• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Övladlarımızın döyüldüyü mərkəzlərə icazəni kim verir?

Gündəm / Sosial

5-09-2022, 20:51

Övladlarımızın döyüldüyü mərkəzlərə icazəni kim verir?


Məlum olduğu kimi, Nizami rayonu ərazisində fəaliyyət göstərən “Mehnur” loqopedik-defektoloji xidmət mərkəzində azyaşlıların tərbiyəçi tərəfindən döyülməsini əks etdirən video yayılıb. Görüntülərdən də aydın olur ki, xüsusi qayğıya ehtiyacı olan uşaqlara mərkəzin “tərbiyəçi”ləri tərəfindən işgəncə verilir, saçları yolunur, zor tətbiq edilir. Videonun sosial şəbəkələrdə yayılmasından sonra aidiyyəti strukturlar tərəfindən mərkəzin psixoloqu və digər səlahiyyətli şəxsləri saxlanılıb. Nizami RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 133 (Əzab vermə) maddəsi ilə cinayət işi açılıb.

Bundan daha əvvəl də dəfələrlə sosial şəbəkələrdə müxtəlif təyinatlı uşaq mərkəzlərində işgəncə halları ilə bağlı məlumat və görüntülər yayılıb. Bəzi hallarda isə əllərində belə faktlar olsa da, valideynlər onları ictimailəşdirməkdən çəkinirlər.

Məsələn, bu günlərdə jurnalist Esmira Cavadova feysbuk hesabında paytaxtdakı reabilitasiya mərkəzlərindən birində psixoloqun autist azyaşlını yerə yıxaraq təpikləməsini, başını yerə vurduğunu yazmışdı. Lakin valideynlərin etirazı səbəbindən fakt işıqlandırılmayıb və belə görünür ki, günahkar şəxslər cəzasız qalıb: “Valideyni məsələni ictimailəşdirməyə dəvət etsəm də, dedi ki, əri razı deyil. Sonra mən bu barədə burada post yazdım. Valideyn vatsapa “uşağın atası vəzifəli adamdır, ona görə istəmirik bu iş ictimailəşsin, sizə də yazdığınız üçün ayıb olsun”, yazıb məni blokladı. Belə valideynlər susduqca, hələ dilsiz-ağızsız, bu dünyadan uzaq çox uşağın başı döşəməyə çırpılacaq, qulağı çəkiləcək, naləsi göyə qalxacaq”.
Övladlarımızın döyüldüyü mərkəzlərə icazəni kim verir?

Maraqlıdır ki, mərkəzlərin bəzilərində videomüşahidə kameraları olsa da, bəzən kameralar bütün otaqlarda quraşdırılmır və ya işləmir. Hətta belə iddialar da var ki, bu tipli mərkəzlərdə kamera quraşdırılmayan xüsusi “danlaq otaqları” da olur ki, burada uşaqlara fiziki zorakılıq edilir.

Video yayılandan sonra sosial şəbəkələrdə müzakirə edilməyə başlanan əsas məsələlərdən biri də belə mərkəzlərə verilən icazələrin çox rahat başa gəlməsidir. Belə ki, vətəndaşların sözlərinə görə, pulu, əlində imkanları olan istənilən şəxs Azərbaycanda uşaqlarla bağlı mərkəz aça bilir. Qeyri-peşəkar, azyaşlılarla işləmək təcrübəsi olmayan, az maaşa cəlb edilən müəllimlər isə işinə elə məlum videodakı kimi yanaşır. Mərkəzləri idarə edənlər də iş adamı adını qazanmaqla yanaşı, maddi vəziyyətlərini daha da yaxşılaşdırır. Övladını müəyyən məbləğ ödəyərək bu mərkəzlərə qoyan valideyn isə çox vaxt zorakılıq hallarını ya videolardan görür, ya da görməzdən gəlir…

Bəs belə mərkəzlər necə fəaliyyət göstərir? Rəhbərlikdən hansı sənədlər tələb olunur? Azyaşlılarla işləyəcək mütəxəssislər necə seçilir?

Məsələ ilə əlaqədar təhsil eksperti Elçin Əfəndi saytımıza bildirib ki, belə halların olmaması üçün aidiyyəti qurumlar, o cümlədən, Təhsil və Səhiyyə Nazirliklərinin icazəsi alınmalıdır: “Ölkədə sahibkarlıq fəaliyyətinə dəstək verilir, bəziləri də bundan sui-istifadə edirlər. Belə özəl mərkəzlərin qeydiyyatdan keçməsi çox asandır. Mühasib tapıb şirkəti biznes fəaliyyəti göstərəcəkləri adı ilə qeydiyyatdan keçirirlər. Hətta başqa ad altında qeydiyyatdan keçib adını sonradan dəyişirlər.

Əgər autizmli uşaqlarla, o cümlədən, fiziki sağlamlığında və ya nitqində problem olan uşaqlarla işləyiriksə, birinci növbədə müvafiq instansiyaların – Təhsil Nazirliyinin, Səhiyyə Nazirliyinin lisenziyası olmalıdır. Bu qurumlardan razılıq alındıqdan sonra fəaliyyət göstərmək olar. Bizdə isə Məhdud Məsuliyyətli Cəmiyyət kimi hansısa ad altında qeydiyyatdan keçib biznes obyekti kimi fəaliyyətə başlayırlar. Sorğulanmır ki, burada çalışan şəxsin müvafiq ixtisası varmı?! Mərkəzə rəhbərlik edən şəxsin uşaqların yaş psixologiyaslı ilə bağlı xəbəri varmı? Kortəbii formada seçim aparılır və bəziləri fürsət bilib bundan yararlanırlar. Nəticədə uşaqların incidilməsi, döyülməsi ilə bağlı faktlar ortaya çıxır”.
Övladlarımızın döyüldüyü mərkəzlərə icazəni kim verir?

Ekspert həmçinin əlavə edib ki, valideynlər də bir çox hallarda bu kimi məqamları nəzərə almırlar, uşaqları həmin yerlərə təhvil verirlər. Ortalığa çıxan mənzərədən sonra xəbər tuturlar ki, uşaqlarına qarşı belə hallar olub: “Valideynlər vaxtında maraqlansalar ki, həmin mərkəz dövlət qeydiyyatına alınıbmı, lisenziyası varmı, orada kimlər fəaliyyət göstərir, belə hallar olmaz. Özəl uşaq bağçaları açılanda yataqxanası olacaqsa onların, partaların hündürlüyü, eninə qədər hər şey nəzərə alınır. Bu mərkəzləri açanlar isə qanunvercilikdə hansısa boşluqlardan istifadə ediblər və sənədləri təqdim etmirlər. Nəticədə gördüyümüz görüntülər ortaya çıxır. Ali və orta ixtisas təhsil müəssisələrində korreksiyaedici təlimlər verilir. Əslində belə mərkəzlərdə çalışanlar bu ixtisasları bitirən şəxslər olmalıdır.

E. Əfəndinin sözlərinə görə, Təhsil, İqtisadiyyat, Səhiyyə və Daxili İşlər Nazirlikləri mütəşəkkil formada əməli tədbirlər həyata keçirməlidirlər.

Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyinə sorğu ünvanladıq. Qurumdan “Qafqazinfo”ya verilən cavabda bildirildi ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı lisenziya və icazə sisteminin tənzimlənməsinin hüquqi, iqtisadi və təşkilati əsasları “Lisenziyalar və icazələr haqqında” Qanunla tənzimlənir: “Həmin Qanunun 1 və 2 nömrəli əlavələri ilə müəyyən edilən lisenziya tələb olunan fəaliyyət növləri siyahısında sözügedən fəaliyyət üçün lisenziya nəzərdə tutulmayıb.

Məlumat üçün qeyd edək ki, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən İqtisadiyyat Nazirliyi tərəfindən aparılan lisenziyaların və icazələrin vahid reyestrində “MehNur” adlı müəssisəyə hər hansı fəaliyyət növünə dair lisenziyanın verilməsinə barədə məlumat qeydə alınmayıb”.

Səhiyyə Nazirliyinə ünvanladığımız sorğu isə belə cavablandırıldı: “Bildiririk ki, psixoloji yardım, defektoloqlar, loqopedlər, praktik psixoloqların fəaliyyəti “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 21.0.3-cü maddəsinə əsasən müraciətinizdə qeyd olunan ixtisaslar həkimlər tərəfindən deyil, təhsilverənlər pedaqoji işçilər -müəllimlər, məsləhətçilər, tərbiyəçilər, müəllim köməkçiləri, çağrışaqədərki hazırlıq rəhbərləri, defektoloqlar, loqopedlər, praktik psixoloqlar, sosioloq-pedaqoqlar, uşaq birliyi rəhbərləri, laborantlar, kitabxanaçılar, sosial xidmət sahəsinin işçiləri, təhsil müəssisəsinin dərnək və musiqi rəhbərləri, metodistlər, təhsil müəssisəsində çalışan konsertmeysterlər və məşqçilər, ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan digər şəxslər tərəfindən həyata keçirilir”.

Sözügedən mövzu haqda Təhsil Nazirliyinin də mövqeyini öyrənməyə çalışdıq, qurumdan gün ərzində sorğuya cavab veriləcəyi bildirildi.

Qeyd edək ki, hadisə ilə əlaqədar Səhiyyə Nazirliyi Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın alt işçi qrupunda bu görüntülərlə bağlı araşdırmalara başlanıldığını açıqlayıb. Komissiya Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Respublika Baş Prokurorluğu, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, QHT-lər və digər aydiyyatı qurumların nümayəndələrindən ibarətdir. Araşdırmalar başa çatdıqdan sonra komissiya nəticələr barədə məlumat yayacaq.

“Qafqazinfo”

Oxunub: 0
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

3-09-2022, 16:36

Reabilitasiya mərkəzində uşaqlara işgəncə verən şəxslər saxlanıldı - YENİLƏNİB

Gündəm / Siyasət

5-01-2023, 14:24

Prezident və birinci xanım Bakıda Uşaq-Gənclər İnkişaf Mərkəzində - FOTOLAR

Gündəm / Sosial

21-06-2023, 18:44

Qurban bayramı günlərində heyvanların satışı və kəsim yerləri - SİYAHI

Gündəm / Sosial

28-10-2023, 17:55

Azərbaycan vətəndaşlarının repatriasiyası və reabilitasiyası qaydaları təsdiqlənib

Gündəm / Siyasət

26-07-2022, 20:38

“Deyəsən, Akademiyanın fəaliyyətini yaxşı izləməmişik, alimlərimiz işləyirlər”

Şou Biznes
Xalq artisti Zaur Rzayev xəstəxanadan evə buraxılıb
Kənan Doğulu, Beren Saat və daha 20 nəfər narkotikə görə saxlanılıb
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
"Energetika Memarlığı" filmi təqdim olunub
"Sevgililərinə ev alırlar, amma sənətkarlara biganə qalırlar" - Xalq artisti
"Oskar" mükafatının qaliblərinin adları açıqlanıb
Araşdırma
12-03-2026, 12:12
İsrail Səhiyyə Nazirliyi İranın hücumlarından zərərçəkənlərin sayını açıqlayıb
2-03-2026, 16:57
Zelenski tərəfdaşların İran dronlarını vurmaq üçün Ukraynadan kömək istəmədiyini bildirib
21-06-2025, 14:23
Almaniya XİN İrandakı səfirliyini qonşu ölkəyə köçürüb
12-05-2025, 12:12
Baş prokuror Nizami rayonunda vətəndaşları qəbul edəcək
21-02-2024, 23:20
Aybəniz Haşımovanın qardaşı həbs edildi
10-01-2024, 14:27
Azərbaycanda iş adamı qəzada öldü
Hadisə
12-09-2026, 09:35
Bakıda avtomobil qadını vuraraq öldürüb
10-09-2026, 16:35
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
9-09-2026, 09:28
Zərdabda baş verən qəzada ölənlərin adları məlum olub - YENİLƏNİB
Son xəbərlər
  • Bugün, 13:52
    İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib
  • Bugün, 13:10
    İlham Əliyev və Mehriban Əliyeva Şamaxıya səfər ediblər
  • Bugün, 12:55
    Dövlət Agentliyinin əməkdaşlarının tibbi təminatı Daxili İşlər Nazirliyinə həvalə olunub
  • Bugün, 12:26
    Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
  • Bugün, 12:09
    Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib
  • Bugün, 11:25
    İlham Əliyev TDT Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb
  • Bugün, 10:05
    Azərbaycan ilə Malayziyanın turizm əlaqələri müzakirə olunub
  • Bugün, 09:31
    Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri Filippin və Danimarka ilə qarşılaşacaqlar
  • Dün, 16:45
    Gürcüstan Prezidenti Azərbaycana yeni təyin olunmuş səfirlə görüşüb
  • Dün, 16:13
    Təhsil dövrü 5 il olan hərbçilər üçün "leytenant" rütbəsinin müddəti azaldılır
  • Dün, 15:33
    Bakıda keçirilən beynəlxalq audit konfransının iştirakçıları Prezidentə müraciət ediblər
  • Dün, 14:37
    Haaqa məhkəməsində Kosovo Azadlıq Ordusunun rəhbərlərinə hökm oxunub
  • Dün, 14:04
    Ermənistan Konstitusiya Məhkəməsi TRIPP layihəsi üzrə sazişi təsdiqləyib
  • Dün, 12:59
    Bakıda 32, rayonlarda 35 dərəcə isti olacaq
  • Dün, 12:42
    Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib
  • Dün, 12:22
    İlham Əliyev Auditorlar Palatasının üzvlərini və əməkdaşlarını təltif edib
  • Dün, 11:44
    İlham Əliyev Auditin inkişaf mərhələlərinə həsr edilən beynəlxalq konfransın iştirakçılarına müraciət göndərib
  • Dün, 10:57
    Zakir Həsənov 13-cü Pekin Syanşan Forumunda iştirak edib
  • Dün, 10:21
    Abbas Əraqçi və Van İ Pekində danışıqlar aparıblar
  • Dün, 09:25
    Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak edib
  • Dün, 08:58
    Nümayəndələr Palatası Trampdan İrana qarşı hərbi əməliyyatları dayandırmağı tələb edib
  • 15-09-2026, 12:19
    TBMM sədri Bakının işğaldan qurtuluşunun 108-ci ildönümü münasibətilə Azərbaycanı təbrik edib
  • 15-09-2026, 11:57
    İqtisadiyyat nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib
  • 15-09-2026, 10:52
    Birol Akgün Şəhidlər xiyabanı və Türk şəhidliyini ziyarət edib
  • 15-09-2026, 10:15
    XİN Bakının işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib
  • 15-09-2026, 09:52
    Azərbaycan neftinin qiyməti 127 dolları ötüb
  • 15-09-2026, 09:09
    Bakının erməni-bolşevik işğalından azad olunmasından 108 il ötür
  • 15-09-2026, 08:51
    Azərbaycanda Bilik Günüdür
  • 14-09-2026, 14:50
    KİV: Rusiyanın 51-ci ordusunun komandanı Sergey Milçakov öldürülüb
  • 14-09-2026, 13:46
    Azərbaycanın AİB ilə əməkdaşlığı üzrə 5,6 mlrd. dollarlıq maliyyələşmə həyata keçirilib
  • 14-09-2026, 12:58
    İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın sertifikatı təqdim olunub
  • 14-09-2026, 12:33
    "Bilik günü" Azərbaycanda 34 dərəcə isti olacaq
  • 14-09-2026, 11:48
    MM cinayət işlərində hüquqi yardıma dair Avropa Konvensiyasına Əlavə Protokolu təsdiqləyəcək
  • 14-09-2026, 11:19
    İlham Əliyev "SABAH.city" innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib
  • 14-09-2026, 10:40
    Xalq artisti Zaur Rzayev xəstəxanadan evə buraxılıb
Daha çox
12-09-2026, 11:01
Şəkidəki “Zipline” faciəsi ilə bağlı gözdən qaçan detal
11-09-2026, 14:57
Aİ Ukrayna üçün HHM, dron və raketlərin alınmasına 6,1 milyard avronun ayrılmasını təsdiqləyib
12-09-2026, 15:44
İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb
11-09-2026, 17:37
Yağış yağacaq, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
11-09-2026, 17:56
Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam
11-09-2026, 18:07
Azərbaycanda regionlarında rəqabətin inkişaf səviyyəsi qiymətləndiriləcək
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Müsahibə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
  • Təsisçi: Kənan Adıgözəlov
Müəllif hüquqları qorunur. TAQ.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2022 TAQ.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə