• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Növbəti DƏMİR QAPAZ qaçılmaza çevrildi... - İNCƏLƏMƏ...

Gündəm / Sosial

4-08-2022, 09:11

Növbəti DƏMİR QAPAZ qaçılmaza çevrildi... - İNCƏLƏMƏ...


Xəbər verildiyi kimi, srağagün Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovla onun rusiyalı həmkarı, ordu generalı Sergey Şoyqu arasında telefon danışığı olub. Danışıq zamanı nazirlərin regional təhlükəsizliyin təmin edilməsi, Qarabağdakı vəziyyəti, eləcə də qarşılıqlı maraq doğuran digər mövzuların müzakirə edildiyi bildirilib. Eyni gündə Rusiya prezidenti V.Putinlə Ermənistan baş naziri Nikol Paşinyan telefonda Ermənistan və Azərbaycan liderləri arasında 2020 və 2021-ci illər üçün üçtərəfli bəyanatların həyata keçirilməsinin “bəzi praktiki aspektlərini” müzakirə ediblər.

Bir gün qabaq isə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridin Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Ceyhun Bayramov və Ararat Mirzoyanla telefon danışıqları olmuşdu. Bundan əlavə, az öncə Azərbaycan və Ermənistan rəhbərlərinin növbəti görüşünün hazırlandığı haqda erməni qaynaqları xəbər yaymışdılar.

*****

Görünən budur ki, Güney Qafqazla bağlı həm Qərb, həm də Rusiya öz diplomatik fəallığını artırıb. Həmçinin iki geosiyasi güc mərkəzi arasında açıq rəqabət elementləri sezilməkdədir. Sanki Qarabağ uğrunda diplomatik yarış başlayıb. Bunun bölgədə daimi sülh və əməkdaşlığa nə dərəcədə töhfə verəcəyini yəqin ki, tezliklə biləcəyik. Hər halda, qarşı duran tərəflərin regionla bağlı maraqları heç də üst-üstə düşmür. Xüsusən də Ukrayna olayları fonunda Rusiya Qərbi, Qərb isə Rusiyanı bölgədən vurub çıxarmaq istəyir.

Azərbaycan üçün isə ən önəmlisi istər Qərbin, özəlliklə də ABŞ-ın, istərsə də Rusiyanın ölkəmizin ərazi bütövlüyü və suverenliyinə eyni sayğını göstərməsi, Qarabağdakı bir ovuc ermənilərin hüquq və təhlükəsizliyi məsələsinin ölkəmizin daxili işi olduğunu qeyd-şərtsiz qəbul eləməsi, Bakının məlum 5 prinsipi əsasında sülh müqaviləsinin imzalanması prosesə töhfə verməkdir, nəinki Qarabağın geosiyasi mübarizə meydanına çevrilməsi.

Bölgədə daimi sülh və əməkdaşlıq mühitinin bərqərar olması üçün isə ən əvvəl kapitulyant ölkəyə götürdüyü yazılı öhdəliklərə əməl eləmək yönündə təzyiqlər edilməlidir. Əgər bunu ABŞ da, Rusiya da edəcəksə, çox yaxşı. Yoxsa Qarabağda 3 avqustdan başlanan anti-terror əməliyyatları davam edəcək və miqyası böyüyəcək!

*****

Əlbəttə, Ermənistan rəhbərliyinin nə dərəcədə konstruktiv mövqe sərgiləməsindən də az şey asılı deyil. Əfsus ki, rəsmi İrəvan iki güc mərkəzinin rəqabətindən daha çox vaxt uzatmaq üçün, “iki stul” siyasəti aparmaqla böyük sülhü ləngitmək üçün faydalanmağa çalışır. Bu isə çox təhlükəlidir. Çünki bu dəfə Ermənistanın özü hərb meydanına çevrilə bilər. Odur ki, seçim böyük ölçüdə erməni tərəfinindir. Daha bir səhv erməni xalqına olduqca baha başa gələcək.

“30 il əvvəl biz dağılmaqda olan bir imperiyanın aqoniyası zamanı yenə ölümü və müharibəni seçməklə səhvə yol verdik, dırnaqrarası ”qalib" olduq və qürurdan kor olduq".

“Yeni Müsavat”ın məlumatına görə, bu barədə tanınmış erməni siyasi xadimi, Ermənistanın keçmiş səhiyyə naziri, hakim “Mülki müqavilə” partiyasından olan deputat Arsen Torosyan öz Facebook səhifəsində yazıb.

“Bis səhv etdiyimizi etiraf etməliyik. Səhv etdik və 100 ildir və ta indiyədək səhvlərimizi boynumuza almırıq, yerdəki reallığın üzünə baxmaqdan imtina edirik və ölümü seçməyə davam edirik. Bizim obyektiv reallığı rədd edərək, gerçəyi öz şıltaqlığımıza uyğun təhrif edərək, eyni səhvləri təkrar etməyə haqqımız yoxdur”, - deyə Torosyan xəbərdarlıq edib.

Aydındır ki, erməni cəmiyyəti və siyasi isteblişmentində bu düşüncə dominant olmayınca, Torosyanın yazdığı kimi, mövcud reallıq qəbul edilməyincə, o vaxta qədər erməni amili böyük güclərin əlində alət kimi, Ermənistan isə blokadada qalmaqda davam edəcək. Demək, erməni xalqının iztirabları da bitməyəcək və o, normal inkişaf yoluna çıxıb rifaha qovuşmayacaq.

Bu bəsit gerçəyi ilk növbədə Paşinyan iqtidarı anlamalı və ona uyğun hərəkət eləməlidir. Axı ötənilki parlament seçkilərində erməni elektoratı onun partiyasını qalib eləməklə məhz sülhə səs verib. Əfsus ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasında dünən baş verən olay, silahlı separatçılar tərəfindən əsgərimizin şəhid edilməsi erməni tərəfinin hələ də köhnə iddialardan və riskli oyunlardan əl çəkmədiyini göstərir. Nəticədə növbəti “dəmir qapaz” qaçılmaz oldu!

*****

“Ermənistanın KTMT və Avrasiya İqtisadi Birliyinə oriyentasiyasını Qərbə dəyişməklə, özünə Rusiyanın da çıxdığı yeni Minsk Qrupu icad eləməklə guya həm özünə, həm də Qarabağ ermənilərinin hüquqlarına əlavə təminat alacağına ümid bəsləməsi sadəlövhlükdür”.

Bu barədə “Regnum” agentliyinin baş redaktoru Modest Kolerov erməni mediasına müsahibəsində bildirib.

Kolerov əmindir ki, nə Avropa İttifaqı, nə də NATO Ermənistanı və “Dağlıq Qarabağ”ı müdafiə edəcək: “İlk növbədə ona görə ki, Cənubi Qafqaz regionunda NATO Türkiyənin simasında mövcuddur. Ermənistan hakimiyyətinin nəyə ümid etdiyini bilmirəm. Mən hələ də Rusiya sülhməramlılarının Qarabağda qalacağına ümid bəsləyə bilərəm və bu, bir növ tarazlıq demək olacaq. Amma dürüst olmalıyıq: sülhməramlıların orada elə bir hüququ yoxdur, mandatın yüz faiz uzadılacağına təminat da mövcud deyil. Mandat formulunun özü yoxdur, Azərbaycan tərəfindən yazılmayıb, təsdiq edilməyib və qanuniləşdirilməyib. Ermənistan hakimiyyəti bütün gücü ilə Qarabağı Rusiya protektoratı altına salmaq əvəzinə, Avropa İttifaqının protektoratı altına salır. Bunun qiyməti minus Qarabağ olacaq”.

*****

Göründüyü kimi, Rusiyanın bölgədə sülh anlayışı ilə Qərbin sülh anlayışı heç də tam üst-üstə düşmür. Bu tənliyin yeganə düzgün həlli yolu İrəvanın Azərbaycana qarşı ərazi iddiasından təcili və rəsmən imtina eləməsi, Bakı ilə gecikmədən sülh müqaviləsi imzalaması, ardınca öz konstitusiyasını yeni sülh sənədinə uyğunlaşdırması ola bilər. Əks halda, Ermənistanın özü hərb meydanına çevrilmiş olacaq...

Oxunub: 0
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

7-11-2025, 16:41

Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçusu təltif edilib

Gündəm / Siyasət

18-12-2021, 16:51

Əliyev İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibə verdi

Gündəm / Siyasət

9-02-2026, 16:59

Rusiyanın vəziyyəti: miqrantların ümidinə qalan iqtisadiyyat və ordu - ŞƏRH

Gündəm / Siyasət

10-05-2025, 13:01

İlham Əliyev Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib - YENİLƏNİB

Gündəm / Siyasət

9-08-2025, 09:45

İlham Əliyev, Donald Tramp, Nikol Paşinyan Birgə Bəyannaməni imzalayıb - YENİLƏNİB, TAM MƏTN

Şou Biznes
Naxçıvan mədəniyyət nazirinə müavin təyin edilib
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
Xalq artisti Zaur Rzayev xəstəxanadan evə buraxılıb
Kənan Doğulu, Beren Saat və daha 20 nəfər narkotikə görə saxlanılıb
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
"Energetika Memarlığı" filmi təqdim olunub
Araşdırma
12-03-2026, 12:12
İsrail Səhiyyə Nazirliyi İranın hücumlarından zərərçəkənlərin sayını açıqlayıb
2-03-2026, 16:57
Zelenski tərəfdaşların İran dronlarını vurmaq üçün Ukraynadan kömək istəmədiyini bildirib
21-06-2025, 14:23
Almaniya XİN İrandakı səfirliyini qonşu ölkəyə köçürüb
12-05-2025, 12:12
Baş prokuror Nizami rayonunda vətəndaşları qəbul edəcək
21-02-2024, 23:20
Aybəniz Haşımovanın qardaşı həbs edildi
10-01-2024, 14:27
Azərbaycanda iş adamı qəzada öldü
Hadisə
8-10-2026, 16:56
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
7-10-2026, 15:39
Qubada iki avtomobil toqquşub, ölən var
7-10-2026, 10:04
Bakıda maşın ağaca çırpılıb, sürücü xəsarət alıb - VİDEO
Son xəbərlər
  • Dün, 14:29
    Şahbaz Şərif İlham Əliyevə zəng edib
  • Dün, 13:20
    Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
  • Dün, 12:44
    Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb
  • Dün, 12:10
    ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb
  • Dün, 11:18
    Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
  • Dün, 10:42
    Bu gündən Azərbaycanda ov mövsümü açılıb
  • Dün, 09:57
    Masazırda 4 avtomobil yanıb
  • 9-10-2026, 17:41
    Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib
  • 9-10-2026, 17:18
    Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb
  • 9-10-2026, 16:45
    Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək
  • 9-10-2026, 15:35
    Sərdar Berdiməhəmmədov: Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması Türkmənistan üçün prioritetdir
  • 9-10-2026, 14:58
    Milli Məclisin növbəti plenar iclasında 13 məsələ müzakirə ediləcək
  • 9-10-2026, 13:04
    Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq
  • 9-10-2026, 12:45
    MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir
  • 9-10-2026, 11:54
    Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb
  • 9-10-2026, 11:02
    Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır
  • 9-10-2026, 10:23
    Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq
  • 9-10-2026, 09:48
    Azərbaycan neftinin qiyməti 133 dolları keçib
  • 9-10-2026, 09:03
    Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq
  • 8-10-2026, 18:26
    Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ
  • 8-10-2026, 17:56
    İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib
  • 8-10-2026, 16:56
    Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
  • 8-10-2026, 16:27
    Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib
  • 8-10-2026, 16:07
    Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib
  • 8-10-2026, 15:22
    C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır
  • 8-10-2026, 14:47
    Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb
  • 8-10-2026, 13:09
    Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək
  • 8-10-2026, 12:42
    Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər
  • 8-10-2026, 12:10
    Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb
  • 8-10-2026, 11:45
    Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir
  • 8-10-2026, 11:23
    Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir
  • 8-10-2026, 10:49
    İlham Əliyev "Avaza" Kompleksinə gəlib
  • 8-10-2026, 09:42
    İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib
  • 8-10-2026, 09:22
    Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq
  • 7-10-2026, 18:22
    Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib
Daha çox
5-10-2026, 12:25
Avstriya səfiri İlham Əliyevə etimadnaməsini azərbaycanca təqdim edib
6-10-2026, 16:29
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb
6-10-2026, 14:39
TBMM-in sədr müavini Bekir Bozdağ istefa verib
7-10-2026, 15:47
Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib
5-10-2026, 11:00
Ermənistanda sərxoş sürücü polislərə atəş açıb
5-10-2026, 13:16
Sabah Bakıya və rayonlara yağış yağacaq
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Müsahibə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
  • Təsisçi: Kənan Adıgözəlov
Müəllif hüquqları qorunur. TAQ.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2022 TAQ.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə