• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Son illər həbs edilən generallar - SİYAHI

Gündəm / Hadisə

21-07-2022, 10:29

Son illər həbs edilən generallar - SİYAHI


Son illər Azərbaycanda bir neçə general həbs olunub. Onlar bəziləri bu il, digərləri isə əvvəlki illərdə həbs edilib. Həmin şəxslər vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda rüşvət alma və s. maddələrlə cinayət məsuliyyətinə cəlb ediliblər.

"Unikal" həbs edilən generalları oxuculara təqdim edir:
Son illər həbs edilən generallar - SİYAHI

Həbs olunan generallardan biri Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədovdur. Ötən ay onun həbs müddəti uzadılıb. Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir. Məlumata görə, Nizami Məmmədov 80 milyon 600 min manat mənimsəməkdə təqsirləndirilir.
Son illər həbs edilən generallar - SİYAHI

Digər həbs edilən general Ehtiram Xəlilovdur. Belə ki, Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” birliyinin sabiq direktoru, gömrük general-mayoru Ehtiram Xəlilov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılıb.

57 yaşlı E.Xəlilov 1997-ci ildən Gömrük orqanlarında xidmət etməyə başlayıb. Həmin ildən başlayaraq Bakı Baş Gömrük idarəsinin Bərə keçid postunun inspektoru və Gömrük rəsmiləşdirilməsi şöbəsinin inspektoru vəzifələrində işləyib. 2000-ci ildə Enerji Gömrük idarəsinin Liman Gömrük postunun rəisi, 2003-cu ildə Enerji Gömrük idarəsinin Səngəçal postunun rəisi vəzifələrində çalışıb. 2003-2013-cü illərdə Sumqayıt Baş Gömrük idarəsinin rəisi, 2013-2018-ci illərdə Aksiz Baş Gömrük idarəsinin rəisi işləyib.

2018-ci ildən həbs edilənə qədər Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” birliyinin direktoru olub. 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub.

DTX-nin yaydığı məlumatda bildirilir ki, “Azərterminalkompleks” birliyinin direktoru vəzifəsində işləyən Xəlilov Ehtiram Səyyaf oğlunun xidməti vəzifələrinin icrası ilə əlaqədar qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə qanunvericiliklə müəyyən edilmiş gömrük hərraclarının təşkili və həyata keçirilməsi qaydalarını pozaraq ayrı-ayrı şəxslərlə qabaqcadan əldə edilmiş razılığa əsasən dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin real dəyərindən aşağı qiymətləndirilməsini və satılmasını təmin etməklə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına, bu qanunsuz hərəkətlərə görə tabeçiliyində işləyən şəxslər vasitəsilə S.A.Qulamov, R.Ç.Hacıyev, S.F.Tağıyev, E.V.İbrahimov, T.D.Pənahov, S.H.Abdullayev, İ.M.Musayev, E.Y.Hümbətov, Ə.S.Əliyev və digər şəxslərdən təkrar külli miqdarda rüşvət almasına əsaslı şübhələr yaranıb.

Cinayət işi üzrə Ehtiram Xəlilov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib, 22 iyun 2022-ci il tarixdə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Son illər həbs edilən generallar - SİYAHI

Həbs edilən digər general-mayor Məsum Rəsulov Dövlət Gömrük Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsinin rəisi idi. O da Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılıb.

48 yaşlı M.Rəsulov 2006-cı ildə Dövlət Gömrük Komitəsinin Gömrük Sahəsində Hüquqpozmalara qarşı mübarizə Baş idarəsi Əməliyyat İdarəsinin rəisi kimi fəaliyyətə başlayıb. 2018-ci ildə Gömrük Sahəsində Hüquqpozmalara qarşı mübarizə Baş idarəsinin rəisi vəzifəsində çalışıb. Ölkə başçısının 29 yanvar 2019-cu il tarixli sərəncamı ilə Rəsulov Məsum Eynalı oğluna Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin general-mayoru ali xüsusi rütbəsi verilib. "Dövlət qulluğunda fərqlənməyə görə" medalı və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

DTX-nin yaydığı məlumatda qeyd olunub ki, Dövlət Gömrük Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsinin rəisi vəzifəsində işləyən Rəsulov Məsum Eynalı oğlunun öz vəzifə səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə, qabaqcadan əldə edilmiş sövdələşməyə uyğun olaraq Dövlət Gömrük Komitəsinin digər vəzifəli şəxsləri vasitəsilə “Azərterminalkompleks” Birliyi tərəfindən hüquqi xidmət, reklam işləri, təlim-tədris və texniki servis xidmətlərinin göstərilməsi adı altında “Azerbaijan Legal Consulting İnternational Services” MMC, “Nanoc” MMC, “Veqa-Servis” MMC, “Meqan Group” MMC, “Omega Servis IKO” MMC, “Delta Servis İKO” MMC və digər şirkətlərin hesabına köçürülən, müvafiq işlər görülmədən və xidmətlər göstərilmədən nağdlaşdırılaraq geri qaytarılan xüsusilə külli miqdarda dövlət büdcəsi vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən olunub.

Həmçinin Məsum Rəsulovun, müsadirəsi nəzərdə tutularaq “Azərterminalkompleks” Birliyində saxlanılan müxtəlif adda siqaret məhsullarını Silahlı Qüvvələrimizin düşmənlə təmas xəttində xidmət edən hərbi qulluqçularına paylanılması üçün Müdafiə Nazirliyinin aidiyyəti struktur bölmələrinə deyil, şəxsi münasibətdə olduğu əməkdaşına müvafiq tələblərdə rəsmiləşdirmə aparılması ilə bağlı qanunla müəyyən edilmiş prosedur qaydaları pozmaqla təhvil verərək külli miqdar dəyərində siqaret məhsullarının təyinatı üzrə çatdırılmaması nəticəsində dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.

Məsum Rəsulov 14 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində saxlanılaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib.
Son illər həbs edilən generallar - SİYAHI

Ötən il oktyabrın 27-də Bakı Hərbi Məhkəməsində 20 il öncə Ukraynada iş adamı Elçin Əliyevi öldürməkdə təqsirləndirilən, sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərova hökm oxunub. Hökmə əsasən, R.Əkbərov 10 il müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa, o, dəymiş mənəvi ziyana görə zərərçəkən tərəfə 40 min 10 manat təzminat ödəməlidir. R. Əkbərovun hərbi rütbəsi və fəxri adlarının alınması isə zəruri hesab edilməyib.

Eyni zamanda məhkəmə R.Əkbərovun hərbi rütbəsini və fəxri adlarının alınmasını zəruri hesab etməyib. Buna səbəb işdə hərbi rütbənin alınması ilə bağlı təqdimat olmadığı göstərilib.
Son illər həbs edilən generallar - SİYAHI

2021-ci ilin sentyabr ayında Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədova hökm oxunub. Eks-nazir 11 il müddətinə azadlıqdan məhrum edilib. O, 2000-ci ildən 2017-ci ilədək Naxçıvanın daxili işlər naziri olub. Həmçinin, məhkəmənin hökmü ilə Ə.Əhmədov “daxili xidmət general-mayoru” ali-xüsusi rütbəsindən, “polis general-leytenantı” ali-xüsusi rütbəsindən, “general-leytenant” ali hərbi rütbəsindən və “Azərbaycan Bayrağı” ordenindən məhrum edilib

O, 2015-2017-ci illərdə, cəmi 2 il ərzində nazirliyə 5 milyon manatdan çox zərər vurub, vətəndaşlardan isə 9 milyon manatdan çox rüşvət alıb.
Son illər həbs edilən generallar - SİYAHI

Həbs edilən generallardan biri də ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq idarə rəisi Mövlam Şixəliyevdir. Sabiq MTN generalı mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almaqda, həmçinin səlahiyyət həddini aşmaqda və 9 halda cinayət işləri üzrə sübutları saxtalaşdırmaqda ittiham edilir. Hazırda onun məhkəməsi davam edir.
Son illər həbs edilən generallar - SİYAHI

Məhkəməsi davam edən generallardan biri də ləğv edilmiş MTN-nin Hərbi Əks-Kəşfiyyat İdarəsinin sabiq rəisi general-mayor Nizami Şirinovdur. O, general-mayor rütbəsini MTN-də idarə rəisi vəzifəsinə gətirildikdən iki il (2007) sonra alıb. N.Şirinov vəzifədə ikən müxtəlif şəxslərdən MTN-nin Akademiyasına qəbul etdirmək, xidmət yerini dəyişdirmək, habelə tabeliyində olan əməkdaşın işdən çıxarılması üçün müvafiq tədbirlərin görülməməsi, xidmət üzrə ümumi himayədarlıq edilməsi müqabilində 3 halda külli miqdarda rüşvət tələb edərək almaqda, 3 halda isə ayrı-ayrı şəxslərin külli miqdarda əmlaklarını və pul vəsaitlərini hədə-qorxu ilə tələb edərək ələ keçirməkdə, habelə vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur.

Bakı Hərbi Məhkəməsində məhkə prosesi davam edir.
Son illər həbs edilən generallar - SİYAHI

Hazırda həbs həyatı yaşayan general-mayor Elçin Quliyev vaxtilə ləğv edilmiş MTN-də Antiterror Mərkəzinin rəisi olub. “MTN olayları”nda onun müavini İlqar Əliyev də həbs edilib. Polkovnik İ.Əliyev təcridxanada özünü asaraq intihar etdikdən sonra E.Quliyev cinayət işinə təqsirləndirilən şəxs qismində cəlb edilib.

General E.Quliyev və əməkdaşları qanunsuz azadlıqdan məhrum etmədə, mütəşəkkil dəstə formasında quldurluq törətməkdə, hədə-qorxu ilə tələb etmədə, əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozmada, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, vəzifə səlahiyyətlərini aşmaqda və rüşvət almaqda təqsirləndirilib.

O, 2017-ci ilin noyabrında məhkəmənin hökmü ilə 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Oxunub: 0
Paylaş:
Digər xəbərlər

Gündəm / Sosial

20-07-2022, 14:23

Bu il həbs edilən generallar - SİYAHI

Gündəm / Siyasət

7-11-2025, 16:41

Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçusu təltif edilib

Gündəm / Hadisə

10-06-2024, 16:56

“Pul yastığımın altında deyil ki, gətirib ödəyim” - MN-dəki 143 milyonluq cinayət işi

Gündəm / Sosial

15-07-2022, 18:57

DTX həbs olunan generallarla bağlı MƏLUMAT YAYDI

Gündəm / Sosial

7-01-2022, 22:47

SON DƏQİQƏ! Dövlət Gömrük Komitəsində kütləvi kadr dəyişikliyi – SİYAHI

Şou Biznes
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
Xalq artisti Zaur Rzayev xəstəxanadan evə buraxılıb
Kənan Doğulu, Beren Saat və daha 20 nəfər narkotikə görə saxlanılıb
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
"Energetika Memarlığı" filmi təqdim olunub
"Sevgililərinə ev alırlar, amma sənətkarlara biganə qalırlar" - Xalq artisti
Araşdırma
12-03-2026, 12:12
İsrail Səhiyyə Nazirliyi İranın hücumlarından zərərçəkənlərin sayını açıqlayıb
2-03-2026, 16:57
Zelenski tərəfdaşların İran dronlarını vurmaq üçün Ukraynadan kömək istəmədiyini bildirib
21-06-2025, 14:23
Almaniya XİN İrandakı səfirliyini qonşu ölkəyə köçürüb
12-05-2025, 12:12
Baş prokuror Nizami rayonunda vətəndaşları qəbul edəcək
21-02-2024, 23:20
Aybəniz Haşımovanın qardaşı həbs edildi
10-01-2024, 14:27
Azərbaycanda iş adamı qəzada öldü
Hadisə
18-09-2026, 16:05
Cəlilabadda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb
12-09-2026, 09:35
Bakıda avtomobil qadını vuraraq öldürüb
10-09-2026, 16:35
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
Son xəbərlər
  • 18-09-2026, 17:38
    Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH
  • 18-09-2026, 16:42
    Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində - Foto
  • 18-09-2026, 16:05
    Cəlilabadda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb
  • 18-09-2026, 14:41
    Azərbaycan Alban-Udi xristian dini icması Ermənistanda revanşist əhval-ruhiyyəli münasibəti qınayıb
  • 18-09-2026, 13:27
    Sabah rayonlarda arabir yağış yağacaq
  • 18-09-2026, 12:54
    Bu ilin 8 ayında pensiyalara 5 milyard 222 milyon manat vəsait yönəldilib
  • 18-09-2026, 11:59
    Milli Məclisdə qida təhlükəsizliyi ilə bağlı ictimai dinləmələr keçiriləcək
  • 18-09-2026, 11:20
    "Formula 1" yarışı zamanı Bakıda məhdudiyyət qoyulacaq və hərəkətə icazə veriləcək yolların siyahısı açıqlanıb
  • 18-09-2026, 10:09
    Azərbaycan XİN Çilini Müstəqillik Günü münasibətilə təbrik edib
  • 18-09-2026, 09:36
    Premyer Liqa: "Neftçi" və "Qarabağ" bu gün növbəti oyunlarını keçirəcəklər
  • 18-09-2026, 09:30
    Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
  • 17-09-2026, 18:26
    Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir
  • 17-09-2026, 13:52
    İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib
  • 17-09-2026, 13:10
    İlham Əliyev və Mehriban Əliyeva Şamaxıya səfər ediblər
  • 17-09-2026, 12:55
    Dövlət Agentliyinin əməkdaşlarının tibbi təminatı Daxili İşlər Nazirliyinə həvalə olunub
  • 17-09-2026, 12:26
    Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
  • 17-09-2026, 12:09
    Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib
  • 17-09-2026, 11:25
    İlham Əliyev TDT Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb
  • 17-09-2026, 10:05
    Azərbaycan ilə Malayziyanın turizm əlaqələri müzakirə olunub
  • 17-09-2026, 09:31
    Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri Filippin və Danimarka ilə qarşılaşacaqlar
  • 16-09-2026, 16:45
    Gürcüstan Prezidenti Azərbaycana yeni təyin olunmuş səfirlə görüşüb
  • 16-09-2026, 16:13
    Təhsil dövrü 5 il olan hərbçilər üçün "leytenant" rütbəsinin müddəti azaldılır
  • 16-09-2026, 15:33
    Bakıda keçirilən beynəlxalq audit konfransının iştirakçıları Prezidentə müraciət ediblər
  • 16-09-2026, 14:37
    Haaqa məhkəməsində Kosovo Azadlıq Ordusunun rəhbərlərinə hökm oxunub
  • 16-09-2026, 14:04
    Ermənistan Konstitusiya Məhkəməsi TRIPP layihəsi üzrə sazişi təsdiqləyib
  • 16-09-2026, 12:59
    Bakıda 32, rayonlarda 35 dərəcə isti olacaq
  • 16-09-2026, 12:42
    Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib
  • 16-09-2026, 12:22
    İlham Əliyev Auditorlar Palatasının üzvlərini və əməkdaşlarını təltif edib
  • 16-09-2026, 11:44
    İlham Əliyev Auditin inkişaf mərhələlərinə həsr edilən beynəlxalq konfransın iştirakçılarına müraciət göndərib
  • 16-09-2026, 10:57
    Zakir Həsənov 13-cü Pekin Syanşan Forumunda iştirak edib
  • 16-09-2026, 10:21
    Abbas Əraqçi və Van İ Pekində danışıqlar aparıblar
  • 16-09-2026, 09:25
    Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak edib
  • 16-09-2026, 08:58
    Nümayəndələr Palatası Trampdan İrana qarşı hərbi əməliyyatları dayandırmağı tələb edib
  • 15-09-2026, 12:19
    TBMM sədri Bakının işğaldan qurtuluşunun 108-ci ildönümü münasibətilə Azərbaycanı təbrik edib
  • 15-09-2026, 11:57
    İqtisadiyyat nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Daha çox
14-09-2026, 09:51
Allahşükür Paşazadə: Qarabağda bərpa-quruculuq işlərində TDT-yə üzv dövlətlər dəstəklərini əsirgəməyiblər
14-09-2026, 09:22
Premyer Liqa: V tura "Şəfa" - "Sabah" oyunu ilə yekun vurulur
14-09-2026, 11:19
İlham Əliyev "SABAH.city" innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib
15-09-2026, 08:51
Azərbaycanda Bilik Günüdür
14-09-2026, 12:58
İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın sertifikatı təqdim olunub
15-09-2026, 10:15
XİN Bakının işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Müsahibə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
  • Təsisçi: Kənan Adıgözəlov
Müəllif hüquqları qorunur. TAQ.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2022 TAQ.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə