• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Elmir Əkbər: “Həcilər məşuqələrinə psixologiya mərkəzi açır”

Gündəm / Sosial

7-09-2022, 13:15

Elmir Əkbər: “Həcilər məşuqələrinə psixologiya mərkəzi açır”


“Bu gün Azərbaycanda psixologiya sahəsində vəziyyət ürəkaçan deyil”.

Taq.az xəbər verir ki, bu barədə Modern.az-a tanınmış psixoterapevt Elmir Əkbər bir neçə gün əvvəl loqopediya mərkəzində uşaqlara işgəncə verilməsi faktı ilə bağlı danışarkən bildirib.

E.Əkbər qeyd edib ki, respublikanı bir-birinə qatan bu hadisə ölkədə birinci hal deyil:

“Zaman-zaman belə hallar xırda şəkildə gündəmə gəlib. Mən bu camiədən xəbərdar olduğum üçün deyə bilərəm ki, belə hallar çox olub. Sadəcə bu dəfə sosial şəbəkələr müsbət sosial tənqid rolunu oynadığı üçün bu hadisəni gündəmdən çıxara bilmədilər”.

Onun sözlərinə görə, yaşanan bu hadisələrin səbəbi həcilərin öz məşuqələrinə, məmurların ağıldan kəm, “debil” qızlarına psixologiya mərkəzləri açmasıdır:

“Əvvəllər bu cür qızlara gözəllik salonu açırdılar. İndi isə həmin şəxslərin bu mərkəzi işlətməyə mənəvi haqqının çatıb-çatmadığının fərqinə varmadan onlara psixologiya mərkəzi açırlar. Heyf ki, təhsil haqqında düşünmürlər. Başa düşmürlər ki, istənilən bir problemli insanla loqopedin, psixoloqun işləyə bilməsi üçün pasiyentə ilk növbədə psixoterapevt diaqnoz qoymalıdır. Həkim psixoterapevt kimdir? Azərbaycanda insanlar bunu hələ də bilmir. Dələduzlar da çalışır ki, bunu heç kəsə bildirməsinlər. Həkim psixoterapevtin diplomunda nevropatoloq, yaxud başqa ixtisas yazılmalı deyil. Sırf həkim-psixoterapevt yazılmalıdır. Həkim-psixoterapevtin diaqnostikasından sonra klinik psixoloq, yaxud psixoloq işə başlaya bilər. Panikatak, depressiya kimi problemlər olduqda əgər həkim psixoterapevt yoxdursa, onun seanslarını adi psixoloq yox, klinik psixoloq həyata keçirə bilər. Bütün bunlaradan Azərbaycanda kimin xəbəri var? Heç kimin. Ona görə də, vəziyyət belə bərbad, acınacaqlıdır”.

“Ümumiyyətlə, bu hadisədə hamı bir məqamı yaddan çıxarır. Həmin savadsız, səriştəsiz, dırnaqarası mütəxəssis qəzəblənib uşağı sadəcə döymür, hətta ağıza alınmayacaq nalayiq sözlər işlədir. Həmin adam manyakdır. Bu onun verdiyi işgəncədən zövq aldığını göstərir. Başqa bir videoda müəssisənin rəhbərinin də eyni cür davrandığı görünür. Hələ videolarda əks olunmayan nələr yaşanır. Ümumiyyətlə, o kollektiv manyak, psikopat yığınıdır. Təkcə o müəssisədə yox, göbələk kimi çıxmış psixologiya mərkəzlərində vəziyyət belədir”,-deyə E.Əkbər vurğulayıb.

Psixoterapevt qeyd edib ki, ümumiyyətlə günah valideynlərdədir:

“Valideynlər özlərinə bir corab, ayaqqabı alanda ölçüb-biçib maraqlanıb alırlar. Bəs uşağını bu tip mərkəzlərə aparanda maraqlanırmı ki, orada fəaliyyət göstərən psixoloqların təhsili nədir, onlar hansı savada malikdir. Valideyn niyə maraqlanmayıb dələduzun, fırıldaqçının yanına gedir. Bu göstərir ki, valideyn öz övladına səhlənkar yanaşır. Yəqin, hər kəsin tanıdığı elə bir adam var ki, dünənə kimi başqa adam olub indi isə psixoloq kimi ortalığa çıxıb fəaliyyət göstərir. Nə oldu, Görüş filmində kişinin başına boranı düşən kimi, boranı düşür başlarına psixoloq olurlar? Corab toxuyan, yorğan sırıyan hamı özünü psixoloq adlandırır. Fahişəliklə məşğul olanlar belə bugün özünü psixoloq adlandırır. Dəhşətdir. Bu hal çox geniş yayılıb. Nəticədə həqiqi psixoloqların günü qara olub. Problem odur ki, Azərbaycanda psixologiya, psixoterapiya liqası hələ bu il yaranıb. Ona görə də, bu halların tənzimlənməsi belə bərbaddır. Nəticədə, çox savadlı, dəyərli psixoloqlar xaricə köçüb gedirlər. Çünki camaatın gözündən bu ixtisası çox pis şəkildə salıblar. İnsanlar sosial şəbəkələrdə hələ də fəaliyyət göstərən dırnaqarası psixoloqların yanına gedir. Elə bilirlər ki, elə hamı o cürdür. Düşünürəm ki, Liqa belələrini məhkəməyə verməlidir. Onların ucbatından psixoloqların adı batır”.

Onun sözlərinə görə, bu gün Azərbaycanda psixoterapevtlərin sayı da çox azdır:

“Mütəxəssislər barmaqla sayılacaq qədərdir. Onların da təhsil peoblemi var. Psixologiya, psixoterapiya elə bir elmdir ki, ona kitab oxumaqla yiyələnmək mümkün deyil. Kitab oxumaqla böyrək, ciyər həkimi olmaq olar, ancaq psixoterapiyanı, klinik psixologiyanı öyrənən adam mütləq Viktor Franka, Karl Qustoya, Vi Yonqaya, ya da Zigmund Freydə gedib çıxmalıdır. Əgər bu əlaqəlilik, bu zəncir yoxdursa, demək o heç vaxt peşəkar mütəxəssis ola bilməz. İnsanlar təəssüf ki, öz təhsillərinə yatırım etmək istəmirlər. İndi bir çoxu attestatla Türkiyəyə gedib oranın geridə qalmış universitetlərini bitirir. Dörd ildən sonra Azərbaycana böyük bir sürünün axını olacaq. Onlar hansı ağlın sahibidir, onlardan nə olacaq? Mən qızlardan abituriyent imtahanı götürülməməsinin tərəfdarıyam. Ancaq insanların intellektual qabiliyyəti yoxlanılmalıdır. Həkim olan, psixoloq olan adamın vəziyyəti çox bərbaddır. Yoxlanılmalıdır ki, onun bu sahədə olub, insanlarla işləməyə haqqı çatır? Yenə deyirəm ki, başqa sahədən olan insanların əksəriyyəti daha sonra onlayn şəkildə Ukraynadan saxta diplomlar alıblar. Yaxud Türkiyə universitetlərinə attestatla qəbul olub oxuyublar. İnsanlar ayıq olmalıdır. Hara, kimin yanına gedtiklərini bilməlidirlər. İşgəncə verən qadına gəlincə, o necə qadındır, necə anadır ki, dili ilə dərdini deyə bilməyən bir uşağa o cür zülm edir. Mən hesab edirəm ki, o heç öz övladlarına da yaxşı ana deyil. Bu tip insanlara başqalarına nümunə olması üçün ən ağır cəza verilməlidir”.

Oxunub: 0
Paylaş:
Digər xəbərlər

Gündəm / İqtisadiyyat

18-01-2023, 20:44

Prezident İlham Əliyev Davosda Çinin CGTN televiziya kanalına müsahibə verib

Gündəm / Siyasət

18-12-2021, 16:51

Əliyev İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibə verdi

Gündəm / Siyasət

24-12-2022, 18:29

İlham Əliyev Qərbi Azərbaycan İcmasının binasında - FOTOLAR (YENİLƏNİB)

Gündəm / Siyasət

13-03-2025, 18:26

Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib - YENİLƏNİB

Gündəm / Siyasət

5-01-2023, 14:24

Prezident və birinci xanım Bakıda Uşaq-Gənclər İnkişaf Mərkəzində - FOTOLAR

Şou Biznes
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Naxçıvan mədəniyyət nazirinə müavin təyin edilib
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
Xalq artisti Zaur Rzayev xəstəxanadan evə buraxılıb
Kənan Doğulu, Beren Saat və daha 20 nəfər narkotikə görə saxlanılıb
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
Araşdırma
20-10-2026, 15:16
Azərbaycanda nəqliyyat sahəsinə aid yeni dövlət standartları qəbul edilib
12-03-2026, 12:12
İsrail Səhiyyə Nazirliyi İranın hücumlarından zərərçəkənlərin sayını açıqlayıb
2-03-2026, 16:57
Zelenski tərəfdaşların İran dronlarını vurmaq üçün Ukraynadan kömək istəmədiyini bildirib
21-06-2025, 14:23
Almaniya XİN İrandakı səfirliyini qonşu ölkəyə köçürüb
12-05-2025, 12:12
Baş prokuror Nizami rayonunda vətəndaşları qəbul edəcək
21-02-2024, 23:20
Aybəniz Haşımovanın qardaşı həbs edildi
Hadisə
28-10-2026, 16:36
Bakıda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlandı
28-10-2026, 14:58
Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb
24-10-2026, 14:47
Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB
Son xəbərlər
  • Dün, 16:31
    İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - Siyahı
  • Dün, 16:15
    Maliyyə Nazirliyi oktyabrda 5 depozit hərracı keçirib
  • Dün, 15:32
    Sülhün olması üçün Ermənistan zəruri addımlar atmalıdır
  • Dün, 14:53
    Bakıda 54 min manatdan çox dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb
  • Dün, 14:22
    Milli Məclis Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişiklikləri birinci oxunuşda qəbul edib
  • Dün, 12:46
    Oktyabrın son günü Azərbaycanda yağış yağacaq
  • Dün, 12:10
    Türk Dövlətləri Təşkilatının yeni Baş katibi məlum olub
  • Dün, 11:38
    Milli Məclis özəl məhkəmə ekspertinin gəlirlərinin vergiyə cəlb edilməsini ilk oxunuşda qəbul edib
  • Dün, 11:06
    Əli Əsədov: Gürcüstanda yayda enerji sistemində ciddi qəzadan sonra Azərbaycan operativ dəstək göstərib
  • Dün, 10:26
    "20 Yanvar"-"Şamaxinka" aralığındakı dayanacaqdan daha 4 marşrut çıxarılır
  • Dün, 09:52
    Azərbaycan neftinin qiyməti 122 dollara düşüb
  • Dün, 09:18
    Çin gələn il təkrar istifadə edilə bilən kosmik aparatı sınaqdan keçirəcək
  • 29-10-2026, 18:06
    Kapadokiyada qaya uçub, 2 nəfər ölüb, 1 nəfər yaralanıb
  • 29-10-2026, 17:35
    Türkiyədə bələdiyyə sədri rüşvət almaq ittihamı ilə ev dustağı edilib
  • 29-10-2026, 17:01
    Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq
  • 29-10-2026, 16:42
    Bakı və Abşeronda təkdırnaqlı heyvanlar arasında epizootoloji monitorinq keçiriləcək
  • 29-10-2026, 16:11
    Əli Əsədov Gürcüstanda işgüzar səfərdədir
  • 29-10-2026, 15:23
    Portuqaliya Azərbaycandan neft alışını 45 %-ə yaxın azaldıb
  • 29-10-2026, 14:50
    Paşinyan Ermənistanın Müstəqillik Bəyannaməsini dövlətçiliyin əleyhinə hesab edir
  • 29-10-2026, 13:23
    Sabah Bakıda hava yağmursuz olacaq
  • 29-10-2026, 12:59
    SEPAH: Ötən sutka üç tanker Hörmüz boğazında minaya düşüb
  • 29-10-2026, 12:27
    Ceyhun Bayramov Ankarada TDT XİN Şurasının iclasında iştirak edib
  • 29-10-2026, 11:46
    Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik ünvanlayıb
  • 29-10-2026, 10:49
    Ötən gecə Rusiya regionları üzərində 1214 Ukrayna pilotsuz uçuş aparatı vurulub
  • 29-10-2026, 10:15
    "Gəncə" FIBA Avropa Kubokunda üçüncü oyununa çıxacaq
  • 29-10-2026, 09:36
    Mehriban Əliyeva sosial media hesablarında Türkiyənin Cümhuriyyət Bayramını təbrik edib
  • 29-10-2026, 09:09
    Salvador dörd vətəndaşını əsirlikdən azad etmək üçün Haitiyə qoşun göndərəcək
  • 28-10-2026, 18:06
    Ərdoğan TDT liderlərinin iştirakı ilə rəsmi şam yeməyi verəcək
  • 28-10-2026, 17:42
    Zelenski: Ukrayna, ABŞ və Rusiyanın üçtərəfli danışıqları noyabrın 10-da baş tuta bilər
  • 28-10-2026, 16:36
    Bakıda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlandı
  • 28-10-2026, 15:49
    Zelenskinin "sağ əli" Uitkoffla mübahisə etdiyini təkzib etdi
  • 28-10-2026, 14:58
    Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb
  • 28-10-2026, 14:26
    Madriddə etiraz aksiyası keçirilir
  • 28-10-2026, 12:43
    Sabah Bakıda yağış, rayonlarda qar yağacağı gözlənilir - PROQNOZ
  • 28-10-2026, 12:14
    EBRD Azərbaycanla Yaşıl Enerji Səmərəliliyi Çərçivəsi quracaq
Daha çox
24-10-2026, 13:11
Sabah Bakıda yağış yağacaq
24-10-2026, 09:15
Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir
24-10-2026, 12:35
Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib
24-10-2026, 10:13
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb
24-10-2026, 16:06
Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə
24-10-2026, 14:03
Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Müsahibə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
  • Təsisçi: Kənan Adıgözəlov
Müəllif hüquqları qorunur. TAQ.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2022 TAQ.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə