• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Sabah üçün ərzaq ehtiyatı toplayaqmı: Bahalaşma və qıtlıq təlaşı - ARAŞDIRMA

Gündəm / Sosial

12-04-2022, 08:43

Sabah üçün ərzaq ehtiyatı toplayaqmı: Bahalaşma və qıtlıq təlaşı - ARAŞDIRMA


Çoxları Sovet İttifaqının son dövrlərində yaşanılan defisiti və əhalinin böyük bir hissəsi üçün ən zəruri ərzaq məhsullarının qiymətinə görə əlçatmaz olduğu keçən əsrin 90-cı illərini xatırlayır. Buna görə də hər anlaşılmaz vəziyyətdə özlərini sığortalamağa və evdə ən azı kiçik bir qida ehtiyatı formalaşdırmağa çalışırlar.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, mart ayında dünya ərzaq qiymətləri 12,6% artaraq, 1990-cı ildən bəri tarixi maksimuma çatıb. FAO-nun Ərzaq Qiymətləri İndeksi martda orta hesabla 159,3 bənd təşkil edib ki, bu da indeksin yaradılmasından, 1990-cı ildən bəri ən yüksək səviyyəyə çatdığı fevraldan 12,6% çoxdur. FAO nümayəndələri dünya qiymətlərinin əhəmiyyətli dərəcədə artmasını Ukraynada davam edən müharibə ilə əlaqələndirirlər.

Rusiyada məlum hadisələr başlayandan sonra şəkər və digər uzunmüddətli ərzaq məhsulları piştaxtalardan süpürüldü. Azərbaycan daha çox bitki yağı istehsalı üçün xammal və Rusiyadan bitki yağı idxalından asılıdır. Amma 2022-ci il aprelin 1-dən avqustun 31-dək Rusiyadan günəbaxan yağının ixracına qadağa qoyulması barədə qərar qəbul edilib.

Bu baxımdan bir çox vətəndaşlarımız bu məhsulun qıtlığından və qiymətinin xeyli qalxmasından narahatdırlar. Şəkər tozu və un kimi qida məhsulları ilə bağlı da narahatlıq var, çünki burada da Rusiya və Ukraynadan böyük alışlar etmişik. Bütün bu məhsulları mağazalarımızda əldə etmək olar, lakin bəzilərinin qiymətləri artıq artıb.

Düzdür, bir sıra satış məntəqələrində bitki yağlarına vaxtaşırı endirim edilir. Buna baxmayaraq, bəzi vətəndaşlar özləri üçün qida təhlükəsizliyi yastığı yaratmağa qərar veriblər və bununla daha rahat olacaqlarını düşünürlər. Elə AYNA-nın həmsöhbətləri kimi.

Mümkün qıtlıq və bahalaşma xəbərindən qorxan paytaxt sakini Zarina Həsənova bir-iki həftə əvvəldən, təcili olaraq 50 kiloqram un və eyni miqdarda şəkər tozu, həmçinin 15 litr bitki yağı alıb. Dediyinə görə, ailə kiçikdir - üç nəfər, amma qadın daha 50 kilo un alıb-almayacağını fikirləşir.

“Yoldaşımı un və qənd üçün göndərdim, hər ikisindən də 20 kilo aldıq. Əvvəllcədən 10 litr bitki yağı da almışam. Əgər bu məhsullar birdən-birə bir müddət yoxa çıxsa, aldıqlarım müəyyən müddətə kifayət edəcək”, - deyə başqa bir paytaxt sakini Aytən Nuriyeva bildirib.

Vəfa Quliyeva da etiraf edib ki, o, hər ehtimala qarşı yalnız bitki yağı - günəbaxan və qarğıdalı yağları ehtiyatı toplayıb: “Yağların orta saxlama müddəti bir ildir, daha ucuz olmayacaq, amma bahalaşa bilər. Ömrünüzün qalan hissəsi üçün, əlbəttə ki, hər şeyi yığa bilməzsiniz, amma heç olmasa kiçik bir ehtiyat ola bilər. Biz gələcək üçün şəkər və un almamışıq. Şəkərdən az istifadə edirik. Unun isə içinə həşəratlar düşə bilər”.

Bir çox insanlar çatışmazlıqlar və ya mümkün qiymət artımları ilə bağlı narahatlıq dalğasında, bir anda bir neçə ay üçün ehtiyat yığmağa başlasa, bu, ajitoaj tələbə səbəb olacaq. Amma hər qəpiyi hesabda olan istehlakçıları başa düşmək olar.

Narahat olmaq üçün əsl səbəb varmı və gələcək üçün ehtiyat yığmağa dəyərmi? AYNA-nın sualını cavablandıran Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyub Hüseynov deyib ki, rəhbərlik etdiyi quruma hər gün ölkənin hər yerindən istehlakçılardan beş-altı telefon zəngi gəlir: “Onlar mağaza rəflərindən yoxa çıxa biləcəyindən qorxduqları üçün müəyyən ərzaq məhsullarını almağa dəyərmi deyə düşünürlər. Onlar da bahalaşmadan qorxurlar”.

“İstehlakçıların narahatlığını nəzərə alaraq, istehsalçılarla və bu məsələyə nəzarət edən dövlət qurumları ilə əlaqə saxladım. Həm birincilər, həm də ikincilər əmin edirlər ki, narahatlığa əsas yoxdur, çünki Azərbaycanda kifayət qədər zəruri ərzaq ehtiyatı var”, - deyə mütəxəssis bildirib.

Hüseynovun sözlərinə görə, ajiotaj başlayanda bu, müəyyən mallarda süni qıtlığın yaranmasına gətirib çıxarır: “Məhsulun rəflərdən yoxa çıxacağından narahat olmaq üçün heç bir səbəb yoxdur. Amma qiymət artımı olacaq, baxmayaraq ki, dövlət qurumları burada da narahatlığa əsas olmadığını bildirir”.

İqtisadçı ekspert Asiman Quliyev də bizimlə söhbətində söyləyib ki, böyük miqdarda ərzaq almaq məntiqli deyil: “Həyəcan çaxnaşmadır və bunun heç bir məntiqi və iqtisadi səbəbi yoxdur. Azərbaycan iqtisadiyyatı elə qurulub ki, ölkəmiz özünü təmin edir və hələlik dünyada ərzaq qıtlığı problemi yoxdur”.

“Zəruri məhsulların tədarükü dayanmayacaq. Bundan əlavə, hazırda Rusiya-Ukrayna münaqişəsi ilə bağlı baş verənlər uzunmüddətli xarakter daşımayacaq. Biz Rusiyadan çox şey alırıq və indi bir çox ölkələrin bazarlarının ona bağlı olduğunu nəzərə alsaq, Rusiya öz məhsulunu ölkəmizdə satmaqda daha da maraqlı olacaq”, - deyə həmsöhbətimiz vurğulayıb.

Oxunub: 0
Paylaş:
Digər xəbərlər

Gündəm / Araşdırma

11-08-2022, 10:54

Azərbaycan MÖCÜZƏSİ: Ərzaq bütün dünyada ucuzlaşır, bizdə isə əksinə... - BU NƏDİ BELƏ?

Gündəm / İqtisadiyyat

31-10-2022, 10:24

Buğda ucuzlaşır, çörəyin qiymətinə necə təsir edəcək?

Gündəm / Siyasət

24-12-2022, 18:29

İlham Əliyev Qərbi Azərbaycan İcmasının binasında - FOTOLAR (YENİLƏNİB)

Gündəm / Siyasət

18-10-2021, 13:16

Prezident Füzulidə ictimaiyyət nümayəndələri ilə görüşdü - YENİLƏNİB

Gündəm / Siyasət

5-11-2022, 19:01

Prezident şəhid hərbçiləri təltif etdi - Siyahı

Şou Biznes
Xalq artisti Zaur Rzayev xəstəxanadan evə buraxılıb
Kənan Doğulu, Beren Saat və daha 20 nəfər narkotikə görə saxlanılıb
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
"Energetika Memarlığı" filmi təqdim olunub
"Sevgililərinə ev alırlar, amma sənətkarlara biganə qalırlar" - Xalq artisti
"Oskar" mükafatının qaliblərinin adları açıqlanıb
Araşdırma
12-03-2026, 12:12
İsrail Səhiyyə Nazirliyi İranın hücumlarından zərərçəkənlərin sayını açıqlayıb
2-03-2026, 16:57
Zelenski tərəfdaşların İran dronlarını vurmaq üçün Ukraynadan kömək istəmədiyini bildirib
21-06-2025, 14:23
Almaniya XİN İrandakı səfirliyini qonşu ölkəyə köçürüb
12-05-2025, 12:12
Baş prokuror Nizami rayonunda vətəndaşları qəbul edəcək
21-02-2024, 23:20
Aybəniz Haşımovanın qardaşı həbs edildi
10-01-2024, 14:27
Azərbaycanda iş adamı qəzada öldü
Hadisə
12-09-2026, 09:35
Bakıda avtomobil qadını vuraraq öldürüb
10-09-2026, 16:35
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
9-09-2026, 09:28
Zərdabda baş verən qəzada ölənlərin adları məlum olub - YENİLƏNİB
Son xəbərlər
  • Bugün, 13:52
    İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib
  • Bugün, 13:10
    İlham Əliyev və Mehriban Əliyeva Şamaxıya səfər ediblər
  • Bugün, 12:55
    Dövlət Agentliyinin əməkdaşlarının tibbi təminatı Daxili İşlər Nazirliyinə həvalə olunub
  • Bugün, 12:26
    Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
  • Bugün, 12:09
    Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib
  • Bugün, 11:25
    İlham Əliyev TDT Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb
  • Bugün, 10:05
    Azərbaycan ilə Malayziyanın turizm əlaqələri müzakirə olunub
  • Bugün, 09:31
    Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri Filippin və Danimarka ilə qarşılaşacaqlar
  • Dün, 16:45
    Gürcüstan Prezidenti Azərbaycana yeni təyin olunmuş səfirlə görüşüb
  • Dün, 16:13
    Təhsil dövrü 5 il olan hərbçilər üçün "leytenant" rütbəsinin müddəti azaldılır
  • Dün, 15:33
    Bakıda keçirilən beynəlxalq audit konfransının iştirakçıları Prezidentə müraciət ediblər
  • Dün, 14:37
    Haaqa məhkəməsində Kosovo Azadlıq Ordusunun rəhbərlərinə hökm oxunub
  • Dün, 14:04
    Ermənistan Konstitusiya Məhkəməsi TRIPP layihəsi üzrə sazişi təsdiqləyib
  • Dün, 12:59
    Bakıda 32, rayonlarda 35 dərəcə isti olacaq
  • Dün, 12:42
    Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib
  • Dün, 12:22
    İlham Əliyev Auditorlar Palatasının üzvlərini və əməkdaşlarını təltif edib
  • Dün, 11:44
    İlham Əliyev Auditin inkişaf mərhələlərinə həsr edilən beynəlxalq konfransın iştirakçılarına müraciət göndərib
  • Dün, 10:57
    Zakir Həsənov 13-cü Pekin Syanşan Forumunda iştirak edib
  • Dün, 10:21
    Abbas Əraqçi və Van İ Pekində danışıqlar aparıblar
  • Dün, 09:25
    Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak edib
  • Dün, 08:58
    Nümayəndələr Palatası Trampdan İrana qarşı hərbi əməliyyatları dayandırmağı tələb edib
  • 15-09-2026, 12:19
    TBMM sədri Bakının işğaldan qurtuluşunun 108-ci ildönümü münasibətilə Azərbaycanı təbrik edib
  • 15-09-2026, 11:57
    İqtisadiyyat nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib
  • 15-09-2026, 10:52
    Birol Akgün Şəhidlər xiyabanı və Türk şəhidliyini ziyarət edib
  • 15-09-2026, 10:15
    XİN Bakının işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib
  • 15-09-2026, 09:52
    Azərbaycan neftinin qiyməti 127 dolları ötüb
  • 15-09-2026, 09:09
    Bakının erməni-bolşevik işğalından azad olunmasından 108 il ötür
  • 15-09-2026, 08:51
    Azərbaycanda Bilik Günüdür
  • 14-09-2026, 14:50
    KİV: Rusiyanın 51-ci ordusunun komandanı Sergey Milçakov öldürülüb
  • 14-09-2026, 13:46
    Azərbaycanın AİB ilə əməkdaşlığı üzrə 5,6 mlrd. dollarlıq maliyyələşmə həyata keçirilib
  • 14-09-2026, 12:58
    İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın sertifikatı təqdim olunub
  • 14-09-2026, 12:33
    "Bilik günü" Azərbaycanda 34 dərəcə isti olacaq
  • 14-09-2026, 11:48
    MM cinayət işlərində hüquqi yardıma dair Avropa Konvensiyasına Əlavə Protokolu təsdiqləyəcək
  • 14-09-2026, 11:19
    İlham Əliyev "SABAH.city" innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib
  • 14-09-2026, 10:40
    Xalq artisti Zaur Rzayev xəstəxanadan evə buraxılıb
Daha çox
12-09-2026, 11:01
Şəkidəki “Zipline” faciəsi ilə bağlı gözdən qaçan detal
11-09-2026, 14:57
Aİ Ukrayna üçün HHM, dron və raketlərin alınmasına 6,1 milyard avronun ayrılmasını təsdiqləyib
12-09-2026, 15:44
İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb
11-09-2026, 17:37
Yağış yağacaq, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
11-09-2026, 17:56
Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam
11-09-2026, 18:07
Azərbaycanda regionlarında rəqabətin inkişaf səviyyəsi qiymətləndiriləcək
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Müsahibə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
  • Təsisçi: Kənan Adıgözəlov
Müəllif hüquqları qorunur. TAQ.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2022 TAQ.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə