• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

İctimai Şuralar Baş nazirə müraciət etdi

Gündəm / Siyasət

13-09-2022, 17:43

İctimai Şuralar Baş nazirə müraciət etdi


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuralarının sədrləri Baş nazirə müraciət edib.

Bu barədə "Azəriqaz”dan məlumat verilib.

"Məlum olduğu kimi, Azərbaycan regionlarının təbii qazla təmin olunması üçün dövlət dəstəyi ilə genişmiqyaslı qazlaşdırılma işləri hayata keçirilib.

"Azəriqaz”ın açıqladığı statistik məlumatlara görə, 2009-2021-ci illərdə umumilikdə 1 677 kənd və qəsəbə yeni qazlaşdırılıb, bunun nəticəsində ölkənin qazlaşdırılması səviyyəsi 96,3 %-ə çatdırılıb. Qazlaşdırılma tədbirləri əhalinin sosial rifahının yüksəldilməsi ilə yanaşı, ətraf mühitin mühafizəsinin gücləndirilməsinə, meşələrin qırılmasının qarşısının alınmasına zəmin yaratmışdır. İşğaldan azad olunmuş ərazilər istisna olmaqla, 01.01.2022-ci il tarixə ölkə ərazisində təbii qazla təmin olunmayan 982 yaşayış məntəqəsi mövcuddur. Bu məntəqələrdən 426 kənd meşəətrafı ərazilərdə yerləşir”, deyə məlumatda deyilir.
Ətraflı

Məlumatda həmçinin bildirilir ki, "Azəriqaz” cari ildə 68 kəndi qazlaşdıracaq ki, onlardan 25 məntəqə meşəətrafı ərazilərdə yerləşir: "Meşəətrafı ərazilərdə yerləşən kəndlərin qazlaşdırılması ilə bağlı 2021-2022-ci illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə "Azəriqaz” İB arasında rəhbərlik səviyyəsində və həmin qurumların yanında yaradılmış İctimai Şuraların iştirakı ilə işçi görüşlər təşkil edilib, qeyd olunan məsələ ilə bağlı təqdimatlar keçirilib və müzakirələr aparılıb”, deyə bildirilir.

Məlumatda nəzərə çatdırılıb ki, hər il "Azəriqaz” İstehsalat Birliyi müxtəlif ərazilərdə yerləşən yaşayış məntəqələrin, o cümlədən meşəətrafı kəndlərin daxili imkanlar hesabına mərhələli şəkildə qazlaşdırılmasını da nəzərdə tutan kapital qoyuluşları proqramını tərtib edir, SOCAR tərəfindən təsdiq olunduqdan sonra isə onun icrasına başlanılır: "Bir çox hallarda mənbədən uzaq məsafədə yerləşdiyindən və qaz xəttinin çətin relyef şəraitində çəkilməsi zərurəti yarandığından meşəətrafı məntəqələrin qazlaşdırılması yüksək maliyyətutumlu layihələrə çevrilir. Bunu da yalnız "Azəriqaz” İB-nin vəsaiti hesabına maliyyələşdirilməsi həmin layihələrin çox uzun müddət ərzində (illərcə) reallaşmasına gətirib çıxara bilər. Ətraf mühitin qorunub saxlanılması, ekoloji şəraitin yaxşılaşdırılması, qızdırılma məqsədilə meşələrin qırılmasının qarşısının alınması, 982 yaşayış məntəqəsi üzrə 90 000 fərdi yaşayış evinin olması və orta hesabla hər bir evdə 4 nəfərdən ibarət ailənin, ümumilikdə isə həmin ərazidə 360 000 əhalinin yaşamasını və onların həyat tərzinin yaxşılaşdırılmasına xidmət edən zəruri, o cümlədən qaz təchizatı sahəsində kommunal xidmətlərin təqdim olunmasının prioritetliyini, eləcə də reallaşdırılması üçün külli miqdarda vəsaitin tələb olunduğunu nəzərə alaraq, bu layihənin dövlət səviyyəsində maliyələşdirilməsi daha məqsədəuyğun hesab edilir”.

Məlumatda o da bildirilir ki, yuxarıda qeyd olunan 982 yaşayış məntəqəsindən 135 000 əhalisi olan 426 yaşayış məntəqəsi meşə ətrafında yerləşir: "Bunlardan texniki iqtisadi cəhətdən qazlaşdırılması səmərəli hesab edilən 235 məntəqə üzrə təqribən 96 000 əhali yaşayır. "Azəriqaz” cari il ərazində əhalisi təqribən 11 000 minə bərabər 25 yaşayış məntəqəsini daxili imkanları hesabına qazlaşdırmaq imkanına malikdir. Bu tempi əsas götürsək, 235 yaşayış məntəqəsi Birlik tərəfindən 9 il 6 aya ərzində qazlaşdırılaraq başa çatdırıla bilər ki, bu da qaz ölkəsi üçün kifayət qədər uzun müddətdir. Bununla belə, texniki-iqtisadi cəhətdən qazlaşdırılması səmərəsiz hesab olunan, əhalisi təqribən 39 000 təşkil edən 191 yaşayış məntəqəsi də var. "Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”nin tədbirlər planının 4.1.5-ci bəndinə görə texniki-iqtisadi cəhətdən qazlaşdırılması səmərəsiz qiymətləndirilən yaşayış məntəqələri, o cümlədən meşəətrafı kəndlər alternativ enerji növləri ilə təmin olunmalıdır”.

Qeyd edilib ki, respublikanın meşə fondu sahəsi 1213,7 min hektar olmaqla ümumi ərazinin 14 %-ni, meşə ilə örtülü sahələr isə 1 046,76 min hektardır ki, bu da ölkə ərazisinin 12 %-ni təşkil edir: "Ölkəmizdə adambaşına düşən meşə sahəsi qonşu Gürcüstan ilə müqayisədə təxminən 3 dəfə azdır. Göründüyü kimi, regionun qonşu ölkələrilə müqayisədə Azərbaycan azmeşəli ölkədir və meşələrin artırılması, mühafizəsi, o cümlədən meşə təsərrüfatından beynəlxalq təcrübələr əsasında davamlı və səmərəli istifadə edilməsi prioritetdir. Meşəətrafı ərazilərdə odun tədarükünün ildən ilə çətinləşməsi, mümkünsüzləşməsi səbəbindən təbii qazın verilməsi tələbi ilə əlaqədar vətəndaşlar tərəfindən "Azəriqaz” İB yanında fəaliyyət göstərən İctimai Şuraya daxil olan müraciətlərin sayı da artmaqdadır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və SOCAR "Azəriqaz” İB yanında fəaliyyət göstərən İctimai Şuraların üzvləri olan vətəndaş cəmiyyəti insitutlarının nümayəndələri yuxarıda qeyd olunan yaşayış məntəqələrinin yaxın gələcəkdə hökumət səviyyəsində maliyyə vəsaiti ayrılmaqla qazlaşdırılmasını məqsədəuyğun hesab edərək bu istiqamətdə köməklik göstərilməsini Sizdən xahiş edir. Əminik ki, bu tədbir vətəndaşlarımızın rifah halının yaxşılaşdırılması ilə yanaşı, ətraf mühitin mühafizəsinin gücləndirilməsinə, meşələrə mənfi təsirlərin azalmasına da ciddi töhvəsini verəcək”.

Oxunub: 0
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

30-03-2023, 16:04

İlham Əliyev Şuşa ilə bağlı 7 fərman imzaladı

Gündəm / Siyasət

14-06-2023, 12:36

Prezidentdən bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı FƏRMAN

Gündəm / Siyasət

18-12-2021, 16:51

Əliyev İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibə verdi

Gündəm / Dünya

12-05-2025, 09:53

Tramp Farsı Ərəbə DƏYİŞİR... – Qlobal miqyasda yeni XAOS DALĞASI

Gündəm / Sosial

17-07-2023, 13:28

Ombudsman Ermənistanın törətdiyi beynəlxalq ekoloji cinayətlərlə bağlı müraciət ünvanlayıb

Şou Biznes
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
Xalq artisti Zaur Rzayev xəstəxanadan evə buraxılıb
Kənan Doğulu, Beren Saat və daha 20 nəfər narkotikə görə saxlanılıb
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
"Energetika Memarlığı" filmi təqdim olunub
"Sevgililərinə ev alırlar, amma sənətkarlara biganə qalırlar" - Xalq artisti
Araşdırma
12-03-2026, 12:12
İsrail Səhiyyə Nazirliyi İranın hücumlarından zərərçəkənlərin sayını açıqlayıb
2-03-2026, 16:57
Zelenski tərəfdaşların İran dronlarını vurmaq üçün Ukraynadan kömək istəmədiyini bildirib
21-06-2025, 14:23
Almaniya XİN İrandakı səfirliyini qonşu ölkəyə köçürüb
12-05-2025, 12:12
Baş prokuror Nizami rayonunda vətəndaşları qəbul edəcək
21-02-2024, 23:20
Aybəniz Haşımovanın qardaşı həbs edildi
10-01-2024, 14:27
Azərbaycanda iş adamı qəzada öldü
Hadisə
24-09-2026, 11:49
İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb
23-09-2026, 13:25
Masazırda yük maşını aşıb, ölən və xəsarət alanlar var
23-09-2026, 08:53
Ağdərədə xırdabuynuzlu heyvanları daşıyan yük maşını aşıb
Son xəbərlər
  • Bugün, 08:44
    Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib
  • Bugün, 01:38
    İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib
  • Bugün, 01:23
    Azərbaycanda Anım Günüdür
  • Dün, 16:03
    Qarayaxma kampaniyasının təşkilatçılarının Azərbaycana girişinin məhdudlaşdırılması istisna edilmir
  • Dün, 15:42
    İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Formula 1" üzrə Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar
  • Dün, 15:14
    Xaricdə iş və müxtəlif vədlərlə 32 min manatdan çox dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
  • Dün, 14:52
    AIIF 2026-da ümumi dəyəri 10,8 milyard dollar olan 23 sənəd imzalanıb
  • Dün, 13:29
    Sabah Bakıda 29, rayonlarda 33 dərəcə isti olacaq
  • Dün, 12:56
    Formula 2 Azərbaycan Qran-Prisində qalib məlum oldu - YENİLƏNİB
  • Dün, 11:55
    Şahin Mustafayev rus həmkarı ilə görüşdü
  • Dün, 11:18
    “ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür” - Prezident
  • Dün, 10:31
    Azərbaycan Prezidenti investorlara saxta mediaya inanmamağı məsləhət görüb
  • Dün, 10:10
    İlham Əliyev: "Bu gün 2 mühüm sənəd imzalanacaq"
  • Dün, 09:38
    İlham Əliyev: Xarici borcumuz çox aşağı səviyyədədir, biz onu bir gündə sıfırlaya bilərik
  • Dün, 09:11
    Qaradağ rayonunda vulkan püskürüb
  • 25-09-2026, 18:04
    Rusiya Kiyevdə ofis binasına dron zərbəsi endirib, 4 nəfər ölüb
  • 25-09-2026, 17:27
    "Birliyin Gücü - 2026": Zakir Həsənov təlimin gedişatını izləyib, məruzələri dinləyib
  • 25-09-2026, 16:44
    Ərdoğan: Türkiyə Orta Dəhlizi daha da güclü edəcək TRIPP kimi təşəbbüsləri dəstəkləyir
  • 25-09-2026, 16:13
    Bir qrup hərbi qulluqçu təltif edilib - SƏRƏNCAM
  • 25-09-2026, 15:42
    Rəsmi Bakı Gürcüstan Patriarxlığını Ermənistan kilsəsinin mövqeyini təkrarlamamağa çağırıb
  • 25-09-2026, 15:11
    Türkmənistan Orta Dəhlizin inkişafında hərtərəfli yanaşmaya çağırıb
  • 25-09-2026, 12:43
    Xüsusi şərtlərlə pensiya alan dövlət qulluqçularına pensiya təyinatı mexanizmi dəyişir
  • 25-09-2026, 12:01
    Prezident İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
  • 25-09-2026, 11:18
    İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb
  • 25-09-2026, 10:23
    Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
  • 25-09-2026, 09:50
    Yol polisi dəyişkən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
  • 25-09-2026, 09:13
    Bayramov və Mirzoyan iki ölkə arasında nəqliyyat infrastrukturunun açılmasını müzakirə edib
  • 24-09-2026, 17:59
    Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
  • 24-09-2026, 17:22
    "Formula 1": Bakıdakı ikinci sərbəst yürüşdə ən yaxşı nəticəni göstərən pilot müəyyənləşib - YENİLƏNİB
  • 24-09-2026, 16:49
    Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək
  • 24-09-2026, 16:29
    Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
  • 24-09-2026, 15:46
    Azərbaycan gələn il Qarabağ və Şərqi Zəngəzura 3,4 milyard manat xərcləyəcək
  • 24-09-2026, 15:07
    Azərbaycan XİN və Müdafiə Nazirliyi Qazaxıstana başsağlığı verib
  • 24-09-2026, 13:46
    İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib
  • 24-09-2026, 13:25
    Sabah Azərbaycanda 34 dərəcə isti olacaq
Daha çox
22-09-2026, 10:47
Sentyabrın pensiya ödənişləri yekunlaşıb
21-09-2026, 10:14
Türkiyədə 5 maqnitudalı zəlzələ olub
23-09-2026, 17:57
Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL
21-09-2026, 12:16
Si Cinpin sentyabrın 23-25-də ABŞ-a səfər edəcək
21-09-2026, 10:42
Mərkəzi Bank bu həftə növbəti dəfə uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq
21-09-2026, 11:29
Rusiyanın Ukraynaya hücumlarında 1 nəfər ölüb, 9 nəfər xəsarət alıb
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Müsahibə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
  • Təsisçi: Kənan Adıgözəlov
Müəllif hüquqları qorunur. TAQ.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2022 TAQ.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə