırma
12-03-2026, 12:12
İsrail Səhiyyə Nazirliyi İranın hücumlarından zərərçəkənlərin sayını açıqlayıb
2-03-2026, 16:57
Zelenski tərəfdaşların İran dronlarını vurmaq üçün Ukraynadan kömək istəmədiyini bildirib
21-06-2025, 14:23
Almaniya XİN İrandakı səfirliyini qonşu ölkəyə köçürüb
12-05-2025, 12:12
Baş prokuror Nizami rayonunda vətəndaşları qəbul edəcək
21-02-2024, 23:20
Aybəniz Haşımovanın qardaşı həbs edildi
10-01-2024, 14:27
Azərbaycanda iş adamı qəzada öldü
Hadisə
Dün, 16:56
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
7-10-2026, 15:39
Qubada iki avtomobil toqquşub, ölən var
7-10-2026, 10:04
Bakıda maşın ağaca çırpılıb, sürücü xəsarət alıb - VİDEO
Son xəbərlər
  • Bugün, 17:41
    Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib
  • Bugün, 17:18
    Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb
  • Bugün, 16:45
    Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək
  • Bugün, 15:35
    Sərdar Berdiməhəmmədov: Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması Türkmənistan üçün prioritetdir
  • Bugün, 14:58
    Milli Məclisin növbəti plenar iclasında 13 məsələ müzakirə ediləcək
  • Bugün, 13:04
    Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq
  • Bugün, 12:45
    MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir
  • Bugün, 11:54
    Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb
  • Bugün, 11:02
    Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır
  • Bugün, 10:23
    Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq
  • Bugün, 09:48
    Azərbaycan neftinin qiyməti 133 dolları keçib
  • Bugün, 09:03
    Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq
  • Dün, 18:26
    Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ
  • Dün, 17:56
    İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib
  • Dün, 16:56
    Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
  • Dün, 16:27
    Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib
  • Dün, 16:07
    Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib
  • Dün, 15:22
    C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır
  • Dün, 14:47
    Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb
  • Dün, 13:09
    Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək
  • Dün, 12:42
    Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər
  • Dün, 12:10
    Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb
  • Dün, 11:45
    Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir
  • Dün, 11:23
    Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir
  • Dün, 10:49
    İlham Əliyev "Avaza" Kompleksinə gəlib
  • Dün, 09:42
    İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib
  • Dün, 09:22
    Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq
  • 7-10-2026, 18:22
    Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib
  • 7-10-2026, 17:40
    Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib
  • 7-10-2026, 17:03
    Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib
  • 7-10-2026, 16:33
    İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib
  • 7-10-2026, 15:47
    Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib
  • 7-10-2026, 15:39
    Qubada iki avtomobil toqquşub, ölən var
  • 7-10-2026, 15:12
    Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb
  • 7-10-2026, 12:55
    Astanada Dünya və Ənənəvi Din Liderləri Qurultayında üç beynəlxalq sənəd qəbul edilib
Daha çox
3-10-2026, 09:53
Azərbaycan nefti cüzi ucuzlaşıb
3-10-2026, 11:30
Türkiyə XİN: Türk dövlətlərinin malik olduğu əməkdaşlıq və inteqrasiyasını daha da yüksəyə qaldırmağa qərarlıyıq
3-10-2026, 15:03
Keniyada kütləvi yol-nəqliyyat hadisəsində 17 nəfər ölüb
3-10-2026, 10:33
Rəsmi Bakı Almaniya, Koreya və İraqı Milli Gün münasibətilə təbrik edib
3-10-2026, 12:32
Qanunsuz saxlanılan silahlar aşkarlanıb
3-10-2026, 16:09
DİN narkotiklə bağlı əməliyyatlar keçirib, saxlanılanlar arasında İran vətəndaşı da var
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Müsahibə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
  • Təsisçi: Kənan Adıgözəlov
Müəllif hüquqları qorunur. TAQ.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2022 TAQ.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə