Xeyirxahlıq insani keyfiyyətlərdən biridir, insanlar arasındakı münasibətlərdə təzahür edir və heç bir təmənna, heç bir əvəz ummadan edilən yaxşılıq kimi meydana çıxır.
Allah ruzini bizə verir ki, onu paylaşmağı, ehtiyacı olanla bölməyi də unutmayaq. Unuduruqsa, bu insan olsaq da insaniyyətdən xəbəri olmamaq deməkdir bizim üçün. Ona görə ki, əgər xeyirxahlıq məhfumu olmasaydı, insanlıq da olmazdı.
Xeyirxahlıq və yardım həm maddi, həm də mənəvi olur. Yardımlaşmanın ən qiymətlisi mənəvi yardımlaşma hesab olunur. Bu gün dünyada insanlar maddi vəziyyəti pis olanlar, həmçinin müharibədən, təbii fəlakətdən zərər çəkən insanlara yardım etmək üçün müxtəlif cəmiyyətlər, təşkilatlar qururlar. Təbii ki, bu cür işlərin həyata keçirilməsi çox faydalıdır. Unutmayaq ki, ən böyük əxlaqi vəzifə öz qəlbini xeyirxahlığa öyrətməkdən, başqalarına da bunu təlqin etməkdən ibarətdir. Xeyirxah iş, xeyirxah əməl insanı mənən ucaldır, onu yaşadığın cəmiyyətin ən layiqli üzvünə çevirir. Bir çox savab işlər görüb xeyirxahlıq edərək əsl insanlıq nümayiş etdirən şəxslərdən biri də Fövqəladə Hallar Naziri, general-polkovnik Kamallədin Heydərovdur. Çünki Kəmaləddin Heydərov bütün insani keyfiyyətləri özündə əks etdirən şəxslərdən biridir. Onun gördüyü xeyir işlərin sayı-hesabı yoxdur. O, bir çox ehtiyac sahiblərinə, eləcə də köməyə ehtiyacı olan hər kəsə öz səlahiyyətləri çərçivəsində istənilən köməkliyi göstərmiş və hər zaman əlindən gələn heç bir şeyi əsirgəməmişdir. Onu da qeyd etmək lazımdır ki, Kəmaləddin müəllim insani keyfiyyətləri özündə birləşdirməklə yanaşı işinin də əsl bilicisidir. Çünki o, Fövqəladə Hallar Naziri vəzifəsinə təyin edilən müddətdən etibarən öz vəzifə borcunu layiqincə yerinə yetirməyi eləcə də fəaliyyət göstərdiyi sahə üzrə ən perspektivli işlərin həyata keçirilməsini təmin etməyi bacaran insandır. Burdan da məlum olur ki, Kamaləddin müəllim yüksək insani keyfiyyətlərə malik, həm də işinin əsl peşəkarı olan bir şəxsdir.
Kənan Adıgözəlov