• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Prezident mesaj verdi: “Qeyri-dost ölkə” eyhamı…

Gündəm / Siyasət

13-04-2022, 13:13

Prezident mesaj verdi: “Qeyri-dost ölkə” eyhamı…


Prezident İlham Əliyev aprelin 12-də nazirlərlə bu ilin birinci rübününün yekunlarına həsr olunmuş müşavirədə Azərbaycanın valyuta gəlirlərinin artdığını, qeyri-neft sektorunun inkişafını vurğulamaqla yanaşı, Qarabağdakı vəziyyət və Ermənistanla münasibətlərdən də danışdı, mesajlarını verdi.

Bu barədə “Atlas” Araşdırmalar Mərkəzi təhlil paylaşıb.

“Birincisi, İlham Əliyev ilk dəfə Qarabağda Fərrux kəndinin və Fərrux yüksəkliyinin nəzarətə götürülməsi barədə fikrini bildirdi. Prezident dedi ki, Azərbaycan ordusu Fərrux yüksəkliyini nəzarətə götürməsəydi, oradakı silahlı separatçılar azad olunan Ağdam şəhərinə və su anbarlarına təhlükə yaradacaqdı. Buna görə də Prezident Fərrux dağının Azərbaycan üçün xüsusi əhəmiyyəti olduğunu vurğuladı.

İkincisi, Prezident hərbi məsələlərin həlli üçün vəsaitin artırılacağını bildirdi. İlham Əliyev Ermənistanın silahlanmasına son qoyulmasını belə izah etdi: “Ermənistanın özünün silah almağa pulu yoxdur, heç vaxt da olmayıb. İkinci Qarabağ müharibəsində biz Ermənistanın haradasa 4-5 milyard dollarlıq dəyərində hərbi texnikasını məhv etmişik. Bu texnikanın bir hissəsi qənimət kimi götürülüb, biz ondan istifadə edirik. Bir hissəsi isə Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Sual olunur: Kasıb ölkədə bu qədər pul haradandır? Bu kreditlər haradandır? Bu kreditlərin sonra pulu qaytarılıbmı, qaytarılmayıbmı? Yoxsa silinib? Əgər o kreditlər verilməsəydi, mən tam əminəm ki, İkinci Qarabağ müharibəsinə ehtiyac qalmazdı. Ermənistan özü gəlib boynunu büküb razılığa gələrdi, necə ki, kapitulyasiya aktını imzaladı, bütün şərtlərimizi qəbul etdi və müharibədən sonra da necə deyərlər, tam başqa mövqe sərgiləyir. Ona görə əgər yenidən Ermənistanın silahlanmasına pul ayrılacaqsa, biz bunu qeyri-dost addım kimi qiymətləndirəcəyik və öz addımlarımızı buna uyğun şəkildə atacağıq”.

Prezidentin açıqlamasının bu hissəsi Rusiyaya mesajdır. Çünki Ermənistana pulsuz silah verən, silah almaq üçün kredit ayıran yeganə ölkə Rusiyadır. İlham Əliyev Kremli xəbərdar edir ki, Rusiya Ermənistanı silahlandırmaqda davam etsə, bu Azərbaycan-Rusiya münasibətlərinə mənfi təsir edəcək.

Bu Kremli narahat etmir. İlham Əliyev müharibədən dərhal sonra Rusiyaya bir neçə dəfə belə bir sual ünvanladı: “İsgəndər-M raketləri Ermənistana niyə verilib?” Rusiyanın heç bir rəsmisi və yüksək rütbəli hərbçisi bu məsələyə aydınlıq gətirmədi. İsgəndər-M raketləri Ermənistana verilməməliydi. Rusiyanın Ermənistana verdiyi bu raketlərdən Azərbaycan əraziləri vuruldu, mülki insanlar həlak oldu.

Rusiya Ermənistanın Azərbaycan qarşısında hərbi nöqeyi-nəzərdən zəif düşməməsi üçün bu ölkəyə hərbi texnika verməkdə davam edəcək. Bunu açıq və gizli yollarla həyata keçirəcək. Azərbaycan hərbi büdcəsini artırır, Ermənistanın Azərbaycanla bu sahədə yarışması mümkün deyil. Buna görə də Ermənistan Rusiyadan yardım istəyəcək. Kremlin keçmişdə olduğu kimi Ermənistanı silahlandırmaqda davam edəcək.

Üçüncüsü, İlham Əliyev müşavirədə Avropa İttifaqının vasitəçiliyini müsbət qiymətləndirdiyini söylədi. Avropa İttifaqının postmünaqişə dövrünün reallıqlarını qəbul etdiyini deyən dövlət başçısı buna misal olaraq Brüsseldə qəbul edilən ortaq bəyanatda “Dağlıq Qarabağ” ifadəsinin işlədilməməsini göstərdi. Bəyanatda “Minsk Qrupu”nun xatırlanmaması da xeyrimizədir. Prezidentin sözlərinə görə, Ermənistanın Baş naziri Nikol Paşinyan Brüsseldə Azərbaycanın sülh üçün təklif etdiyi 5 prinsipi qəbul edib. Bu o deməkdirmi ki, Ermənistan hakimiyyəti Azərbaycanın ərazi bütövlüyü qəbul edir və Azərbaycana qarşı ərazi iddiasından əl çəkir? Bunu gələcək danışıqlar göstərəcək. Çünki Ermənistan rəsmiləri verdikləri açıqlamalarda yenə də Qarabağın “statusunun” müəyyənləşməsi məsələsini qaldırırlar. Əlbəttə, Ermənistan rəsmiləri bu açıqlamanı daxili auditoriyanı və separatçıları sakitləşdirmək üçün səsləndirirlər. Ancaq Ermənistan rəsmiləri qapalı görüş və müzakirələrdə verdikləri vədi yerinə yetirməyəcəklərsə, iki ölkə arasında sülh mümkün olmayacaq”, - təhlildə qeyd olunub.

Həmçinin bildirilib ki, Brüsseldə həm sərhədlə, həm də sülh müqaviləsinin hazırlanması ilə bağlı işçi qrupların yaradılması razılaşdırıldı:

“İndi əsas məsələ işçi qrupların fəaliyyətə başlamasını sürətləndirməkdir. Çünki bu prosesə mane olan qüvvələrin sayı çoxdur. Bu, Ermənistanın Qarabağ klanının simasında radikal müxalifət, Qarabağdakı separatçılar, dünyadakı erməni lobbisi və Rusiyadakı mərkəzlərdir. Bunlar birləşərək Azərbaycanla Ermənistan arasında birbaşa dialoqa və müzakirələrə mane olmağa çalışacaqlar”.

Oxunub: 0
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

28-10-2025, 15:18

Prezident İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib

Gündəm / Siyasət

18-12-2021, 16:51

Əliyev İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibə verdi

Gündəm / Sosial

21-09-2022, 19:21

İlham Əliyev Laçın şəhərində Azərbaycan Bayrağını ucaldıb - FOTOLAR

Gündəm / Siyasət

8-11-2022, 18:28

İlham Əliyev xanımı və oğlu ilə birlikdə Şuşada - FOTOLAR (YENİLƏNİB)

Gündəm / Siyasət

27-06-2022, 11:21

İlham Əliyev Kəlbəcər və Laçında...

Şou Biznes
Naxçıvan mədəniyyət nazirinə müavin təyin edilib
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
Xalq artisti Zaur Rzayev xəstəxanadan evə buraxılıb
Kənan Doğulu, Beren Saat və daha 20 nəfər narkotikə görə saxlanılıb
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
"Energetika Memarlığı" filmi təqdim olunub
Araşdırma
12-03-2026, 12:12
İsrail Səhiyyə Nazirliyi İranın hücumlarından zərərçəkənlərin sayını açıqlayıb
2-03-2026, 16:57
Zelenski tərəfdaşların İran dronlarını vurmaq üçün Ukraynadan kömək istəmədiyini bildirib
21-06-2025, 14:23
Almaniya XİN İrandakı səfirliyini qonşu ölkəyə köçürüb
12-05-2025, 12:12
Baş prokuror Nizami rayonunda vətəndaşları qəbul edəcək
21-02-2024, 23:20
Aybəniz Haşımovanın qardaşı həbs edildi
10-01-2024, 14:27
Azərbaycanda iş adamı qəzada öldü
Hadisə
8-10-2026, 16:56
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
7-10-2026, 15:39
Qubada iki avtomobil toqquşub, ölən var
7-10-2026, 10:04
Bakıda maşın ağaca çırpılıb, sürücü xəsarət alıb - VİDEO
Son xəbərlər
  • Dün, 17:41
    Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib
  • Dün, 17:18
    Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb
  • Dün, 16:45
    Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək
  • Dün, 15:35
    Sərdar Berdiməhəmmədov: Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması Türkmənistan üçün prioritetdir
  • Dün, 14:58
    Milli Məclisin növbəti plenar iclasında 13 məsələ müzakirə ediləcək
  • Dün, 13:04
    Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq
  • Dün, 12:45
    MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir
  • Dün, 11:54
    Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb
  • Dün, 11:02
    Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır
  • Dün, 10:23
    Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq
  • Dün, 09:48
    Azərbaycan neftinin qiyməti 133 dolları keçib
  • Dün, 09:03
    Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq
  • 8-10-2026, 18:26
    Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ
  • 8-10-2026, 17:56
    İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib
  • 8-10-2026, 16:56
    Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
  • 8-10-2026, 16:27
    Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib
  • 8-10-2026, 16:07
    Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib
  • 8-10-2026, 15:22
    C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır
  • 8-10-2026, 14:47
    Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb
  • 8-10-2026, 13:09
    Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək
  • 8-10-2026, 12:42
    Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər
  • 8-10-2026, 12:10
    Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb
  • 8-10-2026, 11:45
    Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir
  • 8-10-2026, 11:23
    Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir
  • 8-10-2026, 10:49
    İlham Əliyev "Avaza" Kompleksinə gəlib
  • 8-10-2026, 09:42
    İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib
  • 8-10-2026, 09:22
    Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq
  • 7-10-2026, 18:22
    Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib
  • 7-10-2026, 17:40
    Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib
  • 7-10-2026, 17:03
    Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib
  • 7-10-2026, 16:33
    İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib
  • 7-10-2026, 15:47
    Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib
  • 7-10-2026, 15:39
    Qubada iki avtomobil toqquşub, ölən var
  • 7-10-2026, 15:12
    Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb
  • 7-10-2026, 12:55
    Astanada Dünya və Ənənəvi Din Liderləri Qurultayında üç beynəlxalq sənəd qəbul edilib
Daha çox
3-10-2026, 11:30
Türkiyə XİN: Türk dövlətlərinin malik olduğu əməkdaşlıq və inteqrasiyasını daha da yüksəyə qaldırmağa qərarlıyıq
3-10-2026, 09:53
Azərbaycan nefti cüzi ucuzlaşıb
3-10-2026, 10:33
Rəsmi Bakı Almaniya, Koreya və İraqı Milli Gün münasibətilə təbrik edib
3-10-2026, 12:32
Qanunsuz saxlanılan silahlar aşkarlanıb
3-10-2026, 15:03
Keniyada kütləvi yol-nəqliyyat hadisəsində 17 nəfər ölüb
3-10-2026, 13:20
Sabah da Bakıya yağış yağacaq
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Müsahibə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
  • Təsisçi: Kənan Adıgözəlov
Müəllif hüquqları qorunur. TAQ.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2022 TAQ.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə