• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Mənzil fırıldaqçıları yenidən iş başında: bu dəfə daha “ehtiyatla” - İLGİNC GƏLİŞMƏ

Sosial

20-04-2022, 08:40

Mənzil fırıldaqçıları yenidən iş başında: bu dəfə daha “ehtiyatla” - İLGİNC GƏLİŞMƏ


Daşınmaz əmlak almaq bahalı bir zövqdür və mümkün qədər diqqətli olmalısınız. Mənzil fırıldaqçılığı əvvəlkindən daha az yayılsa da, bu hal davam edir. Belə ki, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş çoxsaylı müraciətlər əsasında araşdırma aparılıb. Məlum olub ki, “Sahil-S İnşaat” mənzil-tikinti kooperativinin (MTK) sədri vəzifəsini tutan Taleh Allahverdiyev ilə “GG Company” MMC-nin direktoru Kərimov Pənah əlbir olublar.

Onlar saxta sənədlərdən istifadə edərək, Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən çoxmərtəbəli binada artıq satılan mənzilləri yenidən satıblar. Həmin şəxslər barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Taq.az-ın məlumatına görə, “MBA Group” konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov AYNA-ya deyib ki, son vaxtlar daşınmaz əmlak bazarında belə hallara və fırıldaqçılıq faktlarına, xoşbəxtlikdən, son dərəcə nadir hallarda rast gəlinir. Onun sözlərinə görə, fırıldaqçılarla qarşılaşmamaq üçün peşəkarlarla işləmək və şəxsin alacağı əmlakın sənədləri ilə ətraflı tanış olmaq lazımdır.

Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru, daşınmaz əmlak və tikinti üzrə mütəxəssis Elnur Azadov da, qabaqlara nisbətən, son zamanlar mənzil fırıldağı hallarının azaldığını bildirib: “Bir mənzilin bir neçə şəxsə satılması faktlarının əksəriyyəti 2010-2015-ci illərə təsadüf edirdi. Son bir neçə ildə belə hallar fırıldaqçıların cəzasız qalmadığı üçün xeyli azalıb. Onlar mütləq qeydə alınır, günahkarlar tapılıb məsuliyyətə cəlb edilir. Əsasən bu yola pula ehtiyacı olan müflis şirkətlər gedirdi”.

“Başqa hallar da olub. Məsələn, tikinti şirkəti layihəni götürüb, bir neçə mənzil satıb, sonra isə bütün layihəni başqa şirkətə satıb, hansı ki, sonradan bu faktı aşkarlayıb. Ayrı-ayrı dələduzluq halları baş verir, fırıldaqçılar aldıqları vəsaitlə borclarını, kreditlərini ört-basdır edirlər, lakin dələduzluq faktı gec-tez üzə çıxır”, - deyə həmsöhbətimiz söyləyib.

Onun sözlərinə görə, daşınmaz əmlak bazarı digər xoşagəlməz hallarla da üzləşə bilər: “Məsələn, tikinti şirkəti layihəni uzun müddət gecikdirir, illərlə davam edə bilər və insanlar bütün bu müddət ərzində gözləmə vəziyyətində qalırlar. Müflisləşmə, əmlakın qismən başqa şəxslərə satılması və s. də ola bilir. Bəzən şirkət ümumiyyətlə, tikintini başa çatdıra bilmir. Amma son illər bunun müşahidə olunmadığını söyləmək olar”.

“Digər tərəfdən, belə bir vəziyyət geniş yayılıb: şirkət yaşayış kompleksi tikdi, insanlara mənzillər verdi, onlara köçdülər, lakin onlara çıxarış sənədi verilmədi. Yeni tikililər var ki, insanlar 10-15 ildir çıxarış olmadan yaşayırlar, yəni bu layihə dövlət tərəfindən qəbul edilməyib”, - deyə Azadov vurğulayıb.

Əlavə edib ki, qanun bütün halları, fırıldaqçıların istifadə edə biləcəyi mümkün boşluqları nəzərə ala bilməz: “Ölkədə yeni tikililərdə mənzillərin qeydiyyata alınması proseduru, təəssüf ki, ümumi reyestrə malik deyil və əksər hallarda notarius tərəfindən həyata keçirilmir. Baxmayaraq ki, qanunda bütün hərəkətlərin notarial qaydada təsdiq edilməli olduğu, xüsusən də maliyyə köçürmələri, əməliyyatlar zamanı nağd pul olmamalı və s. qeyd edilsə də, hələ də boşluqlar var. Bəzi hallarda insan aldadıla bilər”.

Qeyd edək ki, “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”na əsasən, istifadəyə verilməmiş evlərdəki mənzillərə mülkiyyət hüququ verən sənədlərin vahid məlumat bazası yaradılmalıdır. Bu addım, bu sahədə mövcud problemləri həll etməlidir.

Oxunub: 0
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

26-05-2025, 10:34

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Gündəm / Siyasət

25-05-2024, 19:07

Prezident əfv sərəncamı imzaladı - SİYAHI

Gündəm / Sosial

13-02-2025, 17:56

MBA proqramına qəbulda dəyişikliklər edilməlidir - AÇIQLAMA

Sosial

14-06-2025, 11:51

MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları

Gündəm / Sosial

21-06-2023, 18:44

Qurban bayramı günlərində heyvanların satışı və kəsim yerləri - SİYAHI

Şou Biznes
Kənan Doğulu, Beren Saat və daha 20 nəfər narkotikə görə saxlanılıb
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
"Energetika Memarlığı" filmi təqdim olunub
"Sevgililərinə ev alırlar, amma sənətkarlara biganə qalırlar" - Xalq artisti
"Oskar" mükafatının qaliblərinin adları açıqlanıb
Ötən il 900 əsər və ifa qeydiyyatdan keçirilib
Araşdırma
12-03-2026, 12:12
İsrail Səhiyyə Nazirliyi İranın hücumlarından zərərçəkənlərin sayını açıqlayıb
2-03-2026, 16:57
Zelenski tərəfdaşların İran dronlarını vurmaq üçün Ukraynadan kömək istəmədiyini bildirib
21-06-2025, 14:23
Almaniya XİN İrandakı səfirliyini qonşu ölkəyə köçürüb
12-05-2025, 12:12
Baş prokuror Nizami rayonunda vətəndaşları qəbul edəcək
21-02-2024, 23:20
Aybəniz Haşımovanın qardaşı həbs edildi
10-01-2024, 14:27
Azərbaycanda iş adamı qəzada öldü
Hadisə
Dün, 09:28
Zərdabda baş verən qəzada ölənlərin adları məlum olub - YENİLƏNİB
4-09-2026, 14:45
Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi
4-09-2026, 12:28
Azərbaycandan qaçan vəzifəli şəxs tutuldu - Ölkəyə gətiriləcək
Son xəbərlər
  • Bugün, 08:49
    Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb
  • Dün, 18:17
    Daha bir tibb müəssisəsi kök hüceyrələrinin transplantasiyasını həyata keçirəcək
  • Dün, 17:54
    Sabah Zərdabda suyun verilişində məhdudiyyət olacaq
  • Dün, 17:27
    Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
  • Dün, 17:00
    FHN Şəkidə ölümə səbəb olan qurğuya nəzarətin onların səlahiyyətinə aid olmadığını bildirib
  • Dün, 16:20
    İran parlamentinin sədr müavini: Oman Sultanı Hörmüz boğazı üzrə razılaşmanı qəbul edib
  • Dün, 15:44
    İlham Əliyev Xalq artisti Aleksandr Şarovskinin vəfatı ilə bağlı nekroloq imzalayıb
  • Dün, 15:07
    Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə arpa və buğda göndəriləcək
  • Dün, 12:02
    Bakı Limanı: İlin sonunadək Xəzərdə dəniz dibinin dərinləşdirilməsi istiqamətində işlərə başlanılacaq
  • Dün, 11:26
    Bağçaya növbəyə yazılma prosesinə başlanılır
  • Dün, 11:01
    Rusiya və Ukrayna arasında qarşılıqlı hücumlarda tələfat barədə məlumat açıqlanıb
  • Dün, 10:32
    Mehriban Əliyeva Xalq artisti Aleksandr Şarovskinin vəfatı ilə bağlı paylaşım edib
  • Dün, 10:07
    UEFA Çempionlar Liqası: "Qalatasaray" bu gün "Sportinq"lə qarşılaşacaq
  • Dün, 09:28
    Zərdabda baş verən qəzada ölənlərin adları məlum olub - YENİLƏNİB
  • 7-09-2026, 17:40
    Qobustanda daha bir körpü cəmi 38 günə inşa edilib
  • 7-09-2026, 16:51
    Kanaldan meyit tapıldı
  • 7-09-2026, 16:15
    “44” bədii filminin premyerasının keçiriləcəyi tarix məlum olub
  • 7-09-2026, 15:37
    Bolqarıstan MN-in nümayəndə heyəti Azərbaycanda səfərdə olub
  • 7-09-2026, 15:09
    Qiymətləndiricilər Palatasında məhkəmə ekspertizası üzrə təlim keçirilib
  • 7-09-2026, 14:48
    Əziz Səncər "Şöhrət" ordeni ilə təltif edilib
  • 7-09-2026, 14:23
    İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edildi
  • 7-09-2026, 13:56
    Vladimir Putin Azərbaycan Prezidentinə zəng edib
  • 7-09-2026, 13:30
    Sabah Bakıda və rayonlarda yağış yağacaq - PROQNOZ
  • 7-09-2026, 12:55
    Bakıda kamandan oxatma üzrə şəhər çempionatı keçiriləcək
  • 7-09-2026, 11:57
    Saymon Stil: İqlim maliyyələşdirməsi planları konkret layihələrə çevirir
  • 7-09-2026, 11:53
    Tarixi uğurdan gələcəyə - "Sabah"ın 10 milyon manatlıq inkişaf proqramı - ŞƏRH
  • 7-09-2026, 10:30
    Mürsəl İbrahimov Naxçıvanda vətəndaşları qəbul edəcək
  • 7-09-2026, 09:54
    Nizami rayonunun bəzi ərazillərinin qaz təchizatında fasilə yaranacaq
  • 7-09-2026, 09:30
    Tayvan silah istehsalını artırmaq üçün 450 milyon dollar ayıracaq
  • 5-09-2026, 16:27
    Azərbaycan Türkiyədən elektrik məhsullarının idxalına çəkilən xərcləri açıqlayıb
  • 5-09-2026, 15:46
    Fransanın Ermənistandakı səfiri dəyişib
  • 5-09-2026, 14:55
    Rusiya Donetskdə bir kəndi ələ keçirib
  • 5-09-2026, 13:56
    "Sabah" uşaq futbolunun inkişafına dəstək məqsədilə 10 milyon manatlıq maliyyə proqramı yaradacaq
  • 5-09-2026, 13:12
    İstanbulda oteldə yanğın: 10-dan çox yaralı var
  • 5-09-2026, 12:10
    Media: İranın Xark adasında partlayış olub
Daha çox
4-09-2026, 14:45
Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi
4-09-2026, 12:28
Azərbaycandan qaçan vəzifəli şəxs tutuldu - Ölkəyə gətiriləcək
4-09-2026, 16:05
Sabah Sabunçuda iki yolda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq
3-09-2026, 12:34
Əhməd Davudoğlu barəsində prezidenti təhqir ittihamı ilə istintaq başladılıb
4-09-2026, 10:04
İlham Əliyev Corcia Melonini ən uzun müddət Baş nazir vəzifəsində olması münasibətilə təbrik edib
4-09-2026, 11:43
WSJ: Ukrayna Rusiya hava limanlarını sistematik olaraq dronlarla bağlamağı planlaşdırır
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Müsahibə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
  • Təsisçi: Kənan Adıgözəlov
Müəllif hüquqları qorunur. TAQ.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2022 TAQ.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə