• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

13 yaşayış binası istiliksiz qalıb - Qurumlar isə bir-birinin üzərinə atır

Gündəm / Sosial

10-12-2022, 09:49

13 yaşayış binası istiliksiz qalıb - Qurumlar isə bir-birinin üzərinə atır


“Qış rejiminə keçən kimi gəlib istilik borularını bağlayıblar, qalmışıq soyuqda. Halbuki nə qaza, nə də istiliyə borcumuz var”.

Bu şikayətlə “Qafqazinfo”ya Şirvan rayonu, F. Xoyski küçəsində 685 ailənin yaşadığı məcburi köçkün qəsəbəsinin sakini Mustafa Məmmədov müraciət edib.

Onun sözlərinə görə, ötən il də eyni problemlə üzləşiblər: “Bizə deyirlər ki, ortada 350-400 min manatlıq borc məsələsi var. Halbuki, biz sakinlərin istiliyə borcumuz yoxdur. Hər ay aldığımız istiliyə görə 15-20 manat ödəniş eləmişik. Ötən il də eyni problem yaşanmışdı. Sakinlər hər yerə şikayət yazdılar, yolu kəsdilər, nəhayət yanvar ayında istilik verildi. Bu il də gəlib boruları kəsiblər. 13 ədəd 9 mərtəbəli bina istiliksiz qalıb. Nəinki binalar, həmçinin yaxınlıqdakı Zəngilan və Füzuli rayonundan olan məcburi köçkünlər üçün salınmış orta məktəblər də istiliksizdir. Nəticədə uşaqlarımız da məktəbə gedə bilmirlər. Ən yaxşı halda həftədə bir dəfə dərsə, qalan vaxtı müəllimlərin evlərinə hazırlığa gedirlər”.
13 yaşayış binası istiliksiz qalıb - Qurumlar isə bir-birinin üzərinə atır

Məsələ ilə əlaqədar “Azəristiliktəchizat” ASC ilə əlaqə saxladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, Şirvan şəhərində qaçqın və məcburi köçkünlər üçün inşa edilmiş şəhərciklərdə yerləşən binaların istilik təminatı “Azəristiliktəchizat” ASC-nin xidmət zonasına daxil deyil və onların istilik təchizatı ilə bağlı müraciətlər bu binaların sahibləri və ya mülkiyyətçilərinə, o cümlədən Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinə edilməlidir: “Bu şəhərciklər Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən inşa edilib, "Azəristiliktəchizat" ASC nə binaların və nə də ki, qazanxana və istilik mühəndis infrastrukturunun tikintisində heç bir formada iştirak etməyib, eyni zamanda həmin qazanxanaların istismarı ilə bağlı heç bir öhdəlik daşımır. Müxtəlif təşkilatlar tərəfindən tikilən qazanxanaların “Azəristiliktəchizat" ASC-nin balansına götürülməsi öhdəliyi yoxdur, bu məsələlər kiminsə şəxsi mülahizələrinə əsasən deyil, qanunvericiliklə tənzimlənir və əsassız olaraq "Azəristiliktəchizat" ASC-nin adının hallanmasını və cəmiyyət arasında çaşqınlıq yaradılmasını düzgün hesab etmirik. Digər təşkilatların, o cümlədən Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin balansında olan qazanxanaların “Azəristiliktəchizat” ASC-nin balansına verilməsi gündəmdə deyil, qazanxanalar mülkiyyətçinin öz balansında qalmaqla qanunvericiliklə nəzərdə tutulmuş qaydada xidmət müqavilələri əsasında istismar edilə bilər”.

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən isə sorğumuza cavab olaraq bildirildi ki, Şirvan şəhərində istifadəyə verilmiş yaşayış kompleksində qurulmuş qazanxanaların istismara hazırlıq aktı “Azəristiliktəchizat” və digər qurumların nümayəndələri tərəfindən imzalanıb: “Dövlət Komitəsinin müraciətlərinə baxmayaraq, qazanxanalar müvafiq qaydada balansa götürülməyib. Məcburi köçkünlərin istifadə etdikləri kommunal xidmətlərə görə sayğac əsasında yaranmış borc aidiyyəti kommunal xidmət qurumlarına abunə müqaviləsi əsasında ödənilir. Dövlət Komitəsi tərəfindən aidiyyəti quruma adıçəkilən qəsəbədə sayğacların quraşdırılması üçün dəfələrlə müraciət edilib. Diqqətinizə çatdırırıq ki, məcburi köçkünlər istifadə etdikləri kommunal xidmətlərin haqqını, müvafiq fərmana əsasən, onlara dövlət tərəfindən verilən vahid aylıq müavinətdən ödəyirlər. Bununla bağlı, Dövlət Komitəsinin aidiyyəti şöbəsi, yerli nümayəndəlik və Mənzil Kommunal İstismar Sahələri tərəfindən mütəmadi olaraq məcburi köçkünlər arasında təbliğat və maarifləndirmə aparılır”.

Qaçqınkomdan həmçinin bildirilib ki, Dövlət Komitəsi problemin həlli istiqamətində işləri davam etdirəcək.

Oxunub: 0
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

18-10-2021, 13:16

Prezident Füzulidə ictimaiyyət nümayəndələri ilə görüşdü - YENİLƏNİB

Gündəm / Siyasət

24-12-2022, 18:29

İlham Əliyev Qərbi Azərbaycan İcmasının binasında - FOTOLAR (YENİLƏNİB)

Gündəm / Sosial

21-06-2023, 18:44

Qurban bayramı günlərində heyvanların satışı və kəsim yerləri - SİYAHI

Gündəm / Siyasət

18-03-2023, 21:56

“Borcumuz idi bu torpaqları geri götürmək” - İlham Əliyevin sakinlərlə səmimi söhbəti

Gündəm / Siyasət

8-11-2022, 18:28

İlham Əliyev xanımı və oğlu ilə birlikdə Şuşada - FOTOLAR (YENİLƏNİB)

Şou Biznes
Xalq artisti Zaur Rzayev xəstəxanadan evə buraxılıb
Kənan Doğulu, Beren Saat və daha 20 nəfər narkotikə görə saxlanılıb
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
"Energetika Memarlığı" filmi təqdim olunub
"Sevgililərinə ev alırlar, amma sənətkarlara biganə qalırlar" - Xalq artisti
"Oskar" mükafatının qaliblərinin adları açıqlanıb
Araşdırma
12-03-2026, 12:12
İsrail Səhiyyə Nazirliyi İranın hücumlarından zərərçəkənlərin sayını açıqlayıb
2-03-2026, 16:57
Zelenski tərəfdaşların İran dronlarını vurmaq üçün Ukraynadan kömək istəmədiyini bildirib
21-06-2025, 14:23
Almaniya XİN İrandakı səfirliyini qonşu ölkəyə köçürüb
12-05-2025, 12:12
Baş prokuror Nizami rayonunda vətəndaşları qəbul edəcək
21-02-2024, 23:20
Aybəniz Haşımovanın qardaşı həbs edildi
10-01-2024, 14:27
Azərbaycanda iş adamı qəzada öldü
Hadisə
12-09-2026, 09:35
Bakıda avtomobil qadını vuraraq öldürüb
10-09-2026, 16:35
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
9-09-2026, 09:28
Zərdabda baş verən qəzada ölənlərin adları məlum olub - YENİLƏNİB
Son xəbərlər
  • Bugün, 13:52
    İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib
  • Bugün, 13:10
    İlham Əliyev və Mehriban Əliyeva Şamaxıya səfər ediblər
  • Bugün, 12:55
    Dövlət Agentliyinin əməkdaşlarının tibbi təminatı Daxili İşlər Nazirliyinə həvalə olunub
  • Bugün, 12:26
    Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
  • Bugün, 12:09
    Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib
  • Bugün, 11:25
    İlham Əliyev TDT Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb
  • Bugün, 10:05
    Azərbaycan ilə Malayziyanın turizm əlaqələri müzakirə olunub
  • Bugün, 09:31
    Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri Filippin və Danimarka ilə qarşılaşacaqlar
  • Dün, 16:45
    Gürcüstan Prezidenti Azərbaycana yeni təyin olunmuş səfirlə görüşüb
  • Dün, 16:13
    Təhsil dövrü 5 il olan hərbçilər üçün "leytenant" rütbəsinin müddəti azaldılır
  • Dün, 15:33
    Bakıda keçirilən beynəlxalq audit konfransının iştirakçıları Prezidentə müraciət ediblər
  • Dün, 14:37
    Haaqa məhkəməsində Kosovo Azadlıq Ordusunun rəhbərlərinə hökm oxunub
  • Dün, 14:04
    Ermənistan Konstitusiya Məhkəməsi TRIPP layihəsi üzrə sazişi təsdiqləyib
  • Dün, 12:59
    Bakıda 32, rayonlarda 35 dərəcə isti olacaq
  • Dün, 12:42
    Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib
  • Dün, 12:22
    İlham Əliyev Auditorlar Palatasının üzvlərini və əməkdaşlarını təltif edib
  • Dün, 11:44
    İlham Əliyev Auditin inkişaf mərhələlərinə həsr edilən beynəlxalq konfransın iştirakçılarına müraciət göndərib
  • Dün, 10:57
    Zakir Həsənov 13-cü Pekin Syanşan Forumunda iştirak edib
  • Dün, 10:21
    Abbas Əraqçi və Van İ Pekində danışıqlar aparıblar
  • Dün, 09:25
    Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak edib
  • Dün, 08:58
    Nümayəndələr Palatası Trampdan İrana qarşı hərbi əməliyyatları dayandırmağı tələb edib
  • 15-09-2026, 12:19
    TBMM sədri Bakının işğaldan qurtuluşunun 108-ci ildönümü münasibətilə Azərbaycanı təbrik edib
  • 15-09-2026, 11:57
    İqtisadiyyat nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib
  • 15-09-2026, 10:52
    Birol Akgün Şəhidlər xiyabanı və Türk şəhidliyini ziyarət edib
  • 15-09-2026, 10:15
    XİN Bakının işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib
  • 15-09-2026, 09:52
    Azərbaycan neftinin qiyməti 127 dolları ötüb
  • 15-09-2026, 09:09
    Bakının erməni-bolşevik işğalından azad olunmasından 108 il ötür
  • 15-09-2026, 08:51
    Azərbaycanda Bilik Günüdür
  • 14-09-2026, 14:50
    KİV: Rusiyanın 51-ci ordusunun komandanı Sergey Milçakov öldürülüb
  • 14-09-2026, 13:46
    Azərbaycanın AİB ilə əməkdaşlığı üzrə 5,6 mlrd. dollarlıq maliyyələşmə həyata keçirilib
  • 14-09-2026, 12:58
    İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın sertifikatı təqdim olunub
  • 14-09-2026, 12:33
    "Bilik günü" Azərbaycanda 34 dərəcə isti olacaq
  • 14-09-2026, 11:48
    MM cinayət işlərində hüquqi yardıma dair Avropa Konvensiyasına Əlavə Protokolu təsdiqləyəcək
  • 14-09-2026, 11:19
    İlham Əliyev "SABAH.city" innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib
  • 14-09-2026, 10:40
    Xalq artisti Zaur Rzayev xəstəxanadan evə buraxılıb
Daha çox
12-09-2026, 11:01
Şəkidəki “Zipline” faciəsi ilə bağlı gözdən qaçan detal
11-09-2026, 14:57
Aİ Ukrayna üçün HHM, dron və raketlərin alınmasına 6,1 milyard avronun ayrılmasını təsdiqləyib
12-09-2026, 15:44
İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb
11-09-2026, 17:37
Yağış yağacaq, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
11-09-2026, 17:56
Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam
11-09-2026, 18:07
Azərbaycanda regionlarında rəqabətin inkişaf səviyyəsi qiymətləndiriləcək
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Müsahibə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
  • Təsisçi: Kənan Adıgözəlov
Müəllif hüquqları qorunur. TAQ.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2022 TAQ.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə