• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Əliyevin Avropada 5 saatlıq döyüşü və qələbəsi – Praqa sənədinin DETALLARI

Gündəm / Siyasət

7-10-2022, 11:28

Əliyevin Avropada 5 saatlıq döyüşü və qələbəsi – Praqa sənədinin DETALLARI


Praqda dördtərəfli görüş başa çatdı və yekun bəyanatı tarixi məqamlardan biri hesab etmək olar: Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdı və bu, 44 günlük müharibədən sonra ilk dəfə rəsmi şəkildə baş verir;

Ermənistan Fransanın dəstəyi ilə bu görüşdə Azərbaycana qarşı planlar qururdu və hesab edirdi ki, sərhəddə baş verən son toqquşmadan sonra Bakıya qarşı ciddi təzyiq dalğasına nail olacaq. Və bununla istədiklərini həyata keçirəcək.

Birincisi, kommunikasiyanın açılması prosesində öz tələblərini qəbul etdirəcək: Zəngəzurdan dəhliz verməyəcək;

İkincisi, sərhəd məsələsində maraqlarını təmin edəcək: Azərbaycan ordusunun mövqelərindən geri çəkilməsinə nail olacaq;

Üçüncüsü, Qarabağdakı “etnik ermənilərin” “statusu” ilə bağlı nələrsə əldə edəcək;

Fransa prezidenti Emmanuel Makronun görüşdə iştirakı Nikol Paşinyana “qol-qanad” verirdi. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin görüşdə iştirakı isə Aİ-nin müəyyən neytrallığı baxımından dördtərəfli görüşün balanslı olduğu görüntüsünü yaradırdı: Makron-Paşinyan və Əliyev-Mişel;

Hərçənd, Aİ və Fransanın bir sıra məsələlərdə Avropanın maraqlarından çıxış etməsi reallıqda Əliyev və Makron-Paşinyan-Mişel cəbhəsinin qarşı-qarşıya olduğunu göstərirdi. Ən yaxşı halda desək, Makron-Paşinyan birlikdə, Əliyev tək, Mişel isə neytral oyunçu kimi iştirak edirdi.

Azərbaycan lideri Avropada - Paşinyanın ümid etdiyi görüşdə təkbaşına ölkənin milli maraqlarını müdafiə etdi və tələblərini qəbul etdirdi. Və belə demək mümkünsə, bu məqsədlə diplomatik cəbhədə 5 saat döyüşdü. Bəyanatın mətni bunu açıq şəkildə göstərir.

Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdı

Yekun bəyanatda Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıdılar: burada BMT nizamnaməsi əsas sənəd kimi götürüldü. Beləliklə Ermənistan:

- Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu rəsmi şəkildə təsdiq etdi;
- Qarabağ üzərində Azərbaycan hakimiyyətini qəbul etdi;

Əliyev Azərbaycan torpağına müdaxiləyə imkan vermədi

Yekun bəyanatdan anlamaq olur ki, görüşdə Avropa İttifaqı və Fransanın birgə sərhəd monitorinq missiyası yaratması, Azərbaycan və Ermənistan ərazisində faəliyyət göstərməsi məsələsi müzakirə olunub. Avropa bu missiya ilə bölgəyə daxil olmaq, həm Azərbaycan, həm Ermənistan ərazisində yer almaq istəyirdi, lakin Prezident İlham Əliyev qəti şəkildə buna etiraz edib. Çünki bu missiyanın Azərbaycan ərazisinə daxil olması ərazi bütövlüyü və suverenliyimizin pozulması deməkdir. İlham Əliyevin qətiyyətli mövqeyi nəticəsində missiyanın Azərbaycan ərazisinə daxil olması məsələsi sıradan çıxıb. Razılaşmaya görə, missiyası yalnız Ermənistan ərazisində olacaq. Sərhəd missiyası etimad quruculuğu və sərhədlərin delimitasiyasına töhfə və dəstək verəcək. Azərbaycan isə öz maraqlarına uyğun şəkildə missiya ilə əməkdaşlıq edəcək.

Ermənistan bu sərhəd missiyasına razılıq verməklə suveren dövlət olmadığını bir daha göstərdi. Eyni zamanda, bunun siyasi baxımdan strateji səhv olduğu da aydın görünür. Çünki məsələ təkcə sərhəd yox, bölgədə İrəvanın müttəfiq hesab etdiyi Rusiya maraqlarına qarşı gedişdir. Moskvanın buna reaksiyası ciddi olacaq.

Zəngəzur dəhlizi aktualdır

Paşinyanın bu görüşdən əsas gözləntilərindən biri də Zəngəzurun dəhliz yox, yol məntiqi ilə açılmasına nail olmaq idi. Avropanın da bu mövqeyi paylaşması Ermənistanın əlini gücləndirən məqam idi. Lakin İlha Əliyev bu gözləntiləri alt-üst etdi.

Yekun bəyanata Zəngəzur dəhlizi ilə bağlı məsələ daxil edilmədi və bu o deməkdir ki, dəhliz məsələsi 10 noyabr bəyanatına uyğun tənzimlənir, yəni Ermənistan Azərbaycanın Naxçıvana çıxışı üçün maneəsiz keçid verməlidir. Prezident İlham Əliyev görüşün birinci hissəsindən sonra elə Praqada yerli televiziya kanallarına verdiyi müsahibəsində buna aydınlıq gətirdi.

“Bizə Naxçıvana könüllü olaraq keçid verilməməsi anlaşılan deyil. Öz öhdəliyini pozmaq, əlbəttə, son dərəcə biabırçı faktdır. Lakin biz hələ səbir edirik, təmkin göstəririk. Əminəm, biz buna da nail olacağıq, yaxşı olardı ki, gec deyil, tez olsun”, - dövlət başçısı qeyd etdi.

Beş saatlıq döyüş və qələbə

Burada diqqətçəkən məqam Praqada dördtərəfli görüşün iki hissədən ibarət olmasıdır. Görüş öncəsi gözləntilər, Ermənistanın ümidləri, görüşün birinci hissəsindən sonra Prezidentin verdiyi müsahibə və səsləndirdiyi fikirlər, eləcə də görüşün ikinci hissəsindən sonra qəbul edilən yekun bəyanatın mətni müəyyən fikirləri ön plana çıxarır:

- Görünür, görüşün birinci hissəsində Ermənistanın maraqlarının nəzərə alındığı məqamlar irəli sürülüb – bu Zəngəzur dəhlizi, Qarabağdakı “etnik ermənilər” və sərhəddə monitorinq missiyası ilə bağlı ola bilər; Azərbaycan prezidenti qətiyyətli şəkildə imtina edib və verdiyi müsahibə ilə rəsmi Bakının mövqeyini bir daha dilə gətirib; görüşün ikinci hissəsində İlham Əliyev Azərbaycanın maraqlarına uyğun tələblərin qəbul edildilməsinə nail olub;

Və 5 saat çəkən diplomatik döyüşdə Azərbaycanı qələbəsini təmin edib.

Asif Nərimanlı

Oxunub: 0
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

8-05-2024, 20:24

Fransanın anti-Azərbaycan təşəbbüsləri - Yelisey sarayının uğursuzluqlar seriyası - TƏHLİL

Gündəm / Siyasət

18-12-2021, 16:51

Əliyev İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibə verdi

Gündəm / Sosial

19-10-2022, 10:14

Əliyev niyə Praqada yox, Astanada darmadağın etdi? - İNCƏLƏMƏ...

Gündəm / Siyasət

24-12-2022, 18:29

İlham Əliyev Qərbi Azərbaycan İcmasının binasında - FOTOLAR (YENİLƏNİB)

Gündəm / Siyasət

13-03-2025, 16:48

Makronun Fransa üçün ən böyük “nailiyyəti” – Paris autsayder vəziyyətinə salınıb - ŞƏRH

Şou Biznes
Naxçıvan mədəniyyət nazirinə müavin təyin edilib
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
Xalq artisti Zaur Rzayev xəstəxanadan evə buraxılıb
Kənan Doğulu, Beren Saat və daha 20 nəfər narkotikə görə saxlanılıb
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
"Energetika Memarlığı" filmi təqdim olunub
Araşdırma
12-03-2026, 12:12
İsrail Səhiyyə Nazirliyi İranın hücumlarından zərərçəkənlərin sayını açıqlayıb
2-03-2026, 16:57
Zelenski tərəfdaşların İran dronlarını vurmaq üçün Ukraynadan kömək istəmədiyini bildirib
21-06-2025, 14:23
Almaniya XİN İrandakı səfirliyini qonşu ölkəyə köçürüb
12-05-2025, 12:12
Baş prokuror Nizami rayonunda vətəndaşları qəbul edəcək
21-02-2024, 23:20
Aybəniz Haşımovanın qardaşı həbs edildi
10-01-2024, 14:27
Azərbaycanda iş adamı qəzada öldü
Hadisə
8-10-2026, 16:56
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
7-10-2026, 15:39
Qubada iki avtomobil toqquşub, ölən var
7-10-2026, 10:04
Bakıda maşın ağaca çırpılıb, sürücü xəsarət alıb - VİDEO
Son xəbərlər
  • Bugün, 14:29
    Şahbaz Şərif İlham Əliyevə zəng edib
  • Bugün, 13:20
    Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
  • Bugün, 12:44
    Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb
  • Bugün, 12:10
    ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb
  • Bugün, 11:18
    Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
  • Bugün, 10:42
    Bu gündən Azərbaycanda ov mövsümü açılıb
  • Bugün, 09:57
    Masazırda 4 avtomobil yanıb
  • Dün, 17:41
    Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib
  • Dün, 17:18
    Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb
  • Dün, 16:45
    Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək
  • Dün, 15:35
    Sərdar Berdiməhəmmədov: Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması Türkmənistan üçün prioritetdir
  • Dün, 14:58
    Milli Məclisin növbəti plenar iclasında 13 məsələ müzakirə ediləcək
  • Dün, 13:04
    Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq
  • Dün, 12:45
    MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir
  • Dün, 11:54
    Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb
  • Dün, 11:02
    Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır
  • Dün, 10:23
    Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq
  • Dün, 09:48
    Azərbaycan neftinin qiyməti 133 dolları keçib
  • Dün, 09:03
    Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq
  • 8-10-2026, 18:26
    Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ
  • 8-10-2026, 17:56
    İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib
  • 8-10-2026, 16:56
    Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
  • 8-10-2026, 16:27
    Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib
  • 8-10-2026, 16:07
    Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib
  • 8-10-2026, 15:22
    C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır
  • 8-10-2026, 14:47
    Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb
  • 8-10-2026, 13:09
    Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək
  • 8-10-2026, 12:42
    Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər
  • 8-10-2026, 12:10
    Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb
  • 8-10-2026, 11:45
    Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir
  • 8-10-2026, 11:23
    Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir
  • 8-10-2026, 10:49
    İlham Əliyev "Avaza" Kompleksinə gəlib
  • 8-10-2026, 09:42
    İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib
  • 8-10-2026, 09:22
    Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq
  • 7-10-2026, 18:22
    Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib
Daha çox
6-10-2026, 16:29
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb
5-10-2026, 11:00
Ermənistanda sərxoş sürücü polislərə atəş açıb
5-10-2026, 13:16
Sabah Bakıya və rayonlara yağış yağacaq
5-10-2026, 16:06
Toyda kütləvi dava düşdü: Bir nəfər ölüm ayağındadır
5-10-2026, 18:08
Rubio ABŞ-ın Kiyevdəki səfirliyinin fəaliyyətinin dayandırılmasını istisna etməyib
6-10-2026, 09:11
Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb, altı nəfər yaralanıb
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Müsahibə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
  • Təsisçi: Kənan Adıgözəlov
Müəllif hüquqları qorunur. TAQ.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2022 TAQ.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə