• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Azərbaycanda avtomobillərin texniki baxışı ləğv edilir? - AÇIQLAMA

Gündəm / Sosial

1-07-2022, 11:55

Azərbaycanda avtomobillərin texniki baxışı ləğv edilir? - AÇIQLAMA


Son günlər avtomobillərin texniki baxışdan keçmə tələbinin ləğv olunması ilə bağlı fikirlər səsləndirilir. Bu cür fikirlərin yaranması heç də təsadüfi deyil. Çünki bəzi ölkələrdə avtomobillərin texniki baxışdan keçirilməsi tələbi artıq bir neçə ildir ki, ləğv edilib və ya fərqli formada həyata keçirilir.

İddialara görə, texniki baxışın ləğv edilməsi fonunda avtomobillərin icbari sığortası üçün təklif edilən qiymətlərdə artım müşahidə ediləcək.

Məsələ ilə bağlı bir neçə sığorta şirkəti ilə əlaqə saxladıq. Sualımıza cavab olaraq bu barədə heç bir məlumatın olmadığı, yayılan xəbərin şayiə olduğu deyildi. Bununla yanaşı, şirkət əməkdaşları bildirdilər ki, qaydalara əsasən, avtomobil ilk dəfə sığorta edildikdə məbləğ yüksək olur: “Əvvəldən qayda belədir. İkinci və növbəti dəfələr üçün icbari sığorta qiymətləri azalır. Yəni hər növbəti il üçün bu məbləğ bir neçə faiz aşağı düşür. Düzdür, hələ ki, bizdə qiymət artımının olacağı ilə bağlı hansısa dəqiq məlumat yoxdur, amma olsa belə bu, yalnız ilk dəfə sığorta edilən avtomobillərə aid olacaq”.

İkinci önəmli məsələ - texniki baxışın ləğv edilməsi məsələsinə gəlincə, beynəlxalq təcrübədə bu məsələ ilə bağlı müxtəlif üsullar tətbiq edilməkdədir.

Məsələn, qardaş Türkiyədə istehsal müddəti üç ildən çox olan avtomobillər 2 ildə bir dəfə texniki müayinədən keçirilir. Bunun üçün əvvəlcədən onlayn qaydada növbə götürülməlidir. Gürcüstanda yeni avtomobillər buraxılış tarixindən 4 il sonra baxışdan keçirilir. İstehsal müddəti 4 ildən 8 ilə qədər olan avtomobillər isə 2 ildən bir texniki müayinədən keçməlidir.

ABŞ-da texniki baxış proseduru yalnız 37 ştatda mövcuddur. Bəzilərində nəqliyyat vasitəsinin istismarının davam etməsinə icazə verilməsi prosesi çox sərtdir. Avtomobilin bütün komponentləri və birləşmələri yoxlamadan keçir. Digərlərində katalizator hərtərəfli yoxlanılır, bəzilərində əksinə, işləyən təhlükəsizlik yastıqları və təhlükəsizlik kəmərlərinin olması kifayətdir, müfəttişlər nəqliyyat vasitəsinin texniki vəziyyəti ilə xüsusi maraqlanmırlar. Avtomobil texniki baxışdan keçdiyi halda sahibinə ön şüşə stikeri və ödəniş qəbzi verilir. Avropa ölkələrində də texniki baxış var. Fransa hakimiyyəti məsələyə çox ciddi yanaşır.

Almaniya, Böyük Britaniya, İspaniya və digər Avropa ölkələrində nəqliyyat vasitəsindən istifadə üçün texniki baxışdan keçmək şərtdir. Bu olmadığı halda avtomobilin sahibinə cərimə tətbiq edilir. Sənədin müddəti bitibsə, sahibinə böyük məbləğdə cərimə tətbiq edilir, təkrar pozuntuya görə isə sürücü həbs edilə bilər. Fransada istehsal müddəti 10 ildən az olan avtomobillər 2 ildə bir dəfə texniki baxışdan keçirilir. 10 ildən çox olan avtomobillər isə hər il müayinədən keçirilir. Texniki baxışın ən baha olduğu ölkə isə Yaponiyadır. Onlar avtomobilləri köhnəlməmiş yenisi ilə əvəzləyirlər. Yaponiyada bu tendensiya geniş yayılıb. Təbii ki, qeyd olunan nümunələr minik avtomobillərinə aiddir və iri maşınlar üçün qaydalar hər ölkə üçün fərqlidir.

Bəs ölkəmizdə texniki baxışın ləğvi gündəm mövzusudurmu? Prosesdən imtina hansı hallarda mümkündür? Hansı nəticələrlə üzləşə bilərik?

Nəqliyyat eksperti Elməddin Muradlı “Yeni Azərbaycan”a açıqlamasında avtomobillərin texniki baxışdan keçirilməsinin önəmindən danışıb. Ekspert deyir ki, texniki baxış tələbi olmasa, bəzi sürücülər ümumiyyətlə, avtomobillərinə texniki qulluq etməyəcəklər: “Texniki baxışın ləğvi ilə bağlı hələlik heç bir qərar yoxdur və bununla bağlı heç bir müzakirə də getmir. Azərbaycanda texniki baxış qanunla tənzimlənən bir məsələdir. Və qanunda göstərildiyi kimi, avtomobil yeni olduqda 4 ildən sonra texniki baxışdan keçir, sonra 2 ildən bir, 10 il tamam olduqdan sonra isə hər il texniki baxışdan keçirilməlidir.

Avtobus və yük maşınlarında isə hər il texniki baxışdan keçmək tələb olunur. Bundan başqa, avtobusların taksi parkının saxlanılması məsələsi var ki, onların reysqabağı texniki müayinəsi həyata keçirilməlidir. Doğrudur, bu proses qarajlarda həyata keçirilir. Amma görün nə qədər ciddi bir məsələdir ki, bu, qanunla tənzimlənir. Bu gün bəzi sürücülər var ki, texniki baxışa getmək tələbi olmasa, avtomobilinə ümumiyyətlə qulluq etmir. Yəni texniki baxışın qorxusundan gedib avtomobilinin işıqlarını, sükan, əyləc və işıq sistemlərini qaydaya salır. Səmimi bir etiraf edim ki, hələ cəmiyyətimiz elə bir səviyyəyə gəlib çatmayıb ki, texniki baxışı ləğv edək, sürücülərin avtomobillərinə texniki qulluq göstərəcəklərinə əmin olaq”.

Nəqliyyat eksperti beynəlxalq təcrübədən də söz açıb. Bildirib ki, bir çox ölkələrdə bu, hansısa fərqli formada həyata keçirilir: “Rusiyada texniki baxışın ləğvi tamam başqa bir formada həyata keçirilir. Şəxsi avtomobillər üçün texniki baxış ləğv olunub, amma digər avtomobillərə yenə də əvvəlki qaydada texniki baxışın keçirilməsi təmin olunacaq.

Texniki baxışı o ölkələr ləğv edir və ya baxış müddətini uzun müddətlə hesablayır ki, həmin ölkələrin özlərinin avtomobil istehsalı var və hansılarda ki, avtomobil sənayesi geniş inkişaf edib. Yəni onlarda bizdəki kimi 30-40 ilin avtomobilini istifadə etmirlər. Bizdə bu gün 80-ci ilin VAZ2107-ni hələ də sürürlər. İndi o avtomobilə texniki baxış lazımdır, ya yox? Texniki baxışı ləğv edən ölkələr var ki, onlarda 80 il yox, 8-10 ildən sonra avtomobili yeniləyirlər, dəyişirlər. Çünki həmin ölkələrin daxili istehsalı var və o qiymət də onlar üçün ucuzdur. Bizim pula çevirdikdə 10 min manata çox da gözəl bir avtomobil alıb idarə edirlər. Bizdə bu yoxdur axı... Biz bu addımları hələ ki, ata bilmərik”.

“Bundan başqa, texniki baxış zamanı nə qədər oğurluq, qeydiyyata alınmamış, saxta nömrə ilə idarə olunan, qaçırılmış avtomobillər aşkarlanır. Yəni texniki baxış formal bir şey deyil. Sürücülərimiz ciddi düşünsə, görəcəklər ki, texniki baxış doğrudan da bu gün üçün yol hərəkəti təhlükəsizliyi baxımından çox önəmlidir”, - deyə ekspert diqqətə çatdırıb.

Oxunub: 0
Paylaş:
Digər xəbərlər

Gündəm / İqtisadiyyat

5-05-2023, 09:36

Evlərin sığortasına nəzarət artır - Cərimələr başlayır

Gündəm / Araşdırma

11-08-2022, 10:54

Azərbaycan MÖCÜZƏSİ: Ərzaq bütün dünyada ucuzlaşır, bizdə isə əksinə... - BU NƏDİ BELƏ?

Gündəm / Siyasət

24-12-2022, 18:29

İlham Əliyev Qərbi Azərbaycan İcmasının binasında - FOTOLAR (YENİLƏNİB)

Gündəm / Siyasət

18-12-2021, 16:51

Əliyev İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibə verdi

Gündəm / Siyasət

8-11-2022, 18:28

İlham Əliyev xanımı və oğlu ilə birlikdə Şuşada - FOTOLAR (YENİLƏNİB)

Şou Biznes
"Oskar" mükafatının qaliblərinin adları açıqlanıb
Ötən il 900 əsər və ifa qeydiyyatdan keçirilib
Bazarda işləyənlərlə bağlı qalmaqalı sözlərinə aydınlıq gətirdi
Mədəniyyət sahəsində layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilmə qaydası müəyyənləşir
Səidə narkotik iddialarına belə CAVAB VERDİ
Rəqsanə Səidə Bəkirqızından üzr istədi
Araşdırma
12-03-2026, 12:12
İsrail Səhiyyə Nazirliyi İranın hücumlarından zərərçəkənlərin sayını açıqlayıb
2-03-2026, 16:57
Zelenski tərəfdaşların İran dronlarını vurmaq üçün Ukraynadan kömək istəmədiyini bildirib
21-06-2025, 14:23
Almaniya XİN İrandakı səfirliyini qonşu ölkəyə köçürüb
12-05-2025, 12:12
Baş prokuror Nizami rayonunda vətəndaşları qəbul edəcək
21-02-2024, 23:20
Aybəniz Haşımovanın qardaşı həbs edildi
10-01-2024, 14:27
Azərbaycanda iş adamı qəzada öldü
Hadisə
Bugün, 10:51
Polis Azərbaycanda 24 nəfəri saxladı
19-03-2026, 09:11
Gəncədə həmyerlisini bıçaqlayan şəxs saxlanılıb
17-03-2026, 08:57
Ağstafada iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb
Son xəbərlər
  • Bugün, 12:49
    Prezident İlham Əliyev Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib
  • Bugün, 12:28
    Media: Təbrizə endirilən zərbələr nəticəsində 6 nəfər ölüb
  • Bugün, 11:34
    Azərbaycan boksçuları Debretsendəki beynəlxalq turnirdə 4 medal qazanıblar
  • Bugün, 11:13
    Prezident Şamaxıya gedib - FOTOLAR
  • Bugün, 10:51
    Polis Azərbaycanda 24 nəfəri saxladı
  • Bugün, 10:11
    Bu gün 20 dərəcə isti olacaq - PROQNOZ
  • 21-03-2026, 11:25
    Quterreş Novruz təbrikində sülhsevər və dayanıqlı gələcək arzulayıb
  • 21-03-2026, 11:06
    Cənubi Koreya Hörmüz boğazında vəziyyətin normallaşması üçün İranla danışıqlar aparır
  • 21-03-2026, 10:03
    Bu gün Beynəlxalq Novruz günüdür
  • 20-03-2026, 11:10
    Azərbaycanda universitet 345 işçi axtarır - Vakansiya SİYAHISI
  • 20-03-2026, 10:53
    Şimali Avropa–Baltikyanı ölkələrinin Şərqi Avropa üzrə direktorları Bakıda regional təhlükəsizlik məsələlərini müzakirə ediblər
  • 20-03-2026, 10:37
    Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə paylaşım edib
  • 20-03-2026, 10:06
    Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib
  • 20-03-2026, 09:44
    Azərbaycanda Novruz bayramı qeyd edilir
  • 19-03-2026, 16:00
    Sabah bəzi rayonlarda güclü külək əsəcək, dolu düşəcək - XƏBƏRDARLIQ - YENİLƏNİB
  • 19-03-2026, 15:36
    Makron Yaxın Şərqdə mülki infrastruktura zərbələrə moratoriumun tətbiqinə çağırıb
  • 19-03-2026, 14:57
    Ə.Salamzadə küçəsindən Z.Bünyadov prospektin birbaşa çıxış təmin edilib
  • 19-03-2026, 14:30
    Xırdalanda Novruz bayramı böyük coşqu ilə qeyd olundu
  • 19-03-2026, 14:30
    Xırdalanda Novruz bayramı böyük coşqu ilə qeyd olundu
  • 19-03-2026, 13:39
    Azərbaycanda vergi uçotu ilə bağlı ərizə formaları yenilənib
  • 19-03-2026, 13:04
    Bayram günlərinin hava proqnozu açıqlanıb
  • 19-03-2026, 12:10
    Azərbaycan məscidlərində martın 20-də Ramazan bayramı namazı qılınacaq
  • 19-03-2026, 11:56
    Azərbaycanda sabahdan 11 günlük tətil başlayır
  • 19-03-2026, 11:37
    Səhiyyə Nazirliyi bayram günləri ilə əlaqədar əhaliyə müraciət edib
  • 19-03-2026, 11:06
    Yol polisi bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
  • 19-03-2026, 10:29
    Ramin Məmmədov Salyandakı məscidlərin fəaliyyəti ilə tanış olub
  • 19-03-2026, 09:55
    FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
  • 19-03-2026, 09:11
    Gəncədə həmyerlisini bıçaqlayan şəxs saxlanılıb
  • 19-03-2026, 08:49
    Ceyhun Bayramovla Hakan Fidan regiondakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər - YENİLƏNİB
  • 18-03-2026, 17:10
    İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
  • 18-03-2026, 16:52
    Yanvarda nikah və boşanmaların sayı azalıb
  • 18-03-2026, 16:41
    İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlər və infrastrukturun bərpası işləri ilə tanış olub
  • 18-03-2026, 16:21
    Audiovizual Şura: Telekanal aparıcılarının istifadə etdiyi xarici sözlərin sayı azalıb
  • 18-03-2026, 16:01
    SEPAH: Çoxbaşlıqlı raketlərlə ABŞ-ın hərbi bazaları və İsrail ordusunun toplanma məntəqələri vurulub
  • 18-03-2026, 15:01
    Parlamentdə müəllimlərin maaş artımından danışıldı
Daha çox
17-03-2026, 08:57
Ağstafada iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb
17-03-2026, 09:27
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçlarına start verilir
18-03-2026, 10:02
Bu ərazilərdə işıq olmayacaq
19-03-2026, 10:29
Ramin Məmmədov Salyandakı məscidlərin fəaliyyəti ilə tanış olub
16-03-2026, 18:00
"QHT işi" üzrə təqsirləndirilən şəxsə hökm oxunub
19-03-2026, 14:30
Xırdalanda Novruz bayramı böyük coşqu ilə qeyd olundu
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Müsahibə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
  • Təsisçi: Kənan Adıgözəlov
Müəllif hüquqları qorunur. TAQ.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2022 TAQ.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə