• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Avtobusda yer davası: "İndiki gənclər lap tərbiyəsizləşib"

Gündəm / Sosial

15-12-2021, 12:15

Avtobusda yer davası: "İndiki gənclər lap tərbiyəsizləşib"

-Məhəmməd əmi o bayaq gələn kim idi?
İş yox, güc yox veyillənirlər də. Sən çörəyini ye, hər adama fikir vermə. Cəhənəmə ki!
“Şərikli çörək” filmindəki məşhur epizodu izləyirdim ki, kürək nahiyyəmdən kobud zərbə aldım.

-Ay xanım, görmürsüz uşaqlı qadın ayaqüstədir, durun da ayağa. Mədəniyyət də yaxşı şeydir, sahibində olsa.
Fikirli idim, diqqətimi film epizodundan çəkib arxaya çevrildim. Arıq, hündürboylu və əsəbi gənc mənim avtobusda tək oturacaqda əyləşməyimə acıq edərək qarşıda ayaqüstə duran gənc xanıma hörmət olaraq ayağa durmağımı tələb edirdi. Bəli, tələb edirdi, israrla, aqressiya ilə.
Tanımadığım gəncin hörmətsizliyi məni əsəbiləşdirsə də, ixtiyarsız körpə uşaqlı gənc xanıma görə oturacaqdan qalxıb yerimi ona təklif etdim. Halbuki məndən də artıq gənclər qabaq oturacaqlarda əyləşdiyi halda. Xanım da nəzakətsiz, təşəkkürsüz yerimə əyləşdi, üstəgəl gözlərini süzərək avtobusun pəncərəsinə yönəltdi. Bir əli də uşağı tutdu ki, yıxılmasın. Mədəniyyət anlayışı o qədər yəni. Ciddən peşman oldum, nəzakətimə görə.
Bəli, əslində uşaq əyləşməli olduğu halda ana əyləşdi, uşağı diz üstünə almadan sadəcə əli ilə tutdu. Düşündüm belə idisə, özüm yerimdən qalxmaz, uşağı əlimlə tutardım da. Digər tərəfdən oğlanın kürəyimə ilişdirdiyi zərbəni unuda bilmir, az qalıb ki, yumruqla ənginə birini ilişdirim ki, ay mədəniyyətsiz qadına dəyərin belə yüksəksə, tanımadığın bir qadına ilişdirdiyin zərbə nə?
Həm də, ən əsası mən o qadını avtobusa daxil olarkən görmədim, görən kimi kimsənin təpkisinə ehtiyyacım yox. Qalxıb yerimi ona təklif edəcəkdim. Borcum olamasa da belə. Sanki bunu avtobusda oturacaq mədəniyyətinə nəzarətçi seçiblər.
Əşşi cəhənnəmə deyib, özüm-özümə səhər-səhər toxtatlıq verdim. Hərə bir ağılda, hərə bir dərddədir. Qayğılar içində bir yolluq oturacaq davası edəsi deyiləm ki. Qırçı Məhəmməd bəy demiş: -Cəhənnəmə ki!
Əccəb sözdür, Cəhənnəmə ki! Sözə bax aa, Cəhənnəmə ki!!
Mənzil başına çatıb, avtobusdan düşürəm..Amma cəhənnəmə deməklə də olmur. Gün bitər, zülm bitməz bu məmləkətdə.
Yenidən avtobusla evə qayıtmalı oluram və yenə eyni mənzərə, eyni təpkilər fərqli adamlarla.
Boş oturacaqda əyləşmişdim ki, orta yaşlı xanımlar avtobusa daxil oldu, əyləşən əyləşdi, özünə yer tapmayan biri başüstümü alıb əsəbi baxışla məni süzdü. Olar 50-55 yaşarası. Sima təravətli, əl-ayaq yerində, sinə qızıllı, dırnaq boyalı və ayaqqabı yüngül kablok. Yəni, məndən daha qıvraq və baxımlı. Digəl, baxışlar və davranışlar “qalx, mən əyləşim” təpkisində. Heç təəccüblənmədim. Arxaya çevrildim, məndən daha gənclər oturacaqda yer alarkən, bu qadın mənim üstümə niyə belə ayaq açıb əccaba demişdim ki, “indiki gənclər mədəniyyətsizləşib yaman” deyimi sağ qulağıma şillə kimi çəkildi. Doğru, qadından ünvanıma atıldı söz. Bu dəfə susa bilmədim. “Mədəniyyətsiz deyiləm, amma deyəsən alnımda “daha üzüyola” sözü dəqiq yazılıb. Əks halda hamının ərki mənə çatmaz, gənci, də orta yaşlısı da, qocası da oturacaq davasını mənlə hesablaşmaz ki. Anlamadı, çünki sərf etmədi. Daha əsəbdən dayana bilməyib yerimdən qalxdım. Bu da təşəkkürsüz, ədabaz hikkə ilə yerimi yeri kimi zəbt edib əyləşdi.
Yol boyu 50 yaşüstü neçə xanım mənim kimi üzüyola avtobus sakinini gənc adı qaldırıb yerini zəbt etdi. Minnət dolu baxışla, əlindəki yükləri və artıqçəkili bədənini toxundurub dodaqaltı mızıldamaqla.

Amma avtobusda oturacaq üstündə “böyük-kiçik” davası son vaxtlar diqqətimi daha çox çəkir. Çünki mütləq hər gediş-gəlişdə ictimai nəqliyyatda belə söz-söhbəti eşitməmək , şahidi olmamaq mümkünsüz. Xüsusilə 50 yaşüstü qadınların avtobusda oturacaq üstündəki gənclərə etdiyi minnət dolu baxışlar, acı istehzalar, bədən əzaları ilə bildirişlər olmaz olsun.
Elə ki, avtobusda əyləşdin peşmansan ki, orta yaşlı xanımlar avtobusa minsin. Yaxınlaşıb ya əl çantasını sənə toxunduracaq, ya göz təması qurub minnət dolu baxışları ilə sancacaq, ya da özünü sənə dayayıb əsəbi dodaqaltı mızıldayacaq. Ya durumdan, ya tənələrdən bezib duracaqsan. Əslində tənqid hədəfim qadınlar və yer davası deyil, boz, mənasız yaşama yük olan ictimai nəqliyyata da dəxlsiz ağsaqqal-ağbirçəklik davranışlarının hakim kəsilməsidir. 50 -55 yaş yaşlı deyil, əzizlərim. Sözün düzü, 50 yaş üstü çox xanımlar gənclərin çoxundan əksinə gümrah və sağlam.

Gündəlik sərnişini olduğum 133, 92 nömrəli avtobusda vəziyyət lap kritikdir. Xüsusilə işdən çıxıb qayıdarkən, axşam vaxtı. Nə qədər tələssən boş oturacaq tapmazsan, xüsusilə iki nəfərin rahat əyləşə biləcəyi oturacaqlarda ətli-əndamlı xalalar dədə mülki kimi yeri təkadamlıq kimi zəbt edir. Olmaz belə, əziz xanımlar, vallah olmaz! Avtobusda problemlər çoxdur, amma “oturacaq davası” edənlər lap dəhşət.
Onsuz da yaşlı, fiziki məhdudiyyətli, hamilə, uşaqlı, xəstəhal insanlara çoxumuz ilk andan qalxıb yer veriririk və bu mədəniyyət, insanlıq göstəricisidir, milli adət-ənənə zehniyyətinin, dədə-baba adətinin hər yerə yamaq olan göstərməçəsi olmamalı. Belə olanda xoş olmayan vəziyyət yaranır, dəxli oldu, olmadı bir az yaşı çox olan yer üstündə dava edir, qadınlar bunu xüsusilə alətə çevirir.

Bu yaxınlarda sosial şəbəkə üzərində iki, üç fərqli qərb ölkələrindən çəkilmiş videolara baxdım. Birində orta yaşlı ingilis qadın avtobusda miqrant sərnişinə təpki göstərir ki, sən mənim ölkəmdə öz dilində danışdın, axı niyə?- Əlbəttə yer davası deyildir mübahisə, dilə yönəlik rasist, irqçi təpkidən qaynaqlanırdı. Ancaq aqressiv təpki oturacaqda əyləşən miqrantı orda əyləşməsinə belə peşman etmişdir. Yaxşı insanlar sağ olsun, ingilis qadını elə ingilis kişisi susduraraq avtobusdan uzaqlaşdırdı. Hüquqi dövlətdə nəinki yer davası, həm də “mənim ölkəmdə dilimdə danış” təpkisi belə irqçilik kimi yolverilməzdir. Düzdür, ara-sıra irqçilik qərb ölkələrində özünü göstərsə də sivil dəyərləri isə əksinə bunu əngəlləyir. Bir digər videoda irqçilikdən dolayı yer davası gedirdi ki, ona da yenə sərnişinlər yerini göstərir. Hamı sənin kimi bərabərhüquqlu vətəndaşdır. Əyləşmək, qalxmaq onun şəxsi işidir, sənin yox.

Bu mövzuda izlədiyim ən tutarlı video isə “Mozalan” satirik kino jurnalının müəllifi olduğu avtobusda oturacaq olayıdır. Gənc xuliqan sərnişin özü əyləşdiyi halda ayaqüstə duran xanımlara him-cim edərək dizini göstərməklə sataşır. Yəni, əyləşmək istəyirsənsə ; buyur əyləş. Hal dəfələrlə təkrarlandıqda arxada əyləşən şişman sərnişin yaxınlaşaraq onun dizi üstə əyləşir. Və avtobusda yüksələn gülüş sədası gənc qadınların qisasını alır. Video göstərir ki, yer davası bizdə əzəli-əbədi problemdir. Hərdən bu metodun tətbiqini doğru düşünürəm, nə qədər gülünc, etik olmasa da. Yer davası döyənlər yerini tutandan sonra təşəkkür etmirlərsə, demək dizləri üzərində əyləşmək olmasa da, əşyalarını, əllə tuta bilməyəcəyini yerləşdirmək məqbuldur.


Mövzu illərin təkrarladığı ciddi problemə çevrilib. Artıq gənclər də sosial şəbəkələrdə dilə gəlib mövzunu qabardırlar. Beziblər qadınların gəncləri, xüsusilə əks cins nümayəndlərini yer üstündə sıxışdırmağından.Kimisi çıxışyolu olaraq avtobusda artıq qadın, kişi guşəsi adlı yerlərin ayrılmasını təklif edir, eynilə İran kimi. Amma biz İran deyilik, bizdəki yalnız kişi-qadın problemi deyil, bizdəki yer davasıdır, orta yaşlı qadınların “mən oturub cümlə cahan dağılsa da nə vecimə” hikkəsi. Ciddi problemə səsini çıxarmayan, ancaq avtobusda yer davası döyən xala hikkəsi.
Yol, avtobus mədəniyyət göstəricisidir deyimi həqiqətdir. Bir ölkədə nələrin cərəyan etməsini bilmək istəyirsənsə yol qayda-qanunlarına, ictimai nəqliyyat mədəniyyətinə nəzər yetirmək kifayətidir. Avtobuslar ictimai nəqliyyat olaraq həm də ictimai davranışlarımızın aynasıdır. İllərdir ən son pilləkəndə sallanaraq üst-üstə, nəfəs-nəfəsə, iç-içə gediriksə, düşəndə dayanacaq üstündə sərnişinlə sürücü toqquşmasına rast gəliriksə, üstəlik yer üstündə böyük-kiçik davası ediriksə demək ciddi mədəniyyət, ictimai davranış, normal insani hüquqlarımız ayaqlar altındadır. Bundan ən çox itirən biz sərnişinlər, ən çox qazanan aidiyyəti qurumlar olur. 300 minlik maşın almaqla deyil ki, 30 qəpiklik yol mədəniyyətimizə işıq salır. Ehtiyyat edirəm ki, bu köşədən sonra əksinə gediş haqqı qalxar, amma ictimai nəqliyyat mədəniyyətinə təsir olmaz. Gərçi, qiymət qalxsa mədəniyyətdən danışmaq daha da absurdlaşar. Nəsə, çox uzun və çox dərin mətləblər var ki, nə ayaqüstə gedə, nə də oturub dincələrək həll edə bilirik...Düzü, çoxu avtobus və onun çoxşaxəli problemlərindən şikayətçidir. Kimisi avtobusların sayından, kimisi ünvana çox gecikməsindən, kimisi səliqəsizliyindən, kimisi də sərnişin-sürücü kimi münasibətlərin dəhşətindən..Saymaqla bitməz, həlli isə görünməz...
Əşşi cəhənnəmə ki!

Günel İsayeva
Taq.az (günümüzün probleminə dair köşə yazısı)

Avtobusda yer davası: "İndiki gənclər lap tərbiyəsizləşib"
Avtobusda yer davası: "İndiki gənclər lap tərbiyəsizləşib"

Oxunub: 266
Paylaş:
Digər xəbərlər

Gündəm / Sosial

13-12-2021, 14:26

Gənc şəhidin iztirabları...

Gündəm / Sosial

11-12-2021, 20:26

Pula tüpürən gənc Elmira Süleymanovanın qardaşı nəvəsidir - Video

Gündəm / Sosial

4-12-2021, 17:55

Türkiyə Azərbaycan Qardaşlıq İctimai Birliyinə gənc üzvlər qəbul edildi.

Gündəm / Hadisə

27-11-2021, 12:18

Bakıda avtobusda insident, sürücüyə ağır xəsarət yetirildi - Video

Gündəm / Hadisə

5-11-2021, 14:16

Məşhur YAP-çı xanım HƏBS EDİLDİ

Şou Biznes
Kənan Doğulu, Beren Saat və daha 20 nəfər narkotikə görə saxlanılıb
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
"Energetika Memarlığı" filmi təqdim olunub
"Sevgililərinə ev alırlar, amma sənətkarlara biganə qalırlar" - Xalq artisti
"Oskar" mükafatının qaliblərinin adları açıqlanıb
Ötən il 900 əsər və ifa qeydiyyatdan keçirilib
Araşdırma
12-03-2026, 12:12
İsrail Səhiyyə Nazirliyi İranın hücumlarından zərərçəkənlərin sayını açıqlayıb
2-03-2026, 16:57
Zelenski tərəfdaşların İran dronlarını vurmaq üçün Ukraynadan kömək istəmədiyini bildirib
21-06-2025, 14:23
Almaniya XİN İrandakı səfirliyini qonşu ölkəyə köçürüb
12-05-2025, 12:12
Baş prokuror Nizami rayonunda vətəndaşları qəbul edəcək
21-02-2024, 23:20
Aybəniz Haşımovanın qardaşı həbs edildi
10-01-2024, 14:27
Azərbaycanda iş adamı qəzada öldü
Hadisə
Dün, 11:38
Türkiyədə sərnişin avtobusu avtomobillə toqquşub, 30 nəfər xəsarət alıb
16-07-2026, 15:16
Şabranda 53 yaşlı kişini cərəyan vuraraq öldürüb
16-07-2026, 10:09
Şəmkirdə 11 nəfər salatdan zəhərləndi
Son xəbərlər
  • Dün, 16:26
    Sabah çimərliklərdə suyun temperaturu 30 dərəcə olacaq
  • Dün, 15:35
    Məsud Pezeşkianın çıxışını kəsdiyi üçün İran Radio və Televiziya Şirkətinə xəbərdarlıq edilib
  • Dün, 15:07
    Prezident Milix Yevdayevi təltif etdi
  • Dün, 11:38
    Türkiyədə sərnişin avtobusu avtomobillə toqquşub, 30 nəfər xəsarət alıb
  • Dün, 11:14
    Bakıda iki küçənin təmirinə 23 milyon manata yaxın pul ayırılacaq
  • Dün, 10:20
    Azərbaycan neftinin qiyməti 103 dollardan aşağı düşüb
  • Dün, 09:45
    Cəbrayılın 4-cü kəndi tikilir - İlin sonunadək köç olacaq
  • Dün, 09:21
    Qədim şəhərlər niyə yerin altında tikilib - Maraqlı SƏBƏB
  • Dün, 09:05
    FHN həftəsonu su hövzələrinə üz tutacaq vətəndaşlara müraciət edib
  • 24-07-2026, 18:04
    "Dawn": Pakistanda terror aktı nəticəsində 15 nəfər həlak olub
  • 24-07-2026, 17:40
    MM: ABŞ Konqresi komitəsinin qanun layihəsi erməni lobbisinin maraqlarına xidmət edir
  • 24-07-2026, 17:06
    Milli Məclisin deputatı İranda səfərdədir
  • 24-07-2026, 16:48
    Fransada miqrantlara qarşı ayrı-seçkilik – Yeliseyin davam edən irqçiliyi - ŞƏRH
  • 24-07-2026, 15:47
    İyul ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
  • 24-07-2026, 15:17
    Rusiya Ukraynada silah sərgisinin keçirildiyi poliqona zərbə endirib, ölənlər var
  • 24-07-2026, 14:57
    Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ
  • 24-07-2026, 14:34
    Azərbaycanın Türkiyəyə yeni səfiri təyin olundu - FOTO
  • 24-07-2026, 13:11
    Ukrayna ordusu Rusiyanın hərbi zavodunu və neft obyektini vurub
  • 24-07-2026, 12:43
    Sabah Bakıda 38, rayonlarda 39 dərəcə isti olacaq
  • 24-07-2026, 12:20
    Azərbaycanda "Enerji menecment sisteminə dair Tələblər" dəyişib
  • 24-07-2026, 11:58
    İlham Əliyev Şavkat Mirziyoyevi doğum günü münasibətilə təbrik edib
  • 24-07-2026, 11:09
    FHN həftəsonu isti hava şəraiti ilə bağlı əhaliyə müraciət edib
  • 24-07-2026, 10:31
    Azərbaycan UEFA reytinqində 26-cı pillədə qərarlaşıb
  • 24-07-2026, 10:00
    SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib
  • 24-07-2026, 09:40
    Azərbaycan neftinin qiyməti 109 dolları keçib
  • 24-07-2026, 09:21
    Şamaxı rayonunda zəlzələ olub
  • 23-07-2026, 16:23
    ANCA, lobbi və "dostları" Ermənistana qarşı - sülhsevər olmayan konqresmenlər - ŞƏRH
  • 23-07-2026, 16:00
    Kobaxidze: Gürcüstan Azərbaycanla münasibətləri daha da dərinləşdirmək istəyir
  • 23-07-2026, 15:18
    AQP: Tikinti bazarı "mülayim artım və sabitlik" mərhələsindədir
  • 23-07-2026, 14:59
    Sabah Biləsuvarın 7 kəndində qaz olmayacaq
  • 23-07-2026, 13:05
    Sabah Bakıda 38, rayonlarda 39 dərəcə isti olacaq
  • 23-07-2026, 11:57
    Azərbaycanda iyulun pensiya ödənişi yekunlaşıb
  • 23-07-2026, 11:05
    Tailandda silahlı hücum nəticəsində təhlükəsizlik qüvvələrinin 5 əməkdaşı həlak olub
  • 23-07-2026, 10:20
    UEFA Konfrans Liqası: "Zirə" Estoniyada "Payde" ilə üz-üzə gələcək
  • 23-07-2026, 09:54
    Azərbaycan neftinin qiyməti 100 dolları keçib
Daha çox
20-07-2026, 11:13
Özbəkistanın Baş prokuroru Azərbaycanda səfərdədir
20-07-2026, 12:53
Sabah 39 dərəcə isti olacaq
21-07-2026, 17:28
Azərbaycan və Almaniya minatəmizləmə sahəsində əməkdaşlığın davam etdirilməsini razılaşdırıblar
21-07-2026, 10:27
İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət veririk
20-07-2026, 09:43
Kənd Təsərrüfatı Nazirliyi fermerlərə müraciət edib
21-07-2026, 12:55
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Müsahibə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
  • Təsisçi: Kənan Adıgözəlov
Müəllif hüquqları qorunur. TAQ.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2022 TAQ.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə