• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Azərbaycanda duru yağların qiyməti bahalaşır: Qıtlıq gözlənilirmi? - ARAŞDIRMA

Gündəm / İqtisadiyyat

18-06-2022, 17:03

Azərbaycanda duru yağların qiyməti bahalaşır: Qıtlıq gözlənilirmi? - ARAŞDIRMA



Rusiya-Ukrayna münaqişəsi nəticəsində dünyada ərzaq zəncirində bəzi məhsullar kəskin bahalaşıb, həmin məhsullardan biri, ərzaq səbətində mühüm yer tutan günəbaxan (bitki) yağıdır. Azərbaycanda bitki yağının qiyməti ötən illə müqayisədə iki dəfəyə yaxın bahalaşıb. Bitki yağının istehsalında günəbaxan toxumu əsaslı rol oynayır.

“Report” ölkədə günəbaxan toxumunda istehsal və idxal vəziyyətini araşdırıb.

Dünyada günəbaxan toxumu istehsalında vəziyyət necədir?

2021-2022-ci kənd təsərrüfatı ilində dünyada əsas günəbaxan toxumu üzrə istehsal edən ölkələr aşağıdakılardır:

- Ukrayna bu dövr ərzində 17,5 milyon ton günəbaxan toxumu istehsal edib;

- Rusiya 15,5 milyon ton günəbaxan toxumu istehsalı ilə ikinci yerdə qərarlaşıb;

- Avropa İttifaqına üzv olan ölkələr 10,4 milyon ton günəbaxan toxumu istehsalı ediblər;

- Argentina 3,4 milyon ton günəbaxan toxumu istehsal edib;

- Türkiyədə istehsalın həcmi 1,75 milyon ton olub.

Ukraynadan günəbaxan toxumu idxalı dayandırılıb

2021-ci ildə Azərbaycana 7,4 milyon ABŞ dolları dəyərində 6,3 min ton günəbaxan toxumu idxal olunub. Bu, dəyər ifadəsində 2020-ci illə müqayisədə 12,9%, həcm ifadəsində isə 35,7% azdır.

Azərbaycan günəbaxan toxumunu əsasən Çindən (2 milyon 983 min ABŞ dolları dəyərində 1 min 085 ton), Türkiyədən (1 milyon 928 min ABŞ dolları dəyərində 1 min 020 ton), Rusiyadan (1 milyon 785 min ABŞ dolları dəyərində 2 min 17 ton), Ukraynadan (538 min ABŞ dolları dəyərində 638 ton) idxal edib.

2022-ci ilin yanvar-aprel aylarında Azərbaycan 1 milyon 910 min ABŞ dolları dəyərində 1 min 114,94 ton günəbaxan toxumu idxal edib. Bu, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 2,8 dəfə, dəyər olaraq isə 45,9% azdır. Bu il dünya bazarlarında bir ton günəbaxan toxumu 171 ABŞ dollarına, 2021-ci ilin analoji dövründə isə 92 ABŞ dollarına satılıb. Beləliklə, son bir ildə dünyada günəbaxan toxumu 85% bahalaşıb.

Bu il Azərbaycan günəbaxan toxumunu əsasən Çindən (1 milyon 149 min ABŞ dolları dəyərində 631 ton), Türkiyədən (659 min ABŞ dolları dəyərində 376 ton), Ukraynadan (56,1 min ABŞ dolları dəyərində 66 ton) idxal edib. Bu ilin mart-aprel aylarında Azərbaycan Ukraynadan günəbaxan toxumu idxal etməyib.

2021-ci ildə ölkədə 11 min 095,1 hektar ərazidə günəbaxan əkilib. Bir hektar üçün lazım olan toxum 25 kiloqramdır. 2021-ci ildə Azərbaycanda 25,8 min ton günəbaxan istehsal edilib. Bu isə 2020-ci illə müqayisədə 4,2% çoxdur. 2021-ci ildə ölkədə 52 min 372,6 ton duru yağ istehsal edilib. Bu isə 2020-ci illə müqayisədə 1,7% azdır.

2022-ci ilin yanvar-may ayları üzrə dən üçün günəbaxanın əkin sahəsi 11,45 min hektar olub ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,6% çoxdur.

Günəbaxan istehsalını artırmağın yolları

Naxçıvan MR-in sabiq kənd təsərrüfatı naziri Rəcəb Orucov hesab edir ki, Azərbaycan günəbaxan yağının istehsalı üçün tələb olunan toxumdan xaricdən müəyyən qədər asılıdır:

“Günəbaxan bitkisi iki istiqamət üçün əkilir. Əkilən günəbaxan toxumu ya bitki yağının istehsalında, ya da çərəzlik üçün istifadə edilir. Ümumiyyətlə, bitki yağının istehsalı üçün toxum ölkəyə idxal edilir. Toxumlar Türkiyə, Rusiya, Ukrayna və Şərqi Avropa ölkələrindən gətirilir”.

Onun sözlərinə görə, ölkədə Gəncəbasar bölgəsində, Oğuzda, Goranboyda, Cəbrayılda günəbaxan əkilir:

“Geniş ərazilərdə yağlı günəbaxan əkinlərinin səviyyəsi aşağıdır. Qeyd edilən ərazilərdə əkilən günəbaxan həmçinin heyvandarlıq təsərrüfatlarında istifadə edilir. Ümumiyyətlə, günəbaxan respublikanın əkin dövriyyəsinə daxil edilməli olan bitkidir”.

Ekspert ölkədə əkilən günəbaxanın həcmini Ukrayna ilə müqayisə edib:

“Ukraynada suvarma əkinçiliyi üstünlük təşkil etmir və il ərzində yağıntıların miqdarı çox olduğuna görə, həmçinin qaratorpaq zonaları geniş olduğuna görə məhsuldarlıq boldur. Ən əsas məqam isə - günəbaxan Ukraynada geniş ərazilərdə əkilib. Bu kimi amillər isə bitki yağının istehsalında maya dəyərinin Azərbaycanla müqayisədə daha ucuz olmasına səbəb olur, Azərbaycanda isə günəbaxan üzrə torpaq əkini stukturu kiçik ərazilər təşkil edir”.

R.Orucov günəbaxan istehsalında vacib amillər barədə danışarkən bildirib ki:

“Başqa bitkilərdə olduğu kimi, günəbaxanda da məhsuldarlığa təsir edən faktorlardan biri də torpaqda kökün dərinliyi içində bitkilərin faydalana biləcəyi nəmliyin olub-olmamasıdır. Günəbaxan bitkisinin kök quruluşu quraqlığa dözümlü bir bitki kimi qəbul edilsə də, yazlıq bir bitki olması və bu mövsümdə lazımi qədər suvarılması məhsuldarlığa müsbət təsir göstərir.

Orta hesabla illik yağıntı 500 mm və daha çox olan yerlərdə suvarmaya ehtiyac olmadan günəbaxan bitkisinin əkilib-becərilməsi mümkündür. Bitkinin yetişmə dövründə torpaqda lazımi miqdarda suya ehtiyacı olur. Yağışlarla torpağa düşən su yetərincə olduğu dövrdə suvarmaya ehtiyac yoxdur. Günəbaxan becərilən bölgələrdə yetişmə dövründə fermerlərin suvarma imkanları yaxşı olduqda, həm hektardan aldıqları məhsulun miqdarı, həm də tumlardakı yağ miqdarı əhəmiyyətli dərəcədə artımlı olur.

Aparılan bəzi araşdırmalar sonunda quraqlıq şəraitində orta hesabla 1 500-1 600 kq/ha məhsul alınarkən, günəbaxan tarlası lazımi qədər suvarıldıqda 2 750-3 000 kq/ha və dörd dəfə suvarıldıqda 3 500-4 000 kq/ha məhsul alına biləcəyi təyin olunub. Yəni günəbəxan bitkisi respublikanın təbii iqlim şəraitinə tam uyğun bitkidir. Torpağı çox yormur, qida maddələrinə tələbkar deyil, vegetasiya müddətində suya tələbatı əkin bitkilərindən aşağı olduğuna görə respublikada əkin üçün yararlı bitkidir”.

R.Orucov deyib ki, günəbaxan çarpaz tozlanan bitkidir:

“Günəbaxan əkinləri olan ərazilərdə hər hektara 1,5-2 arı ailəsi yerləşdirilməlidir. Çünki tozlanma getməsə, günəbaxandan bol məhsul almaq qeyri-mümkündür. Bu məsələlər bizim regionlarda olan əkinçilərin diqqət mərkəzində saxlanılmalıdır. Çünki Mərkəzi Aran bölgələrində suvarılan zonalarda texniki bitkilər daha çox əkildiyinə görə arıçılıq istiqamətli təsərrüfatlar azdır. Arı ailələrinin yerləşdirilməsi həm arıçılığa, həm də günəbaxan bitkisinin inkişafına fayda verəcək”.

Günəbaxan yağının idxalı azalıb, qarğıdalı yağının tədarükü isə artıb

Azərbaycan buğda kimi, günəbaxan yağı üzrə də xaricdən asılıdır. 2021-ci ildə ölkəyə 73 milyon 609 min ABŞ dolları dəyərində 54 min 333 ton günəbaxan yağı idxal edilib. Azərbaycan günəbaxan yağını əsasən Rusiyadan, Türkiyədən və Ukraynadan tədarük edib.

2022-ci ilin yanvar-aprel aylarında Azərbaycan xaricdən 24,975 milyon ABŞ dolları dəyərində 16 min 662 ton günəbaxan yağı alıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 21,5%, kəmiyyət olaraq – 33,3% azdır.

2021-ci ildə Azərbaycan 35 milyon 828 min ABŞ dolları dəyərində 20 min 527 ton qarğıdalı yağı idxal edib. Bu məhsulu Azərbaycan əsasən Argentinadan, Braziliyadan və Rusiyadan alıb.

Bu ilin yanvar-aprel aylarında Azərbaycan xaricdən 11,136 milyon ABŞ dolları dəyərində 6 min 898 ton qarğıdalı yağı alıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 34% və 31,5% artıb.

Qeyd edək ki, 2021-ci ildə Azərbaycan 12 ölkədən qarğıdalı yağı alıb, lakin idxalın 60%-ə yaxını Argentinanın payına düşüb.

Bu Latın Amerika ölkəsi dünyanın aparıcı günəbaxan yağı istehsalçılarından biridir. Bu ölkə ilə logistika kanallarının mövcud olması Argentina günəbaxan yağından pay almaq imkanlarımızı xeyli artırır.

Oxunub: 0
Paylaş:
Digər xəbərlər

Gündəm / Araşdırma

11-08-2022, 10:54

Azərbaycan MÖCÜZƏSİ: Ərzaq bütün dünyada ucuzlaşır, bizdə isə əksinə... - BU NƏDİ BELƏ?

Gündəm / Siyasət

26-07-2022, 20:38

“Deyəsən, Akademiyanın fəaliyyətini yaxşı izləməmişik, alimlərimiz işləyirlər”

İqtisadiyyat

27-01-2026, 14:14

Son 5 ildə pərakəndə ticarət dövriyyəsi 53 faiz artıb - Statistika

Gündəm / Siyasət

18-12-2021, 16:51

Əliyev İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibə verdi

Gündəm / İqtisadiyyat

31-10-2022, 10:24

Buğda ucuzlaşır, çörəyin qiymətinə necə təsir edəcək?

Şou Biznes
Kənan Doğulu, Beren Saat və daha 20 nəfər narkotikə görə saxlanılıb
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
"Energetika Memarlığı" filmi təqdim olunub
"Sevgililərinə ev alırlar, amma sənətkarlara biganə qalırlar" - Xalq artisti
"Oskar" mükafatının qaliblərinin adları açıqlanıb
Ötən il 900 əsər və ifa qeydiyyatdan keçirilib
Araşdırma
12-03-2026, 12:12
İsrail Səhiyyə Nazirliyi İranın hücumlarından zərərçəkənlərin sayını açıqlayıb
2-03-2026, 16:57
Zelenski tərəfdaşların İran dronlarını vurmaq üçün Ukraynadan kömək istəmədiyini bildirib
21-06-2025, 14:23
Almaniya XİN İrandakı səfirliyini qonşu ölkəyə köçürüb
12-05-2025, 12:12
Baş prokuror Nizami rayonunda vətəndaşları qəbul edəcək
21-02-2024, 23:20
Aybəniz Haşımovanın qardaşı həbs edildi
10-01-2024, 14:27
Azərbaycanda iş adamı qəzada öldü
Hadisə
Dün, 11:38
Türkiyədə sərnişin avtobusu avtomobillə toqquşub, 30 nəfər xəsarət alıb
16-07-2026, 15:16
Şabranda 53 yaşlı kişini cərəyan vuraraq öldürüb
16-07-2026, 10:09
Şəmkirdə 11 nəfər salatdan zəhərləndi
Son xəbərlər
  • Dün, 16:26
    Sabah çimərliklərdə suyun temperaturu 30 dərəcə olacaq
  • Dün, 15:35
    Məsud Pezeşkianın çıxışını kəsdiyi üçün İran Radio və Televiziya Şirkətinə xəbərdarlıq edilib
  • Dün, 15:07
    Prezident Milix Yevdayevi təltif etdi
  • Dün, 11:38
    Türkiyədə sərnişin avtobusu avtomobillə toqquşub, 30 nəfər xəsarət alıb
  • Dün, 11:14
    Bakıda iki küçənin təmirinə 23 milyon manata yaxın pul ayırılacaq
  • Dün, 10:20
    Azərbaycan neftinin qiyməti 103 dollardan aşağı düşüb
  • Dün, 09:45
    Cəbrayılın 4-cü kəndi tikilir - İlin sonunadək köç olacaq
  • Dün, 09:21
    Qədim şəhərlər niyə yerin altında tikilib - Maraqlı SƏBƏB
  • Dün, 09:05
    FHN həftəsonu su hövzələrinə üz tutacaq vətəndaşlara müraciət edib
  • 24-07-2026, 18:04
    "Dawn": Pakistanda terror aktı nəticəsində 15 nəfər həlak olub
  • 24-07-2026, 17:40
    MM: ABŞ Konqresi komitəsinin qanun layihəsi erməni lobbisinin maraqlarına xidmət edir
  • 24-07-2026, 17:06
    Milli Məclisin deputatı İranda səfərdədir
  • 24-07-2026, 16:48
    Fransada miqrantlara qarşı ayrı-seçkilik – Yeliseyin davam edən irqçiliyi - ŞƏRH
  • 24-07-2026, 15:47
    İyul ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
  • 24-07-2026, 15:17
    Rusiya Ukraynada silah sərgisinin keçirildiyi poliqona zərbə endirib, ölənlər var
  • 24-07-2026, 14:57
    Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ
  • 24-07-2026, 14:34
    Azərbaycanın Türkiyəyə yeni səfiri təyin olundu - FOTO
  • 24-07-2026, 13:11
    Ukrayna ordusu Rusiyanın hərbi zavodunu və neft obyektini vurub
  • 24-07-2026, 12:43
    Sabah Bakıda 38, rayonlarda 39 dərəcə isti olacaq
  • 24-07-2026, 12:20
    Azərbaycanda "Enerji menecment sisteminə dair Tələblər" dəyişib
  • 24-07-2026, 11:58
    İlham Əliyev Şavkat Mirziyoyevi doğum günü münasibətilə təbrik edib
  • 24-07-2026, 11:09
    FHN həftəsonu isti hava şəraiti ilə bağlı əhaliyə müraciət edib
  • 24-07-2026, 10:31
    Azərbaycan UEFA reytinqində 26-cı pillədə qərarlaşıb
  • 24-07-2026, 10:00
    SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib
  • 24-07-2026, 09:40
    Azərbaycan neftinin qiyməti 109 dolları keçib
  • 24-07-2026, 09:21
    Şamaxı rayonunda zəlzələ olub
  • 23-07-2026, 16:23
    ANCA, lobbi və "dostları" Ermənistana qarşı - sülhsevər olmayan konqresmenlər - ŞƏRH
  • 23-07-2026, 16:00
    Kobaxidze: Gürcüstan Azərbaycanla münasibətləri daha da dərinləşdirmək istəyir
  • 23-07-2026, 15:18
    AQP: Tikinti bazarı "mülayim artım və sabitlik" mərhələsindədir
  • 23-07-2026, 14:59
    Sabah Biləsuvarın 7 kəndində qaz olmayacaq
  • 23-07-2026, 13:05
    Sabah Bakıda 38, rayonlarda 39 dərəcə isti olacaq
  • 23-07-2026, 11:57
    Azərbaycanda iyulun pensiya ödənişi yekunlaşıb
  • 23-07-2026, 11:05
    Tailandda silahlı hücum nəticəsində təhlükəsizlik qüvvələrinin 5 əməkdaşı həlak olub
  • 23-07-2026, 10:20
    UEFA Konfrans Liqası: "Zirə" Estoniyada "Payde" ilə üz-üzə gələcək
  • 23-07-2026, 09:54
    Azərbaycan neftinin qiyməti 100 dolları keçib
Daha çox
20-07-2026, 11:13
Özbəkistanın Baş prokuroru Azərbaycanda səfərdədir
20-07-2026, 12:53
Sabah 39 dərəcə isti olacaq
21-07-2026, 17:28
Azərbaycan və Almaniya minatəmizləmə sahəsində əməkdaşlığın davam etdirilməsini razılaşdırıblar
21-07-2026, 10:27
İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət veririk
20-07-2026, 09:43
Kənd Təsərrüfatı Nazirliyi fermerlərə müraciət edib
21-07-2026, 12:55
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Müsahibə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
  • Təsisçi: Kənan Adıgözəlov
Müəllif hüquqları qorunur. TAQ.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2022 TAQ.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə