• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Gənc şəhidin iztirabları...

Gündəm / Sosial

13-12-2021, 14:26

Gənc şəhidin iztirabları...

Haqqında söz açacağım Həmidov Rəhim Ehtiram oğlu 1997-ci ilin 9 fevralında Göyçay rayonun Qarağıdır kəndində anadan olub. Ancaq uşaqlıqdan anası ilə birlikdə qonşu Mırtı kəndində böyüyüb, o kəndin qəhrəman oğulu kimi yetişib. 23 illik gənc ömrünə nəzər salanda bir jurnalist olaraq çox kövrəldim, axı Rəhim az yaşı ilə ömrünə tarixi qələbəni sıxdıra bilib. Özü də bu Qələbənin canlı iştirakçısı olaraq adı ilə, əbədiləşən şəkili ilə indi kəndimizdən bizə boylanır. Acı mənzərədir, şərəfindən ötə. Rəhimi mən yaxşı tanıyırdım, mən gənc, o isə balaca uşaq idi. O illərin xatirələri gözlərim önündə canlanır. Həmin acılı, şirinli xatirələri taq.az saytında paylaşıram.

Onun uşaqlığı göz önümdə keçir. Hər gün tək dayağı, yeganə həmdəmi olan anası ilə kənd avtobusuna minər, birlikdə anasının işlədiyi yerə gedərdi. Arıq bədənli, zəif cüssəli, utancaq baxışlı idi Rəhim bala. Elə sakit, elə qəmgin dayanardı. O mənalı, ancaq əzab dolu baxışlar yaddan çıxmır, Sanki illər sonra yaşadıqları azmış kimi, həyatın daha çox zərbələrini alacağından xəbər verirdi. Üstü nazik, ayağı yalın olsa belə, istisini sığındığı anasından alması onun çöhrəsinə bir əminlik qatardı. Anası da fərqli qadın idi. İçində min dərd, başında min bəla ilə yaşasa belə yoxsulluğun, çətinliklərin qarşısında diz qoymaq, tək olduğu üçün məğlub olmaq istəmirdi. Gün görmədi nə ata evində, nə ailə qurduğu yerdə. Bezdi, övladına sahib çıxıb sığındı bir daxmaya. İşlədi süpürgəçi, işlədi aşpaz, işlədi təmizlikçi kimi. Yayın istisi, qışın soyuğu bilmədən. Onların ömrü ana-bala birlikdə yollarda keçdi. Elə ki, oğul böyüdü, məktəbin yuxarı siniflərində qəflətən anada xərçəng xəstəliyi aşkarlandı. Çox getmədi xəstəlik, ananı aldı əcəl, bala qaldı tək daxmada. Ölüm anında ana uşağı tapşırdı xalaya. Bitirdi məktəbi Rəhim, yığıb sənədlərini verdi imtahan. Düşdü kollecə. Yaxşı da oxuyub sonlandırdı təhsili. Rayonda turizm sahəsində işə də girdi. Təbii ki, xala ana nəsiyyətini unutmamışdı, ona ikinci ana oldu. Kəsdi oğulların torpağından verdi ona pay, hətta ev də tikəcəkdi ona. Rəhim isə Vətən savaşını eşidən kimi ailədən xəbərsiz yazılıb orduya və yollanıb cəbhəyə. Əsgər yoldaşları sonradan onun haqqında xoş fikirlərini, qəhrəmanlıq əzmini yüksək qiymətləndirir. Gərgin döyüşlərdə olub, nə qorxu bilib, nə təlaş.
Gənc yaşda igidliyi ilə dostlarında, əsgər yoldaşlarının xatirələrində xoş izlər buraxıb.
Yoxluğu isə qəribə oldu Rəhimin. Daha doğrusu, gözlənilməz.

Oktyabrın 8-dən etibarən ondan xəbər almaq mümkün olmur. Tapılmırdı. Noyabrın 30-da tapılaraq Rəhimin nəşi ailəsinə təhvil verilir nəhayət. Elə Mırtı kənd qəbirstanlığında yerləşən şəhidlər məzarlığında da dəfn olunur. Rəhim Xocavənd-Füzuli istiqamətdə gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olub. O, Füzulinin bir neçə kəndinin alınmasında qəhrəmancasına iştirak edib. Ölümündən sonra kəndimizin şəhidinə ölkə prezidentinin sərəncamı ilə "Vətən uğrunda", " Xocavəndin azad olunmasına görə", "Füzulinin azad ounmasına görə" medalları ilə təltif olunub.
Ruhun şad olsun oğul. Sənin uşaq çöhrən, qəmli gözlərin, o an gələcəyin üçün düşüncələrim mənim yadımdan çıxmır. Soyuq əlləri, parlayan gözləri və ananın isə hər səhər sənin gələcəyin üçün ümidlə atdığı addımları. Çünki o səhnəni ən çox mən görmüşəm. Bilmirəm, ədalətlidir, bilmirəm şəhid adına ucalmağın bəlkə mükafatındır.
Şəhid adı müqəddəsdir deyilir. Gənc yaşda bu müqəddəs ada layiq görüldün. Bəlkə də qəmli gözlərinə xoşluq qatan gülümsəmən bundan xəbər verirdi. Mən duymamışam. Amma mənim içimdə bir boşluq var. Dərin bir boşluq. Mən ikinizin də fədakarlığını belə tez sonucla bitəcəyini bilməzdim. Düşünürdüm mütləq mükafatın olacaq Rəhim. Nə yaşın vardı?! - 23, cəmi 23 il bu dünyanın qonağı oldun Rəhim bala. Amma həm də bu yaşda fədakarlığa bax. Tək qal, oxu, işə gir, müharibəyə get və vuruş şəhid ol. Qısa ömürdə çoxlarının borclarını ödəyib getdin oğul. Bu yaşda sənin borcun nə ola bilərdi?!
Həm ananın adı fərqli idi, həm də balanın.
Mələk və Rəhim.
Mələyin Rəhimi!
Yəqin ki, qovuşar cənnətdə anasına. Ana-bala tam olarlar bir arada.
Ruhları şad olsun!

Günel İsayeva
Taq.az

Gənc şəhidin iztirabları...
Gənc şəhidin iztirabları...

Oxunub: 289
Paylaş:
Digər xəbərlər

Gündəm / Sosial

11-12-2021, 15:00

Binəqədidə gənc şəhidin anım günü keçirilib.

Gündəm / Sosial

9-12-2021, 16:40

Şabran rayonunda şəhid adına bulaq kompleksi tikilir.

Gündəm / Sosial

9-12-2021, 16:30

“Öz istəyi ilə hərbini seçən, iki döyüşdə ön sırada vuruşan və yaralı vəziyyətdə komandirini xilas edərkən şəhid olan qəhrəman Vətən oğlu”

Gündəm / Hadisə

3-12-2021, 22:54

Gürcüstanda azərbaycanlıların kəndində silahlı insident

Sosial

19-11-2021, 08:11

Körpə ikən anasını itirən şəhid...

Şou Biznes
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Naxçıvan mədəniyyət nazirinə müavin təyin edilib
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
Xalq artisti Zaur Rzayev xəstəxanadan evə buraxılıb
Kənan Doğulu, Beren Saat və daha 20 nəfər narkotikə görə saxlanılıb
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
Araşdırma
20-10-2026, 15:16
Azərbaycanda nəqliyyat sahəsinə aid yeni dövlət standartları qəbul edilib
12-03-2026, 12:12
İsrail Səhiyyə Nazirliyi İranın hücumlarından zərərçəkənlərin sayını açıqlayıb
2-03-2026, 16:57
Zelenski tərəfdaşların İran dronlarını vurmaq üçün Ukraynadan kömək istəmədiyini bildirib
21-06-2025, 14:23
Almaniya XİN İrandakı səfirliyini qonşu ölkəyə köçürüb
12-05-2025, 12:12
Baş prokuror Nizami rayonunda vətəndaşları qəbul edəcək
21-02-2024, 23:20
Aybəniz Haşımovanın qardaşı həbs edildi
Hadisə
Dün, 11:08
Qazaxda 33 yaşlı kişi bıçaqlanıb
2-11-2026, 15:17
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
2-11-2026, 11:15
Vergi Xidmətinin sahibkarlardan rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslərinin məhkəməsi başlayır
Son xəbərlər
  • Bugün, 15:34
    Prezident "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"ni təsdiqləyib
  • Bugün, 15:08
    İtaliya XİN rəhbəri Azərbaycana səfər edəcək - Eksklüziv
  • Bugün, 14:30
    Ərdoğan Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırdığını bildirib - YENİLƏNİB
  • Bugün, 13:08
    Sabah yağış yağacaq - Proqnoz
  • Bugün, 12:42
    DTX Biləsuvarda dron vasitəsilə narkotik qaçaqmalçılarını saxlayıb
  • Bugün, 12:05
    Azərbaycanda kuryerlər aylıq 15 manat sabit vergi ödəyəcək
  • Bugün, 11:25
    FHN vətəndaşları sel və daşqın təhlükəsinə qarşı ehtiyatlı olmağa çağırıb
  • Bugün, 10:43
    Prezident: "ASAN xidmət"in fəaliyyəti BMT tərəfindən də yüksək qiymətləndirilir
  • Bugün, 09:59
    Azərbaycan neftinin qiyməti 106 dollara düşüb
  • Bugün, 09:07
    Tramp administrasiyasında İrana qarşı növbəti addımlarla bağlı fikir ayrılığı yaranıb
  • Dün, 17:50
    Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
  • Dün, 17:20
    ADY-nin rəqəmsal transformasiyasına çəkilən xərcləri 6 milyon dolları ötüb
  • Dün, 16:48
    Azərbaycan gələn il xaricdəki diplomatik nümayəndəliklərinə 230 milyon manat xərc çəkəcək
  • Dün, 16:15
    Kamran İmanov "Şərəf" ordeni ilə təltif edilib
  • Dün, 15:38
    Aysel Əhmədli Avropa çempionatında qızıl medal qazanıb
  • Dün, 15:05
    Azərbaycan və Rusiya FHN-ləri arasında Birgə Tədbirlər Planı imzalanıb
  • Dün, 13:12
    Sabah rayonlara dolu düşəcək, Bakıya intensiv yağış yağacaq
  • Dün, 13:00
    İlham Əliyev və Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar
  • Dün, 12:43
    Rumıniya sahillərində yedək gəmi batıb, üç dənizçi təxliyə edilib
  • Dün, 12:09
    DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb
  • Dün, 12:06
    Rəqəmsal ordu və gələcəyin döyüş məkanı müzakirə olunub
  • Dün, 11:42
    Rəqəmsal ordu və gələcəyin döyüş məkanı müzakirə olunub
  • Dün, 11:08
    Qazaxda 33 yaşlı kişi bıçaqlanıb
  • Dün, 10:30
    Tramp seçkilərdə məğlubiyyətin əsas səbəbləri sırasında İranla müharibə və yanacaq qiymətlərini göstərib
  • Dün, 10:06
    BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
  • Dün, 09:06
    Azərbaycan neftinin qiyməti 113 dollara düşüb
  • 3-11-2026, 18:02
    ABŞ-nin birinci xanımı Oleşkidə atəşkəslə bağlı diplomatik görüş təşkil edəcək
  • 3-11-2026, 17:37
    Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilərək həbs edilib
  • 3-11-2026, 17:21
    İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
  • 3-11-2026, 16:41
    Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib
  • 3-11-2026, 16:02
    Azərbaycan hərbi pilotları hava kəşfiyyatı tapşırıqlarını icra ediblər
  • 3-11-2026, 15:15
    Şəhid övladları üçün əyləncəli proqram təşkil edilib
  • 3-11-2026, 14:48
    Cənubi Koreya və Türkiyə prezidentləri müdafiə və AES sahəsində əlaqələri genişləndirəcək
  • 3-11-2026, 13:05
    Səbinə Əliyeva yenidən Ombudsman seçilib
  • 3-11-2026, 12:48
    Elmi dərəcəli hərbçilər üçün leytenant rütbəsində olma müddətinin azaldılması qəbul edilib
Daha çox
31-10-2026, 14:13
Parisdə etiraz aksiyaları ilə əlaqədar 40-dan çox metro stansiyası bağlanacaq
30-10-2026, 10:26
"20 Yanvar"-"Şamaxinka" aralığındakı dayanacaqdan daha 4 marşrut çıxarılır
30-10-2026, 12:10
Türk Dövlətləri Təşkilatının yeni Baş katibi məlum olub
30-10-2026, 16:31
İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - Siyahı
31-10-2026, 10:01
Qanunsuz saxlanılan silahlar aşkarlanıb
31-10-2026, 15:56
Göygöldə maşın dərəyə aşıb, xəsarət alan var
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Müsahibə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
  • Təsisçi: Kənan Adıgözəlov
Müəllif hüquqları qorunur. TAQ.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2022 TAQ.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə